Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brok Lesnar
Brok Lesnar — peşəkar güləşlə məşğul olan amerikalı idmançı. Super ağır çəkili idmançılar arasında dəfələrlə WWE qalib gələn Brock özünü UFC yarışlarındada sınamışdır.Lesnar Vebsterdə, ABŞ-də Cənubi Dekota ştatında, Stefaninin Lesnarın ailəsində doğuldu O süd fermasında böyüdü və O Vebster Orta Məktəbində təhsil aldı.17 yaşında Milli Qvardiyaya qoşuldu.Daha sonra O, Minnesotasının Universiteti tələbəsi oldu.
Brok adası
Brok adası (ing. Brock Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları və Parri arxipelaqına daxildir. == Coğrafiya == Adanın sahəsi 764 km², sahil xətdinin sahəsi 174 km təşkil edir. düzbucaqlı formasına malik olan adanın uzunluğu 37 km, eni isə 22 km-dir. Hamar relyefə malikdir. Ərazisi 20–40 metr hündürlüyə malik təpələrdən ibarətdir. Cənubda hündürlük nisbətən çoxdur. Maksimal hündürlük 67 metrdir. Brok adası Kanada Arktik arxipelaqının şimal-şərqindədir.
Orok dili
Orok dili (ulta, uylta) — Altay dil ailəsinin tunqus-mancur xəttinin amuryanı (nani) yarımqrupuna aid olan orokların dili. Rusiya Federasiyasının Saxalin vilayətinin Poronay və Noqlik rayonlarında yayılıb. 2002-ci il Ümumrusiya əhalinin siyahıya alınmasının nəticəsinə görə Rusiyada 346 orok yaşayır, onların cəmi 64-ü doğma dilini bilir. Oroklar həmçinin Yaponiyanın Xokkaydo adasında yaşayır, ancaq onların sayı məlum deyil. Orok dilinin iki dialekti var: şimali (şərqi saxalin) və cənubi (poronay). Yaponiyada yaşayan orokların dili cənub dialektinə aiddir. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Новикова К. А., Сем Л. И. Орокский язык, М. 1997 Петрова Т. И. Язык ороков (ульта), Л. 1967 Озолинь Л. В. Структурные типы атрибутивных конструкций в орокском языке. Дисс. канд.филол.наук. Новосибирск, 2007.
Brok Belle
Brok Belle — amerikalı pornoaktyor.
Kondom-d’Obrak
Kondom-d’Obrak (fr. Condom-d'Aubrac, oks. Condom d'Aubrac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Şeli-d’Obrak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12074. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 319 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 176 nəfər arasında (15–64 yaş) 130 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 72,1%) idi.
Prad-d’Obrak
Prad-d’Obrak (fr. Prades-d'Aubrac, oks. Pradas d'Aubrac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12187. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 419 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 248 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 169 nəfər iqtisadi cəhətdən fəal, 79 nəfər hərəkətsiz (fəaliyyət göstərici 68.1%, 1999-cu ildə 67.7%) idi.
Sen-Şeli-d’Obrak
Sen-Şeli-d’Obrak (fr. Saint-Chély-d'Aubrac, oks. Sanch Èli d'Aubrac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Şeli-d’Obrak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12214. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 39 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 549 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 296 nəfər arasında (15-64 yaş arasında) 218 nəfər iqtisadi cəhətdən fəal, 78 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə bu 72.8%).
Sen-Şeli-d’Obrak (kanton)
Sen-Şeli-d’Obrak (fr. Saint-Chély-d'Aubrac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1232. Sen-Şeli-d’Obrak kantonuna cəmi 2 kommuna daxildir, onlardan ən əsası Sen-Şeli-d’Obrak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 863 nəfər təşkil edirdi.
Bobrov
Bobrov — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir. == Tarixi == Bityuq çayı (Donun sol qolu) üstündə yerləşən Bityuq yurt vaxtilə bu ətrafda yeganə yaşayış məntəqəsi idi. Yaxınlıqda heç bir ev gözə dəymirdi. Lakin bu sakit və dinc həyat Voronejdən bura qazanc və səadət arayan hünərli adamların ayağı açılmaqla pozuldu. Voronej özü bu zaman 100 ildən də az bir müddər idi ki, rusların sərhəd qalasına çevrilmişdi. 1677-ci ildə Voronejli imkan sahibi iş adamı bir dəstə kəndlisi ilə hökumətdən xahiş etdi ki, Bityuq çayında balıq ovlamaları üçün onlara icazə versin. Lazımi icazə aldıqdan sonra o, başının adamları ilə Bityuq çayına enib Bityuq yurtda məskunlaşdılar. Su porsuqlarının (boburların) burada çox olduğunu görüb porsuq ovlamağa girşdilər. Bundan sonra Bityuq yurdu Bobrovıy Yurt adlandırmağa başladı.1. 1684-cü ildə Bityuq çayı boyu bu torpaqlar Troitsk monastırına verildi.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Broks
Broks — Kanadanın Alberta vilayətində şəhər.
Ebröy
Ebröy (fr. Ébreuil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebröy kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03107. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1270 nəfər təşkil edirdi. == İqtisadiyyatı == Ocaqda əhəng daşı hasil olunur. 2007-ci ildə əmək qabiliyyətli 703 nəfər (15-64 yaş arasında) 457 nəfər iqtisadi cəhətdən fəal, 246 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65.0%, 1999-cu ildə 61.4%). Fəal 457 nəfərdən 427 nəfəri (228 kişi və 199 qadın), 30 nəfəri işsiz (10 kişi və 20 qadın) idi.
Oberon
Oberon — Günəş sistemində Uran planetinin peykidir.
Obzor
Obzor (bolq. Обзор) — Bolqarıstanda, Qara dənizdə yerləşən kiçik bir şəhər və dənizkənarı kurort. Obzorun Trakya adı Navlohosdur.Romalılar onu Templum Iovis adlandırdılar. Şəhər Nessebar yaxınlığında, Burqas vilayətində yerləşir. Müasir ad 1936-cı ildə təqdim edilmişdir; Obzor şəhər hüquqlarını 9 sentyabr 1984-cü ildə aldı. Antarktidanın Qremlend bölgəsindəki Obzor təpəsinin adı bu kəndin adı ilə dəyişdirilib.
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
OBON
OBON (Orta Asiya) (Əlahiddə Təyinatlı Qadınlar Dəstəsi/Отряд Баб Особого Назначения) — Orta Asiyada kütləvi informasiya vasitələri ilə işıqlandırılan mitinqlərdə və digər açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə qalmaqal, qarışıqlıq, təxribat (provokasiya) və bu kimi digər pozucu hərəkətlər törətmək üçün öz xidmətlərini təklif edən/satan qadınları ifadə etmək üçün istifadə olunan termin. Əsasən onların xidmətləri hədəfə alınmış tədbir təşkilatçılarının oponentləri (rəqibləri) olan sifarişçi tərəfindən ödənilir. Obonun fəaliyyətinə mitinqlər (kontr-mitinqlər, kvazi-mitinqlər) təşkil etmək və hədəf mitinqləri dağıtmaq, hədəf mitinqlərin gedişatını pozmaq, toplantı iştirakçılarına, mitinqi keçirən şəxs(lər)ə və təşkialat(lar)a təzyiqlər göstərmək, onları başqa insanların gözü qarşısında alçaltmaq, təhqir etmək və döymək, inzibati və digər binaları, toplantı məkanlarını tutmaq, yolları kəsmək, siyasətçiləri tutduğu mövqedən məhrum etmək və sair bu kimi xuliqanlıq hərəkətləri aid edilir. Obonun fəaliyyətinə hədəfə alınanların özlərinə və yaxınlarına zor tətbiq etmə və onları oğurlama, onların əmlakını məhv etmə və sair bu kimi digər fiziki və psixoloji zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi ilə müşayiət oluna bilir.. XXI əsrdə daha çox Özbəkistan hakimiyyət tərəfindən müxaliflərinə qarşı və Qırğızıstanda Aksıy hadisələri zamanı istifadə olunub. Tətbiqinin yaradıcısı kimi Usen Sıdıkov hesab olunur. O parlament seçkilərində Əsgər Akayev tərəfindən seçkilərdən uzaqlaşdırılanda . obon(çu)ların xidmətindən istifadə edib. Digər postsovet ölkələrində də oxşar təyinatlı insanlardan istifadə olunub. == Tarix == Yaranma mənşəyi cibgirlərin məşhur praktikasına gedib çıxır.
Obol
Obol (q.yun. ὀβολός, translit. obolos, həmçinin ὀβελός (translit. obelós), ὀβελλός (translit. obellós), ὀδελός (translit. odelós). hərfi tər. "mismar"; lat. obolus) — Qədim Yunanıstanda yaranan çəki vahidi və valyuta. == Tarixi == Obol Qədim Yunanıstanda ilk öncə çəki vahidi, sonralar isə 1/6 dirhəmə bərabər mis pul kimi istifadə olunurdu.
Orsk
Orsk (rus. Орск, qaz.
Örək
Örək (Ürək) - türk, tatar və altay xalq inancında yaşayan ölü. İnsanların öldürüldüyü və ya insan qanının axıdıldığı yerdə ortaya çıxdığı deyilər. Daha çox, öldürülən insanların məzarı üstündə rast gəlinir. Örək insanlara zərər verməz, ancaq onun gəzişdiyi görülər, ya da kədərli səslərlə inlədiyi eşidilər. Bu baxımdan xortlaqdan fərqlidir, çünki xortlaq insanlara zərər verə bilər. Öldürülmüş insanların ruhu dinclik tapa bilməz və qatilin ya qapısını çalar və ya pəncərəsini tıklar. Qatil bu səbəblə ağlını itirə bilər. Uzun boylu və zəif olub, kəfənini çıxararkən yalnız üzünü açır. İnsan öldürmənin enində sonunda cəzasız qalmayacağını izah etməkdədir. == Etimologiya == (Ör/Ür) kökündən törəmişdir.
Adam Boroş
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Boroy adası
Boroy (far. Borðoy), Boryu (dan. Bordø) — Farer adalarının şimal-qərbində yerləşən ada. 2013-cü il məlumatına görə8 yaşayış məntəqəsində 4954 nəfər yaşayır. Onlardan ən böyüyü Klaksvuykdır. Sahəsi 96 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 772 m-dir.
Broks zirvəsi
Broks zirvəsi (bolq. връх Брокс, ‘Vrah Brocks’ \'vr&h 'broks\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2300 m hündürlüklü qaya zirvəsidir. Zirvə Ahrida zirvəsindən 6.5 km qərbdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Zirvə Bolqarıstanlı alpinist və mütəşəkkil turist hərəkatın pioneri adını daşıyan Helmut Broksun (1895-1969) adını daşıyır. == Yerləşməsi == Broks zirvəsi 78°01′32″ c. e. 86°18′34″ q. u. koordinatlarında yerləşmişdir. Ahrida zirvəsindən 4.58 km qərbdə, Strahil zirvəsindən 7.7 km şimalda, Silyanov zirvəsindən 5.55 km şərqdə, Mursalitsa zirvəsindən 11.73 km şimalda, Dalrumpl dağı 10 km cənub-qərbdə yerləşmişdir.
Bədii obraz
Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır. Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s.
Jeno Boroş
Jeno Boroş (14 noyabr 1950 – 3 may 2023) — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ilə qədər)O, 1970–1975-ci illərdə Korvinus Universitetini bitirib. 1976–1981-ci illərdə Praqadakı (Çexoslovakiya) səfirliyin mətbuat attaşesi, sonra 1984-cü ilə qədər Xarici İşlər Nazirliyində Çexoslovakiya müxbiri olub. 1984–1988-ci illər arasında o, ilk olaraq Bratislavadakı Baş Konsulluqda, 1990–1993-cü illərdə isə orada baş konsul olub. 1993-cü il yanvarın 1-də müstəqillik qazanan Slovakiyadakı ilk Macarıstanın səfiri olub. O, uzun müddət, təxminən səkkiz il Slovakiya missiyasına rəhbərlik edib və onun əməyinə görə bir sıra mükafatlar alıb. 2002-ci ilə qədər Xarici İşlər Nazirliyində şöbə müdiri, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini. 30 noyabr 2005-ci ildən 2008-ci ilə qədər Berndəki xarici nümayəndəliyə rəhbərlik edib. 2008-ci ildə o, birbaşa Azərbaycana göndərildi: dekabrın 19-da o, etimadnaməsini Bakıda təqdim etdi. Burada Macarıstan və Azərbaycan arasında əlaqələrin açılışı olduğu üçün Macarıstan çox keçməmiş səfirlik yaratmışdı. 31 iyul 2010-cu ildə geri çağırılıb.
Mina (obraz)