Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jog şəlaləsi
Jog (Gersoppa) — Hindistanda şəlalə. Şəlalə Hindistan yarımadasının qərbində ki Qərbi Qat dağlarında yerləşir. Jog Şaravati çayının mənsəbin yaxınlığındadır (40 km). Şəlalə Karnataka ştatının görməli yerlərindən biri hesab edilir. == Ümumi məlumat == O dörd hissədən ibarətdir. Şəlalənin ümumi eni 472 metrdir. Hündürlüyünə görə ölkədə ikinci (Nohkalikai şəlaləsindən sonra), dünyada isə 120-ci yerdədir. Digər şəlalələrdə fərqli olarq su kəskin olaraq yerə tökülür. Jog Şaravatı çayında yerləşir və hər dörd hissənin öz adı var. Adlar axınların xarakterinə görə verilib.
.goog
.google — İnternet Domen Ad Sistemində istifadə olunan, brendə aid yüksək səviyyəli sahə adı sonluğudur. 2014-cü ildə yaradılan, Google-un üst şirkəti olan Alphabet Inc. tərəfindən idarə olunur. Bu, bir brendin ictimai bir tor şəbəkə səhifəsinə aid ilk sahə adı sonluğudur. Digər Alphabet məhsullarını və sahə adlarını .google-a köçürmək üçün planlar mövcuddur. Google Sahə Adları, https://domains.google şəbəkə səhifəsində bir sahə adı qeydiyyatı xidmətidir. Bundan əlavə, Google şirkəti, .goog (https://partnergainage.goog və https://pki.goog kimi saytlar üçün) və .gle (goo.gle və forms.gle kimi qısaldılmış ünvanlar üçün) sahə adlarına da sahibdir. Eyni zamanda Quqlun bəzi səhifələri, aşağıdakı nümunələr kimi .google sahə adı sonluğu istifadə edir: https://about.google – Google məhsulları və şirkət məlumatlarını nümayiş etdirir. https://blog.google – Google məhsulları haqqında xəbərlər nümayiş etdirir. https://registry.google – Google-un sahib olduğu sahə adı sonluqlarını nümayiş etdirir.
Blog
Bloq
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
OBON
OBON (Orta Asiya) (Əlahiddə Təyinatlı Qadınlar Dəstəsi/Отряд Баб Особого Назначения) — Orta Asiyada kütləvi informasiya vasitələri ilə işıqlandırılan mitinqlərdə və digər açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə qalmaqal, qarışıqlıq, təxribat (provokasiya) və bu kimi digər pozucu hərəkətlər törətmək üçün öz xidmətlərini təklif edən/satan qadınları ifadə etmək üçün istifadə olunan termin. Əsasən onların xidmətləri hədəfə alınmış tədbir təşkilatçılarının oponentləri (rəqibləri) olan sifarişçi tərəfindən ödənilir. Obonun fəaliyyətinə mitinqlər (kontr-mitinqlər, kvazi-mitinqlər) təşkil etmək və hədəf mitinqləri dağıtmaq, hədəf mitinqlərin gedişatını pozmaq, toplantı iştirakçılarına, mitinqi keçirən şəxs(lər)ə və təşkialat(lar)a təzyiqlər göstərmək, onları başqa insanların gözü qarşısında alçaltmaq, təhqir etmək və döymək, inzibati və digər binaları, toplantı məkanlarını tutmaq, yolları kəsmək, siyasətçiləri tutduğu mövqedən məhrum etmək və sair bu kimi xuliqanlıq hərəkətləri aid edilir. Obonun fəaliyyətinə hədəfə alınanların özlərinə və yaxınlarına zor tətbiq etmə və onları oğurlama, onların əmlakını məhv etmə və sair bu kimi digər fiziki və psixoloji zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi ilə müşayiət oluna bilir.. XXI əsrdə daha çox Özbəkistan hakimiyyət tərəfindən müxaliflərinə qarşı və Qırğızıstanda Aksıy hadisələri zamanı istifadə olunub. Tətbiqinin yaradıcısı kimi Usen Sıdıkov hesab olunur. O parlament seçkilərində Əsgər Akayev tərəfindən seçkilərdən uzaqlaşdırılanda . obon(çu)ların xidmətindən istifadə edib. Digər postsovet ölkələrində də oxşar təyinatlı insanlardan istifadə olunub. == Tarix == Yaranma mənşəyi cibgirlərin məşhur praktikasına gedib çıxır.
OMON
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990-1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi.OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. == Strukturu == Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir. Dəstənin sayı 3000 nəfərdir.
Obol
Obol (q.yun. ὀβολός, translit. obolos, həmçinin ὀβελός (translit. obelós), ὀβελλός (translit. obellós), ὀδελός (translit. odelós). hərfi tər. "mismar"; lat. obolus) — Qədim Yunanıstanda yaranan çəki vahidi və valyuta. == Tarixi == Obol Qədim Yunanıstanda ilk öncə çəki vahidi, sonralar isə 1/6 dirhəmə bərabər mis pul kimi istifadə olunurdu.
Ocaq
Ocaq ya da Soba, cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən bir cihazdır.
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
Oraq
Oraq — kənd təsərrüfatı aləti. Taxıl, qismən də ot biçinində istifadə edilir. Kiçik polad tiyədən və ağac sapdan ibarətdir. Dişsiz olması ilə çindən fərqlənir. Tiyənin arxa tərəfi ağac sapa geydirilir. Neolit dövründə yaranmışdır İlk dəfə Ön Asiyada tapılmışdır. Oraq gövdəsi ağac, sümük və gildən olurdu, sonralar isə tunc, dəmir və poladdan da hazırlanırdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qədim oraqlarla XX əsrdə istifadə olunan oraqlar arasında oxşarlıq var. Oraq "urak" adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır. Həyətyanı təsərrüfatda işlədilir.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Oton
Mark Salvi Oton (lat. Marcus Salvius Otho Caesar Augustus; 28 aprel 32 – 16 aprel 69) — 15 yanvar 69-cu ildən etibarən Roma İmperatoru. == Həyatı == Mənşə etibarilə etrusk idi. 58-ci ildə 66-cı ilədək Luzitaniya valisi vəzifəsini icra etmişdi. Nerona qarşı Qalbanın başladığı üsyanı dəstəkləmişdi. Lakin Qalba tərəfindən vəliəhd elan edilmədiyindən onun əleyhinə intriqalara qoşulmuşdu. Pretorian qvardiyasının köməyilə 69-cu ilin yanvarında Qalbanı devirmiş və özünü imperator elan etmişdi. Ona qarşı üsyan qaldırmış və Reyn, Qalliya və Britaniya orduları tərəfindən dəstəklənmiş Vitelliyə qarşı Bedriak döyüşündə məğlub olduqdan sonra özünü öldürmüşdür. Ölüm anında demişdir: Hamının bir nəfərə görə ölməyindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır.
Oyuq
Oyuq-I. (rus. ниша, ing. niche) /fran. nic­he/- yamacda, yaxud onun ətəyində müxtəlif mənşəli kiçik çökəklik. O.mənşəyinə görə dalğa döyən, nival, eroziya, karst, eol və başqa təbii proseslərlə əlaqədar olur. Oyuq II. (rus. промоина, ing. pool, gully, ravine) 1) mü­vəqqəti su axınları vasitəsilə əmələ gələn erozion relyefin xətti forması. Uzunluğu adətən on metrlərlə, eni bir neçə metr, dərinliyi 1- olub, cimlənmiş dik yamaclar üçün səciyyəvidir; 2) buzun içərisində axar sularla yuyulmuş, dərin çökək­lik.
Ozon
Ozon — Atmosferin təxminən 25-30 km-də günəşin ultrabənövşəyi şüalarından alınır. Ozon ultrabənövşəyi şüaları udaraq yer səthindəki canlıları qoruyur. Oksigen molekulyar oksigenlə birləşir və ozona çevrilir: O²+O------>O === Xassəsi === Troposfer və stratosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12–17 km-ə qədər, stratosfer ozonu isə 50 km-ə qədər hündürlükdə yerləşir. Ozonun çox hissəsi stratosferdə yerləşir. Troposferdə isə ozonun miqdarı azdır. O, atmosferdə elektrik və şimşək çaxması nəticəsində əmələ gəlir. Troposfer ozonu həm də günəş radiasiyasının təsir şəraitində azot oksidlərinin karbohidrogenlərlə fotokimyəvi reaksiyası nəticəsində əmələ gəlir. Havada olan karbon qazı və azot oksidi də əsasən antropogen mənşəlidir (ən çox avtomobillərin yaratdığı). Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, stratosfer ozonunun azalması ekoloji fəlakətlərə gətirib çıxara bilər.
Qroq
Qroq (ing. grog)-isti alkoqollu içkidir. Romu xatırladan bu içkidə su və şəkər tozu qarışığı da var. Bəzən isti çay kimi də istifadə edilir. == Etimologiyası == İçkinin adı Britaniyanın vitse-admiralı Edvard Vernona (Edward Vernon; 1684—1757)- «Олд Грог» (Old Grog) adından gəlir. O zamanlarda Britaniya Krallığının gəmi heyətinə hər gün 80% -lı rom verilirdi (təqribən 280 millilitr) buda onların öz davranışlarını aparmasında və içkili matroslar arasında davalara səbəb olurdu. Admiral Vernon matroslar arası alkoqulluğu azaltmaq üçün romu yalnız su qatılaraq verilməsini əmr etdi ki, bundan belə rom su və ya limon soku ilə qarışılaraq verilməyə başladı.Bu matrosların ağız dadına uyğun olmadı. Belə ki, bu qarışıqda romun faizi azalmışdı. Onu rom 3 suda və ya qroq adlandırmağa başladılar. == Haqqında == Bu içkinin müasir çeşidlərinə müxtəlif qarışıqlar da əlavə edirlər.
Smoq
Smoq (ingliscə smoke-tüstü, foq-duman) — havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir. İri şəhərlərdə və sənaye rayonlarında kimya, metallurgiya müəssisələrindən, avtomobillərdən Smoq sakit havada və ya az küləkli vəziyyətdə yaşayış məntəqələrində uzun müddət qala bilir. Smoq çox vaxt tüstü ilə duman qarışığından yaranır. Bu halda su buxarının kondesasiyası tüstünün havada asılı vəziyyətdə olan bərk hissəcikləri ətrafında gedir, havada istehsalın qaz halında olan qarışıqları da iştirak edir(Buna London tipli smoq deyilir). Bəzən günəş şüalarının təsiri ilə qaz tullantılarında kimyəvi reaksiya zamanı əmələ gələn qazlardan ibarət davamlı göy tüstü müşahidə olunur, duman olmur (buna Los-Anceles tipli smoq deyilir). Alçaq temperaturda istilik-qızdırma sisteminin su buxarı ilə məişət qaz tullantıları birləşərək buzdan smoq əmələ gətirir. Smoq insan orqanizminə mənfi təsir göstərir, nəfəs orqanlarında xroniki xəstəliklərin yaranmasına, gözlərin xəstələnməsinə, bir çox hallarda çox saylı insan ölümünə səbəb olur, bitkilərə ziyan vurur. == Mənbə == AMEA, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işcisi, i.e.n.- Eminov Z.N., Bakı şəhəri, H.Əliyev adına liseyin coğrafiya müəllimi, c.e.n.- Səmədov Q.M., "COĞRAFİYA ENSİKLOPEDİYASI", 2012-ci il.
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
Xoroq
Xoroq (tac. Хоруғ) — Tacikistanda şəhər, Dağ-Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi. == Coğrafiyası == Şəhər bölgənin cənub -qərb hissəsində yerləşir və Düşənbədən 525 km aralıda, qərbdən (Günt çayının Pənclərlə birləşdiyi yerdə) Əfqanıstanla həmsərhəddir . Xoroq, bütün marşrutların keçdiyi Pamirlərin turizm mərkəzidir. Xoroq dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir, postsovet məkanında ən yüksək şəhərlərdən və Tacikistanın ən yüksək şəhərlərindən biridir.Xoroq yarı quraq iqlim zonasının bir hissəsidir. İl ərzində az yağış yağır. Köppen iqlim təsnifatına görə, şəhərin iqlimi soyuq qışları olan mülayim enliklərin quru yarı quraq iqlimidir (BSk indeksi). İlin orta hava istiliyi 9.3 ° C, illik 276 mm yağıntı düşür. == İqtisadiyyatı == Xoroq ticarət, nəqliyyat və təhsil üçün vacib bir regional mərkəzdir. Şəhər Moyonşo Nazarşoyev Xoroq Dövlət Universiteti (XoSU), Orta Asiya Beynəlxalq Universitetinin (OABU) bir filialı və Aga Khan Foundation Liseyi kimi təhsil müəssisələrinə ev sahibliyi edir.
Ötüğ
Ötüğ - türk və altay xalq mədəniyyətində dua. Yaxarma, tanrıya yalvarma, diləmə, istəmə. Ən sadə olaraq, bir şeyin reallaşmasını və pis vəziyyətlərdən qorunmağı Tanrıdan istəməkdir. Ötümək (Ötüğmək, Ötükmək) "dua etmək" feli ilə də istifadə edilər. Söz, Öt/Öd kökündən törəmişdir. Zaman, zamanın keçişi və yaxarmaq mənalarını ehtiva edər. Ahəngli səs çıxarmaq mənası vardır. == Sax == Sax və ya Sah türk və yakut xalq inancında və sibir şamanizmində ayinlərdə və dualarda istifadə edilən bir sözdür. "Amin" mənasını verər. Sak və yaSag olaraq da deyilər.
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
ACOG
Advanced Combat Optical Gunsight (ACOG; Qabaqcıl döyüş optik nişangah) — qısa və orta məsafələrdə kiçik silahlardan atəş açmaq üçün bir sıra ordu optik nişangah. ABŞ-nin "Trijicon" korporasiyası tərəfindən istehsal olunan müxtəlif böyütmələri (1,5x-dən 6x-a qədər), mexaniki mənzərənin olub-olmaması, işıqlandırma növü və s. ilə geniş çeşiddə təklif olunur. ACOG ABŞ Ordusunun standart əhatə dairəsidir və dünyada bir çox xüsusi təyinatlılar tərəfindən istifadə olunur. == Rəngləndirmə == Digər kollimator nişangah sistemlərindən fərqli olaraq, nişangah torunun rəngləndirmə sistemi üçün kimyəvi batareyalar tələb olunmur. Kifayət qədər gün işığı olduqda, işıqlandırma fiber optik işıq bələdçisi vasitəsilə həyata keçirilir, əks halda tritium işıqlandırması istifadə olunur.
Ayon-Oros
Afon (Ayon-Oros da adlanır) — Yunanıstanın Halkidiki yarımadasından Egey dənizinə tərəf uzanan 3 dar və uzun yarımadan biri. Ayon-Oros (yarımada) — Yunanıstanda yarımada. Ayon-Oros (körfəz) — Egey dənizinin bir hissəsi.
Ağ Oyuq
Ağ oyuq — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Zəngilan şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ağ oyuq qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Cygnus olor
Fısıldayan qu (lat. Cygnus olor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Yayılması: Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı. Çoxalması: Qular həyatlarının sonuna kimi bir cüt yaradır. Yuvanı yalnız dişi fərd qurur. Yuvada 7-9 yumurta olur. 35 gün kürt yatır.
De Koog
De Koq — Şimali Hollandiya vilayətində şəhərcik. Adanın turistik mərkəzi hesab olunur. Bir sıra mehmanxana və kamp düşərgələri mövcuddur. Mərkəzi Teksel bələdiyyəsi tabeçiliyindədir. Şəhərcik Şimal dənizi sahilində yerləşir == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 775 nəfər yaşayır. 0.36 km2 ərazidə təxminən 429 yaşayış məntəqəsi mövcuddur.