Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Palıd
Palıd (lat. Quercus) — fıstıqçiçəklilər sırasının fıstıqkimilər fəsiləsinə aid bitki cinsi.Palıd ağacından odun yayılmış hesab olunur. == Təbii yayılması == Palıdın təbii yayılma sahəsi Şimal Yarımkürəsinin mülayim iqlimli əraziləridir. Yayılma ərazisinin cənub sərhədlərini tropik hündür dağlar təşkil edir. Dünya florasının tərkibində fıstıq fəsiləsinin 9 cinsi, 900-ə qədər növü yayılmışdır. Bunların əksəriyyəti ağac, nadir hallarda kol olub, yer kürəsinin bütün ərazilərində yayılmışdır. Palıd qiymətli dərman, aşı, boyaq, texniki, yem və bəzək bitkisidir. Azərbaycanda isə 12 növünə rast gəlinir. Onun 3 növü mədəni hala keçirilərək yaşıllaşdırma məqsədilə geniş istifadə edilir. Respublikamızın ərazisində palıd növləri uzunömürlü olub, hündürlükləri 12–40 m-ə çatır.
Pali
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Ağ palıd
Ağ palıd (lat. Quercus alba) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Daş palıd
Daş palıd (lat. Quercus ilex) - palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Аrаlıq dənizi sаhilləri, Gənubi Аvrоpа, Şimаli Аfrikа, Kiçik Аsiyаdır. == Botaniki təsviri: == Hündürlüyü 20m, gövdəsinin diаmеtri 60 sm оlаn, iri gövdəli, gеniş çətirli, həmişəyаşıl аğаcdır. Cаvаn budаqlаrının qаbığı hаmаr, tünd bоzumtul rəngli, gövdəsinin qаbığı isə qеyri-bərаbər çаtlıdır. Zоğlаrı bоzumtul kеçəli, yаrpаqlаrı kiçik, 8 sm-dək, fоrmаcа çоx dəyişkən, dərili, pаrlаq, tünd yаşıl, аlt tərəfi sаrımtıl və yа аğımtıl tükcüklüdür. Tumurcuqlаrı bоz rəngli, sıx tüklərlə örtülmüşdür. Yаrpаqlаrın sаplаğı 1-2 sm uzunluqdа оlub, sıx tüklüdür. Yаrpаqlаrı оvаl, еllips və yа neştər fоrmаlıdır. Üst tərəfdən yаşıl, çılpаq və yа tüklüdür.
Dəyişkən palıd
Dəyişkən palıd (lat. Quercus variabilis) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Gövdəçiçəkli palıd
== Təbii yayılması: == Avropada və Qafqazda yayılmışdır. == Botaniki təsviri: == 40 m hündürlüyündə, yarpağı tökülən ağacdır. Gövdəsi düz qalxan, silindrvari, tünd boz rəngli, diametri 3 m-ə qədərdir. Şaxələnmiş çətirlidir. Güclü inkişaf etmiş kök sisteminə malikdir. Yarpaqları uzunsov-yumurtavari, uzunluğu 6-12 sm, bünövrəsi ürəkşəkilli, dərin çıxıntılı, alt tərəfi tüklü, 5-7, bəzən 1-3 hissəli, enli, ucu küt dişlidir. Yarpaq saplağının uzunluğu 1sm-ə qədərdir. Aprelin axırı, mayın əvvəlində çiçəkləyir. Meyvələri gövdələrdə 1-3 ədəd bir yerə yığılmış, 2 dəfə yarpaqlardan kiçikdir, sentyabrın axırı-oktyabrın əvvəllərində yetişir. Qozası dairəvi və ya uzunsov-dairəvi olub, 1,5-2,5 sm uzunluqdadır.
Kövrək palıd
== Təbii yayılması: == Qafqazda və Şərqi Zaqafqaziyada yayılmışdır. İlk dəfə Oğuz rayonunda qeydə alınıb. == Botaniki təsviri: == Hündürlüyü 20 m, diametri 20 sm olan ağacdır. Zoğları sıx, boz tüklü, ikinci ilə yaxın yavaş-yavaş tüksüzləşən, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqların uzunluğu 4-9 sm, eni 3-6 sm olub, uzunsov - oval və ya ovalşəkillidir. Üst tərəfdən yaşıl, çılpaq, altdan açıq yaşıl, sıx, qısa, nazik tükcüklərlə örtülmüşdür. Qaidə hissədən az ürəkvari və ya pazvaridir. Yarpaq qurtaracağı bir qədər sivriləşmiş və ya kütdür. Kənarlarında 6-8 cüt uzun, nadir hallarda qısa, azca burulmuş, 1-2 dişli dilimləri vardır. Dilimlərarası oyuqlar 1-2 sm-ə qədərdir.
Kövrәk palıd
Malıy Jemçujnıy
Malıy Jemçujnıy — ada Xəzər dənizinın şimal-qərbində yerləşir. İnzibati cəhətdən Rusiyanın Həştərxan vilayəti ərazisində daxildir. Ada xüsusi qoruma statusuna malikdir. Xüsusi ilə Gümüşü qağayı, Xəzər suitisi, Hydroprogne caspia və digər canlılar qorunur.
Malıy Taymır
Malıy Taymır — Laptevlər dənizində Şimal Torpağı arxipelaqına daxil olan ada. Ada Rusiya Federasiyası Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisində yerləşir. Ada ilk dəfə 1913-cü ildə Boris Andreeviç Vilkinskinin rəhbərlik etdiyi Hidroqrafik Şimal Buzlu okean ekspedisiyası tərəfindən aşkarlanır. Ada Aleksey Nikolayeviçin şərəfinə adlandırılır (adanı aşkalayan) 1926-cı ildə adı dəyişdirilərək "Malıy Taymır" adlandırılır. Sahəsi 250 km² təşkil edir. Qərbdədən şərqə uzunluğu 29 km, maksimal eni 10 km-dir. Ən hündür nöqtəsi 30 m (Vısokaya Qorka, adanın cənubunda yerləşir). Əsasən gilli və qum suxurlarından ibarətdir. Üzəri Mamırlar və Şibyələrlə örtülüdür. == Coğrafi yerləşməsi == Malıy Taymır Bolşevik adası 42 km cənub-şərqdə yerləşir.
Paliç gölü
Paliç gölü — Serbiyada göl. Subotiça şəhərindən 8 km aralıda yerləşir. Gölün ərazisi 4 km², ən dərin yeri 3,5 m-dir. Dəniz səviyyəsindən 101 m yüksəklikdə yerləşir. Göldə 19 balıq növü var.
Palıd cücüsü
Palıd diserkası
Palıd diserkası (lat. Hemidicera fritillum) — Sərtqanadlılar dəstəsinə, Qızıl böcəklər fəsiləsinə aid növ.Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. == Təsviri == Böcəyin bədəninin uzunluğu 15 – 21 mm-dir rəngi parlaq bürüncüdür. Qanadüstlükləri yaşıl parıltıya malikdir, üzəri boylama nöqtəli – şırımlıdır. Bədəninin alt tərəfi ağ tükcüklərlə örtülüdür, pəncələri uzundur. == Yayılması və Sayı == İran, Türkmənistan, Azərbaycan (Talış, Samux). 1927-ci ildə V.Nazarova tərəfindən Lənkəranda 8 fərd, 1936-cı ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 fərd, 1940-cı ildə E.Hauser tərəfindən Samuxda 1 fərd qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir. == Həyat tərzi == Azərbaycanda Hirkan tipli meşələr və Talış dağlarının orta dağlıq zonası, rütubətli palıd meşələri. Ekologiyası ətraflı öyrənilməmişdir.
Palıd fəvvarəsi
Palıd fəvvarəsi (rus. Фонтан Дубок) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. == Tarixi == Fəvvarə bir metal ağac, beş lalə və iki skamyadan ibarətdir. Ağaca metal palıd yarpaqları birləşdirilmişdi. Ağacın içiboş budaqlarından və lalələrin içərisindən təzyiqlə su ətrafa sıçrayır.
Palıd parabüzəni
Palıd parabüzəni lat. Pullus auritus Thumb.-Mənənələrlə və həm də zərurət olduqda koksidilərlə qidalanır. == Biologiyası == Mənənələrlə və həm də zərurət olduqda koksidilərlə qidalanır. Oval formada olub, azca yastılaşmışdır. Qara rəngli olmaqla, nöqtəlidir, ağ tükcüklərlə örtülüb. Köndələn, enliləşmişdir, sarıdır, qabaq hissə sıx tüklərlə örtülüb və önə meyillidirlər. Bığcığı sarıdır və 10 buğumdan ibarət olub, toppuzvaridir. Qidalandıqları yerlərdə ağacların qabığı və xəzəllərin altında qışlayırlar. == Yayılması == Qərbi Avropada və Şərqi Asiyada, Qafqazda yayılıb. Azərbaycanda azsaylıdır, yalnız parklarda – Abşeronda (Biləcəri parkında) və Naxçıvan ərazisində yabanı kollar üzərində müşahidə olunub.
Pulcuqlu palıd
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Qumral palıd
== Ümumi yayılması: == Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. == Azərbaycanda yayılması: == Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir.DD. == Bitdiyi yer: == Orta dağ qurşağında meşələrdə rast gəlinir. == Təbii ehtiyatı: == Təbii arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır. Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.
Qırmızı palıd
== Təbii yayılması: == Şimali Amerika, İspaniya, Türkiyədə-Ağ, Mərmərə və Egey dənizləri ətrafı ərazilərdə rast gəlinir. Bu palıd növü budaqlarında fırlar əmələ gətirən mənənələrin (Coecus ilicus) sahib bitkisidir və növün adı bununla əlaqədar adlandırılıb. 1683-cü ildən mədəni şəraitdə becərilir. == Botaniki təsviri: == Hamar, boz qabıqlı, yığcam, sıx, dik gövdəli həmişəyaşıl koldur. Yarpaqların uzunluğu 1,5-3,5 sm və eni 0,6-2 sm, oval, ellipsvari və ya uzunsov-yumurtavari, ucu biz və ya ucu yumru, bünövrəsi yumru və ya ürəkvari, kənarları dalğalı, hər tərəfdən 4-6 cüt bizvari dişli, cod, dərili, üstü çılpaq, parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, çılpaq və ya damarcıqların künclərində zəif tükcüklüdür. Saplaqları möhkəm və çox qısadır. Budaqları çoxsaylı, boz, hamar, yaşlandıqda çatlayan qabıqla örtülmüşdür. Zoğları sarımtıl-boz, çılpaqdır. Tumurcuqları 3-4 mm uzun-luğunda, çılpaq və ya tüklüdür. Qozaların uzunluğu 1,5-2,5 sm, yumurtavari və ya uzunsov-yumurtavari, ucu biz, açıq qonur, tünd zolaqlı, tək və ya cüt, möhkəm, çoxiynəli kasacıqlı olub, ümumi saplaqda yerləşir.
Qızılı palıd
== Təbii yayılması: == Qafqazda, Dağıstanda, Şərqi Zaqafqaziyada yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 30 m-dək olan ağacdır. Quercus iberica növünə yaxındır və ondan daha nazik, uzun, ensiz, oval yarpaqları ilə fərqlənir. Yarpaqların uzunluğu 10-18 sm, eni 5-8 sm, alt tərəfi sarımtıl-qızılı, ucları ulduzvari tükcüklü, qısa(5-7), enli qanadlı, hər tərəfdən az miqdarda yan qanadlı və kütdür. == Ekologiyası: == Kölgəli ərazilərdə, qarışıq meşələrdə bitir. == Azərbaycanda yayılması: == Talış zonasında, Qubada, Yalamada rast gəlinir. == İstifadəsi: == Tək əkinlərdə, meşəsalmada, kölgəli ərazilərin yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür. == Məlumat mənbələri == Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov == İstinad == Флoрa Aзeрбaйджaнa. т.5.
Tükcüklü palıd
Tükcüklü palıd (lat. Quercus lanata) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Hündürlüyü 30 m-ə çatan həmişəyaşıl ağacdır. Himalay dağlarında bitir.
Tüklü palıd
Tüklü palıd (lat. Quercus pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması == Yabani halda Cənubi Krımda, Zaqafqaziyanın şimal hissəsində, Cənubi Avropada və Kiçik Asiyada bitir. == Botaniki təsviri == Hündürlüyi 8–10 m-dək, enli çətirli ağac və ya koldur. Gövdəsinin və budaqlarının qabığı tünd bozumtul rənglidir. Yarpaq saplağı və yarpaqları tüklü, kənarları bütöv və ya seyrək dişlidir. Düz qalxan gövdəsi silindrvari formalıdır. Cavan zoğları çox tükcüklüdür. Yarpaqların uzunluğu 5–10 sm, forma və ölçülərinə görə çox dəyişkən, 4–8 cüt küt və ya ucu biz qanadlı, üstü tünd yaşıl, çılpaq, alt tərəfi boz-yaşıl tükcüklüdür. May ayında çiçəkləyir, qozaları noyabr ayında yetişir.
Uzunsaplaq palıd
== Ümumi yayılması == Qafqaz (Gürcüstan) və Qərbi Avropada təbii halda yayılmışdır. == Azərbaycanda yayılması: == Samur-Dəvəçi, Kür-Araz düzənliyi, Alazan-Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində rast gəlinir. == Statusu: == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yer: == Dağ yamaclarında qarışıq meşələrdə çay sahillərindən kə¬narda rast gəlinir. == Təbii ehtiyatı: == Arealı genişdir, ancaq fərdərin populyasiyada yerləşməsi seyrəkdir. == Bioloji xüsusiyyətləri: == Hündürlüyü 40 m olan geniş çətirli ağacdır. Yar-paqları qalın dərivıarı, uzunsov olub, kənarları oyuqvarı qeyri-bərabər də¬rin dilimlidir. Zoğları çılpaq, bozumtul-qəhvəyi rəngdədir. Yarpaqlarının uzunluğu 5-15 sm, eni 5-9 sm, tərs yumurtavarı, uzun-sov olub, uc tərəfdən sıxılmış (daralmış), dərivarı, bərk, üst tərəfdən tünd-yaşıl, çılpaq və ya nazik sıx tüklərlə örtülmüş, oturacaqdan çox da iri olmayan qulaqcığa malik olub, ürəkvarı və ya zəif pazvarıdır. Kənarları oyuqvarı qeyri-bərabər dərin dilimlidir Üç tərəfdən enli, küt, gödək, dilimli, hər tərəfdən 3-7, enli, küt, gödək və ya uzun, forma və ölçücə bir-birinə oxşamayan dilimlərə malikdir.
Uzunsaplaqlı palıd
Şabalıdyarpaq palıd
== Təbii yayılması == Şimali İranda, Gilan, Mazandaran, Xəzər dənizinin cənub sahili boyunca yayılmışdır. Qazıntı halında Naxçıvanın alt və ya orta miosen çöküntülərindən məlumdur. == Botaniki təsviri == Hündürlüyü 40-45 m-ə, gövdəsinin diametri 100-150 sm-ə çatan, çadırabənzər və ya enli-piramidal çətirlidir. Budaqların qabığı boz, gövdənin qabığı isə tünd-boz, uzununa dərin çatlıdır. Zoğları sıx tüklü, tumurcuqları xırda və yumurtavari olub, ucları sivridir. Yarpaqları töküləndir. Yarpağın uzunluğu 19-20 sm, eni 4-8 sm olub, kənarı dişli və ya dilimli, səthi dərivaridir. Üst tərəfi parlaq, tünd yaşıl rəngli, çılpaq, alt tərəfi isə açıq yaşıl rəngli, keçəşəkilli, tüklüdür. Damarları 9-13 cütdür. Çiçəkləri bircinslidir.
Qaliy Adilbekov
Qali Adilbəyoviç Adilbəyov (rus. Галий Адильбекович Адильбеков; 1 yanvar 1908, Semipalatinsk vilayəti[d], Bozqır general-qubernatorluğu – 21 oktyabr 1943, Kanev rayonu[d], Kiyev vilayəti və ya Kiyev vilayəti) — qazaxəsilli sovet hərbi xadimi, tankçı-zabit, İkinci Dünya müharibəsi iştirakçısı, qarovul polkovnik-leytenantı (1942). ölümü zamanı Orta Asiya xalqlarının yeganə nümayəndəsi, ayrıca mühafizəçi sıçrayış tank alayının komandiri, həmçinin ayrıca tank briqadasının komandiri. Hələ müharibənin əvvəlində SSRİ-nin mərkəzi qəzetlərində onun haqqında iki müstəqil nəşr var idi – 5 sentyabr 1941-ci ildə "Veçernyaya Moskva" qəzetində və 13 sentyabr 1941-ci ildə "İzvestiya" qəzetində. İkinci Dünya müharibəsi başlamazdan əvvəl Adilbəyov Moskvada Stalin adına Zirehli Qüvvələr Hərbi Akademiyasında təhsil almışdır. O, bu akademiyanın məzunu olan yeganə qazax idi. == Həyatı == 1908-ci il yanvarın 1-də Semipalatinsk quberniyasının Belagaş volostunun Qızılqum kəndində anadan olub. milliyyətcə qazax. Mənşəyi - Tobıqtı tayfasından, Orta Yüz Arginları. Hələ uşaq ikən yetim, küçə uşağı qalıb, 1925-ci ildə Orenburqda Qazax rayon yeniyetmələr üçün 3-cü sinif məktəbini bitirib.