Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çan Van Çan
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918 – 20 aprel 1996, Hoşimin) — Vyetnam hərbi xadimi. O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur. == Vyetnam müharibəsi == Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir. 1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir. Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Pac-Man
Pac-Man — Namco tərəfindən yaradılan kompüter oyunudur. 1980-ci ildə gün üzünə çıxmış və qısa zamanda populyarlaşmışdır. Pac-Man'da oyunçu labirint içərisində hərəkət edərək sarı diskləri bitirməyə çalışır. Qarabasma və canavarlardan qaçaraq, hədəfi bütün kiçik diskləri toplamaq olan oyunçu disklərin hamısını toplayınca digər mərhələyə keçir. Daha çox bal toplamaq üçün çıxan meyvələri toplamaq lazımdır. Böyük sarı diskləri aldığında qarabasma və canavarlar rənglərini göyə dəyişirlər və bir müddət yeyiləbilir vəziyyətə gəlirlər. Oyun Yaponiyada Puck-Man olaraq adlandırılırdı. Ancaq bəzi vandallar "P" hərfini "F" ilə dəyişdirincə, oyun Amerikada Pac-Man olaraq çıxdı. İlk dəfə Google Pacman ilə birlikdə 21 may 2010-cu ildə bir jest edərək bu oyunu loqosu yerinə qoymuşdur.
Tan Pen
Tan Pen (4 fevral 1981) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Tan Pen Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Daha sonra Tan Pen Honq Konqu 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
Pan
Pan (yun. Πάν) — Yunan mifologiyasında meşə tanrısı. Hermesin oğlu. Qurşaqdan aşağısı keçi, yuxarısı isə insandır. Çənəsində keçi saqqalı, başında keçi buynuzları var. Çobanların havadarıdır, cinsi həzzi təmsil edir. Musiqini, mahnı oxumağı və rəqs etməyi çox sevən tanrıdır. Pan insanlara gizlincə yaxınlaşıb qorxutmağı sevərdi. "Panic" sözü Panın adından törənmişdir.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Pac-Man World
Pac-Man World — "Namco" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının birinci seriyasıdır. == Məzmun == Pak-Man 20 illiyini qeyd etmək üçün (oyun məhz Pac-Manın 20 illiyində yaradılmışdır) evə ailəsinin yanına gələn zaman Xanım Pak-Man, Beybi Pak, Jr. Pak, Professor Pak, Chomp Chomp the dog, və Pukanın Tok-Man tərəfindən qaçırıldığını eşidir. Pac-Man ailəsini xilas etmək üçün onların ardınca gedir. Ailəsinin hər bir üzvü müxtəlif dünyada yerləşdirilmişdir. Macəraların sonunda Pak-Man ailəsinin bütün üzvlərini xilas edir və Tok-Man üzərində qələbə çalır.
Çan Pen-Lun
Çian Pen-Lun (24 iyul 1976) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çian Pen-Lun Çin Taybeyini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Çian Pen-Lun Çin Taybeyini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Çian Pen-Lun Çin Taybeyini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Çian Pen-Lun Çin Taybeyini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 7-ci pillənin sahibi olub.
Jan-Nikolya Paş
Jan-Nikolya Paş (fr. Jean-Nicolas Pache; 5 may 1746, Verden – 18 noyabr 1823, Ten-le-Mute[d]) — Fransa siyasətçisi. O, Fransa inqilabı dövründə yaşamışdır. Bir vaxtlar jirondist, daha sonra isə yakobin olan Paş hərb naziri və Parisin meri kimi xidmət etmişdir. O, yakobin diktaturasının formalaşmasında mühüm rol oynamışdır. == Həyatı == 1792-ci ildə Rolanın sağ əli, sonra isə hərb naziri Servanın baş işçisi olmuşdur. Konvensiya ilə həmin ilin sonunda hərb naziri təyin edilən Paş böyük təşkilatçılıq bacarığı nümayiş etdirsə də, hələ hakimiyyətə çatmamış montanyarlara tərəf meylləndiyi üçün tezliklə tutduğu vəzifədən uzaqlaşdırılmışdır. O, daha sonra Paris şəhərinin meri seçilmiş və Paris kommunasının ən nüfuzlu simalarından birinə çevrilmişdir. 9 termidordan sonra Paş Qvianaya sürgün edilmiş və oradan ümumi amnistiyadan sonra qayıtmışdır. Paris meriyasının binasında ona heykəl ucaldılmışdır.
Çan Van Hıonq
Çan Van Hıonq (vyet. Trần Văn Hương, tı-nom 陳文香) (1902, Vinlonq[d] – 27 yanvar 1982, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, Vyetnam Respublikasının prezidenti və baş naziri. == Həyatı == İki dəfə Sayqonun meri seçilmişdir. 1960-cı ildə Nqo Din Zyemin prezidentliyi dövründə dövlət başçısını tənqid edən Karavel Manifestini imzaladığına görə həbs olunmuşdur. Bununla belə, o, prezident Nqonun öldürülməsi nəticəsində çevrilişin iştirakçılarını da tənqid edərək, bunu həyata keçirən generalların heç bir istedadı, mənəvi keyfiyyətləri və siyasi dəstəyi olmadığını qeyd etmişdir. 1965-ci ildə ABŞ-nin təzyiqi ilə prezident Nquyen Khan Ali Milli Şuranı çağırmış, burada Hıonq Vyetnam Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilmişdir. Bu zaman Sayqon və Vaşinqton Şimali Vyetnama qarşı genişmiqyaslı bombardman kampaniyası planlaşdırırdılar, lakin bu, cənubda sabitlik tələb edirdi. 1965-ci ilin yanvarında hökumət hərbi xidmətə çağırış müddətini uzatmış və bu, tələbələr və buddistlər arasında kütləvi etirazlara səbəb olmuşdu. Nəticədə hökumət könüllü olaraq istefa vermiş və hakimiyyəti Fan Hui Kuatın başçılıq etdiyi kabinetə vermişdir. O, 1967-ci il prezident seçkilərində 10% səs toplamışdır.
Bulbophyllum pan
Bulbophyllum pan (lat. Bulbophyllum pan) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Pan-İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. == Tarixçə == Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Pan (titul)
Pan — orta əsrlər Polşasında və Çexiyada iri feodala verilən ad. Xırda feodallar — rıtsarlar panların vassalı idilər.
Pan Qviman
Pan Qviman (kor. 방 귀만; 4 may 1983, Namyancu) — Cənubi Koreyanı təmsil edən və yüngül çəki kateqoriyalarında iştirak edən cüdoçu. 2002-ci ildən Cənubi Koreya yığmasında iştirak edir. Afinada keçirilən 2004 Yay Olimpiya Oyunlarının iştirakçısı, komanda heyətində Asiya Oyunlarının çempionu, Asiyanın ikiqat çempionu, milli və beynəlxalq turnirlərdə bir çox yarışların qalibidir. == Bioqrafiyası == Pan Qviman 4 may 1983-cü ildə Kyonqido əyalətinin Namyancu şəhərində anadan olmuşdur. Sindaoda təşkil olunan beynəlxalq yarışda gümüş medal qazanmışdır. İlk dəfə 2002-ci il mövsümündə yarışlarda iştirak etmişdir. Növbəti ildə Çedjunun ev sahibliyi etdiyi beynəlxalq yarışda qələbə qazanmışdır. Öz çəki dərəcəsində yarış cədvəli üzrə bütün rəqibləri üzərində qələbə qazanmışdır. Böyük beynəlxalq turnirlərdə birinci ciddi uğuruna 2004-cü ildə nail olmuşdur.
Pan Yonqtao
Pan Yonqtao (1997) — Çinli kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Çini təmsil edir. Pan Yonqtao Asiya Gənclər Oyunlarında iştirak etmişdir. Son dəfə 2013 Asiya Gənclər Oyunlarında mübarizə aparmışdır.
Pan İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. == Tarixçə == Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Jan-Klod Van Damm
Jan-Klod Van Damm (ing. Jean-Claude van Damme; 18 oktyabr 1960, Berkem-Sent-Aqat[d]) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur. == Gənclik illəri == Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur. Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi. 10 yaşından başlayaraq karateyə gedir. Stilləri Shōtōkan Karate və Kikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır. 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.
Jan-Mari Le Pen
Jean-Marie Le Pen (20 iyun 1928[…]) — Fransız həddindən artıq-sağ siyasətçi, eyni zamanda Milli Cəbhənin (Front National) qurucusu.
Pac-Man World 2
Pac-Man World 2 — "Namco" oyun şirkəti tərəfindən 2002-ci ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının ikinci seriyasıdır. Oyunun qəddar personajı kabus Spukidir.
Pac-Man World 3
Pac-Man World 3 — "Namco" oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının üçüncü seriyasıdır. Videooyun 15 raunddan ibarətdir. Raundlar isə çox uzun olmasına görə fərqlənir. Həmçinin, oyunun bir neçə raundunda ilk "Pac-Man" oyununu oynamaq mümkündür. Videooyun "PlayStation 2", "Nintendo", "GameCube", "Xbox", "PlayStation Portable", "Nintendo DS" və Microsoft Windows platformaları üçün hazırlanmışdı. == Məzmun == Qəddar ağıllı Ervin hakimiyyət uğrunda keçirdiyi macəralarında Kabuslar dünyasından (Spectral Realm) energetik pendiri sormaq üsulunu tapmışdır. Ervin Kabuslar dünyasına girmək üçün xüsusi Sifon hazırlamışdır. Bu da kabus dünyasını real dünyaya (Pac-Land) çevirir. Bu çevrilmə zamanı dünyanın fəlakətinə gətirib çıxaracaqdır.
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Jan Jan
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.