Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
" Uralskie pelimeni "
Uralskie pelimeni (рус . "Ура́льские пельме́ни") komediya janrında çalışan Yekaterinburqdan olan Rusiya yaradıcılıq birliyidir. 1993-cü ildə KVN komandası kimi təşkil olunub. Ən məşhur KVN komandalarından biri, 2000-ci ildə KVN Böyük Liqasının çempionu. 2009-cu ildən " Uralskie pelimeni " STS telekanalında öz eyniadlı yumoristik şousunu, eləcə də bir sıra digər yumoristik layihələrini təqdim edir. Komandanın fəaliyyət göstərən onurğa sütunu hələ 1990-cı illərdə komanda KVN komandası olanda formalaşmışdı; post-KVN yaradıcılıq fəaliyyətində bir sıra aktyor və aktrisalar dəvət edildi. Komandanın aktyorları həm də nömrələrin müəllifləridir; Eyni zamanda, " Uralskie pelimeni "-nin müxtəlif layihələri üzərində işləyən başqa ssenarist qrupları da var. Dmitri Sokolov 1993-cü ildə KVN komandasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Yeni yaradılmış komandanın bütün ilk üzvləri Ural Politexnik İnstitutunun müxtəlif tələbə inşaat dəstələrinin üzvləridir. Komanda öz adını Sverdlovskdakı eyniadlı restoranın şərəfinə almışdır.
Uralskie pelimeni

Pəzməri
Pəzməri — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Pəzməri kəndi rayon mərkəzindən 30, Naxçıvan şəhərindən 84 km məsafədə yerləşir. 206 nəfər əhalisi var. Kənd əhalisinin əsas məşğuliyyətini arıçılıq, heyvandarlıq və bağçılıq təşkil edir. Kiçik yaşayış məntəqəsi olsa da, özündə təbii zənginlikləri qoruyur: əzəmətli dağlar, çaylar, dumduru bulaqlar və şəlalələr. Pəzməridə hündürlüyünə və su sərfinə görə bir-birindən fərqlənən bir neçə şəlalə var. Unusla Pəzməri arasında Gərdəni şəlaləsi, Pəzməri şəlalələri və Ağyurd şəlaləsi. Bu şəlalələr içərisində daha çox tanınan və səyahətsevərləri cəlb edəni Pəzməri şəlalələridir. Pəzməri şəlalələrindən biri su sərfi, axınının sürəti, kinetik enerjisi və gücünə görə hətta ölkə üzrə ən böyük şəlalələrdən sayılır.
Erməni
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə xalq. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Gürcüstan, Türkiyə, Livan və Suriyada da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Pələng
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Semeni
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Xylothamia palmeri var. palmeri
Neonesomia (lat. Neonesomia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Neonesomia palmeri (A.Gray) Urbatsch & R.P.Roberts Sinonim Aster palmeri A.Gray Ericameria austrotexana M.C.Johnst. Isocoma palmeri (A.Gray) Shinners Xylothamia palmeri (A.Gray) G.L.Nesom Xylothamia palmeri var.
Dudleya palmeri
Dudleya palmeri (lat. Dudleya palmeri) — dovşankələmikimilər fəsiləsinin dudleya cinsinə aid bitki növü.
Dyssodia palmeri
Urbinella (lat. Urbinella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Urbinella palmeri Greenm. Dyssodia palmeri (Greenm.) J.F.Macbr.
Erigeron palmeri
Erigeron palmeri (lat. Erigeron palmeri) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euphorbia palmeri
Euphorbia lurida (lat. Euphorbia lurida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Isocoma palmeri
Neonesomia (lat. Neonesomia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Neonesomia palmeri (A.Gray) Urbatsch & R.P.Roberts Sinonim Aster palmeri A.Gray Ericameria austrotexana M.C.Johnst. Isocoma palmeri (A.Gray) Shinners Xylothamia palmeri (A.Gray) G.L.Nesom Xylothamia palmeri var.
Jeton Kelmendi
Jeton Kelmendi (alb. Jeton Kelmendi; 27 noyabr 1978 və ya 1978, Peç) — Albaniya şairi, yazıçı, dramaturq, publisist, tərcüməçi, naşir və universitet professoru. Jeton Kelmendi Kosovonun Peja şəhərində anadan olub. O, ibtidai məktəbi doğulduğu yerdə bitirib. Daha sonra Priştina Universitetində təhsilini davam etdirib və Kütləvi Kommunikasiyalar üzrə İncəsənət Bakalavr dərəcəsi alıb. O, Beynəlxalq və Təhlükəsizlik Tədqiqatları üzrə ixtisaslaşaraq, Belçikanın Brüssel Azad Universitetində magistratura təhsilini başa vurub. Diplomatiya üzrə ikinci magistr dərəcəsini bitirmişdir. Kelmendi “Aİ-nin siyasi təhlükəsizlik məsələlərində medianın təsiri” mövzusunda fəlsəfə doktoru dərəcəsi alıb. AAB Universitet Kollecində professordur. Avstriyanın Zalsburq şəhərindəki Avropa Elm və İncəsənət Akademiyasının fəal üzvüdür.
Kəlmeyi-şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlmeyi Şəhadət

Lippia palmeri
Lippia palmeri (lat. Lippia palmeri) — minaçiçəyikimilər fəsiləsinin lippia cinsinə aid bitki növü.
Majlinda Kelmendi
Majlinda Kelmendi (d. 9 may 1991) — 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında çıxış etmiş yeganə kosovalı idmançı olub. O, cüdo yarışlarında Albaniyanı təmsil etmişdir.
Malay pələngi
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Monardella palmeri
Monardella palmeri (lat. Monardella palmeri) – dalamazkimilər fəsiləsinin monardella cinsinə aid bitki növü.
Neonesomia palmeri
Neonesomia (lat. Neonesomia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Neonesomia palmeri (A.Gray) Urbatsch & R.P.Roberts Sinonim Aster palmeri A.Gray Ericameria austrotexana M.C.Johnst. Isocoma palmeri (A.Gray) Shinners Xylothamia palmeri (A.Gray) G.L.Nesom Xylothamia palmeri var.
Penstemon palmeri
Penstemon palmeri (lat. Penstemon palmeri) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Plateilema palmeri
Plateilema (lat. Plateilema) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Plateilema palmeri (A.Gray) Cockerell Sinonim Actinea palmeri (A.Gray) B.L.Rob.
Pəzməri nekropolu
Pəzməri nekropolu — Kəndin içərisində təpənin üzərində yerləşir. Nekropoldakı qəbirlər torpaqda qazılmış və qərb-şərq istiqamətinə yönəlmişdir. Qəbirlərin əksərinin yerüstü əlamətləri itmişdir. Lakin onların bəzisinin üzərində daş yığınlarına, bəzisində isə dördkünc formalı daş düzümlərinə rastlanır. Axtarışlar zamanı nekropolun ərazisindən orta əsrlərə aid şirsiz keramika məmulatı aşkar olunmuşdur. Arxeoloji tapıntılara əsasən, nekropolu XI-XVII əsrlərə aid etmək olar.
Pəzməri şəlaləsi
Pəzməri şəlaləsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı çayın üzərində yerləşən təbiət abidə. Su sərfi, axının sürəti, kinetik enerjisi və gücü ilə fərqlənən şəlalə Azərbaycanda ən böyük şəlalələrdən biridir. Yuxarı axarlarda kanyonvarı dar, kaskadlı dərələrdən keçən, əsasən, bulaq və qar suları ilə qidalanan Ayıçınqılı çayı Vənəndçaya töküldüyü yerin yaxınlığında, dəniz səviyyəsindən 2161 metr hündürlükdə gur şəlalə yaradır. Karbonatlı süxurlar üzərində nisbi hündürlüyü 16 metrə çatan şəlalənin ortaillik su sərfi 1,34 m³/san-dir. Yayın əvvəllərində su sərfi 25 m³/san-ni ötə bilir. Suyun tərkibi hidrokarbonatlı, kalsiumlu, minerallaşma dərəcəsi 90 mq/l-dir. Zəngin su enerji ehtiyatına malikdir. Qaplan şəlaləsi adı ilə də tanınır.