Pəzməri nekropolu — Kəndin içərisində təpənin üzərində yerləşir. Nekropoldakı qəbirlər torpaqda qazılmış və qərb-şərq istiqamətinə yönəlmişdir. Qəbirlərin əksərinin yerüstü əlamətləri itmişdir. Lakin onların bəzisinin üzərində daş yığınlarına, bəzisində isə dördkünc formalı daş düzümlərinə rastlanır. Axtarışlar zamanı nekropolun ərazisindən orta əsrlərə aid şirsiz keramika məmulatı aşkar olunmuşdur. Arxeoloji tapıntılara əsasən, nekropolu XI-XVII əsrlərə aid etmək olar.[1]