Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piçənis
Piçənis — Azərbaycan Respublikasının Laçın rayonu Piçənis kənd inzibati ərazi dairəsində kənd. == Etimologiya == Piçənis kəndinin adının peçeneq türk tayfaları zəminində yarandığına inanılır. Kənd yaxınlığında Piçənisin düzü, Piçənisçay adları da bu gün yaşamaqdadır. == Tarixi == Piçənis XIX əsrin ortalarında kürd mənşəli Qasımuşağı tayfası tərəfindən yaradılmışdır. Kənd erməni-müsəlman qırğınları və Azərbaycan-Ermənistan müharibəsi zamanı döyüş bölgələrindən biri olmuşdur. Piçənis 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Mədəniyyəti == Peiçənisdə bir orta məktəb, mədəniyyət ev, musiqi məktəbi, poçt şöbəsi, tibb məntəqəsi, uşaq bağçası, kitabxana, mağaza, qədim məscid və Qafqaz Albaniyasına məxsus qədim kilsə var. Kəndin yaxınlığında su dəyirmanı, çayın üzərində salınmış Çiçəyin körpüsü adlı tarixi abidə də vardır. == Coğrafiyası və iqlimi == Piçənis kəndi Laçın şəhərinin şimal-qərb istiqamətində 45 km məsafədə yerləşir.
Piçənis məscidi
Piçənis məscidi — Azərbaycanın Laçın rayonunda yerləşən Piçənis kəndində məscid, tarixi-dini abidə. Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş yerli əhəmiyyətli tarix-memarlıq abidələr siyahısındadır. Piçənis 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra məscid vandalizmə məruz qalmışdır.
Pəçənək dili
Pəçənək dili — peçeneqlər tərəfindən danışılan Oğuz qrupuna aid bir türk dilidir. Pəçənəklər Orta Asiyadan Avropaya gəlmişlər və Balkanlara yerləşmişlər. Bizansa axınlar etmişlər Pəçənək Xanlığını qurmuşlar. Daha sonra Pəçənək Xanlığı Bizanslılar tərəfindən yıxılmışdır.
Ferenç Seçeni
Ferenç Seçeni (mac. Széchényi Ferenc; 28 aprel 1754 və ya 29 aprel 1754 – 13 dekabr 1820, Vyana) — Budapeştdə Macarıstan Milli Kitabxanasının və Milli Muzeyinin təsisçisi. Kitabxana onun şərəfinə Milli Seçeni Kitabxanası adlandırılmışdır. İştvan Seçeninin atasıdır.
Vəcəni (Əhər)
Vəcəni (fars. وجني‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 337 nəfər yaşayır (77 ailə).
İbrahim Peçevi
İbrahim Peçevi (türk. İbrahim Peçevi; 1574[…], Peç – 1649[…], Buda) — Macar əsilli osmanlı tarixçisi. Macar mənbələrində Vakanüvis adı ilə tanınır. Boşnak əsilli olan anası soylu ailəyə mənsub olmuşdur. Peçevi 14 yaşı olarkən atasını itirmiş və qohumları tərəfindən Anadolu Bəylərbəyi Lala Mehmed Paşanın himayəsinə verilmişdir. Osmanlı imperiyası və Avstriya-Macarıstan imperiyaları arasında baş verən bir çox müharibədə iştirak etmiş İbrahim Peçevi həmin müharibələrdə baş verən hadisələrin qələmə alınmasında mühüm xidmətlər göstərmişdir. 1641-ci ildə dövlət işlərindən kənarlaşaraq həyatını şahid olduğu dövrün tarixini yazmağa həsr etmişdir. Peçevi tərəfindən yazılan əsərlərdə, xüsusi ilə 1520–1640-cı illərin tarixi hadisələri araşdırılmışdır. Peçevi ondan əvvəlki dövrün tarixini yazarkən istifadə etdiyi mənbələri açıq şəkildə göstərmiş və bir növ həmin mənbələrində itməsinin qarşısını almışdır. İbrahim Peçevi eyni zamanda Avropalı tarixçilərin əsərlərinə istinad edən və öz əsərlərində qərb tarixçilərindən mənbə göstərən ilk tarixçi kimi tanınır.
İştvan Seçeni
İştvan Seçeni (mac. István Széchenyi, 21 sentyabr 1791, Vyana – 8 aprel 1860, Döblinq) Macar dövlət xadimi və yazıçısı. O, 1848-ci ildə baş vermiş macar inqilabının 4 liderindən biri olmuşdur. Seçeninin bir vaxtlar ictimai və iqtisadi həyatda başladığı proseslər macar cəmiyyətində dərin izlər buraxmışdır. Elə buna görə də o, hər nə qədər özünü Macar millətinin "qulu" adlandırsa da, Macar tarixində "Ən böyük Macar" (ing. The Greatest Hungarian) adına layiq görülmüşdür. == Həyatı == İştvan Seçeni 1771-ci ildə Vyanada macar əsilzadə olan qraf Ferens Seçeni ilə Yuliyana Festetiç de Tolnanın ailəsində anadan olmuşdur. Seçeni ailəsi Macarıstanın ən qədim və soylu ailələrindən biri idi. Seçeninin atası Macarıstan Milli Muzeyinin qurucularından idi . Seçeni öz uşaqlığını Vyanada və Nadçenkdə keçirtmişdi.
Peçeneq–Kiyev münasibətləri
Şərqi Avropa düzənliklərinə tam sahib olan ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar. 944-cü ildə Kiyev knyazı İqor peçeneqlərlə hərbi ittifaq quraraq, Bizans üzərinə birgə yürüş təşkil etdi. Yürüşün qarşısını almaq üçün Bizans imperatoru Roman müttəfiqlərə «qızıl doldurulmuş arabalar vermək məcburiyyətində qaldı». Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3 il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar. 971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi yürüş təşkil etdi. Dikbaş Kiyev knyazının bu hərəkətinin cəzası daha ağır oldu.
Milli Seçeni Kitabxanası
Milli Seçeni Kitabxanası (mac. Országos Széchényi Könyvtár) (OSZK) — Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən kitabxana. Macarıstanın iki milli kitabxanasından biridir, digəri Debreçen Universitetinin kitabxanasıdır. == Tarixi == Kitabxana 1802-ci ildə son dərəcə vətənpərvər olan macar ariktokratı Ferenç Seçeni tərəfindən təsis edilmişdir. Seçeni bütün dünyanı ziyarət edərək Macarıstanla bağlı olan kitabları toplamış və onu dövlətə təqdim etmişdir. Növbəti ildə ictimai kitabxana Peşt şəhərində açıldı. Seçenidən sonra əksər insanlar kitabları milli kitabxanaya iadə edirdilər.1808-ci ildə Macarıstan Milli Məclisi Macarıstanın tarixi, arxeoloji və təbii irsini bir yerdə toplamaq üçün Macarıstan Milli Muzeyini yaratdı. Muzey kitabxana ilə birləşdirildi və son 200 ildə Macarıstanın keçmişini özündə əks etdirən depozit rolunu oynayır.1846-ci ildə Macarıstan Milli Muzeyi yeni binaya köçürüldü. Lakin 1949-cu ilə kimi kitabxana müstəqil şəkildə indiki adı ilə fəaliyyət göstərmədi. 1985-ci ildə Buda qalasının binasına köçürüldü.
Gecənin havadarlığı (film, 2016)
Gecənin havadarlığı (ing. Nocturnal Animals) — Tom Fordun rejissorluğu və prodüsserliyi ilə 2016-cı ildə, yazıçı Ostin Raytın 1993-cü ildə nəşr olunmuş Toni və Syuzan adlı romanı əsasında çəkilmiş ABŞ psixoloji triller filmidir. Filmdə əsas rolları Emi Adams, Ceyk Cillenhol, Maykl Şennon, Aaron Teylor-Conson, Ayla Fişer, Armi Hammer, Laura Linni, Andrea Reysboro və Maykl Şin ifa edirlər. Filmin əsas çəkilişləri 5 oktyabr 2015-ci ildə Los-Anceles, Kaliforniyada başlamışdır. Film, 73-cü Venesiya Film Festivalında Qızıl Şir uğrunda mübarizə aparmaq üçün seçilmiş və Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür. Filmin 18 noyabr 2016-cı ildə Focus Features tərəfindən ABŞ-də çıxarılacağı gözlənilir. == Məzmunu == Ayrılmalarınan uzun müddət sonra Syuzan Morrounun (Emi Adams) keçmiş həyat yoldaşı Edvard (Ceyk Cillenhol) "Gecənin havadarlığı" adlı ilk romanının əlyazmasını Syuzana göndərərək oxumağı və ədəbi baxımdan dəyərləndirməyi xahiş edir. Əsərin baş qəhrəmanı Toni Qastinqsin tətili təhlükəli və ölümcül hadisəyə çevrilir. Romanı oxuyan Syuzana əsər o qədər təsir edir ki, keçmiş həyat yoldaşı ilə münasibətlərinə yenidən baxır. Çünki, kitab oların keçmiş birgə həyatlarına çoxlu istinad və işarələrlə zəngindir.
Seçeni adına Milli Kitabxana
Milli Seçeni Kitabxanası (mac. Országos Széchényi Könyvtár) (OSZK) — Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən kitabxana. Macarıstanın iki milli kitabxanasından biridir, digəri Debreçen Universitetinin kitabxanasıdır. == Tarixi == Kitabxana 1802-ci ildə son dərəcə vətənpərvər olan macar ariktokratı Ferenç Seçeni tərəfindən təsis edilmişdir. Seçeni bütün dünyanı ziyarət edərək Macarıstanla bağlı olan kitabları toplamış və onu dövlətə təqdim etmişdir. Növbəti ildə ictimai kitabxana Peşt şəhərində açıldı. Seçenidən sonra əksər insanlar kitabları milli kitabxanaya iadə edirdilər.1808-ci ildə Macarıstan Milli Məclisi Macarıstanın tarixi, arxeoloji və təbii irsini bir yerdə toplamaq üçün Macarıstan Milli Muzeyini yaratdı. Muzey kitabxana ilə birləşdirildi və son 200 ildə Macarıstanın keçmişini özündə əks etdirən depozit rolunu oynayır.1846-ci ildə Macarıstan Milli Muzeyi yeni binaya köçürüldü. Lakin 1949-cu ilə kimi kitabxana müstəqil şəkildə indiki adı ilə fəaliyyət göstərmədi. 1985-ci ildə Buda qalasının binasına köçürüldü.
Çeçeni̇stan Milli Kitabxanası
Çeçeni̇stan Milli Kitabxanası — 1904-cu ildə Qroznıda yaradılmış ilk Ümumaçıq kitabxanadır. 1920-ci il Sovet hakimiyyəti dövründə dövlət kitabxanasına çevrilmişdir. Çeçen-İnquş Muxtar Vilayəti yarandıqdan sonra (1934) Vilayət kitabxanası statusu alır. Metodik və səyyar fond şöbələri yaradılır. 1936-cı ildə Muxtar Respublika yaradılması ilə əlaqədar respublika kitabxanasına çevrilir. 1939-cu ildən respublika ərazisində çap olunan nəşrlərdən (2 nüsxə) məcburi nüsxələr almağa başlayır. Müharibə illərində kitabxana 35 min nüsxə ədəbiyyatı hərbi hissələr vermişdir. 1944-cü ildə Muxtar Respublika ləğv edildikdən sonra kitabxana A.P.Çexov adına Qroznı vilayət kitabxanasına çevrilir. 1990-cı illərin əvvələrində kitabxananın fondu 2,6 milyon nüsxədən çox olmuşdur.Respublikada gedən hərbi əməliyyatlar zamanı kitabxananın binası və fondu məhv edilmişdir. 2000-ci ildə kitabxana bərpa olunur və 2003-cü ildə fondu 15 min nüsxəyə çatmişdır.
Gecəniz xeyrə qalsın, uşaqlar! (veriliş, 1964)
"Gecəniz xeyrə qalsın, uşaqlar!" (rus. Спокойной ночи, малыши!) — 1964-cü il sentyabrın 1-dən yayımlanan SSRİ və Rusiya uşaq verilişi. == İstinadlar == == Xarici keçidlər == Gecəniz xeyrə qalsın, uşaqlar!
Pelenin milli komandada vurduğu qolların siyahısı
Pele bütün zamanların qəbul edilən ən yaxşı oyunçularından biridir. O, 114 matçda Braziliya milli futbol komandasının şərəfini qorumuşdur ki, bunlardan 92 görüş tam bir beynəlxalq matçı idi və millinin tərkibində 95 qola imza atmışdır. O, həmçinin Braziliya milli komandasının bombardiridir. == Tam beynəlxalq matçlarda vurulan qollar == === Bütün beynəlxalq matçlar === Hesablar və nəticələr ilk olaraq Braziliya olaraq göstərilib.