Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bobbi-Bobbi
Bobbi-Bobbi – Avstraliyanın şimal ərazilərində məskunlaşmış Binbinqa adlı aborigen qruplarının miflərində keçən fövqəltəbii varlıq. == Əfsanə == Bobbi-Bobbi "yuxu zamanı" mifoloji erasında göylərdə yaşayırdı. O Əlvan İlana bənzər nəhəng ilan idi və əvvəllər insanlara müsbət yanaşırdı. Göylərdən o görür ki, həyatda qalmaq üçün insanlara təkcə su yetmir. Buna görə də o insanlar üçün uçan tülküləri (yarasa növü) yaradır ki, sonuncular onları tutub yeyə bilsin. Tülkülər insanların onları tuta bilməyəcəyi yüksəklikdə uçmağa başladıqda, Bobbi-Bobbi qabırğalarından birini çıxararaq insanlara verir və onlar qabırğanı tarixdə ilk bumeranq kimi istifadə edirlər. Deyilənlərə görə, bəzi insanlar verilən bu hədiyyələrədən razı deyildilər və səma cənnətinin necə olduğunu görmək istəyirdilər. İki kişi göydə keçid açıb Bobbi-Bobbiyə təşəkkür etmək adı ilə qabırğa-bumeranqı elə güclə atırlar ki, o buludlarda nəhəng dəlik açır. Bobbi-Bobbi çox qorxduğundan bumeranqı tuta bilmir və o geri qayıdaraq kişiləri öldürür. Bununla ilk dəfə Ölüm insan oğlu ilə tanış olur.
COBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. == Hello world == == Digər proqramlaşdırma dilləri == Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Doboy
Doboy (bosn. Doboj, serb. Добој / Doboj, xorv. Doboj) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur. == Tarixi == Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Fobos
Fobos — Günəş sistemində Mars planetinin peykidir. Qeyri düzgün formalıdır (uzunluğu 26 km, eni 21 km). Mars ətrafına 7 saat 39 dəqiqəyə dolanır.
Hobbi
Hobbi — insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyəti. Hobbi insanın çox vaxt özünü tanımasına köməkçi olur. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38%-nin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır. Hər hansı bir əşya — məsələn, marka, müasir dünya ölkələrinin və ya dövriyyədən çıxmış pul əskinasları, rəsm əsərləri və s. — yığmaq (kolleksiyaçılıq) da hobbidir. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər İdmanla məşğul olmaq, səyahətə çıxmaq, bağ-bağçaya qulluq etmək, heyvan bəsləmək də hobbi sayılır. Eyni hobbisi olanlar bəzən müəyyən dərnək və ya klublarda bir araya gəlirlər. Hobbi sayəsində maddi gəlir əldə etmək də mümkündür. Kolleksiyaçılar öz kolleksiyalarındakı bəzi nümunələri dəyişməklə və ya satmaqla gəlir əldə edə bilərlər == Etimologiya == 16-cı əsrdə "hobbi" termini "kiçik at və pony" mənasını daşıyırdı. "Hobbi atı" termini 1557-ci ildə İngiltərənin Redinq şəhərindən olan "Hobbi atı" üçün ödənişin təsdiqi zamanı sənədləşdirilmişdir.
KOBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. == Hello world == == Digər proqramlaşdırma dilləri == Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Lobio
Lobio (gürcü. ლობიო, Lobio) - gürcü yeməyidir. Əsas tərkibi lobya təşkil edir. Lobio əsas nar soku ilə birlikdə daha dadlı olur. Zaqafqaziya xalqları içərisində ən sevimli yeməkdir. == Tarixi == Qədim zamanlardan Gürcüstanda ən məşhur yeməkdir. Əsasən sünbülçiçəyi meyvəsindən istifadə olunur. XVII əsrdən hazırlanmağa başlanılmışdır. == Hazırlanması == Taxıl fıstığından hazırlanan yeməyin əsası xüsusi bir şəkildə hazırlanır. Lobya 12 saat soyuq suda saxlanılır, sonra isə 2-3 dəfə suyu dəyişilir.
Moböj
Moböj (fr. Maubeuge, nid. Mabuse/Malbode) — Fransanın şimal-şərqində, Belçika ilə sərhəddə şəhər. Sambr çayı sahilindədir. Nəqliyyatı qovşağı rolunu oynayır. Metal konstruksiyalar, boru, kabel, nəqliyyat maşınları, dəzgah istehsal olunur.
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Ponor
== Ponor == Ponor (serb-xorvat-ponor-qıf)-qalın karstlaşan süxur laylarında əmələ gələn və səth sularının hərəkət etdiyi mürəkkəb quruluşlu dərin quyuya deyilir. Ponorun yayıldığı sahələrdə çayların qəflətən "yox olması", yer altına enməsi, müəyyən məsafədən sonra yenidən səthə çıxması və ya bulaq şəklində təzahür etməsi (belə bulaqlara voklüz deyilir), göllərin su səviyyəsinin qeyri-dövrü tərəddüd etməsi, yox olub, qəfildən meydana gəlməsi və s. hadisələr müşahidə edilir.
Poppi
Poppi — İtaliyanın Toskana regionunda şəhər.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. == Yaranma tarixi == İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Qoboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. == Tarixçə == Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. == Quruluşu == Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. == Tarixi == Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Tobol
Tobol (qaz. Тобыл) — Qazaxıstan və Rusiya ərazisindən axan bir çay, İrtış şayının sol və ən gursulu qolu. Çayın uzunluğu 1591 km, hövzəsinin sahəsi isə 426.000 km²-dir. == Coğrafiya == Tobol Bozbie çayının Kokpektisay çayı ilə birləşməsindən meydana gəlir. Cənubi Uralsın şərq hissəsi ilə Turqay ovalığının sərhədində formalaşır. Çayın orta və aşağı axını Qərbi Sibir düzənliyində, dolama axara malik geniş bir vadidədir. Tobol hövzəsində ümumi sahəsi 9000 km² olan 20 minə yaxın göl vardır. Sağ sahil soldan yuxarı qalxır, çünki Tobol yer qabığının dərin bir hisssəsi üzərindən axır və Kurgan senkronioriumu və Tobolo-Ubagan yüksəlişi ilə məhdudlaşır. == Hidrologiya == Qidalanmasının əsasını qar suları təşkil edir, yağış suları aşağı axarda üstünülk təşkil edir. Gursululuq yuxarı axarda aprelin birinci yarısından iyunun ortasına qədər, aşağı hissədə avqustun əvvəlinə qədər davam edir.
Obol
Obol (q.yun. ὀβολός, translit. obolos, həmçinin ὀβελός (translit. obelós), ὀβελλός (translit. obellós), ὀδελός (translit. odelós). hərfi tər. "mismar"; lat. obolus) — Qədim Yunanıstanda yaranan çəki vahidi və valyuta. == Tarixi == Obol Qədim Yunanıstanda ilk öncə çəki vahidi, sonralar isə 1/6 dirhəmə bərabər mis pul kimi istifadə olunurdu.
Qobi
Qobi (monq. Говь, çin. 戈壁) — Mərkəzi Asiya ərazisində geniş ərazini əhatə edən səhra. Səhra Çin və Monqolustan ərazilərində yerləşir. Xarakterik olaraq səhra və yarımsəhra lanşaftından ibarətdir. Səhra qərbdən şərqə 1600 km, şimaldan cənuba 800 km təşkil edir. Ümumi səhrası isə 1 300 000 km² təşkil edir. Qədim zamanlarda səhra «Şamo səhrası» adı ilə məşhur idiÇində səhranın genişlənməsinin qarşısını almaq məqsədi ilə Yaşıl çin səddi adlı layihə həyata keçirilir. == Etimologiya == «Qobi» sözünün Monqolca anlamı «susuz yer» mənasını verir. Üstəlik Mərkəzi Asiya ölkələrində, xüsusi ilə türk xalqlarında bu söz səhra və yarımsəhra mənasını ifadə edir.
Aleksandr Popov
Aleksandr Stepanoviç Popov (rus. Алекса́ндр Степа́нович Попо́в; 4 (16) mart 1859, Krasnoturinsk, Perm quberniyası[d] – 31 dekabr 1905 (13 yanvar 1906), Sankt-Peterburq) — rus fiziki və elektrotexniki, professor, mülki müşavir (1901), fəxri mühəndis-elektrik (1899), radionun ixtiraçılarından biri. == Həyatı == == Xatirəsi == 1945-ci ildə SSRİ MEA radionun kəşf olunmasının 50 illiyi münasibətilə A.S.Popov adına Qızıl medal təsis etmişdir. Hər il may ayının 7-si radioelektronika sahəsində görkəmli nailiyyətlər əldə etmiş alimlər bu medalla təltif edilirlər.
Altan Tobçi
"Altan Tobçi" (monq. Алтан товч, ᠠᠯᠲᠠᠨ ᠲᠣᠪᠴᠢ; mənası – "qızıl düymə", "qızıl külliyyat") — XVII əsrə aid monqol salnaməsi, tarixi-ədəbi abidə. Monqolustan tarixşünaslığının unikal irsi hesab edilir. Burada indiki dövrə qədər qorunub-saxlanılmamış köhnə salnamələrdən məlumatlar təkrarlanır. == Məzmun == "Altan Tobçi"nin iki variantı indiki dövrə qədər gəlib çatmışdır. Onlar "Kiçik Altan Tobçi" və "Böyük Altan Tobçi"dir. "Kiçik Altan Tobçi" XVII əsrin əvvəllərində ərsəyə gətirilmişdir. Burada dini mövzular üstünlük təşkil edir. Salnamə dünyanın və insanın yaranması haqqında miflərlə açılır, Hindistan və Tibetin padşahları, müqəddəsləri haqqında əfsanələrlə davam edir. Çingiz, Öqedey, Xubilay xanlar haqqında hekayələrlə yanaşı, 270 il ərzində Monqolustanda baş verən əlamətdar hadisələr nəql edilir.
Bobbi Andonov
Bobbi Andonov (ing. Bobby Andonov, mak. Бобби Андонов; 28 avqust 1994 və ya 18 avqust 1994, Melburn) — Makedon əsilli Avstraliya müğənnisi, bəstəkar və model. == Həyatı == Bobbi Andonov 29 avqust 1994-cü ildə Avstraliyanın Viktoriya ştatında yerləşən Melburn şəhərində anadan olmuşdur. Andonovun hər iki valideyni Makedoniya Respublikasının Strumitsa şəhərindəndir. Bobbi altı yaşından bəri oxuyur və eyni zamanda rəqslə məşğul olur. Müğənni müsahibələrindən birində musiqiyə Prins və Corc Maykldan ilhamlandığını bildirmişdir. Bobbi eyni zamanda piano və gitarada ifa etməyi kiçik yaşlarından öyrənmişdir. == Musiqi karyerası == Bobbi Andonov 14 yaşında ikən ana vətəni olan Makedoniya Respublikasını 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və 15 iştirakçı arasında 5-ci yerdə qərarlaşmışdır. Müsabiqədə özünün bəstələdiyi və ifa etdiyi "Prati mi SMS" mahnısı ilə əsasən Balkan ölkələrində şöhrət qazanan Andonov müsabiqənin ardınca həmin ölkələrdə turlar həyata keçirmişdir.
Bobbi Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). == Həyatı == Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Bobbi Makferrin
Bobbi Makferrin (ing. Bobby McFerrin; doğ. 11 mart 1950) — Amerika caz müğənnisi və dirijoru, 10 dəfə "Qremmi" mükafatı laureatı. == Həyatı == Bobbi Makferrin 1950-ci il martın 11-də Manhettendə (Nyu-York), opera müğənnisi Robert Makferrin və müğənni Sarah Koperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən Makferrin ilk olaraq klarnetdə, sonra isə fortepianoda ifa etməyi öyrənib. Vokalçı kimi 1977-ci ildə debüt edib və növbəti ildən "Astral Project" kollektivində oxumağa başlayıb. Musiqiçinin həyatında 1980-ci ildə Playboy Caz Festivalında onun vokal debütünü təşkil edən komediyaçı Bill Kosbi ilə tanışlıq mühüm rol oynayıb. Musiqiçinin ilk albomu ("Bobby McFerrin") 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu ("The Voice") heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu olub. Makferrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Qremmi" mükafatına layiq görülmüş "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb.
Bobbi Qiçard
Bobbi Qiçard (29 noyabr 1999) — Yeni Zelandiyalı üzgüçü. Bobbi Qiçard Yeni Zelandiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Həyatı == Bobbi Qiçard 29 noyabr 1999-cu ildə doğulub. == Karyerası == Bobbi Qiçard birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:15.97 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 24-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Bobbi Robson
Ser Robert Uilyam "Bobbi" Robson SVE (ing. Sir Robert William "Bobby" Robson; 18 fevral 1933, Sakriston, Darem qraflığı — 31 iyul 2009) — İngiltərə futbolçusu və futbol məşqçisi. == Həyatı == Bobbi Robson 20 oyun keçirib 4 qol vurduğu yığmaya 1982–1990-cı illərdə rəhbərlik edib. Futbolçu kimi "Fulhem" və "Vest Bromviç"də forma geyinən ingilis 1968-ci ildə başladığı məşqçi karyerasının birinci klubunda başlayıb. 1969-cu ildə "İpsviç"ə keçən gənc məşqçi ardıcıl 13 il sükanı arxasında olduğu komandaya İngiltərə və UEFA kuboklarını qazandırıb. Sonrakı 8 ildə milli komandaya rəhbərlik edən Robson dünya və Avropa çempionatlarında fərqli nəticələr qazanıb. DÇ-86-nın 1/4 finalında Dieqo Maradonanın "Tanrı əli"nin qurbanı olan ingilis 4 il sonra üçüncü yer uğrunda matçda İtaliyaya uduzub. Qitə birinciliklərində isə onun yetirmələri uğura həsrət qalıb. İngiltərə yığmasından sonra klublarda çalışan Robson ümumilikdə 41 il sürən məşqçilik karyerasının sonunadək PSV (Hollandiya), "Sportinq", "Porto" (Portuqaliya), "Barselona" (İspaniya) və "Nyukasl"da (İngiltərə) da işləyib. Hollandiya və Portuqaliyada çempion, İspaniya və Portuqaliyada ölkə kuboku qazanan Robson 12 il əvvəl "Barselona"ya Kuboklar kubokunu qazandırıb.