Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Benjamen Pavar
Benjamen Pavar (fr. Benjamin Pavard 28 mart 1996[…], Moböj) — Sağ cinah müdafiəçisi rolunu oynayan footbolçudur. Bayer Münhen və Fransa milli komandalarının şərəfini qoruyur. O öz karyerasına Fransanın Lille komandasında başlamış və 2016-cı ildə Ştutqard klubuna transver olaraq 2. Bundesliqa titulunu özünün ilk sezonunda qazanmışdır. Milli karyera debütünü Noyabr ayının 2017də başlamış və Rusiyada keçirilən 2018 FİFA World Cup əsas müdafiəçi rolunu oynamışdır. == Klub karyerası == === Lill === Nord şəhərində anadan olan Pavard, gəncliyini Lille klubunda keçirmişdir. O, ilk debütünü 2015-ci il yanvarın 31-də "Nantes" klubuna qarşı keçirmişdir. === Vfb Ştutqart === ==== 2016–17 mövsümü ==== 30 avqust 2016-cı ildə Pavard 4 illik müqavilə imzalayıb VfB Stuttgart'a köçdü. O, SpVgg Greuther Fürth üzərində 4–0 ev qalibiyyəti qazanaraq, 3 oktyabr tarixində 2.
Tayron Pover
Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir.
Polar Pena Karraso
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Alvar
ToponimlərAlvar (kommuna)
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X-XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV-XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Bozar
Bozar (fr. beaux-art - “təsviri sənət”) - XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. == Stilin doğuşu == Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Cokar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Covas
Gilermo Kovas (ing. Guillermo Covas; 1 fevral 1915, La Plata – 30 avqust 1995) — Argentina botaniki. == Elmi fəaliyyəti == Gilermo Kovas Sumaqkimilər üzrə ixtisaslaşmışdır.
Cövkar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Davar
Davar - qoyun, keçi kimi əhlilləşdirilmiş heyvanlara və onların sürülərinə verilən ad, mal-qara. == Etimologiyası == Davar sözü qədim türkcədəki tavar sözündəndir.
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Folar
Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir.Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Hovari
Hoveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Komar
Yuxarı Komar (Culfa)
Kovak
Kovaq
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Qovan
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Qovaq
Qovaq (lat. Populus L.) — Söyüd fəsiləsindən bitki cinsi. === Yalançı ağqovaq — P.pseudonivea === Boyu 35 m. diametri 80 sm olan genişçətirli iri ağacdır. Uzanmış zoğlarının yarpağı hibrid qovağının yarpağına oxşayır. Qısa zoğlarının yarpaqları alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx keçətükcüklüdür, üstdən seyrək tükcüklüdür, yumurtavari rombəşkillidir, kənarı dilimli və dişlidir, ucdan sivriləşmişdir. Dişicik sırğalarının oxu tükcüklüdür. Mart-aprel aylarında çiçəkləyir. Toxumu may-iyun aylarında yetişir. Qafqazda yayılıb.
Qovlar
Qovlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə kənd statusu verilmiş, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == Tovuz rayonunda ikinci şəhər olan Qovlar rayondan Bakı şəhəri istiqamətində hərəkət edərkən Tovuz çayı körpüsünü keçdikdən sonra təxminən 4–5 km uzaqlıqda yolun sağ tərəfində yerləşir. Qovlar qəsəbəsi öz yerləşmə mövqeyinə və infrastruktur imkanlarına görə Tovuz rayonunun iqtisadi göstəricilərində son dərəcə mühüm və həlledici rol oynamışdır. Qovlar şəhər sakinlərinin də əsas fəaliyyət növü rayonun digər yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Şəhərdə məktəblər, uşaq baxçaları ,xəstəxana, klinika və digər sosial təyinatlı obyektlər mövcuddur. Azərbaycan dəmiryol qovşağının Gürcüstan-Ermənistan xətti üzərində yerləşən Qovlar stansiyası Tovuz rayon dəmiryol qovşağının yük daşımaları sahəsində əsas stansiyası sayılır. === Tarixi abidələri === Şəhərdə Qədim Göytəpə yaşayış məskəni (Neolit dövrünə aid) yerləşir == Coğrafiyası və iqlimi == Şəhər rayon mərkəzindən 12 km uzaqlıqda yerləşir. == Əhalisi == === Şəhidləri === Həsənov Xətai Xaliq oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Vəliyev Nurlan Habil oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çovdar
Çovdar (bitki) — buğdakimilər (Gramineae) ailəsindən Secale cereale növünə verilmiş addır. Çovdar (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çovdar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Çuvar
Çuvar — İranın İlam ostanının İlam şəhristanının Çuvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,574 nəfər və 1,080 ailədən ibarət idi.