Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prezident
Prezident (lat. pre - "əvvəl" və sedere - "oturmaq" sözlərindən, "öndə oturan" mənasını verir) — seçki yolu ilə müəyyən olunan dövlət və ya inzibati-ərazi vahidinin rəhbəri, yaxud kollegial orqanın, ictimai birliyin və ya kommersiya təşkilatının sədri. Bəzi ölkələrdə isə (məsələn, ABŞ-də) bu vəzifəni nə vaxtsa tutmuş bütün şəxslərə ömürlük verilən titul. Prezident idarə üsuluna sahib olan ölkələrdə prezident icraedici hakimiyyətin rəhbəri, parlament idarə üsuluna sahib ölkələrdə isə yalnız dövlət başçısıdır. Müasir dövrdə bəzən seçki yolu ilə deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn diktatorlar da özlərini rəsmi olaraq prezident adlandırırlar. Tarixdə ilk dəfə "prezident" titulunu milli rəhbər mənasında istiqlaliyyət müharibəsi dövründə Corc Vaşinqton istifadə etmişdir. 1787-ci ildə ABŞ Konstitusiyası qəbul olunanadək o, Britaniya İmperiyasına qarşı üsyan qaldıran ştatların "Kontinental konqres"inin prezidenti olmuş, sonradan isə ABŞ-nin prezidenti seçilmişdir.
Müvəqqəti prezident
Müvəqqəti prezident (ing. Acting president) və ya prezident səlahiyyətlərinin icraçısı — bir şəxsdir ki, əgər prezident mövcud olmaya (məsələn; xəstə ola və ya məzuniyyət əsasında) və ya prezident vəzifəsi boş olsa (məsələn; ölüm, zədə, istefası və ya vəzifədən azad edilməsinə görə) bir təşkilatın və ya ölkə prezidentinin rolunu müvəqqəti olaraq doldurur.
Nazir -prezident
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Prezident.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Prezident (2007)
Prezident (ağac)
Prezident — ABŞ-nin Kaliforniya ştatı, Nəhəng Sekvoya Milli Parkı, Nəhəng Meşədə mövcud olan Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid böyük ağac. “Prezident” dünyanın üçüncü ən böyük sekvoyasıdır (2012-ci ildə National Geographic jurnalında yayımlanan bir hesabata görə, “Prezident”-in həcmi “General Qrant”-ın həcmini 15% üstələyərək dünyanın ikinci ən böyük ağacına çevrilir). Bununla belə, canlı bir ağacın həcminin dəqiq ölçülməsi çox çətin bir iş olduğundan, həcm müxtəlif yollarla ölçülə bilər (bütün budaqları və ya yalnız böyük budaqların nəzərə alınması, yeraltı kök hissəsini nəzərə alınması və ya almaması və s.). Milli parkın rəsmi veb səhifəsində hələ də "Prezident"-in dünyada üçüncü böyük sekvoya olduğu göstərilmişdir. Ağacın 3240 yaşında olduğu təxmin edilir ki, bu da onun planetdəki ən qədim yaşıyan ağac olması deməkdir. Ağac adını 1923-cü ildə ölümüş ABŞ-nin 29-cu Prezidenti Uorren Hardinqin şərəfinə adlandırılmışdır. Prezidentin yanında Konqres Qrupu adlanan iki orta ölçülü sekvoya böyüyür: Palata və Senatı təmsil edirlər.
Prezident (dəqiqləşdirmə)
Prezident
Prezident Kitabxanası
Prezident Kitabxanası (ABŞ)
Prezident Sarayı
Prezident sarayları — Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Prezident rejimi
Prezident üsulu idarəetmə də adlandırılan bu rejim, parlamentar sistemdən xeyli fərqlənir. Prezident rejiminin başlıca xüsusiyyətlərini bu şəkildə sıralaya bilərik: Prezident rejimi, bərk/qatı bir hakimiyyətlər ayrılığı prinsipinə söykənir. Qanunvericilik və icra hakimiyyətləri bir-birindən qəti xəttlərlə ayrılmışdır. İcra etmə, xalqın seçdiyi Başçı, qanunuma isə Konqres tərəfindən yerinə yetirilər. Dövlət Başçısı, icra vəzifəsini tək başında əlində məbləğ. Başçı, həm dövlət başçısı, həm hökumət başçısı vəzifəsini icra edər. Prezident rejimində, parlamentar rejimdəkinin əksinə icra etmənin yasamayı dağıt/paylaması, yasamanın da icra etməyi salması imkanı yoxdur. Qanunvericilik və icra arasındakı əlaqələrdə qopuqluğu aradan qaldırmaq üzrə, bir "yoxlama və tarazlıq sistemi" inkişaf etdirilmişdir. İcra etmənin bəzi əməliyyatları, məsələn üst səviyyə idarəçilərinin təyin edilməsi Senatın təsdiqini tələb edir. Buna qarşılıq, Başçının da yasamadan keçən qanunları veto etmə səlahiyyəti var.
Prezident respublikası
Prezident üsulu idarəetmə də adlandırılan bu rejim, parlamentar sistemdən xeyli fərqlənir. Prezident rejiminin başlıca xüsusiyyətlərini bu şəkildə sıralaya bilərik: Prezident rejimi, bərk/qatı bir hakimiyyətlər ayrılığı prinsipinə söykənir. Qanunvericilik və icra hakimiyyətləri bir-birindən qəti xəttlərlə ayrılmışdır. İcra etmə, xalqın seçdiyi Başçı, qanunuma isə Konqres tərəfindən yerinə yetirilər. Dövlət Başçısı, icra vəzifəsini tək başında əlində məbləğ. Başçı, həm dövlət başçısı, həm hökumət başçısı vəzifəsini icra edər. Prezident rejimində, parlamentar rejimdəkinin əksinə icra etmənin yasamayı dağıt/paylaması, yasamanın da icra etməyi salması imkanı yoxdur. Qanunvericilik və icra arasındakı əlaqələrdə qopuqluğu aradan qaldırmaq üzrə, bir "yoxlama və tarazlıq sistemi" inkişaf etdirilmişdir. İcra etmənin bəzi əməliyyatları, məsələn üst səviyyə idarəçilərinin təyin edilməsi Senatın təsdiqini tələb edir. Buna qarşılıq, Başçının da yasamadan keçən qanunları veto etmə səlahiyyəti var.
Prezident sarayları
Prezident sarayları — Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Vitse-prezident
Vitse-prezident (ing. Vice President) — hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab olunur. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında prezidenti əvəz edir. Vitse-prezidenti həm də Milli Məclisə də rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir.
Ermənistan Prezidenti
"Ermənistan Prezidenti" (erm. Հայաստանի Նախագահ, translit. Hayastani Naxaqah) — Ermənistanın ali dövlət vəzifəsi. Ermənistan Prezidenti dövlətin başçısı hesab olunur.Lakin bu belə deyil. "Ermənistan Prezidenti", vəzifəyə "Ermənistan Parlamenti"ndə baş tutan seçim yolu ilə təyin olunur."Ermənistan Parlamentinin" 132 üzvü bir neçə mərhələdən ibarət olan seçim yolu ilə bir nəfəri yeddi il müddətinə "Ermənistan Prezidenti" vəzifəsinə seçir. Ermənistan Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il aprelin 9-dan başlayır və yeddi il sonra başa çatır. Hal-hazırkı prezident 2022-ci il martın 3-də yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan parlament tərəfindən ikinci turda Ermənistan prezidenti seçilib. == Tarixi == 1990-cı il avqustun 22-də Ermənistan SSR Ali Soveti "Ermənistanın dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannaməni qəbul etdi. 1991-ci il sentyabrın 22-də isə Ermənistanın dövlət müstəqilliyi haqqında referendum baş tutdu və həmin referendumun nəticələrinə əsasən Ermənistan dövlət müstəqilliyini elan etdi. Növbəti ay isə Ermənistanda birinci dəfə Prezident seçimləri baş tutdu.
Estoniya Prezidenti
Estoniya prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyini qazanan Estoniyanın, dövlət başçılarının siyahısı. Estoniya Prezidenti, Estoniya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Estoniya Prezidenti vəzifəyə, Estoniya Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2021-cı ilin ilin 11 oktyabr tarixindən vəzifəni, Alar Karis icra edir.
Fransa Prezidenti
Fransa Prezidenti və ya rəsmi olaraq Fransa Respublikasının Prezidenti (fr. Président de la République Française) — fransızların seçdikləri dövlət başçısı. Fransanın beş respublikasından dördünün dövlət başçısı kimi prezidentləri olub. Fransa konstitusiyasının hər nəşrində prezidentlərin səlahiyyətləri, rol və vəzifələri və Fransa hökuməti ilə münasibətləri fərqlinir. 1965-ci ildən etibarən respublika prezidentinin seçilməsi birbaşa və ümumxalq olmuşdur (qanun 1962-ci ildə dəyişdirilmişdir).2002-ci ilə qədər (qanuna 2000-ci ildə düzəliş edildi), prezidentlik müddəti 7 il (fr. septennat), sonra 5 il (fr. quinquennat) edilmişdir. 2008-ci ilin mayında dövlət başçısının təklifi ilə hakimiyyət institutlarının islahatı komissiyası prezident səlahiyyətlərinin müddətinin konstitusiya dəyişiklikləri sayına məhdudlaşdırılması barədə nota daxil etdi. Qanunun yeni variantında dəyişiklik aşağıdakı kimidir: "Heç kim ardıcıl olaraq iki dəfədən çox prezident vəzifəsinə seçilə bilməz." Hal-hazırda, Respublika Prezidenti, 14 may 2017-ci il tarixindən etibarən beş illik müddətə vəzifəyə başlayan, Fransa Respublikasının 25-ci prezidenti və 24-cü prezidenti Fransua Ollandın ardınca gələn Emmanuel Makrondur. Prezident iqamətgahı - Parisdəki Yelisey sarayıdır.
Gürcüstan Prezidenti
Gürcüstan prezidenti — Gürcüstan xalqı tərəfindən seçilmiş dövlət başçısı.
Hindistan Prezidenti
Hindistan Prezidenti və ya Raştrapati — Hindistan Respublikasının dövlət başçısı, Hindistanın birinci vətəndaşı, həmçinin Hindistan Silahlı Qüvvələrinin ali baş komandanı. == Prezidentin səlahiyyətləri == Hindistanın Prezidenti parlamentarlar və ştat nümayəndələrindən ibarət Elektoral Kollegiya tərəfindən 5 il müddətinə seçilir.. Hindistan Konstitusiyasına əsasən Prezident nəzəri cəhətdən mühüm əhəmiyyətli səlahiyyətlərə: ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Lakin əməli olaraq hakimiyyət başçısı səlahiyyətlərinin əksəriyyəti Baş nazirın başçılıq etdiyi Hindistan hökuməti tərəfindən həyata keçirilir. Prezidentin icra etdiyi vəzifələrin əsas hissəsini formal şəkildə hökumət qərarlarının təsdiq edilməsi təşkil edir. Bir sıra hallarda o, məhkumların bağışlanması hüququna da malikdir. == Hindistan prezidentlərinin siyahısı == Racendra Prasad — 1950–1962 Sarvepalli Radxakrişnan — 1962–1967 Zakir Hüseyn — 1967–1969 Baraxaqiri Venkata — 1969–1974 Faxruddin Əli Əhməd — 1974–1977 Hilam Sanciva Reddi — 1974–1977 Zail Sinqx — 1982–1987 Ramasvamı Venkataraman — 1987–1992 Şankar Şarma — 1992–1997 Koçeril Raman Narayanan — 1997–2002 Abdul Kalam — 2002–2007 Pratibha Patil — 2007–2012 Pranab Mukerci — 2012–2017 Ram Nath Kovind — 2018-indi == Hindistan Prezidenti vəzifəsini icra edənlər == Varaxaqiri Venkata Qiri — 3 may 1969 – 20 iyul 1969 Muxammad Xidayatulla — 20 iyul 1969 – 24 avqust 1969 Basappa Danappa Catti — 11 fevral 1977 – 25 iyul 1977 == İstinadlar == == Xarici keçidlər == Официальный сайт Президента Индии == Mənbə == Варахагири Венката Гири (Люди и события) // Новое время. — М., 1969. — № 20. Нилам Санджива Редди (Люди и события) // Новое время.
Kamerun Prezidenti
Kamerun Prezidenti == Tarixi == 1960-cı il yanvarın 1-də Kamerun, Fransadan dövlət müstəqilliyini elan etdi. 1960-cı il mayın 15-də Kamerun Prezidenti vəzifəsinə Fransız Kamerununun Baş naziri Əhmədu Ahico gətirildi. 1960-cı ildən 1965-ci ildə qədər Əhmədu Ahico Kamerunun Prezidenti vəzifəsini icra etdi. 1965-ci il martın 23-də Kamerun tarixində birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və 5 il müddətinə Kamerun Prezidenti seçildi. 28 mart 1970-ci ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Yenə seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və yenidən 5 il müddətinə Kamerun Prezidenti seçildi. 1975-ci il aprelin 5-də Kamerunda üçüncü dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və üçüncü dəfə 5 il müddətinə Kamerun Prezidenti seçildi. 5 aprel 1980-cı ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu.
Kolumbiya Prezidenti
Kolumbiya Prezidenti (TBD) — Kolumbiyanın ali dövlət vəzifəsi. Kolumbiya Prezidenti dövlətin başçısı hesab olunur. Kolumbiya Prezidenti, vəzifəyə seçim yolu ilə təyin olunur. Kolumbiya vətəndaşları seçim yolu ilə bir nəfəri dörd il müddətinə Kolumbiya Prezidenti vəzifəsinə seçir. Kolumbiya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il avqustun 7-də başlayır və dörd il sonra başa çatır. 2018-ci il avqustun 7-dən Kolumbiya Prezidentinin səlahiyyətlərini İvan Duqe icra edir. Onun səlahiyyət müddəti 2022-ci il avqustun 7-də başa çatır. == Tarixi == == Prezidentin səlahiyyətləri == == Seçilmə qaydaları == === Prezidentin səlahiyyət müddəti === Kolumbiya Konstitusiyasında qeyd olunub: Kolumbiya Konstitusiyasında qeyd olunub: === Prezidentin andiçmə mərasimi === Kolumbiya Prezidenti seçilən şəxsin andiçmə mərasi avqustun 7-də baş tutur. Latviya Prezidenti seçilən şəxsə andiçmə mərasimi zamanı Kolumbiya Prezidentinin qurşağı təqdim edilir. Andiçmə mərasimi zamanı Kolumbiya Prezidenti seçilən şəxs sağ əlini ürəyinə qoyur və aşağıda olan andı qəbul edir: == Prezidentin rəmzləri == === Kolumbiya Prezidentinin bayrağı === == Prezidentin iqamətgahları == Kolumbiya Prezidentinin rəsmi iqamətgahı Narinio Evidir.
Latviya Prezidenti
Latviya Prezidenti (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır. 2023-cü il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Edqar Rinkeviç icra edir. == Tarixi == === 1940– 1990 === 1922-ci il noyabrın 14-də Latviya Seymi Latviyanın birinci Prezidentini seçdi. Həmin vəzifəyə yeganə namizəd "Kəndçi Birliyi" Partiyasının üzvü Yanis Çaqste idi. Onun lehinə 92, əlehinə isə 6 deputat səs verdi və Yanis Çaqste üç il müddətinə Latviya Prezidenti seçildi.
Litva Prezidenti
Litva prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyi qazanan Litvanın, dövlət başçılarının siyahısı. Litva Prezidenti, Litva Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Litva Prezidenti vəzifəyə, Litva Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2019-cu ilin ilin 12 iyul tarixindən vəzifəni, Gitanas Nausėda icra edir.
Livan prezidenti
Livan Prezidenti — Livan Ərəb Respubliksının 22 noyabr 1943-cü il tarixindən seçilən başçıları.
Monteneqro Prezidenti
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı. Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir. 2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi.
Nikaraqua Prezidenti
Nikaraqua Prezidenti (isp. Gobernantes de Nicaragua) — Nikaraquanın dövlət başçısı. Nikaraqua prezidenti 5 ildən bir seçilir. Hazırda Nikaraquanın prezidenti Daniel Orteqodur.
Presedent
Presedent (lat. praecedens — əvvəlki) — keçmişdə baş vermiş və hazırkı dövrdə nümunə və əsas ola biləcək hadisə.