Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pripek burnu
Pripek burnu (bolq. нос Припек, ‘Nos Pripek’ \'nos 'pri-pek\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun şimali, cənub-şərqi, şimal-şərqi və cənubi Bolqarıstanda yerləşən Böyük Pripek şəhərinin adını daşıyır. Tuorda burnundan 3.65 km şimalda, Rossa burnundan 3.55 km şimal-şərqdə, Biser burnundan 6.8 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Prilep
Prilep (mak. Прилеп, translit. Prilep) — Şimali Makedoniya Respublikasının cənubunda şəhər və eyniadlı bələdiyyənin inzibati mərkəzi. Şəhər ölkənin böyük şəhərlərindən olan Monastırın yaxınlığında yerləşir. Makedoniyanın cənubunda yerləşən Prilep, ölkənin inzibati ərazi bölügüsündə Pelagonya bölgəsi sərhədlərinə daxildir. Prilep, antiq Styberra şəhərinin qalıqları üzərində qurulub. Qurulmasından sonra şəhər Roma İmperiyası dövründə inkişaf etmişdir. 268-ci ildə Qotlar tərəfindən demək olar ki, məhv edilmiş, işğaldan sonra şəhərin yalnız kiçik bir hissəsi qalmışdır. Şəhər, XIV əsrdə (1385-1395) ətrafındakı yaşayış məntəqələri ilə Osmanlı İmperiyası ərazisinə daxil edilmişdir. Bu dövrdən XX əsrin əvvəllərinə (1912-1913) qədər Osmanlı inzibati ərazisinə aid olmuşdur.
Piper
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Abdulla Oripov
Abdulla Nigmatoviç Oripov (özb. Abdulla Nigʻmatovich Aripov; 24 may 1961, Daşkənd) — Özbəkistanın dövlət xadimi, 14 dekabr 2016-cı ildən Özbəkistanın dördüncü baş naziri. == Ailə vəziyyəti == Ailəlidir, beş qızı var. == Elmi dərəcələri == Elmi dərəcəsi: iqtisad elmləri namizədi.
Eldar Piriyev
Piriyev Eldar Rizvan oğlu — azərbaycanlı filoloq, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının professoru. == Həyatı == Eldar Piriyev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin Filolofiya fakültəsini bitirmişdir. Bir müddət ASE-də elmi redaktor və İranda tərcüməçi işlədikdən sonra 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna işə qəbul olunmuşdur. 1983-cü ildən müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır, 2008-ci ildən Türkologiya kafedrasının professoru vəzifəsində işləyir. 2002-2014-cü illərdə Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin dekanı olmuşdur. 1989-cu ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 75-dən artıq elmi məqalə, 4 monoqrafiya, 1 metodik vəsait və 2 dərs vəsaitinin müəllifidir. 2012-ci ildə Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" nominasiyası üzrə diploma layiq görülmüş və qızıl medalla təltif olunmuşdur.
Elsevər Piriyev
Elşən Piriyev
Heydər Piriyev
Heydər Kamal oğlu Piriyev (17 sentyabr 1959 və ya 1 sentyabr 1959, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin sabiq rektoru, Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni laureatı (2020). == Həyatı == Heydər Kamal oğlu Piriyev 1 sentyabr 1959-cu ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1974–1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil almışdır. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olmuşdur. === Ailəsi === Ailəlidir, 1 oğlu var. == Hərbi xidməti == 1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb. 1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilmişdir. 2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət etmişdir.
Mansur Piriyev
Mansur Piriyev — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri. == Həyatı == Piriyev Mansur Şahmar oğlu 3 fevral 1979-cu ildə Azərbaycan Respublikası Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsini, BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə və BDU-nun Sosial-fəlsəfə ixtisası üzrə magistraturasını bitirib. Tələbə olduğu illər ərzində bir çox mətbuat orqanlarında çalışmış, KİV-də bir sıra rəhbər vəzifələrdə mövqe tutmuşdur. == Fəaliyyəti == Tələbəlik illərində bir sıra qəzet və jurnallarda müxbir və məsul vəzifələrdə fəaliyyət göstərmişdir. 1998-ci ildən 2002-ci ilədək Azərbaycan Dövlət Dillər Universitetinin tədris şöbəsində mütəxəssis, 2005-2006-cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radionun elm-təhsil verilişləri departamentinin redaktoru, eyni zamanda "Qarabağnamə", "Zəng", "Həyat tərzi" adlı radio verilişlərinin müəllifi və aparıcısı olmuşdur. 2006-2008-ci illərdə İctimai Televiziyanın elm-təhsil verilişləri departamentinin redaktoru kimi fəaliyyət göstərmiş və "Rəqəmsal dünya", "Hüquq müstəvisi", "Teleportret", "Açıq dərs" və. s verilişlərdə redaktor, aparıcı və ssenari müəllifi kimi çalışmışdır. 2010-cu ildən 2016-cı ilədək dövlət qulluqçusu kimi Fövqəladə Hallar Nazirliyində Təbliğat və Təşkilat sektorunun müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildən 2018-ci ilədək BakuBus MMC nin Mətbuat və ictimaiyyətlə əlqələr şöbəsinin müdiri, 2018-ci ilin may ayından etibarən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri vəzifəsində çalışır.
Oleq Pliyev
Oleq Albertoviç Pliyev (rus. Олег Альбертович Плиев; 16 fevral 1998-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Spartak Vladiqafqaz klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. Pliyev öz peşəkar karyerasında debütünü 11 avqust 2018-ci ildə Spartak Vladiqafqaz klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Anquşt Nazran klubuna qarşı oyunda etmişdir.
Prilep təpəsi
Prilep təpəsi (bolq. Прилепска могила, ‘Prilepska Mogila’ \'pri-lep-ska mo-'gi-la\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən, 700 m hündürlüklü qaya zirvəsidir. Misti aşırımından cənubda, Laklaver yaylasından qərbdə, Broad dərəsindən cənub-şərqdə yerləşmişdir. Zirvə cənub-şərqi Bolqarıstanda yerləşən Prilep şəhərinin adını daşıyır. Prilep təpəsi 63°29′15″ c. e. 57°58′45″ q. u. koordinatlarında yerləşmişdir. Morro del Paso zirvəsindən 2.39 km şərqdə, Dabnik zirvəsindən 1.41 km cənub-qərbdə, Kanitz nunatakından 10.08 km qərbdə, Yarlovo nunatakından 6.72 km şimalda yerləşmişdir.
Qris Pliyev
Qris Pliyev (oset. Плиты Грис; 30 oktyabr 1913 – 4 mart 1999, Vladiqafqaz) — Sovet, osetiyalı şair və nasir, tərcüməçi və teatr aktyoru, qvardiya mayoru. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Kosta Xetaqurov adına Dövlət Mükafatı laureatı (1996). 30 oktyabr 1913-cü ildə Cənubi Osetiyanın Ruk kəndində anadan olmuşdur. 1935-ci ildə Rusiya Teatr Sənəti İnstitutunun aktyorluq fakültəsini bitirib. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olur. 1947-ci ildə qvardiya mayoru rütbəsi ilə cəbhədən qayıdır. Hərbi mükafatları vardır. 1930-cu ildən əsrlərini nəşr etdirir.
Qurban Primov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Gülablı – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür.
Qüdrət Piriyev
Qüdrət Piriyev (Tam adı:Qüdrət Əliövsət oğlu Piriyev; d.19 sentyabr 1950; Ağsu r., Bəyimli k) — jurnalist, “Xalq qəzeti” Redaksiya Heyətinin üzvü, baş redaktorun birinci müavini,“Əməkdar mədəniyyət işçisi”. Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il senytabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə ordu sıralarında xidmət edib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində (əyani) təhsil alıb. 1978-1979-cu illərdə “Azərbaycan gəncləri”, 1979-1988-ci illərdə “Bakı-Baku” qəzetləri redaksiyalarında işləyib. 1988-ci ilin aprel ayından indiyədək “Xalq qəzeti”ndə (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib. 2014-cü il fevralın 1-dən baş redaktorun birinci müavinidir. 27 ildir ki, fasiləsiz olaraq “Xalq qəzeti” Redaksiya Heyətinin üzvüdür. Yüzlərlə məqalənin və bir neçə kitabın müəllifi, redaktoru və tərtibçisidir. Ailəlidir.
Rafflesia pricei
Rafflesia pricei (lat. Rafflesia pricei) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Raul Piriyev
Rizvan Piriyev
Piriyev Rizvan Xanəmi oğlu — coğrafiyaşünas, professor (1972). Rizvan Piriyev 1924-cü ildə Azərbaycanın Şamaxı rayonunda anadan olub. 1941-ci ildə Şamaxı pedaqoji texnikumunu əla qiymətlərlə bitirib. 1942-ci ildə ordu sıralarına çağırılıb və Leninqrad cəbhəsində döyüşüb. 1944-cü ildə şikəst olaraq ordu sıralarından tərxis edilib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olub və 1951-ci ildə fakültəni fiziki coğrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Böyük Vətən müharibəsindəki xidmətlərinə görə III dərəcəli "Şöhrət ordeni", beş medal və Leninqradın müdafiəsi ilə əlaqədar iki döş nişanı ilə təltif edilib. 1954-cü ildən fiziki-coğrafiya kafedrasında geodeziya və kartoqrafiya fənlərindən mühazirə və məşğələ dərsləri aparmağa başlayıb. 1958-ci ildə "Şimal-Şərqi Azərbaycan çaylarının morfometrik xarakteristikası" mövzusunda namizədlik, 1969-cu ildə isə "Azərbaycan Respublikası relyefinin morfometrik təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1972-ci ildə professor adına layiq görülüb.
Rəşadət Piriyev
Samir Piriyev
Senecio pricei
Senecio pricei (lat. Senecio pricei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Səttar Piriyev
Xariton Pliyev
Xariton Pliyev (oset. Плиты Хадо; 19 sentyabr 1908, Ruk[d], Tiflis quberniyası – 26 dekabr 1966, Orconikidze) — Cənubi Osetiya şairi və tərcüməçisi. Kosta Xetaqurov adına Dövlət Mükafatı laureatı (1972). 1908-ci ildə Tiflis quberniyasının Ruk kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini yerli bir məktəbdə alır. 1928-ci ildə "Fidiuaq" ədəbi jurnalında "Kosta" və "Bahar gəldi" (oset. «Ралӕууыд уалдзӕг») adlı ilk şeirlərini çap etdirir. 1926-cı ildə 1930-cu ildə bitirdiyi Stalinir Pedaqoji Texnikumuna daxil olur. Sonra iki il müəllim və "Bolşevikon Aivad" (Bolşevik incəsənəti) qəzetinin redaktoru olaraq çalışır. 1931-ci ildə Cənubi Osetiyadakı vətəndaş müharibəsini təsvir etdiyi "Səlimət" adlı ilk şeiri nəşr olunur.
İvan Pıryev
İvan Aleksandroviç Pıryev (rus. Иван Александрович Пырьев; 17 noyabr 1901 — 7 fevral 1968) — rus sovet rejissoru, ssenarist və aktyoru. SSRİ Kinematoqrafçılar İttifaqının banisi və ilk sədri. SSRİ xalq artisti (1948). Altıqat Stalin mükafatı laureatı (1941, 1942, 1943, 1946, 1948, 1951). 1956-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. İvan Pıryev 1901-ci ildə indiki Altay diyarının Kamen kəndində anadan olmuşdur. 1904-cü ildə atası davada həlak olmuş, İvan babasının himayəsində qalmışdır. 1915-ci ildə Pıryev kəndin digər gəncələri ilə birgə müharibəyə yollanır. Döyüşlərdə iki dəfə yaralanır, göstərdiyi igidliklərə görə 3-cü və 4-cü Georgi ordeni ilə təltif olunur.
Əlif Piriyev
Əlif Piriyev (10.01.1922 - 20.04.1986) - Sovet İttifaqı Qəhrəmanı 10 yanvar, 1922-ci ildə Neftçala rayonu Z.O.Qoltuq kəndində anadan olmuşdur. Əmək fəaliyyəti dövründə neft sahəsində operator, sonralar sərnişindaşıma- nəqliyyat sahəsində işləmişdir. 1938-ci ildə 26 Bakı komissarı adına qəsəbədəki neft mədənində neftçıxarma operatorının köməkçisi kimi fəaliyyətə başlamışdır. 1941-ci ilin iyulunda cəbhəyə gedib müharibənin ilk günündən başlayaraq Şimali Qafqaz cəbhəsinin tərkibində alman-faşist işğalçılarına qarşı qəhrəmancasına döyüşmüşdür. Novorasiski yaxınlığında Kiçik torpaqda vuruşmuş, dəfələrlə kəşfiyyatda olmuş, Kerç desantının tərkibində Krım torpağına çıxarılmış bu döyüşlərdə dəfələrlə yaralansa da sağalan kimi döyüş meydanına qayıtmışdır. Krımın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi mərdlik və igidliyə, Sapundağa hücum zamanı şəxsi qorxmazlığı və qəhrəmanlığına görə Əlif Piriyev Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra uzun illər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı sərnişin daşımaları istehsalat birliyi sistemində çalışmışdır. 1986-cı ildə vəfat etmişdir. Neftçala şəhər parkında büstü, şəhərdə adını daşıyan küçə vardır. Böyük Vətən müharibəsinədək (1941–45) Neftçalada neft mə‘dənlərində işləmişdir.
Yaqub Piriyev
Yaqub Maksim oğlu Piriyev (XX əsr) — Bakı Mühəndislik Universitetinin rektoru (2023). O bundan əvvəl Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri, Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.