Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Püştək (Mahnişan)
Püştək (fars. پشتک‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 358 nəfər yaşayır (90 ailə).
Qustav Husak
Qustav Husak (10 yanvar 1913[…], Dubravka[d], Avstriya-Macarıstan – 18 noyabr 1991[…], Bratislava) — Çexoslovak siyasətçi. 1969–1987-ci illərdə Çexoslovakiya Kommunist Partiyasının birinci katibi; 1975–1989-cu illərdə Çexoslovakiya Prezidenti.
Bustan
Bustan (fars. بوستان‎) — Sədi Şirazinin 1257-ci ildə yazdığı lirik əsəri. Sədi Şirazinin “Bustan” əsəri fars ədəbiyyatının ən mühüm klassiklərindən biridir və 1257-ci ildə yazılmışdır. “Bustan” (“Bağça”) öyüdlər və hekayələrdən ibarət etik-didaktik bir əsərdir. Sədi bu əsərində həyatın müxtəlif sahələrindən; ədalət, doğruçuluq, fəzilət, mərhəmət, təvazökarlıq kimi mövzulardan bəhs edir. Əsər on fəsildən ibarətdir və hər bir fəsil müxtəlif mövzulara həsr edilib: 1. Ədalətli padşahların davranışları 2. Şəxsi fəzilətlər 3. Məhəbbət və dostluq 4. Təvazökarlıq və təmkin 5.
Dustaq
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Pittak
Pittak (yunanca: Πιττακός , latınca: Pittacus; e. ə. 650-ci illər, Mitilini – e. ə. 570-ci illər) — Yunanıstanın yeddi müdrikindən biri sayılır. Pittak E.ə. 650 — E.ə. 570 -ci illər arasına yaşamışdır. Lesbos adasının Mitilena şəhərində frakiyalı ailəsində anadan olmuşdur. Qardaşı Alkeylə birləşib Lesbos adası tiranı Melanxrı taxtdan salıb ada əhalisinin böyük hörmətini qazanmışdır.
Puşgah
Puşgah — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri rayonunda kənd) kənd adı. Kənd ermənicə Ayqedzor adlandırılmışdır. 1918-ci ildə əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Püsyan
Püsyan (Şərur)
Pəstah
Pəstah - hər hansı bir üsulla emal olunan hissələrə deyilir. Emal üsulu burada heç bir rol oynamır. Pəstah dedikdə həm də tam hazır olmayan maşın hissələri nəzərdə tutulur. Onlar metaldan və qeyri metallardan hazırlana bilir. Hazırlanma üsulu nisbətən kobud olub ilkin həndəsi formanın və mexaniki xassələrin verilməsinə xidmət edir. Burada adətən təzyiq altında emal üsullarından istifadə edilir. Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.
Qustav
Qustav (alm. Gustav‎; isv. Gustav) — ad.
Quştau
Quştau (başq. Ҡуштау — qoşa dağ, Kuştau (rus. Куштау), Dolqaya (rus. Долгая) — Rusiya Federasiyasının Başqırdıstan Respubilkasına aid olan İşembay rayonunda yerləşən şixan (yəni, tək duran dağ). Stərlitamaq şəhərinin ətrafında dörd şixandan biridir. Quştaudan başqa bu siyahıda Toratau, Yörəktau və artıq məhv olunmuş Şahtau aiddir. Onlar, birgə şəkildə Rusiyanın yeddi möcüzəsi layihənin qısa siyahısına düşmüşdü. Başqırdıstan Respublikasının ərazisində yerləşən şıxanlar və o cümlədə Quştau da, 300 million il əvvəl olan Perm dövrü zamanı Ural Okeanın altında olan riflərin qalıqlarıdır. Onların əsas yatağı əhəng daşıdır və burda çox sayda qədim oranizmlərin qalıqlarını tapmaq olar.
Rastak
Rastak (fars. رستاک‎), rəsmi olaraq Rastak Music Group (fars. گروه موسیقی رستاک‎, azərb. Rastak musiqi qrupu‎) — İran musiqi qrupu. Qrup 1997-ci ildə Siyamək Səpehri tərəfindən təsis edilmişdir və İran, Azərbaycan, kürd, bəluc, ərəb, Mazandaran, Gilan, lur xalq mahnılarını oxuyur, musiqilərini ifa edirlər. Qrup çoxlu beynəlxalq musiqi festivallarında iştirak etmiş, İran, Türkiyə, ABŞ, Yaponiya, Hindistan, eləcə də bir sıra Avropa ölkələrində konsertlər təşkil etmişdir.
Vussak
Vussak (fr. Voussac) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03319. 2008-ci ildə əhalinin sayı 465 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 271 nəfər (15-64 yaş arasında) 198 nəfər iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 73,1%, 1999-cu ildə 69.5%). Fəal olan 198 nəfərdən 172 nəfəri (97 kişi və 75 qadın), 26 nəfəri işsiz (11 kişi və 15 qadın) idi. 73 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 33 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Buşnak
Buşnak (Ərəb: بشناق, "bosniyalı" mənasını verir, həmçinin Buşnak, Boşnak, Buşenak və Buşnak kimi tərcümə olunur) — Bosniya müsəlman əsilli Levantin və Səudiyyə (Hecazi) xalqları arasında yayılmış soyaddır. Bu soyadı daşıyanlar 1878-ci ildə Avstriya-Macarıstan Bosniya və Herseqovinanı işğal etdikdən sonra xristian hakimiyyəti altında yaşamaqdan qorxan, Osmanlı Suriyasına köçən Bosniya müsəlmanlarının nəslindəndir. Levanta köçən bosniyalı müsəlmanların əksəriyyəti eyni ailəyə mənsub olmasalar da, mənşəyini göstərən ümumi soyad olaraq Buşnakı qəbul etmişlər. == Tarixi == Bosniyalıların Fələstinə bəzi hərəkətləri, 1800-cü illərin sonlarında Osmanlı ordusuna əlavə qüvvələr təmin etmək üçün Bosniyalı müsəlman əsgərlərin Fələstinə gətirildiyi zaman baş verdi. Daha əhəmiyyətli bir hərəkat 1878-ci ildən, Habsburqlar Evi tərəfindən idarə olunan Avstriya-Macarıstan İmperiyasının Bosniyanı işğal etməsindən sonra baş verdi. Bosniyalı müsəlmanların mühacirəti 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən Bosniyanın ilhaqından sonra intensivləşərək bu müddət ərzində davam etdi. Çoxları müasir Türkiyənin bəzi hissələrinə köç etdi, daha az sayda isə Osmanlı Suriyasında (indiki Suriya, İsrail, Fələstin, Livan və İordaniya) məskunlaşdı. Bosniyalı mühacirlər əsasən indiki İordan çayının qərb sahilində və İsraildə yerləşən kəndlərdə məskunlaşıblar: Qeysəriyyə, Yanun, Nablus və Tulkərm. Onların nəsilləri hələ də bu kəndlərdə yaşayır və onların Bosniyalı irsi ərəb soyadı Buşnakda öz əksini tapmışdır.
Puştu
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dəri dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Puşşa
Puşşa - Avropada mülayim qurşağın meşə zonasında çətin keçilən qalın meşə massividir.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Pusan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2-4-cı əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Düstək (Üşnəviyyə)
Düstək (fars. دوستك‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (87 ailə).
Ferents Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir. Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır.
Ferenç Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir. Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır.
Gustav Mahler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…], Kalişte[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
III Qustav
III Qustav (24 yanvar 1746[…] – 29 mart 1792[…]) — XVIII əsrdə (1771-ci ildən ölümünə qədər) İsveç kralı. == Həyatı == III Qustav kral Adolf Fredriklə Prussiya şahzadəsi Luiza Ulrikinin ailəsində dünyaya gəlmişdir.
Kristian Pulhak
Kristian Pulhak (d.17 avqust, 1984, Rumıniya) — Qəbələ FK oyunçusu == Həyatı == Kristian Pulhak 17 avqust 1984-cü ildə Rumıniyada anadan olub. Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində - "Dinamo" Buxarest komandasında başlayıb. Keçidinə qədər komandasından ayrılmayan Pulhak sadəcə 2010-2011-ci futbol mövsümündə İspaniyanın "Herkules" klubunda icarə əsasında top qovub. "Qəbələ" FK müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sol cinah müdafiəçisi mövqeyində çıxış edib. 2002-2003 mövsümündə "Poyana Kampina", 2003-2004-cü il mövsümündə "Sportul Studentses"da oynayıb. O, 2006-cı ildən dəvət aldığı Rumıniya millisinin 3 dəfə formasını geyinib.