Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşqalaq
Rəcm və ya daşqalaq (lat. lapidatio) — hələ qədimlərdə yəhudilərə və yunanların icra etdikləri ölüm hökmü növü. Quran ayələri daşqalağın əvvəlki qövmllərdə də olmasını təsdiq edir. Məsələn, "Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"", yaxud, (Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin.
Qazalaq
Qazalaq — tək at qoşulan, yaylı, ikitəkərli at arabası. == Ümumi məlumat == Tək at qoşulan bu nəqliyyat növü öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Qazalağın cardağı (banı) oxa bərkidilmir. Yayların ustundə dururdu. Onu cardağı dordbucaqlı idi. Taxtadan hazırlanmış cardaqda 4-5 adam otura bilirdi. Təkərləri “Bakı” və “Şamaxı” arabaların təkəri kimi diametrcə cox iri olurdu. Məlumatlara gorə, Azərbaycanda qazalaq ancaq Bakıda hazırlanmışdır. Toy mərasimlərində işlədilən qazalaqları bəzəmək məqsədilə onun yanlarından rəngbərəng xalcalar asılırdı. Sərnişinlərin rahatlığını təmin etmək ucun qazalağın icərisinə kicik doşəkcələr qoyulurdu.
Sağalan
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Yapalaq
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Zağalar
Zağalar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zağalar kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Bu kəndin ərazisində çox sayda zağalar vardır. Zağa əl ilə düzəldilmiş yaşayış yerinə, kahaya, mağaraya deyilir. Kəndin adı buradan götürülmüşdür. == Yaylaqlar == Yal yurdu, Baş yurd, Ovluq yurdu, Dikdaş yurdu, Köhnə yurd. == Bulaqlar == Turşsu, Daş bulaq, Qiblə bulağı, Şəfi bəyin bulağı, İsrafilin bulağı, İyli bulaq. == Məşhur yerlər == Çeyilli dağı, Yelligədik dağı, Oyuxlu dağı, Qabanqayası dağı, Gödəkburun, Ardıştəpə, Gülüdüzü, Xırmantəpə, Ulduzlu təpə, Şəfi bəyin yurdu, Çiçəkli, Arayurd, Moruqluqaya, Xangələn, Canavarın yurdu, Seyidin yurdu, Berzinliqaya, Hüseynalıbiçən gəz, Xaçın çayı, Yellinin çayı, Çeyillinin çayı.
Ağalar
Ağalar — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Qarapapaklar yaşayır.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Adi yapalaq
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Boz yapalaq
Boz yapalaq (lat. Bubo cinerascens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Boyu 37–39 sm, qanadlarının uzunluğu 94–104 sm-dir. Yaşayış məskəni meşələr, böyük parklardır. Gecələri hərəkətlidir, gündüzləri ağaclarda istirahət edərək keçirir. Səsi çox nəzərəçarpandır.
Taqalak adası
Taqalak adası (ing. Tagalak Island, aleut. Tagalax̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Adada daimi yaşayış yoxdur. == Coğrafiya == İqitkin adasından cənub-şərqdə, Çuqul adasından isə şərqdə yerləşir. Maksimal hündürlüyü 249 metrdir. Uzunluğu 6.5 km-dir.
Taqaloq dili
Taqal dili — Filippin əhalisinin üçdə birinin ana dili (danışanların sayına görə ölkədə 2-ci dil). Avstroneziya dillərindəndir. Standart forması,Filippin dili adlanır və milli dilidir və Filippinlərin iki rəsmi dillərindən biridir.
Yanalaq düzü
Yanalaq düzü — Füzuli rayonunun Kərimbəyli kəndinin qərb tərəfində yerləşən düz. Bu düz bir çox tarixi hadisələrə səhnə olub. Elxanlılar zamanı daxili çəkişmələrə görə hərbi-köçəri əmirlər burda savaşıblar. Bu düzdə Əmir Teymurla Əmir Yarəhməd Qaramanlının vuruşu baş verib. 1812-ci ildə Kotlyarevski Abbas mirzənin üzərinə gedərkən qoşunlarından bir hissəsini burada saxlayıb. Yanalaq düzü Arazbar el-obaları üçün qışlaq yeri idi. 1822-ci ildə Qaradağ vilayətiində Hacıəlili elinin qolu olan Kərimbəyli obası bu yurdda məskunlaşdı.
Zağalar (Kəlbəcər)
Zağalar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zağalar kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Bu kəndin ərazisində çox sayda zağalar vardır. Zağa əl ilə düzəldilmiş yaşayış yerinə, kahaya, mağaraya deyilir. Kəndin adı buradan götürülmüşdür. == Yaylaqlar == Yal yurdu, Baş yurd, Ovluq yurdu, Dikdaş yurdu, Köhnə yurd. == Bulaqlar == Turşsu, Daş bulaq, Qiblə bulağı, Şəfi bəyin bulağı, İsrafilin bulağı, İyli bulaq. == Məşhur yerlər == Çeyilli dağı, Yelligədik dağı, Oyuxlu dağı, Qabanqayası dağı, Gödəkburun, Ardıştəpə, Gülüdüzü, Xırmantəpə, Ulduzlu təpə, Şəfi bəyin yurdu, Çiçəkli, Arayurd, Moruqluqaya, Xangələn, Canavarın yurdu, Seyidin yurdu, Berzinliqaya, Hüseynalıbiçən gəz, Xaçın çayı, Yellinin çayı, Çeyillinin çayı.
Aristolochia tagala
Aristolochia tagala (lat. Aristolochia tagala) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Ağalar Abbasbəyli
Ağalar Nəriman oğlu Abbasbəyli (31 dekabr 1941, Bakı) — Azərbaycan tarixçisi və dövlət xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1987–1988), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin katibi (1981–1987). == Həyatı == Ağalar Abbasbəyli 1941-ci il dekabrın 31-də Bakı şəhərində dünyaya gəlib. 1958-ci ildə orta məktəbi bitirib. M. V. Lomonosov adına MDU-nun tələbəsi, aspirantı, stajoru və doktorantı olub. Tarix elmləri doktoru elmi dərəcəsi və iki istiqamət üzrə elmi adı var: tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor. 500-dək elmi əsərin müəllifidir. Bunlardan 50-si monoqrafiya və dərsliklərdir. Elmi-pedaqoji fəaliyyət dövründə 25 alim – elmlər namizədi və elmlər doktoru hazırlyıb, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, "Beynəlxalq münasibətlər" ixtisası üzrə 50 nəfər magistrın ərsəyə gəlməsində mühüm rol oynayıb. 100-dən yuxarı elmi-nəzəri konfransda, o cümlədən xarici ölkədə keçirilən 30 konfransda iştirak edib. Müxtəlif illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Beynəlxalq əlaqələr" kafedrasının yaradıcısı və müdiri olub, müxtəlif dövlət və partiya vəzifələrində çalışıb, xarici ölkələrdə Sovet səfirliyində müşavir, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və AR Sülh Fondunun sədri olub, Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri, Azərbaycan KP Təşviqat Komissiyasının sədr müavini və sədr əvəzi, MSK-nın üzvü və s.
Ağalar Abdullayev
Ağalar Bəhman oğlu Abdullayev (23 mart 1923, Bakı – 19 yanvar 2000, Bakı) — Azərbaycan rəssamı. == Həyatı == 1944-cü ilə qədər Bakı incəsənət kollecində təhsil almışdır. 1948-1954-cü illərdə V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunda (MDAİİ) təhsil almış, rəssamın müəllimi V.P Yefanov idi. MDAİİ-ni bitirdikdən sonra çəkdiyi "Tətildə ilk səhər" Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Xüsusən portret janrında əsərlər çəkmişdir. 1945-ci ildə Bakıda keçirilmiş respublika sənət sərgisində Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş "Qəhrəmanlıq hekayəsi" adlı bir sıra əsərləri uğurla təqdim etmişdir. 1945-ci ildən bəri sərgilərdə iştirak etmişdir. Rəssamın incə və lirik qabiliyyəti onun "Görüş", "Çoban ailəsi", "Dağlıq yerdə kolxoz",və s. əsərlərində görünür. Böyük Vətən müharibəsi mövzusunda "Qəhrəman ömrü" (1944) mövzusunda bir sıra çəkilişlərin müəllifidir.
Ağalar Bayramov
Ağalar Xanlar oğlu Bayramov (16 yanvar 1954, Boyat, Ucar rayonu) — Azərbaycanlı aktyor, Respublikanın Əməkdar artisti (2002), "Qızıl qılınc" mükafatı laureatı (2003) == Həyatı == Ağalar Xanlar oğlu Bayramov 1954-cü ilin yanvar ayının 16-da Azərbaycan Respublikasının Ucar rayonun Boyat kəndində anadan olub. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961–1971-ci illərdə orta məktəbdə, 1971–1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb.1972–1974-cü illərdə Göyçayda işləyən Ağalar 1974-cü il mayın 31-də Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində hərbi xidmətə yollanıb. 1976-cı ildə əsgərlikdən Ucara qayıdan Ağaların nənəsi rəhmətə gedir və o artıq rayonda qala bilmir və 6 ay sonra Bakıya yollanır. Bakıda fəhləlik edib pul qazanan aktyor əvvəlcə sənədlərini Bakı Dövlət Universitetinin "Filologiya" fakültəsinə verir, lakin qəbul ola bilmir. 1977–1979-cu illərdə Bakı Mədəni-Maarif Texnikumunda özfəaliyyət dram rəhbəri ixtisasına yiyələnir.Aktyor 1980–1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Ailəlidir, bir qızı, bir oğlu var. == Fəaliyyəti == 1980-ci ildə ailə quran aktyor institutu bitirdikdən sonra 1985-ci ildə institutun "Aktyor sənəti" kafedrasında baş laborant, bir müddət sonra isə dekan müavini işləmişdir. Hələ universiteti bitirməmiş, yəni 1984-cü ildən Tədris teatrında aktyor kimi fəaliyyətə başlamış, 1991-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasında dosent kimi, aktyorlara "Səhnə danışığı fənnini tədris edir. 1983-cü ildən bu günə qədər Dövlət Teleradio şirkətində bədii qiraətçi-aktyor kimi çalışmaqdadır.
Ağalar Hacıqasımov
Ağalar Hacıqasımov (tam adı: Hacıqasımov Ağalar Sultan oğlu; d. 5 mart, 1935-ci il) — geologiya‑mineralogiya elmləri doktoru, professor. İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qazın axtarış və kəşfiyyatının nəzəri əsasları kafedrasının əməkdaşı. == Həyatı == Hacıqasımov Ağalar Sultan oğlu 1935-ci il martın 5-də Bakı şəhərində anadan olub. 1957-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirib. A.Hacıqasımov əmək bioqrafiyasına "Azdənizneftkəşfiyyat" trestində 3 nömrəli buruq kontorunda məhlulölçən kimi başlayıb, sonradan "Leninneft" trestində geoloq, baş geoloq, 11 nömrəli neft mədəni müdirinin müavini işləyib. 1963-cü ildə doğma universitetin aspiranturasında təhsilini başa vurduqdan və namizədlik dissertasiyasını müdafiə etdikdən sonra neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasında geologiya-geofizika problem laboratoriyasının mühəndisi, elmi-tədqiqat işləri sektorunun rəhbəri, böyük elmi işçi, dosent, professor (1969), kafedra müdiri vəzifələrində fəaliyyət göstərib. 1968-ci ildən tədris işləri üzrə prorektor işləyib. 1981-ci ildə A.Hacıqasımov İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasına dəvət edilib və orada professor vəzifəsində işləyib, kafedra müdirinin müavini olub. 1992-ci ildə "buruq qazmasının texnikası və təşkili" Elmi İstehsalat Kompaniyası" (TOBUS EİK) Səhmdar Cəmiyyətinə baş geoloq vəzifəsinə keçib, sonradan baş direktorun müavini, vitse-prezident təyin olunub.
Ağalar Mirzə
Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) (14 fevral 1928, Dəvəçi – 5 mart 2008, Bakı) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996). == Həyatı == Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Dəvəçi (indiki Şabran) şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada orta təhsil almışdır. Əmək fəaliyyətinə Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır (1971-1972). Sonra Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri olmuşdur (1972-1974). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1974-1979). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində ("Bulaq" verilişi üzrə) kiçik redaktor, redaktor (1980-1986), televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında redaktor, böyük redaktor, şöbə müdiri (1986-1994), ədəbi dram verilişləri Baş redaksiyasının baş redaktorunun müavini (1994-1999), xalq yaradıcılığı redaksiyasının baş redaktoru (1999-?) vəzifələrində çalışmışdır. O, şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olmuşdur. Ağalar Mirzə bədii yaradıcılığa keçən əsrin 70-ci illərindən başlamışdır. Gənc şairlərin respublika ədəbi birliyinin fəal üzvü olmuşdur.
Ağalar Vəliyev
Ağalar İsrəfil oğlu Vəliyev (23 iyul 1957, Yevlax) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Ağalar Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı "Yoltəmirtikinti" trestinin rəisi, 1996–1998-ci illərdə isə "Azəraqrartikinti" Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır. "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə "Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə "Şöhrət" ordeni ilə, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Ailəlidir, bir oğlu var.
Ağalar İdrisoğlu
Ağalar İdrisoğlu (tam adı: Ağalar İdris oğlu Mehdiyev) — Azərbaycan yazıçısı və dramaturqu, rejissor, Azərbaycan Yazıçılar Birliyinin (1999) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür, Əməkdar incəsənət xadimi. == Həyatı == Ağalar İdrisoğlu Mehdiyev 1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu (Mehdiyev) Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli orta məktəbi bitirib. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvada Anatoli Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib. == Yaradıcılığı == Ağalar İdrisoğlu 16 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. 50 ildən çoxdur ki, peşəkar teatr sənətində çalışır. 40-dan artıq tamaşada rollar oynayıb. 140-dan çox tamaşaya quruluş verib. Quruluş verdiyi tamaşalardan Nobel mükafatı laureatları — Alber Komyunun "Qismət", Reynhard Kiplinqin "Mauqli", dramaturqlardan Aleksandr Suxovo Kabılinin " Tarelkinin ölümü", Georgi Caqarovun "Prokuror", Anarın "Zəncir", Vasili Şukşinin "Diribaş adamlar", Georgi Xuqayevin "Qocaların məhəbbəti", "Varlı ev", Camal Yusifzadənin "Səhər qatarı", Loğman Rəşidzadənin "Toya bir gün qalmış", Aleksandr İvaşenkonun "Uşağa bir üç yazın!", Ağalar İdrisoğlunun "Şah İsmayıl", "İnan mənə", Akif Həsənoğlunun "Yanmış evin nağılı", Eduard Bobrovun "Vicdanla üz-üzə", Leonid Juxavitskinin "Şahzadə və baca təmizləyən", Zeydulla Ağayevin "Haray", Vaqif Əlixanlının "Əcəl atı", Panço Pançevin "Dörd əkizin nağılı". Mirzə Fətəli Axundovun "Xırs quldurbasan", Qənbər Şəmşiroğlunun "Caninin etirafı" və başqaları yüksək tamaşaçı marağına səbəb olub. 26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində işləyib.
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Ağalıq bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Jagala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyni adlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. == Ümumi məlumat == Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.