Riqa (latış. Rīga) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər.
Riqa | |
---|---|
Rīga | |
56°56′51″ şm. e. 24°06′25″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1201[1] |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 6 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +371 66-67 |
Poçt indeksi | LV-1000 |
Nəqliyyat kodu | LV |
Digər | |
riga.lv | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir.
1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bugünkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar. 1201-ci ildə Bremendən olan episkop Albert fon Buksıveden tərəfindən yaradılan şəhər Riqa (Ridzne sözünün almanca tələffüzündən əmələ gəlmişdir) Latviyanın paytaxtına çevrilir. Episkopunun tabeçiliyində olan Riqa getdikcə ticarət mərkəzinə çevrilir. İlk dövrlərdə Riqa sürətlə inkişaf edir. Belə ki, şəhərin sahəsi 30 il ərzində 6 dəfəyə qədər böyüyür. 1211-ci ildən əsasən tacirlərdən ibarət şəhər sakinləri formalaşmağa başlayır. 1225-ci ildən sakinlər şəhər başçısını özləri seçmək hüququnu qazanırlar. Riqa şurası ilk dəfə olaraq 1225-ci ildə sənədlərdə qeyd olunmuşdur və ehtimala görə 1222/23-cü illərdən fəaliyyət göstərmişdir.
Şərqdə müstəmləkəçilik siyasəti daxilində episkoplar, əsasən isə almaniyadan olanlar Latviya ərazilərini əz əllərinə keçirməyə çalışırlar. Burada onlar cəngavərlərdən ibarət olan Alman Ordeni tərəfindən dayaqlanırdılar. Alman Ordeni sərbəst fəaliyyət göstərən, kilsənin tabeçiliyində olan təşkilat idi. O tezliklə Riqanın episkopu ilə qarşıdurma yaradır. Livland ərazisində fəaliyyət göstərən Ordenin bölməsi belə adlanan "Landmayster"in tabeleyində idi.
Riqa episkopu və Alman Ordeni arasında sürən, istər silahla, istərsə də danışıq prosesləri ilə müşaiət olunan çəkişmələr birbaşa Papa tərəfindən nəzarət edilirdi. Episkoplar o cümlədən alman imperatorluğu da daxil olmaqla yaxınlıqda yerləşən ölkələrdə, şəhərlərdə kömək axtarırlar. 1492-ci ildə Neuermöhlen ətrafında getmiş döyüşlərdən sonra, Riqa şəhərinin episkopu Alman Ordenini şəhərin müdafiəçisi kimi qəbul edir və sonra öz ordusu ilə onun tərkibində Smolina gölü ətrafında gedən döyüşlərdə (1502) iştirak edir.
1522-ci ildə Riqa islahat hərəkatına qoşulur. Bu episkopların hakimiyyətinin sonu demək idi. Riqanın sonuncu episkopu Vilhelm fon Brandenburg olmuşdur. Onun getməsindən sonra 1561-ci ildə şəhər Polşa-Litva tərəfindən tutulur. 1621-ci idə Riqa isveç şahı İİ Qustav tərəfindən zəbt edilir. 1656–1659-ci illərdə gedən rus-isveç müharibəsi zamanı Riqa mühasirədə qalsa da o XVİİİ əsrin əvvəlinə qədər İsveçin tərkibində qalır. Bu ərəfədə şəhər sərbəst fəaliyyət göstərir. 1710-cu ildə İ Pyotr şimalda apardığı müharibələr zamanı Riqanı zəbt edir və bu 1721-ci il Niştadt sülh müqaviləsi ilə nəticələnir. Riqa Çar rusiyasına qatılır və 1796-cı ilə qədər Baltikyanı quberniyasının paytaxtı olur. XİX əsrin sonuna kimi Riqa mühüm dəniz limanına çevrilir. Rusiya müstəmləkəsi olmasına baxmayaraq o öz alman stilli şəhər strukturunu qoruyub saxlayır. 1891-ci ilə qədər rəsmi dil kimi alman dili işlədilirdi. Bundan sonra isə rəsmi dil rus dili olur.
1913-cü ildə Riqanın əhalisinin 40% latışlar, 20% ruslar, 13% almanlar və təxminən 7% yəhudilər təşkil edirdi. Bundan əlavə nəzərə çarpacaq dərəcədə polşa və litva azlıqları da vardı.
1881-ci ildə nisbət almanların xeyrinə dəyişir. Onların nisbəti 30% təşkil edir. Yerdə qalanının 33% latış, 19% rus və 8,5% yəhidi idi. Şəhərin inkişafı birinci dünya müharibəsi səbəbindən dayandırılır. Müharibə zamanı şəhərin əhalisinin 200 minini Çar rusiyası işçi kimi ölkənin mərkəzinə aparır.
1917/18-ci illərdə almanların zəbtindən sonra latviyalılar 18 noyabr 1918-ci ildə öz müstəqilliklərini elan edirlər. Qırmızı Ordu inqilabdan sonra onların bu müstəqilliyinin ləğvini əldə edə bilmir və baltikdən geri çəkilmək məcburiyyətində qalır. Ancaq bu müstəqillik uzun çəkmir. 1939-cu ildə Hitler-Stalin arasındakı pakta əsasən Latviya yenidən rusların tabeçiliyinə keçir. Bu zaman baltik almanlari, almaniya tərəfindən yeni zəbt olunmuş Varteqauya köçürülürlər. 17 iyun 1940-cı ildə sovet tankları Riqanın mərkəzinə daxil olurlar. Riqa Latviya Sosialist Respublikasının paytaxtı olur.
İkinci dünya müharibəsi başlayandan sonra 1941-ci ildə Riqa alman ordusu tərəfindən yenidən tutulur. 1941–44-cü illərdə şəhər Şərqi rayxskommisariatın mərkəzi olur. Bu ərəfədə şəhərdə yaşayan 4000 yəhudi həbs olunaraq konslaqerlərdə həlak olurlar.
1944-cü ildə Riqa rus ordusu tərəfindən zəbt edilir. Döyüşlərdə şəhərin böyük hissəsi dağıdılır. Bu işğal 1990-cı ilə qədər davam edir.
SSRİ dağıldıqdan sonra, 21 avqust 1991-ci ildə Latviya yenidən öz müstəqilliyini qazanır. Riqa yenə də azad Latviyanın paytaxtı olur.
|
|
|
|
Riqanın aşağıdaki siyahılanmış şəhərləri ilə qardaş şəhəri sayılır:[5]
|
Şəhərin əsas görməli yeri UNESCO tərəfindən qorunan onun qədim hissəsidir. Dunay çayının sağ tərəfində yerləşən bu köhnə hissə indiyə kimi öz qədimliyini saxlamışdır.
Şəhərin görməli yerlərindən: