Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rona
Rona (fr. Rhône, oks. Ròse, Rôno) və yaxud Rodan (lat. Rhodanus, Rodan, it. Rodano) — İsveçrə və Fransada çay. Uzunluğu — 812 km (onlardan 545-i Fransa ərazisindədir), hövzəsi — 98 000 km². Orta su sərfi - 1780 m³ / s. == Ümumi məlumat == İlk növbədə, Rona cənubi-qərbə doğru yönəlir, Cenevrənin yuxarı hissəsinə axır, cənubdan dönərək, Rona dağlarından keçərək, Aralıq dənizinə çatır. Lyonda ən böyük qolu olan Saone çayı ilə birləşən Rona, cənuba doğru dənizə yönəlir. Axması hələ də sürətli olduğundan nəqliyyat üçün əlverişli deyil.
Renat Dadaşov
Renat Dadaşov (ləzg. Дадашрин Олеган хва Ренат) — 17 may 1999, Rüdeshaym-am-Reyn[d], Hessen) — Azərbaycan və Almaniya futbolçusu, Isvəçre "Grasshoppers Club Zurich" klubunun hücumçusu. == Həyatı == Renat Dadaşov 17 may 1999-cu ildə Almaniyanın Hessen əyalətindəki Rüdeshaym qəsəbəsində anadan olub. Milliyəti ləzgi. Atası Oleq cavan yaşlarında su polosu üzrə Azərbaycan millisində oynayıb. Renatın böyük qardaşı Rüfət Dadaşov da hal-hazırda Azərbaycan millisinin üzvüdür. == Klub karyerası == === Ayntraxt Frankfurt === 19 may 2017-ci ildə Dadaşov Bundesliqa klublarından Ayntraxt Frankfurtla 3 illik müqavilə imzaladı. O, Ayntraxtın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayarkən 22 matça 14 qol vurmuş, 9 assist etmişdir. === Eştoril === 11 iyun 2018-ci ildə Dadaşov Portuqal klublarından Eştorillə 2 illik müqavilə imzaladı. O, klubda ilk rəsmi matçına "Porto"nun əvəzedicilərdən ibarət komandasıyla qarşılaşmada çıxdı.
Renat Məhəmmədi
Renat Məhəmmədi (d. 10 dekabr 1948) — tatar türklərindən olan tanınmış yazıçı və filosof, “Abdullah Tokay” adına dövlət müfatı sahibi (1993), SSRİ Yazıçılar Birliyinin üzvü (1979-cü ildən etibarən). Həyatı Renat Məhəmmədi 1948-ci ilin 10 dekabrında Tatarıstanın Mamadiş bölgəsinin Keçe Kırman kəndində kolxozçu ailəsində anadan olmuşdur. == Təhsili == 1966-cı ildə bu bölgənin Tüben Uşmı məktəbini, 1971-ci ildə Qazan Dövlət Universitetinin tatar dili və dəbəiyyatı fakültəsini bitirmişdir. Daha sonra Kazan Televiziya Studiosunda işləmiş, 1973-1976-cı illərdə Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində magistr təhsili almışdır. == Fəaliyyəti == Magistr təhsilini bitirib, 1977-ci ilin fevralında Yazıçılar Cəmiyyətinin orqanı “Kazan utları” (Kazan odları) jurnalının redaktorluğunu etmişdir. Burada ədəbi tənqidlə məşğul olmuşdur. 1981-ci ilin may ayından etibarən bu jurnalın baş redaktoru olaraq çalışmışdır. 1979-cu ildə Renat Məhəmmədi filologiya sahəsində doktorluq dərəcəsi almışdır. Yazıçı 1980-ci ildən bTatarıstan Yazıçılar Birliyinə, 1987-1989-cu illərdə Tatarıstan kitab nəşriyyatı müdiri olmuşdur.
Renat Salavatov
Renat Salavat oğlu Salavatov (tatar. Ренат Салават улы Салаватов, 5 noyabr 1949-cu il, Çimkənd, Qazaxıstan SSR, SSRİ) — SSRİ dirijoru, bəstəkarı. Tatarıstanın xalq artisti və Qazaxıstanın əməkdar mədəniyyət xadimi, Rusiya Federasiyasının əməkdar artisti (2010). Musa Cəlil adına Tatarıstan Opera və Balet Teatrının baş dirijoru (2003-cü ildən). == Həyatı == Renat Salavatov oğlu Salavatov 5 noyabr 1949-cu ildə Qazaxıstan SSR-in Çimkənd şəhərində anadan olub. 1969-cu ildə Moskva Mərkəzi Musiqi Məktəbinin violonçel (müəllim Alla Evgenievna Vasilieva), 1974-cü ildə Leninqrad Dövlət Konservatoriyasının (indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) simfonik dirijorluq fakültəsini bitirmişdir. Konservatoriyada onun müəllimləri professorlar K.A.Simeonov və İ.A.Musin idilər. Orduda xidmətdən sonra təhsilini professor L.M.Qinzburgun kursunda P.İ.Çaykovski adına Moskva Konservatoriyasının aspiranturasında davam etdirmişdir. === Yaradıcılığı === 1979-cu ildə aspiranturanı bitirdikdən sonra Kazan şəhərindəki Tatarıstan Dövlət Filarmoniyasının simfonik orkestrinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. 1985-ci ildə Abay adına Qazaxıstan Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə dəvət edildi.
Renat Xarisov
Renat Xarisov (tatar. Ренат Мәгъсүм улы Харисов; 6 may 1941, Tsilninsk rayonu[d], Ulyanovsk vilayəti) — şair, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı (2005), Qabdulla Tukay adına Tatarıstan Respublikası Dövlət Mükafatı laureatı (1997), 40-a yaxın şeir toplusunun və poemanın, musiqi və səhnə əsərlərinin müəllifi (Leonid Lyubovskinin "Yusuf əfsanəsi" baletinin librettosu daxil olmaqla). Rusiya Yazıçılar Birliyinin katibi, "Naş Sovrimennik", "Tatarıstan", "İstoriçeskaya Gazeta" (Moskva) jurnallarının redaksiya heyətinin üzvüdür. == Bioqrafiyası == Renat Xarisov 6 may 1941-ci ildə Ulyanovsk vilayətinin Tsilninsk rayonunun Elxovoe Ozero kəndində kənd müəllimləri ailəsində anadan olmuşdur. O alı təhsilini Kazan Dövlət Pedaqoji Universitetində alır. 1963–1964-cü illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Arsk Pedaqoji Məktəbinin müəllimi işləyir. 1965–1971-cü illərdə Tatarıstan qəzetləri redaksiya heyətinin ədəbi əməkdaşı olur. 1971–1973-cü illrədə Tatarıstan MSSR Yazıçılar Birliyinin məsul katibi işləyir. 1973–1982-ci illərdə Tatarıstan MSSR Mədəniyyət nazirinin müavini olur. 1982–1989-cu illərdə "Kazan utları" ədəbi jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.
Renat Şıxnəbiyev
Renat Güləmməd oğlu Şıxnəbiyev (31 dekabr 1990, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Renat Şıxnəbiyev 31 dekabr 1990-cı ildə Qusar rayonunun Bala Qusar kəndində anadan olmuşdur. === Təhsili === Şıxnəbiyev 2008-ci ilə qədər Bala Qusar kənd tam orta məktəbində təhsil almışdır. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2012-ci ildə ali hərbi məktəbi bitirmişdir. Həmin ildən 2013-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı ixtisası üzrə təhsil almışdır. === Ailəsi === Ailəlidir, üç övladı var. == Hərbi xidməti == 2012-ci ildə ali hərbi məktəbi bitirib "leytenant" rütbəsi alan Şıxnəbiyev 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi təyinatlıların "N" saylı hərbi hissəsində xidmətə başlamışdır. === Günnüt əməliyyatı === 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.
Rinat Abdaşov
Rinat Abdaşov - Azərbaycan əsilli veteran futbolçu. Karyerası ərzində mərkəz müdafiəçisi mövqeyində çıxış etmişdir.
Rinat Hüseynov
Rinat Hüseynov (d. 29 yanvar 1999, Perm, Rusiya) — Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi.
Rinat Əhmədov
Rinat Əhmədov — məşhur Donetsk biznesmeni, milyarder, Ukraynanın ən varlı insanı; "Şaxtyor" futbol klubunun və "Sistem Kepital Menecment" şirkətinin sahibi və Ukrayna Ali Radasının Regionlar Partiyasından olan deputatıdır. 2001-ci ildə Donetsk Milli Universitetindən məzun olmuşdur.
Ronan Fanninq
Ronan Fanninq (1941 – Yanvar 2017) — İrlandiyalı tarixçi. Fanninq Dublin Universitet Kollecinin müasir tarix fakultəsinin professoru olmuşdur. Həmçinin o, Dublin Universitet Kollecinin Tarix Məktəbi və Arxivlər bölməsinin arxiv direktoru vəzifəsində də çalışmışdır. Fanninq İrlandiya Kral Akademiyasının üzvü olmuş, İrlandiya Bioqrafiya Kataloqu və İrlandiyanın Xarici Siyasət Sənədlərinin idarə heyətinə üzv seçilmişdir. O, Sunday Independent qəzetinin siyasət, tarix və ən son hadisələr bölmələri üzrə yazarı olmuşdur.Ronan Fanninq 18 yanvar 2017-ci ildə 75 yaşında vəfat etmişdir. == Nəşrləri == Documents on Irish Foreign Policy by Catriona Crowe, Ronan Fanning, Michael Kennedy, Dermot Keogh, Eunan O'Halpin. Royal Irish Academy, ISBN 1-904890-03-2 (1-904890-03-2) Independent Ireland, Educational Company of Ireland, The, ISBN 0-86167-301-8 (0-86167-301-8) The Irish Department of Finance, (1922-58) by Ronan Fanning, Institute of Public Administration (Ireland) Staff Hardcover, Institute of Public Administration, ISBN 0-902173-82-0 (0-902173-82-0) Religion and Rebellion by Judith Devlin, Ronan Fanning, University College Dublin Press, ISBN 1-900621-03-7 (1-900621-03-7) The Lives of Eliza Lynch by Michael Lillis and Ronan Fanning, Gill and Macmillan (September 2009).Ronan Fanning, list of publications.
Ada Yonat
Ada Yonat (əsli Lifşits), İvr. עדה יונת; 22 iyun 1939-cu ildə Yerusəlimdə doğulmuşdur) — israil alimi, kristalloqraf, kimya üzrə 2009-cu ildə "ribosomun quruluşu və funksiyalarının tədqiqatları" üzrə Nobel mükafatı laureatı (Venkatraman Ramakrişan və Tomas Steys ilə birlikdə). O, Veizmann Elm İnstitutunda Biomolekulyar Strukturlar və Mexanizmlər Mərkəzinin hazırkı direktorudur. London Kral Cəmiyyətinin xarici üzvü (2020). Ada Yonat Nobel mükafatı alan ilk israilli qadındır<refLappin, Yaakov. "Nobel Prize Winner 'Happy, Shocked' ", Jerusalem Post (7 октября 2009).></ref>. == Bioqrafiya == Gələcəyin alimi Yerusəlimdə Lodzidə (Polşa) yeni repatriantlardan olan yoxsul tərəvəzçi ailəsində anadan olub. Valideynləri Hillel və Ester Livşits 1933-cü ildə Yerusəlimdə məskunlaşdılar və atası əslən ravvin ailəsindən olmasına və özü də ravvin olmasına baxmayaraq, səhhətinin pis olması onun işə düzəlməsinə mane oldu. Atasının bir ərzaq mağazası var idi, lakin buna baxmayaraq, Adanın ailəsi çətinliklə dolanırdı. Onlar bir neçə başqa ailə ilə dar otaqlarda yaşayırdılar.
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.
Rinat Yusupov
Rinat Yusupov (başq. Ринат Мөхәммәт улы Йосопов, 1951—2011) — Sovet, rus etnoloqu və antropoloqu. Tarix elmləri namizədi, professor. == Bioqrafiya == 1951-ci il noyabrın 12-də Sovet Sosialist Respublikaları İttifaqı, Başqırd MSSR, Ziançurinski rayonunun İsyanqulovo kəndində anadan olub. 1975-ci ildə Başqırd Tibb İnstitutunu bitirib. 1977-1979-cu illərdə SSRİ Elmlər Akademiyası Leninqrad şöbəsinin (İ. İ. Qoxmanın rəhbərliyi altında) N. N. Mikluxo-Maklay adına Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin aspirantı olur. İxtisası - kraniologiya. 1979-cu ildən SSRİ EA Başqırdıstan Bölməsinin Tarix, Dil və Ədəbiyyat İnstitutunun Etnoqrafiya və antropologiya şöbəsində çalışır. 1982-ci ildə “Başqırdların kraniologiyaya görə antropoloji tərkibi” (ixtisas 03.00.14 – antropologiya) mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Tarix elmləri namizədi adına layiq görülür.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Rona-Alplar
Ron-Alp (fr. Rhône-Alpes, IPA: [ron.alp]) — Fransanın cənub-şərqində bölgə. Mərkəzi Lyon şəhəridir.
Rona (departament)
Rona (fr. Rhône) — Fransanın cənubi şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. 2015-ci ildə daxilində yerləşən Lyon şəhəri digər kommunlardan ayrılaraq inzibati mərkəzə çevrilidi. Hal-hazırda departamentin inzibati mərkəzi Lyon şəhəridir. == Coğrafiyası == Departamentin sahəsi 2,715 km²-dir. Ərazidən Rona və Sona çayı keçir. Buraya 1 rayon 13 kanton və 228 kommun daxildir. == Əhalisi == Rona departamentin ərazisinin əhalisi 471,026 nəfərdir. 2011-ci ildəki siyahıyaalınmasına görə isə Lyon şəhərində əhalisin sayı 491,268 nəfər idi. Ayrılmış ərazilər daxil olmaqla 1 yanvar 2012-ci il tarixində əhalinin sayı 1,762,866 nəfər olmuşdur.
Rona Nişliu
Rona Nişliu — Albaniya müğənnisi. == Həyatı == Kosovoda anadan olmuşdur. Avroviziya 2012 Mahnı Müsabiqəsində Albaniyanı birinci yarımfinalda, 22 may 2012-də "Suus" adlı mahnı ilə təmsil etmişdir. == Mahnıları == Suus (2012) Eja Zonja Vdoke Shenja Veriu Flakaresha A ka arsy (Ft.
Yaroslav Rona
Yaroslav Rona (çex. Jaroslav Róna; d. 27 aprel 1957, Praqa) – çex heykəltaraş, rəssam, aktyor, pedaqoq və yazıçı.
Rona Mitra
Rhona Mitra (9 avqust 1976, Paddinqton, Böyük London) — ingilis aktrisa, model və müğənni.
Overn-Rona-Alp
Overn - Rona - Alplar (fr. Auvergne‐Rhône‐Alpes) — Fransanın cənub-şərqində yerləşən region, Overn və Rona - Alplar regionlarını birləşdirərək 2014-cü ildə Fransa bölgələrinin ərazi islahatı nəticəsində yaradıldı. Mərkəzi Lyon şəhəridir. Yeni reyionun yaranma tarixi 1 yanvar 2016-cı il , 2015-ci ilin dekabrında keçirilən regional seçkilərdən sonra hesab olunur. == Adı == Qanunun mətni, mövcud tarixi bölgələrin adlarını Overn (fr. Auvergne), Rona çayı (fr. Rhône) və Fransa Alplarını (fr. Alpes) bir defis ilə (fransızca yazıda) ayrılmış bölgələrin müvəqqəti adlarını müəyyənləşdirir. Regional paytaxtın daimi adı və yeri Regional Şura tərəfindən 1 İyul 2016-cı il tarixinədək müəyyən edilməli və Fransa Dövlət Şurası tərəfindən 1 oktyabr 2016-cı il tarixədək təsdiqlənməlidir. Rona - Alplar regionunun şurasının sədri Jan-Jak Keren (fr.) gələcək ərazinin birləşməsi, birləşməmiş ərazilər arasında birmənalılığı əks etdirməli olduğu adı olaraq "AURA" adını (aralıq sözlərin əvvəlindən) təklif etdi.
Overn-Rona-Alplar
Overn - Rona - Alplar (fr. Auvergne‐Rhône‐Alpes) — Fransanın cənub-şərqində yerləşən region, Overn və Rona - Alplar regionlarını birləşdirərək 2014-cü ildə Fransa bölgələrinin ərazi islahatı nəticəsində yaradıldı. Mərkəzi Lyon şəhəridir. Yeni reyionun yaranma tarixi 1 yanvar 2016-cı il , 2015-ci ilin dekabrında keçirilən regional seçkilərdən sonra hesab olunur. == Adı == Qanunun mətni, mövcud tarixi bölgələrin adlarını Overn (fr. Auvergne), Rona çayı (fr. Rhône) və Fransa Alplarını (fr. Alpes) bir defis ilə (fransızca yazıda) ayrılmış bölgələrin müvəqqəti adlarını müəyyənləşdirir. Regional paytaxtın daimi adı və yeri Regional Şura tərəfindən 1 İyul 2016-cı il tarixinədək müəyyən edilməli və Fransa Dövlət Şurası tərəfindən 1 oktyabr 2016-cı il tarixədək təsdiqlənməlidir. Rona - Alplar regionunun şurasının sədri Jan-Jak Keren (fr.) gələcək ərazinin birləşməsi, birləşməmiş ərazilər arasında birmənalılığı əks etdirməli olduğu adı olaraq "AURA" adını (aralıq sözlərin əvvəlindən) təklif etdi.
Overn - Rona - Alplar
Overn - Rona - Alplar (fr. Auvergne‐Rhône‐Alpes) — Fransanın cənub-şərqində yerləşən region, Overn və Rona - Alplar regionlarını birləşdirərək 2014-cü ildə Fransa bölgələrinin ərazi islahatı nəticəsində yaradıldı. Mərkəzi Lyon şəhəridir. Yeni reyionun yaranma tarixi 1 yanvar 2016-cı il , 2015-ci ilin dekabrında keçirilən regional seçkilərdən sonra hesab olunur. == Adı == Qanunun mətni, mövcud tarixi bölgələrin adlarını Overn (fr. Auvergne), Rona çayı (fr. Rhône) və Fransa Alplarını (fr. Alpes) bir defis ilə (fransızca yazıda) ayrılmış bölgələrin müvəqqəti adlarını müəyyənləşdirir. Regional paytaxtın daimi adı və yeri Regional Şura tərəfindən 1 İyul 2016-cı il tarixinədək müəyyən edilməli və Fransa Dövlət Şurası tərəfindən 1 oktyabr 2016-cı il tarixədək təsdiqlənməlidir. Rona - Alplar regionunun şurasının sədri Jan-Jak Keren (fr.) gələcək ərazinin birləşməsi, birləşməmiş ərazilər arasında birmənalılığı əks etdirməli olduğu adı olaraq "AURA" adını (aralıq sözlərin əvvəlindən) təklif etdi.
Rona üzərində ulduzlu gecə
Rona üzərində ulduzlu gecə (sentyabr 1888, fransızca: Nuit étoilée sur le Rhône), Vinsent van Qoq-un gecə saatlarında Arl şəhərini təsvir etdiyi rəsmlərindən biridir. Əsər Van Qoqun kirayə qaldığı "Place Lamartine"dəki Sarı evdən cəmi bir-iki dəqiqəlik məsafədəki Rona sahilində rəngləndi. Gecə səması və gecə işığının təsiri onun Kafe terasındakı gecə (eyni ayda rənglənmişdir), Sen-Remi-də çəkilən Ulduzlu gecə kimi daha məşhur rəsmlərinin bəzilərini mövzuyla təmin etmişdir.Əsərin eskizi, Van Qoq-un dostu Ejen Boş-a, 2 oktyabr 1888-ci ildə göndərdiyi məktubda yer alır.Hal-hazırda Parisdəki Orse muzeyində olan Rona üzərində ulduzlu gecə ilk dəfə 1889-cu ildə Parisdə "Müstəqil Rəssamlar Cəmiyyəti"nin(Société des Artistes Indépendants) illik sərgisində nümayiş etdirildi. Əsər Vinsentin qardaşı Teo tərəfindən əlavə edilmiş Van Goqun "Süsənlər" ilə birlikdə nümayiş olundu, baxmayaraq ki, Vinsent rəsmlərindən birini Arldakı bağlardan götürməyi təklif etmişdi. == Mövzusu == Görünüş Ronenin şərq tərəfindəki çay sahilindəki bir küçədən, çayın qərb sahilindəki bir küncdən gəlir: şimaldan enən Rone Arlın tikildiyi qayaları bağlamaq üçün sağa dönür. Sent-Culyen və Sent-Trofim qüllələri solda, sağda isə şəhərətrafı bir məhəllədə Arl və Trinquetailleni bağlayan dəmir körpüdür. Bu, Lamartinin cənub-qərbinə doğru bir nöqtənin olduğunu izah edir. == Gecənin rəngləri == Gecə boya çəkmənin çətinliyi van Qoq-u maraqlandırdı. Ronanın üzərindəki ulduzlu gecə üçün seçdiyi nişan nöqtəsi, Ronasın parlaq mavi suyu boyunca Arldakı qaz işıqlarının əksini almağa imkan verdi. Ön planda çayın sahilində iki aşiq gəzir.
Donax donax
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Banat
Banat - Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Bonab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Corat
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V-VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu -13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir. 2008-ci ilin aprelin 1-i vəziyyətinə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.