Renat Güləmməd oğlu Şıxnəbiyev (31 dekabr 1990, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Renat Şıxnəbiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 dekabr 1990 (33 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Mayor |
Döyüşlər |
Günnüt əməliyyatı İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Renat Şıxnəbiyev 31 dekabr 1990-cı ildə Qusar rayonunun Bala Qusar kəndində anadan olmuşdur.
Şıxnəbiyev 2008-ci ilə qədər Bala Qusar kənd tam orta məktəbində təhsil almışdır. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2012-ci ildə ali hərbi məktəbi bitirmişdir. Həmin ildən 2013-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı ixtisası üzrə təhsil almışdır.
Ailəlidir, üç övladı var.
2012-ci ildə ali hərbi məktəbi bitirib "leytenant" rütbəsi alan Şıxnəbiyev 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi təyinatlıların "N" saylı hərbi hissəsində xidmətə başlamışdır.
2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.[1] Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Renat Şıxnəbiyev xüsusi təyinatlıların "N" saylı hərbi hissəsinin zabiti kimi döyüşlərdə yaxından vuruşmuşdur. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub[2], Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.[1]
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2018-ci il tarixli Sərəncamına əsasən Renat Şıxnəbiyev "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Renat Şıxnəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli, Hadrut və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Renat Şıxnəbiyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[4]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Renat Şıxnəbiyev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5][6]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.