Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. == Elmi faktlar == Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Bibiş
Bibiş (25.01.1978-ci ildən Berkaber) — İcevan rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Cibir
Cibir — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Cibir oyk, sadə. Qusar r-nunun Piral i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Dağıstanın Axtı r-nundakı Çeper kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin sakinləri yeni yaşıyış məntəqəsinə öz köhnə adlarını vermişlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1125 nəfər əhali yaşayır.
Kibey
Kibey (帰米, hərfi tərcümədə "Amerikaya qayıtmaq") – təhsil üçün Yaponiyaya getmiş və ABŞ-yə qayıtmış yaponəsilli amerikalıları bildirmək üçün istifadə olunan termin. Kibeylər niseylərin altqrupudur, həm Yaponiya, həm ABŞ mədəniyyəti təcrübə etdikləri üçün səciyyəvi şəxsiyyətə malikdirlər. == Xüsusiyyətlər == Kibeylər issey valideynləri tərəfindən Yaponiyaya babaları və ya digər qohumları tərəfindən böyüdülmələri üçün göndərilirdilər. Bunun səbəbi ABŞ yaponları arasındakı uşaq qayğısı problemi idi. Belə ki, ABŞ-də yaşayan yapon qadınların iş saatları uzun olduğu üçün uşaqlarına yapon mədəniyyətini aşılamaq, eləcə də, yapon dilində danışmağı öyrətməyə vaxtları qalmırdı.1930-cu illərin əvvəllərində kibeylər niseylərin 13%-ini təşkil edirdilər və iki qrupa bölünürdülər: təhsilini ABŞ-də almış, lakin 4-5 il Yaponiyada yaşamış kibeylər və Yaponiyada ilkin təhsil almış kibeylər. Bunlardan əlavə, XX əsrin əvvəllərində Yaponiyaya gedən kibeylər ilə 1930-cu illərdə Yaponiyaya gedən kibeylər ayrı altqrupları formalaşdırırdılar.Kibeylər təhsil, dil və mədəniyyət baxımından yaşadıqları unikal təcrübə, eləcə də, həm ABŞ-də, həm də Yaponiyada diskriminasiya ilə üzləşdikləri üçün nisey icması içərisində səciyyəvi kimlik formalaşdırmışdılar. Kibeylər, xüsusilə, Çinlə müharibə zamanı Yaponiya məktəblərinin hərbi dərslər verdiyi 1930-cu illərdə özlərini yapon təhsili və mədəniyyətindən yadlaşmış hiss edirdilər. Onlar ABŞ-yə qayıtdıqdan sonra yenidən adaptasiya olmaqda çətinlik çəkirdilər. ABŞ-dəki yapon icmasına da uyğunlaşa bilmirdilər, çünki həm ingilis dilləri zəif idi, həm də ABŞ yaponlarının yox, Yaponiyada yaşayan yaponların adətlərinə öyrəşmişdilər. == Münasibət == Kaliforniya ştatında kibey işçilər digər nisey işçilərə nəzərən daha çox diskriminasiyaya məruz qalırdılar, çünki ingilis dilləri daha zəif idi.
Nibia
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
Rebis
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Ribes
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Riniya
Riniya (lat. Rhynia) — bitkilər aləminin riniopsidlər sinfinin riniyaçiçəklilər dəstəsinin riniyakimilər fəsiləsinə aid bitki cinsi.
Rubia
Boyaqotu; Qızılboya (lat. Rubia) – boyaqotukimilər fəsiləsindən bitki cinsi. Heç şübhəsiz, Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biri də boyaqotu bitkisi olmuşdur. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Sibay
Sibay — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Sibiu
Sibiu (almanca: Hermanştat, macarca: Nagyszeben) — Rumıniyada Transilvaniya regionunda şəhər, Sibiu administrasiya əyalətinin mərkəzi. Əhalisi 171,5 min nəfərdir (2002). Sibiuda məşhur alman şairi Oskar Pastior anadan olmuşdur.
Viziy
Viziy (fr. Vizille) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Uazan Romanş kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38562. Kommunanın 2012-ci il üçün əhalisi 7647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 268 до 1016 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Wibty
Wibty — Azərbaycanın ilk milli sosial şəbəkəsi. == Tarixi == Layihənin qurucusu Həmzə Hüseynli Wibty layihəsi üzərində 2013-cü ildən etibarən çalışmağa başlasa da, layihənin təqdim olunması tam olaraq 2021-ci ilə təsadüf etmişdir. 2013-cü ildən start götürən bu layihə, ilk başlarda bəzi çətinliklər və problemlər nəticəsində bir müddətlik dayandırılmışdır. Lakin 2021-ci ilin fevral ayından tam heyət ilə yenidən işə başlayan Həmzə Hüseynli 2021-ci ilin iyul ayının 19-da Wibty sosial şəbəkəsini ictimaiyyətə təqdim etmişdir. == Hədəflər == Wibty ilkin olaraq Azərbaycanda istifadə üçün hədəflənmiş, daha sonra isə qlobal bazara çıxarılacağı müəyyən edilmişdir. Wibty sosial şəbəkəsi bütün funksiyaları özündə cəmləyir və bura əlavə olaraq sosial şəbəkəyə musiqi, habelə açıqlanmayan başqa digər funksiyaların da əlavə ediləcəyi planlaşdırılmışdır. Wibty platforması istifadəyə verildiyi gün 50 000 üzvün qeydiyyatını toplamağı bacarmış və sosial şəbəkəni istifadə edən şəxslərin sayı 2 ay müddətində 150 000-i keçmişdir. Platformanın sürətlə yayılmasını hədəfləyən Həmzə Hüseynli həm təsisçi, həm də rəhbər olduğu Baku Creative Projects şirkətindəki vəzifəsindən ayrılaraq, bütün gücünü Wibty layihəsinə verdiyini və daha da yüksək hədəflərə çatmağı planladığını qeyd etmişdir. Hal-hazırda Wibty şirkətinin 20-dən çox işçi heyəti var.
Xibin
Xibin — Kola yarımadasında yerləşən böyük dağ massivi. Geoloji yaşı 350 mln il civarındadır. Ən yüksək nöqtəsi - Yudıçvumçor dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Mərkəzində Kukisvumçor və Çasnaçor platoları yerləşir.
Çibiş
Bibikinə (lat. Vanellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Bibikinə cinsinə 1 növ daxildir: Çibiş bibikinə (Vanellus vanellus Linn., 1758) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
İrbis
İrbis (lat. Panthera uncia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır. == Ölçüləri == 103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Rinit
Rinit (yun. ῥίς, ῥινός - "burun") — burun boşluğu selikli qişasının qıcıqlanması və iltihabı. Ümumi simptomları — burun tutulması, asqırma və burun axıntısıdır. İltihab viruslar, bakteriyalar, qıcıqlandırıcılar və ya allergenlərdən qaynaqlanır. Rinitin ən çox rast gəlinən növü allergik rinitdir, adətən toz və tük kimi havada olan allergenlər səbəb olur. == Simptomları == Allergik rinit asqırma və burun qaşınması, öskürək, baş ağrısı, yorğunluq, halsızlıq və koqnitiv pozuntu kimi əlavə simptomlara səbəb ola bilər. Allergenlər gözlərə də təsir edə bilər, gözlərdə sulanma, qızartı və ya qaşınma, göz ətrafında şişlik yarada bilər. Əvvəllər qeyri-allergik rinit diaqnozu qoyulmuş bir çox insanda əslində yerli allergik rinit ola bilər.Əsas simptomları burun axıntısı, tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və s. == Təsnifatı == === Yoluxucu rinit === kəskin rinit. Kəskin yoluxucu rinit ən çox uşaq yaşlarında baş verir.
Şibuy
Şibuy (渋い) – yapon dilində sadə, gözə çarpmayan, incə gözəlliyi ifadə edən termin. Muromaçi dövrünün sənətkarları tərəfindən yaradılmış konsepsiyadır. Termin rəng, dizayn, dad, səs, hətta insan davranışına şamil edilə bilər. Şibusa (渋さ) və şibumi (渋み) isim formalarıdır. == Terminologiya == Şibuy anlayışı Yaponiyada orta əsrlərin estetika anlayışı nəticəsində yaranmış, vabi-sabi və iki kimi konsepsiyaları əhatə etmişdir. "Şibuy" sözü kal, yetişməmiş alçaya istinadən hərfi mənada "büzücü" və ya "turş" deməkdir. Belə ki, bu termin ortaya çıxdığı ilk vaxtlarda alçaldıcı mənada işlədilirdi. Lakin orta əsrlərin sənətkarları sadə, gözə çarpmayan gözəlliyi ön plana çıxardıqdan sonra müsbət mənada işlədilən terminə çevrilmişdir. Xüsusilə, Edo dövründə səssiz və cəlbedici atmosferə üstünlük verən şəxslər arasında geniş istifadə olunan termin olmuşdur.Usta müğənninin sakit mahnısı, təcrübəli aktyorun intizamnlı performansı və ya tanınmış keramika sənətçisinin sadə dizaynı şişirdilmiş, təvazökar gözəlliyə malik olduğu üçün şibuy kimi qiymətləndirilirdi. Şişirdilmiş, rəngarəng gözəllik sofistikə olmayan şəxslərə uyğun idi, lakin şibuy gözqamaşdırıcı gözəlliyə aldanmayan, bütün növ gözəlliklərdən doymuş şəxslərə aid edilirdi.
Aleksandr Rıbak
Aleksandr İqoreviç Rıbak (belar. Аляксандр Ігаравіч Рыбак; d. 13 may 1986, Minsk, Belorusiya SSR) — Belarus-Norveç müğənnisi, bəstəkarı, skripkaçısı və aktyoru. O, "Fairytale" mahnısı ilə Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və nəticədə 387 xalla ölkəyə müsabiqədə üçüncü qalibiyyətini qazandırmışdır. Avroviziyanın keçmiş səsvermə metodu ilə Rıbakın topladığı səs müsabiqədə rekord göstərici olmuşdur. Onun Fairytales adlı debüt albomu doqquz Avropa ölkəsində Top 20-yə daxil ola bilmiş, Rusiya və Norveçdə isə birincilikdə qərarlaşmışdır. Rıbak 2012 və 2016-cı illərdə Avroviziyada interval aktlarında yer almışdır. O, "That's How You Write a Song" mahnısı ilə Norveçi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Aleksandr Rıbak 13 may 1986-cı ildə Belarusun paytaxtı Minskdə anadan olmuşdur. Onun anası Nataliya Valentinovna Rıbak klassik pianoçu və atası İqor Aleksandroviç Rıbak isə klassik skripkaçıdır.
Ante Rebiç
Ante Rebiç (xorv. Ante Rebić ; 21 sentyabr 1993, Split) — xorvatiyalı futbolçu, "Milan" klubunun və Xorvatiya milli komandasının cinah hücumçusu. 2014 Dünya Kubokunun iştirakçısı. 2018 Dünya Çempionatının gümüş mükafatçısı. 2 sentyabr 2019-cu il tarixindən "Milan" klubunun formasını geyinir.
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.