Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ammonius Sakkas
Ammónius Sákkas (yunanca Ἀμμώνιος Σακκᾶς, latınca Ammonius Saccas; 175—242, İsgəndəriyyə) — yunan filosofu, Plotinin və Origenin müəllimi. Neoplatonizmin yaradıcısı sayılır. == Həyatı və fəlsəfəsi == O, xristian ailəsində tərbiyə almışdır. Sonra isə Xristianlıqdan imtina etmiş, antik fəlsəfi irsi əsasında öz fəlsəfəsini irəli sürmüşdür. Ancaq, Ammoniusdan heç bir yazılı ədəbiyyatın qalmadığına görə onun fəlsəfi fikirlərini bərpa etmək çox çətin olmuşdur. Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. Onların arasında Plotin və tanınmış xristian ilahiyyatçısı Origen də olmuşdurlar. Məlumdur ki, Ammonius bədən və ruh haqqında dualist fikirləri irəli sürmüşdür. Onun fikrincə bədəndə cisimsiz ruh vardır, o bədənin təbiətindən fərqlidir və maddə deyildir. Ruh yuxuda ya da insanın dərin düşüncələrə qapandığı zaman bədəndən müvəqqəti ayrıla bilər.
Akkoş gölü
Akkoş gölü, Lebyaji (tatar. Аккош) — Kazan şəhərinin Kirov rayonu ərazisində yerləşən göllər sistemi. Dörd müstəqil su hövzəsinə bölünür — Kiçik, Böyük, İşıqlı, Quru Akkoş. Göllər öz aralarında kiçik axınlarla əlaqəlidir. Göllər dayaz suludur. Orta dərinlik — 1,1 m, maksimum dərinlik — 3,9 metrdir. Göllər sisteminin özünə məxsusluğu odur ki, onlar yer altı suların səviyyəsindən yüksəkdə yerləşir və yeraltı sularla qidalana bilmir. Göllər sistemi Kazan şəhərinin 12 km-də yerləşir və şəhər əhalisinin sevimli istirahət məkanı hesab olunur. == Ümumi məlumat == Göl səthinin sahəsi — 2,6 km²-dir. Göl səthi dəniz səviyyəsindən 69,3 metr yüksəklikdə yerləşir.
Lakros
Lakros, hər oyunçunun kiçik və sərt plastikdən edilmiş topu daşıya biləcəkləri və ucunda bir səbət olan çubuqlarla (crosse) oynadığı, məqsədi topu qarşı komanda qalasına soxmaq olan bir sıra idmanıdır. Oyun dəyişik kateqoriyalarda fərqli ədəddə oyunçudan yaranan komandalarla oynanar. Kişilər açıq sahədə 10 oyunçu, bağlı sahədə altı oyunçudan ibarət olan komandalarla oynayarkən, qadınlar 12 adamdan yaranan komandalarla mübarizə edərlər. Klassik olaraq hər qola 1 bal verilər. Ancaq ABŞ peşəkar lakros liqası Major League Lacrossedə 15 yarddan uzaqdan atılan qollara 2 ədəd verilər. Normal şərtlərdə matçların normal müddətinin bərabərə bitməsi nəticəsində uzatma tətbiq olunar. Ümumiyyətlə Şimal Amerikada məşhur olan lakros, Kanadanın milli idmanı olaraq qəbul edilməkdədir. Eyni zamanda ABŞda ən sürətli inkişaf edən idmandır.. Müasir lakrosta kişilərdə on oyunçudan ibarət olan iki komanda çəmən və süni çəmən üzərində mübarizə edər. Bu on oyunçunun üçü hücum oyunçusu, üçü orta sahədə, üçü də müdafiədə vəzifəlidir.
Makros
Makros(ing.macro, ru.макрокоманда)- 1. Tətbiqi proqramlarda: klavişlərin basılmasının və komandaların, yeni şərti komanda (SHORT KEY) kimi yazılmış və saxlanılmış kombinasiyası, yaxud makrokomandanın adı. Bu şərti komandanı və ya makrokomandanın adını başlatdıqda tətbiqi proqram onlara bağlanmış işlər ardıcıllığını yerinə yetirir. Tez-tez istifadə olunan və bəzən çox uzun ardıcıllığa malik klavişlərin basılması kimi yorucu işlərə vaxt itkisini azaltmaq üçün makroslar yaradılır. Bundan başqa, komandaların tez-tez təkrar-təkrar yığılması aradan qaldırılır, diqqətsiz yığım zamanı yaranan yanlışlıqlar minimuma enir və proqramla tanış olmayan istifadəçilərə imkan verilir ki, bilən insan tərəfindən qabaqlar yazılmış komandalar yığınını təkrarlasın. Əgər tətbiqi proqramın dəyişənlərlə və şərt deyimləri ilə işləyən özəl makro-dili varsa, makrosun yerinə yetirilməsi zamanı müxtəlif şərtlərdən asılı olaraq müəyyən verilənləri nəzərə almaq və daxil etmək olar. 2. C və ya assembler tipli proqramlaşdırma dilində: komandalar ardıcıllığını özündə birləşdirən ad; proqramın hər hansı yerində adı çəkilən makros proqramın kompilyasiyası və translyasiyası zamanı həmin ardıcıllıqla əvəz olunur. Makroslar bilavasitə proqramın özündə və ya proqramda göstərilən ayrıca faylda ola bilər. Makrosların da funksiyalar kimi arqumentləri ola bilər, ancaq funksiyalardan fərqli olaraq makroslar, proqram çalışmağa hazır olduqda təmsil etdikləri komandalarla əvəzlənir.
SACLOS
SACLOS (ing. Semi-Automatic Command to Line of Sight azərb. Görmə Xəttinin Yarım Avtomatik Komandası‎) termini ikinci nəsil raket başlığı sistemidir. Bu sistemdə, raket atıldıqdan sonra operator hədəf vurulana qədər hədəfi işarələməyə davam edir. Bu iş üçün elektron işarələmə sistemləri istifadə olunur. SACLOS-da iki növ işləmə sistemi mövcuddur: Nişangah hədəfin yeri ilə və raketin marşrutunu hesablayır. Raket atıldıqdan sonra sistem hədəfdəki vəziyyəti və raketin dəqiq marşrutunu hesablamağa davam edir. Əgər raketin marşrutu hədəf yolundan çıxarsa, sistem raketə yeni bir uçuş marşrutu verir və onu düzəldir. Bu düzəlişi edərkən sistem radio siqnallarından və ya bir kabeldən (simdən) faydalanır. Radio siqnallarının istifadəsinin mənfi tərəfi budur ki, düşmən qarışdırma siqnalları yaradan jammer cihazları istifadə edərək raketi hədəfdən kənar bir nöqtəyə yönəldir.
Santos
Santos (port. Santos) — Braziliyanın San-Paulu ştatında yerləşən liman-şəhər. Osvaldo Moles – jurnalist.
Zakros
Zakros (yun. Ζάκρος) — Yunanıstanda, Kritin şərq sahilində, Sitiya şəhərindən 38 km şərqdə yerləşən kənd. Krit periferiyasındakı Lasition periferik bölməsinin şərq hissəsindəki Sitiya icmasının (dim) bir hissəsidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 640 nəfərdir. Kritin ən mühüm arxeoloji ərazisi olan Zakros Krit saraylarından biri də daxil olmaqla, Minoy sivilizasiyasının binalarının qalıqlarını daşıyır. Ehtimal olunur ki, Zakros qədim Kritin dörd inzibati mərkəzindən biri idi və onun strateji yeri və yaxşı möhkəmləndirilmiş limanı şəhəri Kiçik Asiyaya yönəlmiş mühüm ticarət mərkəzinə çevirmişdir. == Arxeologiyası == Zakrosda işləyən ilk arxeoloq Afinadakı Britaniya Arxeologiya Məktəbi ekspedisiyası ilə Devid Corc Hoqart idi. Ekspedisiya 12 bina aşkar etmişdir. 1961-ci ildə sarayı kəşf edən Nikolaos Platon tərəfindən qazıntılar davam etdirilmişdir. Arxeoloqlar həmçinin Knoss və Fest labirintlərinə bənzər qədim labirint tapmışdılar.
Sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Skvoş
Skvoş (ing. Squash) — topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü. Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdür. Dünya Skvoş Federasiyasının (WSF) 100-dən çox üzvü vardır. Mənşəyi 1500-cü illərin Fransasına söykənən bu idman növü insanların əyləncə məqsədi ilə divara top vurması ilə başlamışdır. Oyun əsil məşhurluğunu 1830-cu ildə London şəhərində Harrov məktəbində bir qrup tələbənin öz meydançalarının boşalmalarını gözləyərkən divara top vurmaları ilə qazanmışdır. Oyunun ilk kurortları burada hazırlanmışdır. Oynandığı kort bir tərəfi açıq, bir tərəfi qapalı olan kubu xatırladır. Bu kort tenis kortundan daha kiçik olub divarları xüsusi taxtadan hazırlanır. Geyim və raketka cəhətdən tennisə bənzəyir, amma skvoş topu tennis topundan daha kiçikdir və kauçukdan hazırlanır.
Sokos
Sokos - Finlandiyada fəaliyyət göstərən və S Group kompaniyasının bir hissəsi olan və Sokos Hotels otellər şəbəkəsini də idarə edən univermaqlar şəbəkəsi. Yaranma tarixi 1952-ci idir. Helsinki (mərkəzi) Helsinki (Kaari) Haminlinna Joensuu Jyväskylä Kajaani Kotka Kouvola Kuopio Lahti Lohja Mikkeli Oulu (Valkea ticarət mərkəzi) Pori Porvoo Raisio (Mylly (ing.
Sukko
Sukko — Krasnodar diyarının Qara dəniz sahilində yerləşən kənd. Kənd dəniz kurort ərazisi hesab olunur. İnzibati cəhətdən Anapa kurort şəhəri ərazisinə daxildir. Supsexski kənd dairəsinin bir hissəsidir. Kənd Sukko çayı vadisində yerləşir. Dağlarla əhatə olunub. Anapadan 12 km cənubdadır. Qafqaz dağları buradan başlayır. Lakin kəndin ərazisində onlar hündür deyil, təxminən 300–400 metrdir. Ətrafdakı dağlar əsasən palıd və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələrlə örtülüdür.
Vakko
"Vakko" (türk. Vakko Tekstil ve Hazır Giyim Sanayi A.Ş) — Türkiyənin tekstil şirkəti; aparıcı moda evlərindən biri. Şirkət əsasən xüsusi toxuculuq geyimlərinin, dəri məmulatlarının və aksesuarların istehsalı ilə məşğul olur. "Vakko" brendi Vitali Hakko tərəfindən yaradılmışdır. Belə ki, 1925-ci ildə Mustafa Kamal Atatürkün Şapka və Paltar İnqilabını reallaşdırması nəticəsində o, 1934-cü ildə Sultanhamamda "Şən Şapka" adlı kiçik dükanı açır. Bu arada Atatürkün "Şapka inqilabı" Türkiyədə yaşayan yəhudilərlə xristianların dəyirmanına su tökür. Milyonlarla lirə çölə axıdılır. İtaliya və Fransada yeni və köhnə şapkalar Türkiyəyə gətirilir. İki-üç frank dəyərində olan həmin mallar ən aşağısı on lirəyə (120 frank) satılır. Ölkədə başda bütün məmurlar olmaqla bütün vətəndaşlar şapka taxmağa məcbur edilirlər.
Samos
Samos (yun. Σάμος) — Yunanıstanda, Egey dənizində, Şərqi Sporadlar arxipelaqında ada. Bəzən ada qonşu İkariya adası ilə birlikdə Cənubi Sporadlar arxipelaqının bir hissəsi kimi təsnif edilir. Dünyanın möcüzələrinin sadalandığı Herodotun əsərlərində adanın adı çəkilir.
Ferdinand Markos
Ferdinand Markos (Ferdinand Emmanuel Edralin Marcos; 11 sentyabr 1917[…] – 28 sentyabr 1989[…], Honolulu) — Filippin siyasətçi və kleptokratı, Yeni Cəmiyyət hərəkatının sağçı üzvü, diktator,1965-1986-cı illərdə Filippin prezidenti. == Həyatı == Ferdinand Markos 11 sentyabr 1917-ci ildə Şimali İlokos vilayətində kiçik bir şəhər olan Sarrat şəhərində anadan olub. Atası Don Mariano Markos, əyalətin əsas şəhərində - Mindanao adasında Davao əyalətinin qubernatoru - müəllim, hüquqşünas və "Pulitiko" (siyasi komandir) idi. Anası, zəngin torpaq sahibinin qızı Dona Josefa Edralin, məzun olduqdan sonra ibtidai məktəbə öyrətdi. Valideynlərinin nümunəsindən sonra Ferdinand Roma Katolik Kilsəsinin cəsarətli tərəfdarı oldu. Heç vaxt çəkməmiş, içməmiş, sağlam həyat tərzi sürmüş, Filippin adətlərinə hörmətlə əməl etmişdir. O, üç dildə danışırdı - doğma ilokan, ispan və ingilis dilləri. === Gəncliyi === 1939-cu ildə Markos Filippin Dövlət Universitetinin Hüquq Kollecini bitirmiş, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir və həmin il magistr dərəcəsi almaq üçün imtahan verənlərin siyahısında ilk olmuşdur. Markos şagird liderlərindən birinə çevrildi - o, mitinqlərdə yaxşı çıxış etdi, Malakanyanqın prezident sarayına çıxdı, o da dörddə bir əsrdən sonra həll olundu. Məktəbdə olduğu kimi, universitetdə o, demək olar ki, bütün yüksək mükafatlar - natiqliyinə görə Keson medalı, məhkəmə praktikasında mükəmməllik üçün Laurel medal, bacarıqlı polemikalara malik olduğu üçün Avansenyi kuboku və hərbi elmdə uğur qazanmaq üçün qızıl medal qazandı.
II Sarkis
II Sarkis — Mesxetiyanın III Çarı. Səlcuqlarla müharibə siyasətinə davam etmiş. Bibisioğlu V Georgi tərəfindən Gürcüstanın baş sərkərdəsi təyin olunmuşdu. 1334-cü ildə vəfat etmiş, yerinə qardaşı I Kvarkvare keçmişdi.
I Sarkis
I Sarkis (gürc. სარგის I ჯაყელი) - 1268-ci ildə hakimiyyətə gəlmiş ilk Mesxetiya çarı. VII Davidin Elxanilərə qarşı üsyanına başçılıq etmişdir. Arqun ağa Oyrotu 1262-ci ildə məğlub etmişdi. Daha sonra Hülakü xana təslim olaraq əfv olunmuş, hətta xanın həyatını Bərkəyə qarşı müharibədə xilas etmişdi. Xan ona görə də ona Ərzurum şəhərini hədiyyə vermişdi. 1266-cı incu statusunu qazanmışdı. 1268-ci ildə isə xan ona muxtar hakimiyyət hüququ verdi və o II Demetrenin mərkəzi hakimiyyətinə tabe olmamağa başladı. 1279-cu ildə taxtdan əl çəkərə Sapara monastırında keşiş oldu və Saba adını aldı, yerinə oğlu keçdi. 1285-ci ildə vəfat etdi.
Markos Botsaris
Markos Botsaris (yun. Μάρκος Μπότσαρης; təq. 1788, Suli[d] – 21 avqust 1823, Karpenisi[d]) ― yunan general, Yunanıstan İstiqlaliyyət müharibəsinin qəhrəmanı və suliotların kapitanı. Botsaris Yunanıstanın ən tez-tez yada salınan milli qəhrəmanlarından biridir. == Erkən həyatı == Botsaris suliotların aparıcı klanlarından birində, Epirin Suli bölgəsində anadan olmuşdur. O, 1813-cü ildə Əli Paşanın əmri ilə Arta şəhərində öldürülən Kitsos Botsarisin oğlu idi. Botsaris sülaləsi Paramifiya yaxınlığındakı Draqani (indiki Ambelia) kəndindən gəlirdi. == Fransa ordusu və Sulidə repatriasiya == 1803-cü ildə Əli Paşa Sulini ələ keçirdikdən sonra Botsaris və qalan sulitlər İon adalarına keçdilər, burada 11 il Fransa ordusunun alban alayında xidmət etdi və alayın zabitlərindən biri oldu. 1815-ci ildə Epirə qayıtdı. 1820-ci ildə digər suliotlarla birlikdə yenidən Epirə qayıtdı və Əli Paşanın başçılıq etdiyi İoannina mühasirəsində osmanlı ordusunda qarşı vuruşdu, lakin qısa müddətdən sonra suliotlar tərəflərini dəyişdilər və köhnə bölgələri Suli əvəzində osmanlılarla çiyin-çiyinə vuruşdular.
Markos Ferdinand
Ferdinand Markos (Ferdinand Emmanuel Edralin Marcos; 11 sentyabr 1917[…] – 28 sentyabr 1989[…], Honolulu) — Filippin siyasətçi və kleptokratı, Yeni Cəmiyyət hərəkatının sağçı üzvü, diktator,1965-1986-cı illərdə Filippin prezidenti. == Həyatı == Ferdinand Markos 11 sentyabr 1917-ci ildə Şimali İlokos vilayətində kiçik bir şəhər olan Sarrat şəhərində anadan olub. Atası Don Mariano Markos, əyalətin əsas şəhərində - Mindanao adasında Davao əyalətinin qubernatoru - müəllim, hüquqşünas və "Pulitiko" (siyasi komandir) idi. Anası, zəngin torpaq sahibinin qızı Dona Josefa Edralin, məzun olduqdan sonra ibtidai məktəbə öyrətdi. Valideynlərinin nümunəsindən sonra Ferdinand Roma Katolik Kilsəsinin cəsarətli tərəfdarı oldu. Heç vaxt çəkməmiş, içməmiş, sağlam həyat tərzi sürmüş, Filippin adətlərinə hörmətlə əməl etmişdir. O, üç dildə danışırdı - doğma ilokan, ispan və ingilis dilləri. === Gəncliyi === 1939-cu ildə Markos Filippin Dövlət Universitetinin Hüquq Kollecini bitirmiş, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir və həmin il magistr dərəcəsi almaq üçün imtahan verənlərin siyahısında ilk olmuşdur. Markos şagird liderlərindən birinə çevrildi - o, mitinqlərdə yaxşı çıxış etdi, Malakanyanqın prezident sarayına çıxdı, o da dörddə bir əsrdən sonra həll olundu. Məktəbdə olduğu kimi, universitetdə o, demək olar ki, bütün yüksək mükafatlar - natiqliyinə görə Keson medalı, məhkəmə praktikasında mükəmməllik üçün Laurel medal, bacarıqlı polemikalara malik olduğu üçün Avansenyi kuboku və hərbi elmdə uğur qazanmaq üçün qızıl medal qazandı.
Markos Freytaş
Markos Freytaş (8 aprel 1988) — Portuqaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Markos Freytaş Portuqaliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Markos Freytaş Portuqaliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Markos Freytaş Portuqaliyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Markos Llorente
Markos Llorente Moreno — Real Madridin yarimüdafiəçisi. == Həyatı == Markos Lloerente 30 yanvar 1995-ci ildə İspaniyanın Madrid şəhərində doğulub.Karyerasının çox hissəsinin İspaniyanın Real Madrid klubunda keçirib. Real Madriddən başqa o, İspaniyanın Alaves klubunda da icarə əsasında 2 mövsüm oynayıb . Ümumilikdə 94 oyuna 3 qol vura bilib . == Futbol karyerası == === Real Madrid B === Llorente Peşəkar karyerasına 2014-cü ildə Real Madriddə başlayıb. Burada debüt oyununu 2014-düncü ildə keçirib. Cəmlikdə isə Bir mövsüm ərzində 62 matca çıxdı və rəqib qapılarına 3 qol vura bilmişdir. === Real Madrid === Markosun 20 yaşı var idi . Real Madriddə cəmi 1 mövsüm oynayır,və cəmi 2 matça çıxır. Ancaq qol vura bilmir .
Markos Lyorente
Markos Llorente Moreno — Real Madridin yarimüdafiəçisi. == Həyatı == Markos Lloerente 30 yanvar 1995-ci ildə İspaniyanın Madrid şəhərində doğulub.Karyerasının çox hissəsinin İspaniyanın Real Madrid klubunda keçirib. Real Madriddən başqa o, İspaniyanın Alaves klubunda da icarə əsasında 2 mövsüm oynayıb . Ümumilikdə 94 oyuna 3 qol vura bilib . == Futbol karyerası == === Real Madrid B === Llorente Peşəkar karyerasına 2014-cü ildə Real Madriddə başlayıb. Burada debüt oyununu 2014-düncü ildə keçirib. Cəmlikdə isə Bir mövsüm ərzində 62 matca çıxdı və rəqib qapılarına 3 qol vura bilmişdir. === Real Madrid === Markosun 20 yaşı var idi . Real Madriddə cəmi 1 mövsüm oynayır,və cəmi 2 matça çıxır. Ancaq qol vura bilmir .
Markos Nunes
Markos Nunes (7 yanvar 1961) — Çilini təmsil edən stolüstü tennisçi. == Karyerası == Markos Nunes Çilini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Markos Nunes Çilini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Markos Pontes
Markos Pontes (port. Marcos Cesar Pontes; 11 mart 1963) — Braziliyanın ilk kosmonavtı. == Həyatı == Markos Pontes 11 mart 1963-cü ildə Braziliyada, San-Paulo ştatının Bauru şəhərində anadan olub. 1998-ci ildə NASA-ya göndərilib. Orada Pontes kosmik uçuşlara hazırlıq keçib. 2000-ci ilin dekabr ayında NASA-nın astronavtı elan edilib. Pontes hələ 2003-cü ildə kosmosa uçmalıydı. Lakin "Kolumbiya" şatlının qəzasından sonra bütün şatlların uçuşları təxirə salındı. Braziliya ilə Rusiya arasında 2 sentyabr 2005-ci ildə imzalanmış müqavilə Pontesa kosmik uçuş etməyə şərayit yaradıb. Beləliklə, bort mühəndisi olan Markos Pontes 30 mart 2006-cı il tarixində Baykonur kosmodromundan "Soyuz TMA-8" kosmik gəmisində kosmosa uçdu.
Markos Roxo
Faustino Markos Alberto Roxo və ya sadəcə olaraq Markos Roxo (d. 20 mart 1990, La Plata, Argentina) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Argentina milli komandasının heyətində müdafiəçi mövqeyində çıxış edən argentinalı futbolçu. == Həyatı == Peşəkar futbolçu karyerasına yerli Estudiantes klubunda başlamışdır. Klubun heyətində 2009-cu ildə Libertadores kubokunu qazandıqdan bir il sonra Klublararası Dünya Kubokunda final oynamışdır. Qısa müddət Rusiyanın Spartak Moskva klubunda çıxış etdikdən sonra 2012-ci ildə Sportinq Lissabona, 2014-cü ildə isə 16 milyon funt-sterlinq qarşılığında Mançester Yunaytedə transfer olmuşdur. 2011-ci ildə milli yığmanın heyətində debüt oyununa çıxmışdır. 2014 FİFA Dünya Kubokunda gümüş medala layiq görülən Argentina milli yığmasının heyətində çıxış etdmişdir.
Nikolay Saakov
Nikolay Vartanoviç Saakov (erm. Նիկոլայ Վարդանովիչ Սահակով; 10 iyun 1908, Qroznı, Terek vilayəti – 19 oktyabr 1973, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinin rəisi (1965–1973), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1957), Azərbaycan SSR Ali Sovetinin IV–VIII çağırış deputatı. Nikolay Vartanoviç Saakov 1908-ci ildə Qroznı şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1927-ci ildə ikinci dərəcəli məktəbi bitirmiş, 1933-cü ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-arxitektor ixtisasını almış və Türkmənistan ağır sənaye ittifaqının istehsalat şöbəsinin mühəndisi vəzifəsinə göndərilmişdir. Fəhlə-Kəndli Qızıl Ordusu sıralarında bir il xidmət etdikdən sonra o, Qroznıdakı "Krasnı molot" zavodunda quraşdırma sexinin rəisi vəzifəsində işləmişdir. 1935-ci ilin fevral ayında Nikolay Saakov Bakıya gələrək müxtəlif tikinti təşkilatlarında çalışmışdır. 1939-cu ilin əvvəllərində Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin arxitektura-planlaşdırma şöbəsinin rəisi təyin edilmişdir. 1941-ci ilin iyul ayından Azərbaycan SSR xalq daxili işlər komissarının müavini, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı İdarəsinin rəisi olmuşdur. 1946-cı ildən neft sənayesi sistemində bir sıra tikinti təşkilatlarına başçılıq etmişdir. 1949-cu ildən 1951-ci ilədək Azərbaycan Dəniz Neft Birliyi rəisinin müavini, sonra üç il "Baş qərb neft tikintisi" tikinti-quraşdırma trestinin rəisi vəzifələrində işləmişdir.