Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Balkrişna Sama
Bala Krişna Sama (nep. बालकृष्ण सम; 8 Fevral 1903 - 20 İyun 1981) Nepallı dramaturq idi. O həmçinin də Nepalın Şekspiri idi. Nepal dilində, o “Natya Siromani” kimi tanınır. Dramaturq kimi ("natak-kar") o Nepalın böyük ədəbiyyatşünası idi. Onun Nepal ədəbiyatına olan qatqısı heçvaxt unudula bilməz. O General Samar Şumşer Jung Bahadur Rana və Kirtirajyalaksmi Rananın oğlu idi. == Həyatı == 1921-ci ildə Mandakini ilə evləndi. Sama, 1972-ci ildə Nepal Rajakiya Pragya Prathistan'dan Tribhuwan Puraskar ilə mükafatlandırıldı. Həmin il Tribhuvan Universitetindən Bishesh Upadhi, 1978-ci ildə Pragya Pratisthan'tan Prithvi Pragya Puraskar'ı qəbul etdi.
Asama
Asama (yap. 浅間山) — Yaponiyanın Honşu adasının mərkəzi hissəsnidə yerləşən fəaliyyətdə olan vulkan. Hündürlüyü — 2568 metrdir. 2 fevral 2009-cu ildə vulkanın oyanması başlandı və nəticədə Tokionun bir hissəsinə kül töküldü..
Dama
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Lama
Lama (heyvan) – heyvan növü. Lama (buddizm) — budda rahibi.
Nama
Rama
Rama — hind mifologiyasında populyar şahzadə. == Haqqında == Hind mifologiyasına görə Rama sınaqdan keçərək Şiva allahının bu vaxtadək heç kimin əyə bilmədiyi oxunu sındırıb gözəl şahzadə Sita ilə evlənmişdi. Düşmənləri Ramanın öz ölkəsindən 14 il müddətinə qovulmasına nail olurlar. Ögey qardaşı və arvadı Sita da Rama ilə birlikdə gedirlər. Meşədə sərgərdan həyat sürən Rama və onun qardaşı çoxlu igidliklər göstərir və bir neçə müdhiş rakşası (eybəcər məxluq simasında olan şər allahlarını) öldürürlər. Rakşasların çarı Sitanı qaçırır və onu cəng arabasında hava ilə Lanka adasındakı paytaxtına aparır. Sitanı xeyli axtardıqdan sonra Rama meymunların çarı ilə saziş bağlayır, meymunların və ayıların qoşunlarına başçılıq edərək okeandan körpü salır və Lankanı mühasirəyə alır. Döyüşdə Rama ilə qardaşı bir neçə rakşas sərkərdəsini öldürülər, təkbətək yekun savaşında isə Rama rakşasların çarına qalib gəlir. O, Sita ilə birlikdə öz ölkəsinə qayıdır və çar olur. XI əsrdən başlayaraq Rama kultu hiduizmin iki mühüm kultundan (krişnaizmlə yanaşı) biri olur.
Saba
Saba (ada) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən ən kiçiyi[ Saba (ad) — qadın adı. Saba rayonu — Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Saca
Saca — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqeyi == == Əhalisi == Kənd əhalisinin sayı 106 nəfərdir (2002-ci il siyahıyaalması). Sakinlərin 100%-i etnik azərbaycanlılardır. == İqtisadiyyatı == Kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır.
Saga
Saqa — orta əsrlərdə vikinq, german və İslandiya ədəbiyyatında nəsr növlərindən biridir. Geniş şəkildə baxıldıqda "saqa" termini hər cür təhkiyə və tarixi rəvayətləri (müqəddəslərin həyatı, digər dillərdən edilmiş tərcümələr ya da dinə aid olmayan hekayələr) əhatə edir. Daha dar mənada isə yazıçının keçmişdə yaşanan hadisələri, xəyal gücü ilə yenidən hazırladığı və oxucularına estetik bir şəkildə ifadə etdiyi tarixi rəvayətlərdir. == Alt qruplar == Müasir tədqiqatçılar saqaları bir neçə alt qrupa ayırırlar. Bunlardan bəziləri Skandinaviya hökmdarlarının həyatlarından bəhs edən "kral saqaları"(Konungasögur), mifoloji və əfsanəvi hadisələrdən bəhs edən "əfsanəvi saqalar" (Fornaldarsögur) və "ailə saqaları" adıyla da bilinən "İslandiyalılar haqqında qısa hekayələr" (Íslendingaþættir), "İslandiya saqaları" (Íslendinga sögur), "cəngavər saqaları" (Riddarasögur), "Qrenlandiya saqaları" (Grænlendingasögur), "müqəddəslər haqqında saqalar" (Heilagra manna sögur) və s. Bunlar arasında ən məşhur və ədəbi cəhətdən üstün tutulan İslandiya saqalarıdır. Daha çox zadəganlar haqqında olan saqalardan fərqli olaraq İslandiya saqaları, ümumiyyətlə, kəndlilərin başına gələn hadisələrdən bəhs edir. Əsas qəhrəmanlar kəndlilər olmasalar belə, hər halda, saqa oxuyucularından daha üst sinifə də aid deyillər. Təxminən 930-1050-ci illəri arasındakı dövrün "saqalar çağı" olaraq tanınmasını təmin edən bu saqalar təxminən 1190-1320-ci illər arasında yazıya alınmışdı. == Bədii cəhətdən == İslandca "danışmaq" mənasını verən "seqja" sözündən törəyən "saqa" sözünün lüğəvi mənası "deyilən, söylənmiş" deməkdir.
Saman
Saman və ya Sahman— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,777 nəfər və 3,961 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Samar
Samar adası var. Samar (12°03′ şm. e. 125°07′ ş. u.) — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km² təşkil edir. == Tarixi == Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos (isp. Ruy López de Villalobos) tərəfindən 1543-cü ildə kəşf edilir. == Əhalisi == Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. == Samba no pé == Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Samoa
Samoa — dövlət. == Tarix == Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı. 1889-cu ildə ABŞ, İngiltərə, və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. == İnzibati ərazi bölgüsü == Samoa 11 dairəyə bölünür. == İqtisadiyyat == 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Samsa
Samsa — Asiya və Afrikanın müxtəlif ölkələrində pişirilən peraşkisinin növü.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Sapma
Saqa
Saqa — orta əsrlərdə vikinq, german və İslandiya ədəbiyyatında nəsr növlərindən biridir. Geniş şəkildə baxıldıqda "saqa" termini hər cür təhkiyə və tarixi rəvayətləri (müqəddəslərin həyatı, digər dillərdən edilmiş tərcümələr ya da dinə aid olmayan hekayələr) əhatə edir. Daha dar mənada isə yazıçının keçmişdə yaşanan hadisələri, xəyal gücü ilə yenidən hazırladığı və oxucularına estetik bir şəkildə ifadə etdiyi tarixi rəvayətlərdir. == Alt qruplar == Müasir tədqiqatçılar saqaları bir neçə alt qrupa ayırırlar. Bunlardan bəziləri Skandinaviya hökmdarlarının həyatlarından bəhs edən "kral saqaları"(Konungasögur), mifoloji və əfsanəvi hadisələrdən bəhs edən "əfsanəvi saqalar" (Fornaldarsögur) və "ailə saqaları" adıyla da bilinən "İslandiyalılar haqqında qısa hekayələr" (Íslendingaþættir), "İslandiya saqaları" (Íslendinga sögur), "cəngavər saqaları" (Riddarasögur), "Qrenlandiya saqaları" (Grænlendingasögur), "müqəddəslər haqqında saqalar" (Heilagra manna sögur) və s. Bunlar arasında ən məşhur və ədəbi cəhətdən üstün tutulan İslandiya saqalarıdır. Daha çox zadəganlar haqqında olan saqalardan fərqli olaraq İslandiya saqaları, ümumiyyətlə, kəndlilərin başına gələn hadisələrdən bəhs edir. Əsas qəhrəmanlar kəndlilər olmasalar belə, hər halda, saqa oxuyucularından daha üst sinifə də aid deyillər. Təxminən 930-1050-ci illəri arasındakı dövrün "saqalar çağı" olaraq tanınmasını təmin edən bu saqalar təxminən 1190-1320-ci illər arasında yazıya alınmışdı. == Bədii cəhətdən == İslandca "danışmaq" mənasını verən "seqja" sözündən törəyən "saqa" sözünün lüğəvi mənası "deyilən, söylənmiş" deməkdir.
Sara
Sara (film, 1992)
Sarma
Sahilboyu sıra dağlardan Baykal gölünün üzərinə əsən güclü, bora tipli küləkdir. Sürəti 40 m/san -ə çatır. Ən çox oktyabr - dekabrda təkrar olunur.
Saxa
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Səma
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. == Tarixi == Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. == Əhalisi == Əhalisi 182 nəfərdir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
АМГ-10 aviasiya yağı