Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəqnə

Senqe
Senqe (Çeçen-xuntaycı) 1630 — 1671) — Cunqar xanlığının ikinci hakimi, Erdeni-batırın vəliəhdi. == Həyatı == Erdeni-batır xuntaycının 1653-cü ildə ölməsindən sonra yerinə onun vəsiyyəti doğrultusunda beşinci oğlu Senqe keçmişdir. Cunqar xanlığının taxtına Senqenin keçməsi, Batır xuntaycının digər oğullarının və bəzi noyonların etirazına səbəb olmuşdu. Senqeyə qarşı bəzi mübarizələr aparılsa da o, bunları bərtərəf etmişdir. Daha sonra Senqe, Cunqar xanlığı ilə davamlı mübarizə içində olan və Şərqi Monqolustanda hökm sürən Altan xanlar sülaləsiylə savaşmış və onları məğlubiyyətə uğratmışdır. Beləcə Cunqar xanlığının gücünü daha da artırmışdır. Rusiya ilə olan yaxşı münasibətləri inkişaf etdirməyə səy göstərmiş və Rusiyaya 1664-1670-ci illər arasında bir çox dəfə elçi göndərmişdir. Senqenin, 1671-ci ildə ögey qardaşları Çeçen və Zodv tərəfindən öldürülməsiylə birlikdə Cunqar xanlığında qısa müddətli iqtidar mübarizəsi yaşanmışdır. == Ədəbiyyat == Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964. Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.
Səhnə
Səhnə — İranın Kirmanşah ostanının şəhərlərindən və Səhnə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,133 nəfər və 8,861 ailədən ibarət idi.
Səznə
Səznə (fars. سزنق‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd.
Böyük Səhnə
“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır. == Layihə == Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir. Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. “Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya. == İştirakçıların seçimi == Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib. Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.
Piter Senge
Piter Maykel Senge (1947[…], Stenford[d], Kaliforniya) — Amerika alimi.
Senqe xan
Senqe (Çeçen-xuntaycı) 1630 — 1671) — Cunqar xanlığının ikinci hakimi, Erdeni-batırın vəliəhdi. == Həyatı == Erdeni-batır xuntaycının 1653-cü ildə ölməsindən sonra yerinə onun vəsiyyəti doğrultusunda beşinci oğlu Senqe keçmişdir. Cunqar xanlığının taxtına Senqenin keçməsi, Batır xuntaycının digər oğullarının və bəzi noyonların etirazına səbəb olmuşdu. Senqeyə qarşı bəzi mübarizələr aparılsa da o, bunları bərtərəf etmişdir. Daha sonra Senqe, Cunqar xanlığı ilə davamlı mübarizə içində olan və Şərqi Monqolustanda hökm sürən Altan xanlar sülaləsiylə savaşmış və onları məğlubiyyətə uğratmışdır. Beləcə Cunqar xanlığının gücünü daha da artırmışdır. Rusiya ilə olan yaxşı münasibətləri inkişaf etdirməyə səy göstərmiş və Rusiyaya 1664-1670-ci illər arasında bir çox dəfə elçi göndərmişdir. Senqenin, 1671-ci ildə ögey qardaşları Çeçen və Zodv tərəfindən öldürülməsiylə birlikdə Cunqar xanlığında qısa müddətli iqtidar mübarizəsi yaşanmışdır. == Ədəbiyyat == Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964. Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.
Seqre (rayon)
Seqre (fr. Segré) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Men və Luara. Suprefektura — Seqre. Rayon əhalisi 2006-cı ildə 57 672 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf / km². Rayon sahəsi — 1164 km².
Siqne Baumane
Siqne Baumane (latış. Signe Baumane‎; ana. 7 avqust 1964) — Latviya animatoru, rəssam, illüstrator və yazıçı. Baumane hal-hazırda Nyu-Yorkda yaşayır və orada işləyir. Kinematoqrafiya İncəsənəti və Elmlər Akademiyasının üzvüdür. Baumane həmçinin pedaqoqdur. 2000-ci ildən 2002-ci ilə qədər Pratta İnstitutunda multiplikasiyadan dərs demişdir. == Erkən illər və təhsili == Siqne Baumane Latviya SSR-in Autse şəhərində anadan olmuşdur. Baumanenin uşaqlığı Latviya Tukumsunda və Saxalin adasında keçmişdir. 14 yaşı olarkən ədəbi fəaliyyətə başlamışdır.
Siqne Bro
Siqne Bro (d. 5 mart 1999) — Danimarkalı üzgüçü. Siqne Bro Danimarkanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil edib. == Karyerası == Siqne Bro birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:02.23 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 27-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Soqne-fyord
Soqne-fiord (norv. Sognefjorden) — fiord, Norveç ərazisində yerləşən və Avropanın uzunluğuna görə birinci, dünyada isə ikinci fiorddur. Uzunluğu-204 km,dərinliyi isə 1308 m-dir . Norveçdə onu "Fiordların kralı" adlandırılır. == Formalaşması == Soqne-fiord 2,7 milyon il bundan əvvəl formalaşıb. Buzlaşma və erroziya nəticəsində çay sistemi tədricən fiorda çevrilmişdir. == Tərkibi == Maraqlı bir məqamda var ki,Soqne-fiordun tərkibində 35 yaxın kiçik fiord var. Bunları çox vaxt "fiordun qızları" adlandırlar.
Səhnə adı
Səhnə adı aktyorlar, komediyaçılar, müğənnilər və musiqiçilər tərəfindən istifadə olunan təxəllüsdür. Bu cür peşəkar qondarma ləqəblər müxtəlif səbəblərə görə qəbul edilir və onlar fərdin doğum adı ilə oxşar və ya demək olar ki, eyni ola bilər. Qeyri-adi olsa da, bəzi ifaçılar bir müddət sonra öz səhnə adlarını qanuni ad kimi qəbul etməyi seçirlər. Ləqəblər və qız soyadları bəzən bir insanın peşə adında istifadə olunur. == İstifadə səbəbləri == İfaçılar tez-tez səhnə adlarından istifadə edirlər, çünki onların əsl adı ya cəlbedici deyil, ya darıxdırıcı və ya istəmədən gülməli sayılır; tələffüz etmək və ya yazmaq çətindir; başqa görkəmli şəxs tərəfindən, o cümlədən tam olaraq eyni olmayan, lakin hələ də çox oxşar adlar istifadə olunur. Digər ifaçılar anonimlik üçün səhnə adından istifadə edirlər, çox vaxt porno ulduzlar, xüsusən də karyeralarını dəyişmək niyyətində olanlar belə edirlər. Yazıçılar arasında ekvivalent anlayışa nom de plume ( təxəllüs adı ) deyilir. Radioda "radio adı" və ya "efir adı" termini istifadə olunur. == Ailə əlaqəsi == Məşhurla qohumluq əlaqəsi olan bəzi şəxslər başqa soyad götürürlər. Nikolas Koppola kimi anadan olan aktyor Nikolas Keyc əmisi rejissor Frensis Ford Koppola ilə müqayisə olunmamaq üçün yeni soyad seçib.
Səhnə işıqlandırılması
Səhnə işıqlandırılması, Səhnə işığı və ya səhnə işıqlandırması — teatr, rəqs, opera və digər tamaşa sənətlərinin istehsalında istifadə olunan vasitədir. Müxtəlif növ səhnə işıqlandırma cihazları vasitəsilə fərqli prinsiplərlə və ya işıqlandırma məqsədləri üçün səhnə işıqlandırılması tənzimləmələri hazırlanır. == Tarixi == Qədim Yunan və Roma teatrlarında işığın mənbəyi günəş idi. Tamaşalar günəş işığı altında oynanılır, hava qaralmamış da bitirilərdi. Ədəbiyyatlarda gecələr oynanılmış tamaşalardan bəhs edilmir. Qaranlığa qalmış tamaşalar zamanı ətrafı işıqlandırmaq üçün iri yanar maddələrdən və ya çıraqlardan istifadə olunduğunu düşünmək mümkündür. Teatr qərbdəki hakim təbəqələrin əyləncəsi kimi kral saraylarına və zadəganların malikanələrinə daxil olduqdan sonra, qapalı salon teatrları yaranmışdır (İtaliya və Fransada Renessans dövründə, İngiltərədə restavrasiya dövründə). Səhnəni işıqlandırmaq üçün dövrün işıqlandırma alətləri: iri şamlar, yağ lampaları, tunc çıraqlar olmuşdur. Bizansda I Yustinianın sarayında keçirilən əyləncələrdə, teatra oxşayan tamaşalarda boyalı şüşənin verdiyi rəngli işıqlardan və onları səhnədə əks etdirmək üçün qızılı lövhələrdən istifadə edildiyini bilirik. Belə işıq effektlərindən orta əsrlərdə kilsə teatrlarında da istifadə olunurdu.
Səhnə şəhristanı
Səhnə şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səhnə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 75,827 nəfər və 19,106 ailədən ibarət idi.
Senqe Motomaro
Senqe Motomaro (千家 元麿, 8 iyun 1888, Tokio[d] – 14 mart 1948, Tokio) – Yaponiya şairi. == Həyatı == Senqe Motomaro 1888-ci ildə Yaponiyanın Tokio şəhərində Senqe Takatominin oğlu kimi doğulmuşdur. Keyo Universitetində təhsil almış, Koroku Satonun şagirdi olaraq hayku öyrənmişdir. == Yaradıcılığı == Senqenin poeziyası humanistik və optimistik tonuna görə tanınır, eləcə də, Şirakaba məktəbinin fəlsəfəsini əks etdirir. O, gənc yaşlarından etibarən bu məktəbə qoşulmuş və ölümünə qədər məktəbə sadiq qalmışdır. Senqə bəzi illərdə aylıq 30–40 şeir yazırdı. O, şeirlərini "sənətsiz" adlandırsa da, emosionallıqdan uzaqlaşaraq gündəlik hadisələri təsvir etməyə çalışırdı. Əsas kitablarından biri olan "Cibun va mita" (azərb. "Mən gördüm"‎, 1918) əsərinin açılış şeiri olan "Kuruma no oto" (azərb. "Maşınların səsi"‎ ən məşhur şeirlərindən biri hesab olunur.
Sənə, bəşəriyyət!
"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri. İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır. == Tarixi == Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir. Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi. Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür. Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.
Sənə bəşəriyyət

Sənə bəşəriyyət!

Sənə inanıram
Sənə qurban
Sənə Qurban — Ələkbər Tağıyevin Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnı. Mahnı müxtəlif ölkələrdən olan müğənnilər tərəfindən, müxtəlif dillərdə ifa edilmişdir. Mahnı Zeynəb Xanlarova tərəfindən bir çox Yaxın Şərq ölkələrində, o cümlədən Suriyanın Hələb şəhərində və Türkiyənin bir neçə şəhərlərində verilmiş konsertlər zamanı ifa edilmişdir. == Türkiyədə istifadəsi == Mahnı Türkiyədə "Mavi muncuq" (türk. Mavi bocuk) adı ilə məşhurdur və Mikayıl Müşfiqin yox, Ülkü Aker adlı şairin yazdığı sözlərlə ifa edilir. İlk dəfə 1974-cü ildə "Mavi muncuq" adlı türk filmində Emel Sayın tərəfindən ifa edilib. 2015-ci ildə "Eti" şirkətinin istehsalı olan uşaq şirniyyatının reklamında "Sənə Qurban" mahnısının musiqisindən istifadə edilmişdir. 2017-ci ildə referendum qabağı təbliğat kompasiyası çərçivəsində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) yayımladığı təbliğat videosunda "Sənə Qurban" mahnısından istifadə olunmuşdur. == Suriyada istifadəsi == 1972-ci ildə çəkilmiş "Sah Al-Num" adlı televiziya tamaşasında "Sənə Qurban" mahnısı ərəb dilidə əsas qəhrəmanın dilindən səsləndirilir. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi zamanı etirazçılar mahnının sözlərini dəyişərək ərəb dilində ölkə rəhbərliyini istefaya çağıran sözlərlə ifa etmişlər.
Basshunter (səhnə adı)
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, prodüseri və DJ-yi.
Böyük səhnə (veriliş)
“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır. == Layihə == Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir. Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. “Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya. == İştirakçıların seçimi == Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib. Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.
Emilio Gino Segre
Emilio Gino Segre (1 fevral 1905, Tivoli, İtaliya krallığı – 22 aprel 1989[…]) — italyan fizik. 1959-cu ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == 1 fevral 1905-ci ildə Tivolidə (İtaliya) anadan olub.
Səhnə Qurbanı (dram)
Səhnə Qurbanı — "Səhnə Qurbanı" səhnə əsəri 1939-cu ildə "Revalyusiya i Kultura" jurnalında çap olunmuşdur. Bir pərdədən ibarət pyes, 1926-cı ildə qələmə alınmışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri, yaxın dostu Hüseyn Ərəblinskinin ölümünün altıncı il dönümünə özəl olaraq yazmışdır. == Mövzusu == Pyesdə çətin həyat sürmüş və sonda yaxın qohumu tərəfindən teatr aktyoru olduğu üçün qətlə yetrilən Hüseyn Ərəblinskinin fəaliyyətinin qısa bir dövründən bəhs edilir. Yazıçı Hüseynin mübariz və əzimkar xarakterini oxucuya çatdırmağa çalışmışdır. Hüseyin kasıb və əlverişsiz şəraitdə yaşamasına baxmayaraq həyatı çox sevir. Bir gün xalqın teatr və aktrorlara olan pis münasibətinin sona çatacağına ümid edir. Bunu düşünərək durmadan çalışır, özünü inkişaf etdirir. Bu yolda ona qarşı çıxanlara və ölüm təhdidlərinə baxmayaraq fəaliyyətinə davam edir. "Səhnə Qurbanı" dramı, Hüseyn Ərəblinskinin həyatını və səhnə fəaliyyətini araşdırmaq üçün önəmli bir qaynaq ola bilər.
AEGEE
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Bezne
Bezne (fr. Bézenet, {{dil-oc|Besenet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 962 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 587 nəfər (15-64 yaş arasında) 382 nəfər iqtisadi cəhətdən fəal, 205 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,1%, 1999-cu ildə bu göstərici 59.0% idi). İşləyən 382 nəfərdən 337 nəfərdən (194 kişi və 143 qadın), 45 nəfər işsizdir (17 kişi və 28 qadın). 205 hərəkətsiz 24 nəfər arasında şagird və ya tələbə, 76 nəfər təqaüdçü, 105 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).