Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Serder Serderov
Serder Mukayloviç Serderov — Rusiya futbolçusu, yarımmüdafiyəçi. Xorvatiyanın «İstra 1961 » klubunun oyunçusu. 10 mart 1994-cü ildə Mahaçqala şəhərində anadan olub. Serder ilk dəfə futbolla Mahçaqalanın doğma RSDYŞOR-2 komandasında məşğul olmağa başlamış. Onun ilk məşqçisi Qamal Babayev olmuşdur. Daha sonra "Anji"nin uşaq komandasında oynamışdır. Pyatiqorskidə keçirilən yeniyetmələrin turnirində Serderova MOİK nümayəndələri diqqət yetirmiş və daha sonra komandaya dəvət etmişlər. 15 yaşında komandanın əvəzedici heyətində məşqlərə dəvət olunur. 2010-cu ildə isə Rusiyanın gənclər çempionatında debüt edir. 11 martda Serder «Amkar»la olan oyunun 74-cü dəqiqəsində oyuna çıxımış, ancaq bu komandanın məğlubiyyətdən qurtarmasına kömək ola bilməmişdir.
Ağbulaq (Sərdar)
Ağbulaq-Sərdar — İranın Zəncan ostanında kənd.. Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan şəhərindən 28 km cənub-qərbdədir.
FTP-server
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Gerhard Şreder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) — alman siyasətçisi, vəkil. 1998–2005-ci illərdə Almaniyanın federal kansleri.
Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Proksi server
Proksi server — resursu tələb edən müştəri ilə həmin resursu təmin edən server arasında vasitəçi kimi çıxış edən server proqramı. Bu prosesdə məxfilik, təhlükəsizlik və performansı yaxşılaşdırır. Müştəri, fayl və ya veb səhifə kimi resurs üçün sorğunu yerinə yetirə bilən serverə birbaşa qoşulmaq əvəzinə, müştəri sorğunu emal edən və tələb olunan şəbəkə əməliyyatlarını yerinə yetirən proksi serverə yönləndirir. Bu, sorğunun mürəkkəbliyini sadələşdirmək və ya nəzarət etmək və ya yük balansı, məxfilik və ya təhlükəsizlik kimi əlavə üstünlüklər təmin etmək üçün bir metod kimi xidmət edir. Paylanmış sistemlərə struktur və inkapsulyasiya əlavə etmək üçün proksilər hazırlanmışdır Beləliklə, proksi server xidmətə müraciət edərkən müştərinin adından işləyir və sorğunun əsl mənbəyini resurs olan serverdən gizlədir.
Serdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərdar (SEPAH)
Sərdar (fars. سردار‎) – təxminən generala bərabər tutulan, İkinci Briqada generalı və İslam İnqilabı Keşikçiləri Korpusunda yüksək hərbi rütbəli zabitlər, İran İslam Respublikasının Hüquq-mühafizə Qüvvələrinin komandanları, köhnə hərbi və ya İslam İnqilabı Komitələrində, eləcə də İran İnqilabı Təşkilatı komandirləri üçün istifadə edilən yüksək hərbi fəxri ad. Sərdarların əksəriyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Komanda və Qərargah Universitetinin məzunlarıdır. İran İslam Respublikası Ordusunda istifadə olunan Əmir (və yaxud Timsar) rütbəsinə bərabər hesab olunur.
Sərdar (Türkmənistan)
Qızılarbat (sabiq adı Sərdar) — Türkmənistan Respublikasının Balkan vilayətində etrap tabeli şəhər.
Sərdar Abdullayev
Sərdar Süleyman oğlu Abdullayev (21 yanvar 1951, Yanşaq, Kəlbəcər rayonu) — azərbaycan əsilli Rusiya iş adamı, iqtisad elmləri doktoru, professor, İnformasiyalaşdırma Beynəlxalq Akademiyasının həqiqi üzvü, Azərbaycan "Tərəqqi" medalı laureatı. Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) "Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi" ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin Belıy şəhərinə göndərilib, orada Kalinin vilayəti "Kalininmeliorasiya" İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsində (PMK-2) mühəndis-mexanik, daha sonra baş mexanik vəzifələrində işləyib. 1977–1980-ci illərdə Sov. İKP Belski rayon komitəsinin təlimatçısı, 1980–1982-ci illərdə isə Kalinin vilayəti "Kalininmeliorasiya" İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsinin (PMK-2) rəisi olub. 1982-ci ildə S. Abdullayev Kalinin (indiki Tver) vilayətindəki "Kalininselstroy" İstehsalat Birliyində işə dəvət edilib, 1982–1986-cı illərdə orada 1316 №-li İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstənin (SPMK-1316) rəisi, sonra isə "Kalininselstroymexanizasiya" trestinin müdiri olub. 1986-cı ildən S. Abdullayev "Kalininqrajdanstroy" vilayət İstehsalat Birliyi rəisinin müavini, sonra rəisin birinci müavini vəzifəsində işləyib. Özünü yüksək ixtisaslı mütəxəssis və texniki cəhətdən savadlı rəhbər kimi tanıtmış S. Abdullayev 1991-ci ilin may ayından bu birliyin rəisi təyin edilib, 1993-cü ilin iyul ayından bu günə qədər "Tverqrajdanstroy" Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir. "Tverqrajdanstroy" şirkətinə S. Abdullayevin rəhbərlik etdiyi illər ərzində onun bilavasitə iştirakı ilə Tverdə və Tver vilayətində milyonlarla kvadratmetr mənzil sahəsi, sənaye və sosial əhəmiyyətli iri obyektlər istifadəyə verilib. Şirkətdə Rusiyanın və xarici ölkələrin — Almaniya, Kanada, Böyük Britaniya, Finlandiya və Türkiyənin inşaat firmaları ilə işgüzar əməkdaşlığa, onların köməyi ilə yeni texnologiyaların və inşaat materiallarının istehsalatda tətbiqinə xüsusi diqqət yetirilir.
Sərdar Amin
Sərdar İmaməddin oğlu Tağıyev və ya Sərdar Amin (4 yanvar 1988, Zərdabi, Quba rayonu) — azərbaycanlı yazıçı. Sərdar Amin 1988-ci il yanvarın 4-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur. Ailəlidir. Bir qızı var. 2013-cü ildən Sərdar Amin imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir. RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib.
Sərdar Azmun
Sərdar Azmun (fars. سردار آزمون‎, 1 yanvar 1995, Günbədkavus, Mazandaran ostanı) — 1995-ci ildə İranının Günbədkavus şəhərində anadan olub. Rusiya milli futbol çempionatının yüksək liqasında çıxış edən Rubin Kazan klubunun hücumçusudur.
Sərdar Bayramov
Sərdar Bayramov (tam adı: Sərdar Bayram oğlu Bayramov; 10 may 1956, Azaflı, Tovuz rayonu) — azərbaycanlı alim, texnika elmləri namizədi, 11 ixtira və 31 elmi əsərin müəllifi, 6 konfrans iştirakçısı, "Neftqazelmitədqiqatlayihə" institutunun dosenti. Sərdar Bayram oğlu Bayramov 10 may 1956-cı il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kəndində ziyalı ailəsində anadan olub. 1963-cü ildə Azaflı kənd 8 illik məktəbinin birinci sinfinə getmişdir. 1971-ci ildə Azaflı kənd 8 illik məktəbinin 8-ci sinfini bitirib, qonşu kənd olan Bayramlı kənd orta məktəbinin 9-cu sinfinə getmişdir. 1973-cü ildə Bayramlı kənd orta məktəbinin 10-cu sinfini bitirmidir. 1973–1974-cü illərdə Tovuz rayonu Qələbə şərabçılıq zavodunda fəhlə işləmişdir. 1974-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (M. Əzizbəyov adına Azərbaycan neft və kimya institutu) neft-mexanika fakültəsinin 05.08 – neft və qaz mədənlərinin maşın və avadanlığı ixtisasına girmiş və 1979-cu ildə həmin ixtisası müvəffəqiyyətlə bitirmişdir. 1979–1982-ci illərdə "Bakı fəhləsi" maşınqayırma zavodunda təyinatla gənc mütəxəssis kimi usta işləmişdir. 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istehsalatdan ayrılmaqla aspiranturasında təhsil almışdır. 1982–1991-ci illərdə həmin institutun "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" kafedrasında kiçik elmi işçi, 1991–1993-cü illərdə "Materiallar müqaviməti" kafedrasında böyük elmi işçi, 1993-cü ildə böyük laborant vəzifəsində işləmişdir.
Sərdar Berdiməhəmmədov
Sərdar Berdiməhəmmədov — (Serdar Gurbangulyýewiç Berdimuhamedow, Sərdar Qurbanqulu oğlu Berdiməhəmmədov; 22 sentyabr 1981, Aşqabad, SSRİ) — 19 mart 2022-ci ildən bəri vəzifəsini icra edən Türkmənistan Respublikasının 3-cü Prezidenti və hazırkı prezidenti. Berdiməhəmmədov əvvəllər atası, prezident Qurbanqulu Berdiməhəmmədov hökumətində bir sıra digər vəzifələrdə çalışıb. 2021-ci ildə o, Türkmənistan Respublikası Nazirlər Kabinetinin bir neçə sədr müavinindən biri olub. Nə azad, nə də ədalətli sayılan Türkmənistan prezident seçkiləri 2022-ci ildə Türkmənistan Respublikasında keçirilən prezident seçkilərində səslərin 73 faizini qazanaraq atasının 15 illik avtoritar prezidentlik dövründə uğur qazanıb. Serdar Berdiməhəmmədov 22 sentyabr 1981-ci ildə Aşqabadda anadan olub. 1987–1997-ci illərdə Aşqabad şəhər 43 saylı orta məktəbdə təhsil alıb. 1997–2001-ci illərdə Türkmənistan Kənd Təsərrüfatı Universitetində mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb. 2001-ci ilin iyul-noyabr aylarında Ərzaq Emalı Birliyinin Xarici İqtisadi Əlaqələr Müdirliyində çalışıb, sonra iki il müddətli həqiqi hərbi xidmət keçib. 2003–2008-ci illərdə yenidən Ərzaq Emalı Birliyində meyvə-tərəvəz şöbəsində və alkoqolsuz pivə və şərab şöbəsində işləyib. 2008–2011-ci illərdə Berdiməhəmmədov Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb və beynəlxalq əlaqələr üzrə diplom qazanıb.
Sərdar Cəlaloğlu
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd. Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir. Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir. Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır.
Sərdar Denktaş
Sərdar Denktaş (türk. Serdar Denktaş) — Şimali Kipr Türk Respublikasında siyasətçi və dövlət xadimi. Demokrat Partiyasının lideri, 1990-cı ildən etibarən ŞKTR Məclisinin üzvü, 2014-2016-cı illərdə Xarici İşlər Naziri, 2016-2019-cu illərdə Baş nazirin müavini və maliyyə naziri. Şimali Kipr Türk Respublikasın qurucusu və ilk Prezidenti Rauf Denktaşın oğludur. 2020-ci il Şimali Kipr Türk Cümhuriyyəti prezidenti seçkilərinə müstəqil namizəd olaraq qatılmışdır. Sərdar Denktaş 1959-cu ildə qismən tanınan Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın ailəsində anadan olub. İngiltərədəki "London Printing Collec"də tipoqrafiya kursunu bitirdikdən sonra Kardiff Universitetinə iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Lakin təhsilini tamamlaya bilməmiş və Kiprə dönmüşdür. Tezliklə Kipr Kredit Bankının baş direktoru vəzifəsinə təyin edilmişdir. 1990-cı ildə parlament seçkilərində Serdar Denktaş Lefkoşa mandatı üçün Milli Birlik Partiyasından seçki siyahısına girmişdir.
Sərdar Dursun
Serdar Dursun (19 oktyabr 1991, Hamburq) — Türk futbolçu. Almaniyada yetişmişdir. Hücumçu mövqeyində oynayır. Super Liqa komandalarından biri olan Fənərbaxçada oynayır. Almaniyada Sakaryadan bir Türk işçi ailəsində anadan olan Serdar Dursun, "Concordia Hamburq" infrastrukturunda futbol oynamağa başladı. Daha sonra "Hannover 96" komandasına köçdü. Burada oynadıqdan sonra iki mövsüm sonra "Hannover 96 II" heyətinə daxil edildi. Hannover 96 II-də rəsmi debütü Regionalliga Süd-də 6 Avqust 2010-cu ildə "SC Freiburg II"-yə qarşı keçirdi. Buradakı ilk mövsümündə mütəmadi olaraq ilk on birdə yer alır və yaxşı çıxış edirdi. Liqanı 5 qol və 6 asistlə tamamlayan futbolçu, xüsusən də, Türkiyədən bir çox transfer təklifləri aldı.
Sərdar Fərəcov
Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru. Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir. 17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Opera "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera Operetta "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir Digər vokal əsərləri T. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996); S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998); "Dədə Qorqud" Oratoriyası (1999); A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999); M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994); İnstrumental əsərlər Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə Simli kvartet üçün 3 pyes (1991); Skripka və piano üçün pyeslər (2001).
Sərdar Hacıyev
Sərdar Hacıyev (22 aprel 1940, Xanlıq, Qubadlı rayonu) — Kimya elmləri doktoru, professor. Sərdar Hacıyev Qubadlı rayonunun Xanlıq kəndində 22 aprel 1940-cı ildə anadan olub. 1957-ci ildə Xanlıq orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakkultəsinə daxil olub. 1962-ci ildə oranı bitirərək Leninqrad Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə "Kükürd və selenin oksigenli birləşmələrinin termodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi adına layiq görülmüş, Bakı Dövlət Universitetinin fiziki və kolloid kimya kafedrasına assisent vəzifəsinə qəbul edilmişdir.1966–1969-cu illərdə həmin kafedrada baş müəllim, 1969–1989-cuillərdə isə dosent vəzifəsində çalışmışdır. 1987-ci ildə Tbilisi Universitetində "IIIa və Va qrup elementlərinin xalkohalogenidlərin sintezinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973–1976-cı illərdə Əlcəzairdə Yüngül Sənaye İnistitutunda fransız dilində elmi pedoqoji fəaliyyətdə olmuş, 1990-cı ildən fiziki və kolloid kimya kafedrasının professoru elmi pedoqoji fəaliyyətdədir. Onun apardığı elmi tədqiqat işləri 11-ə qədər müəlliflik şəhadətnaməsi, patentdə öz əksini tapmışdır. 1962, kimya fakültəsi, BDU. 1966, k.e.n., "Qeyri-üzvi kimya" ixtisası . 1987, k.e.d., "Fiziki kimya" ixtisası .
Sərdar Həmidov
Sərdar Məcid oğlu Həmidov (2 yanvar 1950, Kəlbəcər – 29 fevral 2016, Bakı) — Azərbaycan siyasətçisi və hərbçisi. O, Tərtər ərazi özünümüdafiə batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuşdur. Sərdar Məcid oğlu Həmidov 1950-ci ildə Kəlbəcərdə anadan olmuşdur. Onun atası Xalq Daxili İşlər Komissarlığı zabiti idi. Həmidovun qardaşı keçmiş daxili işlər naziri İsgəndər Həmidovdur. Sədar Həmidovun oğlu Şəhriyar Məcidzadə jurnalistdir. "İstiqlal" qəzeti kimi bəzi mənbədə Həmidovun mənşəcə kürd olduğu iddia edilsə də, qardaşı İsgəndər Həmidov bunu təkzib etmiş və türk əsilli Kolanı tayfasından olduğunu bildirmişdir. Sərdar Həmidov Azərbaycan Xalq Cəbhəsinin (AXC) may ayında prezident Ayaz Mütəllibovu devirməsindən sonra Tərtər rayonunun icra başçısı təyin edilmişdir. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur.
Sərdar Həsənov
Sərdar Həsənov (12 may 1985, Bakı) — Azərbaycanı təmsil edən ağır atlet. Sərdar Həsənov 2008-ci ildə Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Sərdar Həsənov birdən qaldırma mərhələsini 128-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma turnirində isə Sərdar Həsənov mərhələni nəticəsiz başa vurdu. Bununla belə 2016-cı ilin iyulunda Sərdar Həsənovun qanında dopinq tapıldığına görə onun nəticələri ləğv edildi. Daha sonra Sərdar Həsənov 2012-ci ildə Azərbaycanı Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Sərdar Həsənov ümumi nəticədə 321 (145+176) nəticə göstərdi və London Olimpiadasını 8-ci pillədə başa vurdu. Bununla belə bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi. Sərdar Həsənov 2013-cü ildə Albaniyanın Tirana şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu. Amma bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi.
Veb-server
Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
Veb server
Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.