Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş. Kerber Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur.Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit. otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Serder Serderov
Serder Mukayloviç Serderov — Rusiya futbolçusu, yarımmüdafiyəçi. Xorvatiyanın «İstra 1961 » klubunun oyunçusu. 10 mart 1994-cü ildə Mahaçqala şəhərində anadan olub. == Klub karyerası == Serder ilk dəfə futbolla Mahçaqalanın doğma RSDYŞOR-2 komandasında məşğul olmağa başlamış. Onun ilk məşqçisi Qamal Babayev olmuşdur. Daha sonra "Anji"nin uşaq komandasında oynamışdır. Pyatiqorskidə keçirilən yeniyetmələrin turnirində Serderova MOİK nümayəndələri diqqət yetirmiş və daha sonra komandaya dəvət etmişlər. 15 yaşında komandanın əvəzedici heyətində məşqlərə dəvət olunur. 2010-cu ildə isə Rusiyanın gənclər çempionatında debüt edir. 11 martda Serder «Amkar»la olan oyunun 74-cü dəqiqəsində oyuna çıxımış, ancaq bu komandanın məğlubiyyətdən qurtarmasına kömək ola bilməmişdir.
Ağbulaq (Sərdar)
Ağbulaq-Sərdar - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan şəhərindən 28 km cənub-qərbdədir.
FTP-server
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Gerhard Şreder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) - alman siyasətçisi, vəkil. 1998-2005-ci illərdə Almaniyanın federal kansleri.
Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Proksi server
Proksi server kompüter şəbəkələrində elə bir serverə deyilir ki, aralıq xidmət kimi fəaliyyət göstərərək istifadəçilərin başqa serverlərdən axtardığı resursları onlara çatdırır. İstifadəçi proksi serverə müxtəlif məqsədlərlə qoşula bilər: xidmətə çıxış, fayl endirmək, bağlantı, internet səhifəsinə baxmaq və s. Proksi server ona göndərilən siqnali filtrasiya qaydalarına əsasən nəzərdən keçirir, məsələn İP ünvan və ya protokola görə filtrasiya edə bilir. Əgər göndərilən siqnal filter vasitəsilə dəstəklənirsə, onda proksi server müvafiq serverə bağlantını yaradır və xidməti istifadəçiyə çatdırır. Proksi server seçim üzrə istifadəçinin siqnalını və serverin cavabını dəyişə bilər və bəzən müəyyən serverlə əlaqə qurmadan xidməti reallaşdıra bilər. Bu halda o keşdən olan cavabları istifadəçiyə çatdırır.
Serdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. == Ailəsi == Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərdar Hacıyev
Sərdar Hacıyev — Kimya elimləri doktoru, professor. == Həyatı == Sərdar Hacıyev Qubadlı rayonunun Xanlıq kəndində 22 aprel 1940-cı ildə anadan olub. 1957-ci ildə Xanlıq orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakkultəsinə daxil olub. 1962-ci ildə oranı bitirərək Leninqrad Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə "Kükürd və selenin oksigenli birləşmələrinin termodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi adına layiq görülmüş, Bakı Dövlət Universitetinin fiziki və kolloid kimya kafedrasına assisent vəzifəsinə qəbul edilmişdir.1966-1969-cu illərdə həmin kafedrada baş müəllim, 1969-1989-cuillərdə isə dosent vəzifəsində çalışmışdır. 1987-ci ildə Tbilisi Universitetində "IIIa və Va qrup elementlərinin xalkohalogenidlərin sintezinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973-1976-cı illərdə Əlcəzairdə Yüngül Sənaye İnistitutunda fransız dilində elmi pedoqoji fəaliyyətdə olmuş, 1990-cı ildən fiziki və kolloid kimya kafedrasının professoru elmi pedoqoji fəaliyyətdədir. Onun apardığı elmi tədqiqat işləri 11-ə qədər müəlliflik şəhadətnaməsi, patentdə öz əksini tapmışdır. == Təhsili, elmi dərəcə və elmi adları == 1962,kimya fakültəsi,BDU. 1966,k.e.n., „Qeyri-üzvi kimya“ ixtisası . 1987,k.e.d., „Fiziki kimya“ ixtisası .
Sərdar Həmidov
Sərdar Məcid oğlu Həmidov (2 yanvar 1950, Kəlbəcər – 29 fevral 2016, Bakı) — Azərbaycan siyasətçisi və hərbçisi. O, Tərtər ərazi özünümüdafiə batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuşdur. == Erkən illəri və ailəsi == Sərdar Məcid oğlu Həmidov 1950-ci ildə Kəlbəcərdə anadan olmuşdur. Onun atası Xalq Daxili İşlər Komissarlığı zabiti idi. Həmidovun qardaşı keçmiş daxili işlər naziri İsgəndər Həmidovdur. Sədar Həmidovun oğlu Şəhriyar Məcidzadə jurnalistdir."İstiqlal" qəzeti kimi bəzi mənbədə Həmidovun mənşəcə kürd olduğu iddia edilsə də, qardaşı İsgəndər Həmidov bunu təkzib etmiş və türk əsilli Kolanı tayfasından olduğunu bildirmişdir. == Fəaliyyəti == === Birinci Qarabağ müharibəsi === Sərdar Həmidov Azərbaycan Xalq Cəbhəsinin (AXC) may ayında prezident Ayaz Mütəllibovu devirməsindən sonra Tərtər rayonunun icra başçısı təyin edilmişdir. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur. Bundan başqa, o, "Ağdərə" əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən Şıxarxı Tərtərin ərazisinə qatmışdır.
Sərdar Həsənov
Sərdar Həsənov (12 may 1985, Bakı) — Azərbaycanlı ağır atletdir. Azərbaycanı 2008 və 2012-ci illərdə Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Sərdar Həsənov 12 may 1985-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Bakı şəhərində anadan olmuşdur. == Karyerası == Sərdar Həsənov karyerası ərzində böyük uğur qazanmasada dəfələr ilə Azərbaycanı Dünya və Avropa Çempionatlarında təmsil etdi. 2012-ci ildə Yay Olimpiya Oyunlarında 8-ci yeri tutdu.
Sərdar Kərimov
Sərdar İsa oğlu Kərimov (5 dekabr 1954, Kəsəmən, Basarkeçər rayonu – 23 dekabr 2003, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini (1999–2003). == Həyatı == Sərdar Kərimli 1954-cü il Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açmışdı. 1971-ci ildə Bakı şəhərində 30 saylı orta məktəbi bitirdikdən sonra, N. Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunda preparatçı işləmiş, 1972-ci ildə müvəffəqiyyətlə imtahan verərək institutun 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir. == Karyerası == 1978–1980-ci illərdə Bakı zona tələbə inşaat dəstələrinin baş həkimi vəzifələrində işləmişdir. O, 1980–1983-cü illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əvvəlcə çağırışçı həkim, sonra böyük həkim vəzifələrində çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk partiya təşkilatının katibi kimi işini davam etdirmişdir. 1985-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Təhsili müddətində Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə təyinatla Azərbaycan KP Nəsimi Rayon Partiya komitəsinə göndərilmiş, 1989-cu ilə qədər burada təlimatçı kimi çalışmış rayon səhiyyəsinin kuratoru olmuşdur. Sərdar Kərimli 1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və tədris müəssisələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 2000-ci ilin 2 noyabr tarixli sərəncamı ilə Sərdar Kərimov Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Sərdar Mehdiyev
Sərdar Dadaş oğlu Mehdiyev — jurnalist. == Həyatı == Sərdar Mehdiyev 22 aprel 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, 1953-1958 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. Sərdar Mehdiyev 1967-1969 illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. Sərdar Mehdiyev 2002-ci ildə Bakıda vəfat etmişdir. == Jurnalistlik fəaliyyəti == Sərdar Mehdiyev uzun illər müxtəlif rayon qəzetlərində jurnalist işləmişdir. O, "Qırmizi bayraq" (Zaqatala) qəzetinin məsul katibi (1958-1962), "Sürət" (Ağcəbədi) qəzetinin redaktoru (1962-1966), "Lenin yolu" (Ağdam) qəzetinin məsul katibi (1970-1989), "Qarabağ" qəzetinin məsul katibi (1989-1991), "Xocalının səsi" qəzetinin redaktoru (1991-2001) işləmişdir. Sərdar Mehdiyev "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı olmuşdur. == Mənbə == Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov və davamçıları.
Sərdar Möhyi
Əbdülhüsyn xan Müizüssultan, Sərdar Möhyi adıyla tanınan, Hacı Məhəmmədkazım Vəkilürrüayanın (Hacı Vəkil) oğlu, qardaşı Mirzə Kərim xan Rəşti ilə birlikdə Məşrutə hərəkatında əhəmiyyətli rolları var idi.Hər iki qardaş Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə bağlı idilər. Sərdar Möhyi Mirzə Kiçik xanla bərabər Qacarlar dövlətinə qarşı çıxmışdı. 1920-ci ildə Düşənbəbazar ətrafında bolşeviklər və İran Kazak diviziyasının döyüşçüləri arasında gedən vuruşmada yaralanmışdı. Sərdar Möhyi 50 yaşında Bakı şəhərində vəfat edib. == Qalereya == == Mənbə == Ziyalıların Rolu İranın Müasir Tarixində.Qədr mədəni institutu.Tehran:2008.1-ci cild; Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Sərdar Məmmədov
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd. == Həyatı == Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir. Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir. == Siyasi fəaliyyəti == Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır.
Sərdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. == Ailəsi == Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərdar Rüstəmov
Sərdar Mənsur oğlu Rüstəmov (20 avqust 1980) — azərbaycanlı aktyor. == Həyatı == Sərdar Rüstəmov 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbə vaxtlarından Akademik Milli Dram teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. 1999-cu ildə teatrın aktyor truppasına götürülüb, bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. S. Rüstəmov bir neçə bədii filmə çəkilib.
Sərdar Səfərov
Sərdar Mədəd oğlu Səfərov (12 avqust 1960, Kəlbəcər rayonu – 25 sentyabr 1991, Əsgəran rayonu, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır. == Xilaskar qəhrəman == 1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.
Sərdar Sərdarov
Sərdar Sərdarov (1912, Qaryagin – mart 1993) — Azərbaycan SSR əməkdar arxitektoru (14.04.1975), Azərbaycan Dövlət Sənaye Müəssisələrini Layihələşdirmə Baş İnstitunun direktoru == Həyatı == Sərdar Bünyad oğlu 1912-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdur. 1926-cı ildə Qarğabazar kənd məktəbini bitirmiş və elə həmin ildə Nərimanov sənaye texnukumuna daxil olmuşdür. О, 1931-ci ildə ildə oranı bitirmişdir. 1931-ci ildən 1937-ci ilə qədər Azərbaycan sənayə institutunda oxumuş və inşaatçı-mühəndis ixtisasını qurtarmışdır. 1937-ci ildən 1942-ci ilə qədər Narkomxoz sistemində Azstroy-un mühəndis-inspekturu, sonra isə Qadanh və Quba tikinti sagələrində texniki rəhbər, "Azneftkosviyyat" kontorunda baş mühəndis vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsinin başlanmasından 1942-ci ilə qədər tranda Sovet ordusunun tərkibində idi. 1942-ci ilin fevralından Azərbaycan MK KP (b) apartında təlimatçı, sektor müdiri, sonra isə Azərbaycan BK KP (b) şəhər təsərrüfatının şöbə müdiri olmuşdur. 1947-ci ildən 1953-cü ilə qədər Azərbaycanın yüngül sənaye nazirinin müavini işləmişdir. 1953-cü ildən 40 il ərzində S. B. Sərdarov respublikanın qabaqcıl layihə sahəst "Azqospromproekt"-ə rəhbərlik edirdi. Onun iştirakı və rəhbərliyi altında Azərbaycanın iqtisadi potensial müəyyən edən və bizim ölkənin müstəqillik əldə etməsinin ilk günlərindən iqtisadi cəhətdən öz sərflərini tam ödəyə bilən dövlət olmağa imkan verən demək olar ki, bütün əsas sənayə obyektləri layihələndirilmiş və tikilmişdir.
Sərdar Vəliyev
Sərdar Novruz oğlu Vəliyev (d. 14 aprel 1939) — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). Prezident təqaüdçüsü. == Həyatı == Sərdar Novruz oğlu Vəliyev 14 aprel 1939-cu ildə Cəlilabadda anadan olub. Orta məktəbi burada bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasına operator assistenti kimi işə düzəlib. 1984-cü ildə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakultəsini bitirib. == Fəaliyyəti == Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. 130-a yaxın bədii və sənədli filmlərin operatorudur.Prezident təqaüdçüsüdür. (2006) == Ad == Azərbaycanın əməkdar mədəniyyət işçisi (18 dekabr 2000) == Filmoqrafiya == Operator assistenti kimi Zirvə (film, 1964)(qısametrajlı bədii film) Dağlarda döyüş (film, 1967)(tammetrajlı bədii film) İnsan məskən salır (film, 1967)(tammetrajlı bədii film) Uşaqlığın son gecəsi (film, 1968)(tammetrajlı bədii film) Gilas ağacı (film, 1972)(qısametrajlı bədii film)Operator kimi Çəmənlik və otlaqların yaxşılaşdırılması (film, 1969) (qısametrajlı sənədli film) Azərbaycanın faunası (film, 1970) (qısametrajlı sənədli film) Azərbaycanın florası (film, 1970) (qısametrajlı sənədli film) Kəndimizin qəhrəmanı (film, 1971) (qısametrajlı sənədli film) Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974) (qısametrajlı sənədli film) Üzümlüklərin salınması və becərilməsi (film, 1974) (qısametrajlı sənədli film) Azərbaycan mənzərələri (film, 1975) (qısametrajlı sənədli film) Qızıl balıqlar (film, 1975) (qısametrajlı sənədli film) Azərbaycan məktəbində rus dili (film, 1976) (qısametrajlı sənədli film) Neftayırmanın yeni kompleksi fəaliyyətdədir (film, 1976) (qısametrajlı sənədli film) Nizami Gəncəvi (film, 1976) (qısametrajlı sənədli film) Odlu burulğanın ram edilməsi (film, 1976) (qısametrajlı sənədli film) Süleyman Rüstəm (film, 1976) (qısametrajlı sənədli film) 1990-cı ilin adamı (film, 1977) (qısametrajlı sənədli film) (qısametrajlı sənədli film) Şirvan qoruğu (film, 1977) (qısametrajlı sənədli film) Taxıl istehsalının ehtiyat mənbələri (film, 1978) (qısametrajlı sənədli film) Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979) (qısametrajlı sənədli film) Yaşıl möcüzə (film, 1979) (qısametrajlı sənədli film) Azərbaycanın xoşbəxt torpağı (film, 1980) (qısametrajlı sənədli film) Dostlar görüşəndə (film, 1980) (qısametrajlı sənədli film) Günəşli salxımlar (film, 1980) (qısametrajlı sənədli film) Həyat naminə (film, 1980) (qısametrajlı sənədli film) 60 il keşikdə (film, 1981)(qısametrajlı sənədli film) Bakıda "Mosfilm" günləri (film, 1981) (qısametrajlı sənədli film) Belə bir kənd var (film, 1981) (qısametrajlı sənədli film) Böyük anda sadiqik (film, 1981) (qısametrajlı sənədli film) Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981) (qısametrajlı sənədli film) Qan qohumluğundan irəli (film, 1981) (qısametrajlı sənədli film) Qəhrəmanlara eşq olsun! (film, 1981) (qısametrajlı sənədli film) Nailiyyətlər estafeti (film, 1981) (qısametrajlı sənədli film) Ev dirəyi-el dirəyi (film, 1982) (qısametrajlı sənədli film) Odu qoru (film, 1982) (qısametrajlı sənədli film) Cəh-cəh həsrətində (film, 1983) (qısametrajlı sənədli film) Xəzər: İnsanlar və neft (film, 1983) (qısametrajlı sənədli film) Saatlı eksperimenti (film, 1983) (qısametrajlı sənədli film) "Azərbaycan" dünyanı gəzir (film, 1984) (qısametrajlı sənədli film) İkinci həyat (film, 1984) (qısametrajlı sənədli film) Təhlükəsizlik keşiyində (film, 1984) (qısametrajlı sənədli film) Ulu diyar (film, 1984) (qısametrajlı sənədli film) Xəzər gəmiçiliyi-60 (film, 1985) (qısametrajlı sənədli film) Yürüşün sonu varmı?
Sərdar Zeynalov
Zeynalov Sərdar Bahadur oğlu (2 fevral, 1952, Bakı) — kimya elmləri doktoru, professor. Kimya Problemləri İnstitutunun Bioloji aktiv maddələr sektorunun müdiri. == Həyatı == Sərdar Bahadur oğlu 2 fevral 1952-ci ildə Bakı şəhərində anadan olub. V.İ.Lenin adına Azerbaycan Müəllimlər İnstitutunu bitirib. Kimyaçıdır. == Əsas elmi nailiyyətləri == Alitsiklik sırasının sadə-mürəkkəb və gilcidil efirlərin alınma prosesi işlənmişdir. Onların alınma mexanizmi və kinetikası tədqiq edilmişdir. sintez edilmiş maddələr sintetik yağların aşkarlar, plastifikatorlar ətirli maddələr, lak boyalar və yapışqan kompoziya kimi istifadə olunmuşdur. Epixlorhidridlərin aromatik turşularla oksiturşularla, aminlərlə və aminoturşularla reaksiyasının mexanizmi və kinetikası tədqiq olunmuşdur. Bioaktiv maddələrin və maye kristalların xassələrinə malik olan çoxfunksional birləşmələr sintez edilmişdir.
Sərdar Zülfüqarov
Sərdar Zülfüqarov (Zülfüqarov Sərdar Baba oğlu; d. 1929, Zöhrəmi, Dəvəçi rayonu) — Dövlət mükafatı laureatı. == Həyatı == Sərdar Zülfüqarov 1929-cu il avqust ayının 10-da Şabran (Dəvəçi) rayonunun Zöhrəmi kəndində anadan olmuşdur. Zülfüqarov Sərdar Baba oğlu 2002–ci ilin sentyabr ayının 28-də Bakı şəhərində ürək çatışmamazlığından vəfat etmişdir. == Təhsili == Sərdar Zülfüqarov 1946-cı ildə M.S.Rəsulzadə adına ADU-nun geoloji coğrafiya fakultəsinə daxil olmuş və 1951 ci ildə geoloq ixtisası alaraq universiteti bitirmişdir. == Elmi fəaliyyəti == 1969 cu ildə “Filizçay yataqlarının əmələ gəlməsinin struktur şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. Bir monoqrafiyanın və 10 elmi əsərin müəllifidir. 1981 ci ildən respublika ərazisində radiaktiv elementlərin öyrənilməsində və ekologiyanın tədqiqi işlərinə rəhbərlik etmişdir. == Əmək fəaliyyəti == 1950-ci ildən Azərbaycan Geologiya idarəsinin Naxçıvan Muxtar Respublikasının Ordubad geoloji kəşfiyyat partiyasinda kollektor, icraçı geoloq, böyük geoloq və sahə rəisi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Ordubad geoloji kəşfiyyat partiyasının texniki rəhbəri vəzifəsində işləmişdir.
Sərdar bağı
== Parklar == Xan bağı (Gəncə) — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən tarixi park. Xan bağı (Bakı) — İçərişəhərdə yerləşən tarixi park. Xan bağı (İrəvan) — İrəvan şəhərinin tarixi mərkəzində yerləşən bağ. Xan bağı (Qarabağ) — Xankəndi şəhərinin tarixi mərkəzində yerləşən yer. == Toponim == Xanbağı — Azərbaycanda yayılmış tarixi toponim.
Sərdar məscidi
Sərdar məscidi (İrəvan)