Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar su­larda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoq­rafik, struktur, dinamik, genetik və b.
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu,adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir.Məsələn: Kiçik Asiyanın qərb sahili.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın Provans-Alp-Kot-d'Azür regionun və Monakoda sahil.
Laqunlu sahil
Laqunlu sahil – (rus. лагунный берег, ing. lagoon coast) sahil tipi, sahil xəttinin bütün girin­ti-çıxıntıları (körfəzlər, liman­lar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın Provans-Alp-Kot-d'Azür regionun və Monakoda sahil.
Qərb Sahil
İordaniyanın qərb sahili hazırda Fələstinin azad edilməsi təşkilatı ilə əlaqəli bir təşkilatın HƏMAS rəhbərliyinin nəzarəti altında olan bir inzibati dövlətdir, İsrail ərazisi Fələstin dövlətinə tabedir. Qərbi Fələstin Muxtariyyətində HƏMAS hökuməti üstünlük təşkil edir.Bir çox hallarda onun İsrail tərəfindən işğal edildiyi deyilir, lakin yəhudi dövlətinin arqumentləri bizi problemin tarixini araşdırmağa vadar edir. Ərazi 1948-1967-ci illərdə İordaniya tərəfindən işğal olunub. 1967-ci ildə baş verən Altı Günlük Müharibə bölgənin həyatında əsaslı dəyişikliklərə səbəb oldu. 6 günlük müharibədən sonra bu ərazi Yəhudeya və Samariya əyalətləri ilə birlikdə Fələstinin nəzarətinə keçib, əksər hallarda İsrail işğalçı adlandırılsa da, keçmişdə yəhudilərin bu torpaqlarda yaşadığı danılmaz bir həqiqətdir. Ərazinin inzibati mərkəzi fələstinlilərin gələcək müstəqil Fələstin dövlətinin paytaxtları kimi seçdiyi Şərqi Qüdsdür. Rayonun ərazisi təqribən 5655 km², əhalisi isə 2862485 nəfərdir. İqtisadi vəziyyəti qeyri stabil olan bölgənin Ümumi Daxili Məhsulunun həcmi 6.641 milyard ABŞ dolları (2008) təşkil edir. Dövriyyədə isə əsasən 3 ölkənin pul vahidi liderlik edir. İsrail şekeli, Misir fundu və İordan dinarı aparıcı valyutalardır.
Sahil Məmişli
Sahil Ağaverdi oğlu Məmişli (21 avqust 1991; Biləsuvar rayonu, Azərbaycan SSR — 11 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sahil Məmişli 1991-ci il avqustun 21-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Sahil Məmişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Məmişli noyabrın 11-də Şuşanın azad edilməsi zamanı şəhid olub. O, 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sahil Məmmədov
Sahil Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (şəhid) — 2016-cı ildə şəhid olmuş əsgər.
Sahil Qasımov
Sahil Qasımov (7 aprel 1961, Hacıqabul rayonu) — Benilüks Azərbaycanlıları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü == Həyatı == Sahil Məmmədyar oğlu Qasımov 1961-ci il aprelin 7-də Hacıqabul rayonunda anadan olmuşdur.1978-ci ildə orta məktəbi bitirdikdən sonra Volqoqrad şəhərindən Dovlət İnstitutunun tarix-filologiya fakultəsinə daxil olmuş və 1982-ci ildə bu fakultəni bitirmişdir. Omsk şəhərindəki Ali Polis Akademiyasının Cinayət İşləri uzrə fakultəsini bitirərək 2-ci ali təhsilini almış və Ali Huquq ixtisasına yiyələnmişdir. Marksizm Leninizm Univer sitetini Altay Vilayətinin Barnaul şəhərində qiyabi olaraq bitirmiş, Barnaul şəhərini Yeleznodorojnıy Rayon Komsomol Təşkilatının Buro uzvu və Altay Vilayəti Mərkəzi Komsomol Təşkilatının uzvu olmuşdur.90-cı illərin əvvəllərindən etibarən Hollandiyada əvvəlcə AzHol Kommersiya şirkətinin təsiscilərindən biri olmuş, sonralar isə Niderlandın Amsterdam şəhərində “Caspian International” Beynəlxalq Turizm şirkətini qeydiyyatdan kecirərək bu şirkətin prezidenti olmuşdur. 2000-ci ilin əvvəllərində Amsterdam şəhərində Azərbaycan Niderland Cəmiyyətinin təməlini qoyaraq Niderlandda ilk Azərbaycan təşkilatını qeydiyyatdan kecirmişdir.2003-cu ildən etibarən əvvəlcə "Azerbaijan - Netherlands News", sonralar isə "Azerbaijan Benelux News" qəzetinin təsiscisi və baş məsləhətcisi olmuşdur. 2006-cı ilin noyabr ayında Beniluks olkələrindəki 15 Azərbaycan təşkilatlarını bir araya gətirərək Beniluks Azərbaycanlıları Konqresini təsis etmiş və 2008-ci ilə qədər bu quruma sədrlik etmişdir. 2011-ci ildə yenidən Konqresin sədri secilmişdir. Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Dunya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. 2010-cu ildən etibarən Brusseldə Avropa Parlamentində, Luksemburqda Avropa Komissiyasında və Strasburqda Avropa Şurasında Lobbist kimi akkreditə olunmuşdur. Hal-hazırda “Caspian İnternational Company” nin prezidentidir. == Təltifləri == “Qobustan” Beynəlxalq Mükafatına layiq görülmüşdür.
Sahil Rəsulov
Sahil Sərvan oğlu Rəsulov (24 iyul 1999; Səfikürd, Goranboy rayonu, Azərbaycan — 11 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Sahil Rəsulov 24 iyul 1999-cu ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur.Sahil Rəsulov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli hərbi xidmət qulluqçusu olmuşdur. Sahil Rəsulov 2020-ci ilin yayından eyni hərbi birləşmədə müddətdən artıq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Sahil Rəsulov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sahil Rəsulov Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 11 oktyabr 2020-ci ildə Goranboy rayonunun Səfikürd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sahil Salmanov
Sahil Vüqar oğlu Salmanov (11 mart 2002; Düz Qırıqlı, Tovuz rayonu — 20 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sahil Salmanov 2002-ci il martın 11-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2008–2019-cu illərdə Düz Qırıqlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Sahil Salmanov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sahil Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Salmanov oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı Kürdlər kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Salmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Salmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sahil Tahirli
Tahirli Sahil Abdulla oğlu (16 yanvar 1983, Cəhri, Babək rayonu) — "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[mənbə göstərin] == Həyatı == 1983-cü il yanvar ayının 16-da Babək rayon Cəhri kəndində doğulub. 1989-cu ildə Cəhri kənd 1 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bakı şəhər 248 saylı tam orta məktəbini bitirib. 2001-ci ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsinin jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib. 2005-ci ildə həmin universitetin jurnalistika ixtisası üzrə tam kursunu bitirərək bakalavr dərəcəsi alıb. 2004–2005-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. == Ailəsi == Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Hərbi xidməti başa vurduqdan sonra "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib.
Sahil adaları
Sahil adaları — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən adalar qrupu. Şimal Torpağı arxipelaqının tərkibinə daxildur. Adalar Amba buxtasında Bolşevik adasının yaxınlığında yerləşir. . Adalar qrupu iki adadan ibarətdir: Bolşoy və Malıy. Adalar adasında bir kilometr məsafə vardır. Bolşoy adası (iri ada) cənubda, Malıy (kiçik ada) şimalda yerləşir.
Sahil akkumulyasiyası
Sahil akkumul­yasiyası – (rus. аккумуляция берего­вая, ing. coastal accumulation) dalğaların və onları müşayiət edən axınların fəaliyyəti zamanı dalğa sahəsində çökün­tülərin toplanması. Çöküntülərin sahilboyu hərəkəti və ya sualtı ya­macın yuyulma materiallarının dib­dən gətirilməsi və akkumulyasiyası nəticəsində baş verir. Suüstü və sualtı /dib/ Ssahil akkumulyasiyası ayrılır.
Sahil bağı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. == Adı == Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi.SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular.2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. == Xüsusiyyətlər == Bakının mərkəzində yerləşən böyük və səliqəli parkdır. Bu gün burada, düz parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var.Ərazisi 22 min m2 olan bu istirahət guşəsində 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.Bağın 12 min kvadratmetr ərazisinin asfalt örtüyü ləğv edilərək, onun yerinə Braziliya, İsveç, Çin və İtaliyadan gətirilən qranit-mərmər döşənib. Burada, həmçinin müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulub. Bağdakı ağaclar və güllərin böyük hissəsi Hollandiyadan gətirilib.
Sahil bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sahil bəndi
Sahil bəndi – (rus. береговой вал, ing. beach-ridge) lə­pə­döyən axının fəaliyyəti ilə yaran­mış və plyajın arxa hissəsində yer­ləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir.Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. == Həmçinin bax == Sahil Eol relyef Sahil akkumulyasiyası == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Sahil canavarı
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Sahil cığı
== Təbii yayılması == Qafqazda, Şimali İranda, Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Düz, yumru, cod gövdəli, hündürlüyü 60-80(100) sm, bünövrəsində qınlarla örtülmüşdür.Yarpağı silindrik, gövdədən qısadır.Yan çiçək qrupu, şaxələnmiş, süpürgəvarı, nazık budaqlıdır: çiçəkləri budaqların ucunda 2-5 ədəd yığılmışdır.Çiçəkaltlığı çiçək qrupundan qısa və ya ona bərabər, iynəli, bünövrəsində enliləşmiş və pərdəlidir.Çiçəkaltlıqları yumurtavari, biz, təxminən çiçəkaltlığına bərabərdir. Çiçəkyanlığının yarpaqları əvvəlki növdə olduğu kimidir.Qutucuğu ensiz, üç hissəli-konusvari və ya uzunsov-yumurtavari, qonur, çiçəkyanlığından 1,5-2 dəfə uzundur.Toxumu uzunsov, xırda,qonur, qısa, ağ çıxıntılıdır. == Ekologiyası == Nəmişli yerlərdə və duzlu qumlarda bitir. == Azərbaycanda yayılması == Cənub bölgəsində, Abşeronda, Şirvanda, Kürətrafında təbii halda rast gəlinir. == İstifadəsi == Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasinda istıfadəsi məqsədyönlüdür. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sahil daşçevirəni
Sahil daşçevirəni (lat. Arenaria interpress) — arenaria (animal) cinsinə aid quş növü.
Sahil metrostansiyası
Sahil metrostansiyası — Bakı Metropolitenində stansiya. Stansiyaya daxil olan qatarlarda Liman musiqisindən fraqment səslənir. == Tarixi == 6 noyabr 1967-ci ildə istismara verilmişdir. "Bakı Soveti-Nərimanov" yol mənzili sahəsində açılmış ilk 5 stansiyadan biridir. İlk adı "26 Bakı komissarı" olduğundan, stansiyanın inşaatında bu mövzu əsas götürülmüşdü. Stansiyanın pilonları metalla büllur şüşənin xəlitəsindən hazırlanmış mozaika ilə örtülmüşdü. Bu xüsusda orta zalın soffit işıqlandırılması da xüsusi təsir bağışlayırdı. Stansiya yollarında lüminesent işıqlandırma armaturları pilonların üstündə dalğavari pərvaz konstruksiyanın içində yerləşdirilərək, xəfif dalğa effektini də verir. 1993-cü ildə orta yarımdairə tikili üzərində zalda smaltadan "Dəniz lövhələri" adlı mozaik panno quraşdırılıb. Onun mövzusunda dəniz üzərində qürub edən günəş təsvir olunub.
Sahil parkı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. == Adı == Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi.SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular.2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. == Xüsusiyyətlər == Bakının mərkəzində yerləşən böyük və səliqəli parkdır. Bu gün burada, düz parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var.Ərazisi 22 min m2 olan bu istirahət guşəsində 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.Bağın 12 min kvadratmetr ərazisinin asfalt örtüyü ləğv edilərək, onun yerinə Braziliya, İsveç, Çin və İtaliyadan gətirilən qranit-mərmər döşənib. Burada, həmçinin müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulub. Bağdakı ağaclar və güllərin böyük hissəsi Hollandiyadan gətirilib.
Sahil qaranquşu
Sahil qaranquşu (lat. Riparia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Sahil qızılağacı
Sahil qızılağacı (lat. Alnus maritima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Sahil qəsəbəsi
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xəttləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. == Coğrafiyası və iqlimi == Qəsəbə Xəzər dənizi sahilində yerləşir. == Mədəniyyət == Sahil qəsəbəsində iki incəsənət məktəbi fəaliyyət göstərir (5 saylı Uşaq İncəsənət məktəbi; 28 nömrəli musiqi məktəbi).
Sahil Məmmədov (şəhid)
Sahil Sabir oğlu Məmmədov (1997, Soğanverdilər, Bərdə rayonu – 5 oktyabr 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Sahil Məmmədov 1997-ci ildə Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Sahil Məmmədov 2016-cı ilin, oktyabrın 5-də axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Oktyabrın 7-si isə Sahil Məmmədov doğulduğu Bərdə rayonunun Soğanverdilər kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Sahil Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Qızıl quyruqlu şahin
Sahib Əhmədov (şəhid)
Əhmədov Sahib Nəriman oğlu (8 dekabr 1953, Laçın – 18 avqust 1993, Səfiyan, Laçın rayonu) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Sahib Əhmədov 8 dekabr 1953-cü ildə Laçın şəhərində anadan olub. 1970-ci ildə Laçın şəhər 1№-li orta məktəbini bitirib. 1972-ci ilin noyabr ayında Sovet Ordusunda xidmətə çağırılmış, 1974-cü ildə hərbi xidmətini başa vurmuşdur. Uzun müddət Laçın Rayon İstehlak Cəmiyyətində işləyib. === Ailəsi === Ailəli idi, iki övladi yadigar qalıb. == Hərbi xidməti == 1990-ci ildə könüllülərdən ibarət Laçın batalyonuna daxil olub, erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak edib. 1992-ci ilin may ayında rayonun işğalından sonra Sahib polis batalyonunun tərkibində Laçın rayonunun cənub-şərq kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin noyabrına qədər 811 saylı hərbi hissənin tərkibində taqım komandiri olaraq döyüşmüşdür. O Ermənistanla sərhəddin ən qaynar postlarında, xüsusən 31-ci postda xidmət göstərmişdir.
Şahin Abbasov (şəhid)
Abbasov Şahin Şahbaz oğlu — Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sıravi Şahin Abbasov 1973-cü il fevral ayının 28-də Sumqayıt şəhərində dünyaya göz açıb. 1980-1988-ci illərdə doğma şəhərdəki 15 saylı orta məktəbdə səkkizillik təhsil alıb. Sənətə böyük maraq göstərən Şahin, sonra 41 saylı texniki peşə məktəbində təhsilini davam etdirib.Gəncə şəhərində yerləşən polis alayında (17072 saylı hərbi hissə) hərbi xidmətə başladı19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.
Şahin Məmmədov (şəhid)
Şahin Məmmədov (Qarabağ şəhidi) — Qarabağ şəhidi. Şahin Məmmədov (20 Yanvar şəhidi) — 20 Yanvar şəhidi. Şahin Məmmədov (siyasətçi) — Masallı rayonunun icra başçısı. Şahin Məmmədov (kapitan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı (2014-2016). Şahin Məmmədov (general-leytenant) — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant.
Şahin Qasımov (şəhid)
Şahin Yaquboğlu Qasımov (d. 23 mart 1973, Cəbrayıl, Azərbaycan SSR, SSRİ - ö. 15 avqust 1992, Cəbrayıl, Azərbaycan) - Qarabağ müharibəsi şəhidi == Həyatı == Şahin Yaquboğlu Qasımov 1973-cü il martın 23-də Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. O, ailənin son beşiyi idi. Uşaqlıqdan sakit təbiətli idi. 1980-cı ildə Karxulu kənd orta məktəbinin 1-ci sinfinə getmişdir. 1990-cı ildə həmin məktəbi bitirmiş və ordu sıralarına çağrılmışdır. Hərbi xidmətini Rusiyada keçmişdir. 1990-cı ildə ordu sıralarından tərxis olunaraq, Cəbrayıl rayonuna gəlmişdir. O, Vətəninin dar günündə könüllü olaraq, Cəbrayıl rayonunun özünümüdafiə dəstələrinin sıralarına qoşulur.
Şəhid Şahid Hüseynov
Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq – 24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid. == Həyatı == 10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub. 1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib 101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib. İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib 1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub. 1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib. 21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.