Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şor Göl
Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl.
Son söz (albom)
Son söz – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 12 mahnı daxildir. Aygün Kazımovanın 2004-cü ildə "Melodiya Azərbaycan" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset və CD formatındakı albomudur. Albomdakı "Son söz" və "Ayağıma dəyən daşlar" mahnılarına gürcüstanlı rejissor Basa Potskhishvili Gürcüstanda lentə almışdır. Aygün Kazımova albomdakı Bir söz yetər mahnısına çəkilən klipin rejissorluğunu özü etmişdir. Albomdakı Siqara mahnısına rejissor Nailə Əkbərova Türkiyədə klip çəkmişdir. Albomdakı Sevgilim, Süz mahnısına Aqil M. Quliyev klip çəkmişdir. Albomdakı Mən Aygünəm mahnısına Fuad Əlişov klip çəkmişdir. Aygün Kazımovanın albomdakı yeganə dueti olan Sevdi Ürək mahnısını meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə duet şəklində ifa etmişdir. Aygün Kazımovanın albomundakı ən son ifası Uçacaksın mahnısıdır.
Şor Göl (Salmas)
Şor Göl (fars. شورگل‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Kənd salmasdan 18 kilometr güneydə, dağlıq ərazidə yerləşir. 2006-cı il məlumatına görə kənddə 430 nəfər yaşayır (119 ailə). Burada yaşayanlar tamamı ilə şiə inanclı Azərbaycan türklərindən ibarətdir. Şor Göllülərin arasında qurdqoyun oyunu və ayran aşı və küftə kimin yeməklərin bişirib hazırlaması çox yayğındır. Buranın yaxınlığında bir çox mineral su bulağları vardır ki onların ən önəmlisi Tamtama gölüdür.
Nuevo sol
Yeni (Nuevo) sol (isp. Nuevo sol) — Perunun valyutası. Yeni Peru solu, (İspanca: nuevo sol peruano) Perunun milli pul vahdidir. S/. işarəsi ilə göstərilir. Yeni Peru solunun beynəlxalq kodu "PEN"dir. 1 yeni sol 100 sentimoya bərabərdir. Yeni solun çoxluğuna yeni soles, sentimonun çoxluğuna isə sentimos deyilir. Perunun milli pul vahidinə "Sol" yəni, ispanca "Günəş" adının verilməsi təsadüfi deyil, beləki bu perunun yerli xalqları üçün Günəşin müqəddəsliyi ilə bağlıdır. Peru valyutasının tarixi 1985-ci ildən başlanır.
Sol-İletsk
Sol-İletsk — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir
Sol Bellou
Sol Bellou (ing. Saul Bellow; 10 iyun 1915[…] – 5 aprel 2005[…]) — Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1976). Əsl adı və soyadı Solomon Belous olan Sol Bellou Kanada doğumlu amerikan yazıçısıdır. O, Peterburqdan Kanadaya köçmüş yəhudi mühacirlərin ailəsində dünyaya gəlmişdi. Özünün etirafına görə uşaqlıq illəri "bir az xaric, bir az polyak gettosu, bir az da orta əsr" kimi keçmişdi. Ticarətlə məşğul olan atası ilə dindar anası onu sırf yəhudi ənənələri ruhunda tərbiyə etmişdilər. Kiçik yaşlarından dörd xarici dildə danışır, rus və ingilis klassikasını oxuyurdu. Yazıçı olmağa qərar verən Sol Bellou 1933-cü ildə Çikaqo universitetinin ingilis filologiyası bölümündə təhsilə başlamışdı. Lakin üzləşdiyi antisemitizm onu Nort-Vestern universitetinin sosiologiya və antropologiya şöbəsinə dəyişilməyə məcbur etmişdi. Antropologiya bakalavrı diplomu ilə Çikaqoya qayıtdıqdan sonra pedaqoji institutda müəllim, "Britannika" ensiklopediyasında redaktor işləmişdi.
Sol Perlmutter
Sol Perlmutter (22 sentyabr 1959, Şampeyn, İllinoys) — Lawrance Berkeley milli laboratoriyasında bir astronom olub, UC Berkeleydə Fizika sahəsinin professorudur. Brayn Şmidt və Adam Rays ilə birlikdə 2011-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmışdır. Perlmutter Amerika Elm və İncəsənət Akademiyasının bir üzvüdür və 2003-cü ildə AAASa (Amerika elmi inkişaf təşkilatı) seçilmişdir. Eyni zamanda Amerika Milli Elm Akademiyasının fizika bölməsinin üzvüdür. Sol Perlmutter bir Aşkinaz yəhudisi olan Daniel D. Perlmutterin 3 uşağından biri olaraq dünyaya gəlmişdir. Atası Pensilvaniya Universitetində kimyəvi və Biomolekulyar mühəndisliyindən, anası Felice isə Temple Universitetindən təqaüdçüdür. Anası tərəfindən babası müəllim Samuel Davidson 1919-cu ildə Besarabyanın qəsəbəsi olan Floreştidən Kanadaya köç etmiştir. Sonra arvadı Çayka ilə birlikdə Nyu-Yorka köç etmişdir. Perlmutter uşaqlığını Filadelfiyanının qonşusu olan Mount Airydə keçirmişdir. İbtidai məktəbə Germantaun yaxınlığında olan Greene Street Friends Schools məktəbinə getmişdir.
Sol mədəcik
Sol mədəcik (lat. Ventriculus sinister) — ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır. Məməyəbənzər əzələlər — (lat. mm. papillares anterior et posterior) mədəciyin ön və arxa divarlarında olurlar. Mədəciklərarası arakəsmənin — (lat. septum interventriculare) çıxıq səthi sağ mədəciyə tərəf olduğu üçün sol mədəciyin eninə kəsiyi ovala bənzəyir; bu arakəsmənin yuxarı hissəsində əzələ elementləri yoxdur; odur ki, buna zarlı hissə — (lat. pars membranacea (septum membranaceum ventriculorim - BNA)) və mədəciklərarası arakəsmənin yerdə qalan hissəsinə əzələvi hissə — (lat. pars muscularis (septum musculare ventriculorum - BNA)) deyilir. Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat.
Sol qulaqcıq
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır; Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır). aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir.
Yeni sol
Yeni sol (ing. New Left) — 1960–1970-ci illərdə Qərb dünyasında vətəndaş və siyasi hüquqlar, feminizm, LGBT hüquqları, abort hüquqları, cinsiyyət rolları və narkotik siyasəti kimi geniş ictimai problemlərin təşviq üçün fəallardan ibarət olan geniş siyasi hərəkat.
Sol libertarianizm
Sol libertarianizm və ya sol libertarizm fərdi azadlıq və sosial ədalətə əsaslanan müxtəlif yanaşmaları ehtiva edir. Sol libertarizm şəxsi mülkiyyət ideyasını qəbul edir, lakin təbii sərvətlərin şəxsi və ya dövlət mülkiyyətləşdirilməsi ilə qəti şəkildə razılaşmır. Sol libertarianlar iddia edirlər ki, demək olar ki, bütün təbii ehtiyatlar; torpaq, neft, qızıl və ya meşələr hamı üçün ortaq olan kollektiv mülkiyyətdir. Sol liberterlərin fikrincə, sadəcə olaraq sözügedən təbii sərvətləri kəşf edən və ya onu emal edən şəxs olmaq bu təbii sərvət üzərində tam şəxsi mülkiyyət hüququ qazanmağa əsas vermir. Sol libertarizm və ya libertar sol, Roderik Lonq tərəfindən "libertarizmin ənənəvi olaraq solun anlayışları kimi qəbul edilənlərlə birləşməsi, reinteqrasiyası kimi başa düşülür. Buraya işçilərin səlahiyyətlərinin artırılması, plutokratiyaya qayğı, feminizm, sosial bərabərliyin müxtəlif formaları və s. daxildir" Sol libertarizm tez-tez üst-üstə düşən üç əlaqəli düşüncə məktəbinə istinad etmək üçün istifadə olunur: geolibertarizm, Ştayner-Vallentin məktəbi və sol bazar anarxizmi .
Sol milliyətçilik
Sol milliyətçilik və ya solçu milliyətçilik — bərabərlik, xalq suverenliyi və milli öz müqəddəratını təyinetmə ideyalarına əsaslanan milliyətçilik forması. Onun mənşəyi Fransa inqilabının yakobinizminə gedib çıxır. Sol milliyətçilik ümumiyyətlə antiimperializmə sadiqdir. Bu, mühafizəkar milliyətçilikdən fərqlənir, çox vaxt ifrat milliyətçilik və faşizmi rədd edir, baxmayaraq ki, bəzi sol milliyətçi hərəkatlar öz paradiqmalarına milli dözümsüzlük və irqi xurafatı daxil edir. Sa'adah, Anne. 1987 [2003]. Contemporary France: a democratic education. Lanham: Rowman Littlefield & Publishers. Smith, Angel; Berger, Stefan. 1999.
Son söz (film, 1981)
Film alkoqolun insan psixikasına məhvedici təsirindən, çox vaxt cinayətlə qurtaran alkoqolizmin faciəli nəticələrindən danışır. Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Şərif Şərifov Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Marat İsgəndərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Demokratik Sol Partisi
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Feriya del Sol
Feriya del Sol (isp. Feria del Sol — günəş bayramı) — Venesuelanın Merida şəhərində hər ilin fevral ayında keçirilən beynəlxalq mədəniyyət festivalı. Festival proqramına öküz döyüşləri, sərgilər, konsertlər, paradlar, idman yarışları və Günəş Məlikəsinin seçilməsi daxildir (Reina del Sol). == Tarixi == Festivalın keçirilməsi ideyası bir qrup həvəskarın öküz döyüşləri üçün meydança (Plaza de Toros) tikmək qərarına gəldikləri vaxt yaranmışdır. Bu cür döyüşlər digər Venesuela şəhərlərində çox məşhur idi. Əvvəlcə festivalı Müqəddəs Məryəmin bakirə olaraq hamilə qaldığı günə həsr etmək və bayram şənliklərini 9 və 10 dekabrda keçirmək qərara alınmışdır. 1968-ci ildə Feriya del Sol festivalı keçirilməmişdir, amma həmin ilin 13 aprelində Böyük şənbəyə təsadüf edən öküz döyüşü təşkil edilmişdir..
Li Sol Çju
Li Sol Çju (kor. 리설주; 28 sentyabr 1985, Çxoncin) — Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı. 25 iyul 2012-ci ildə onların qanuni münasibətləri haqqında KİV-ə məlumat verilib. Cütlük ictimaiyyət arasında bu tarixə bir neçə həftə qalmış görünməyə başlayıb. == Həyatı == Li Sol Çju Pxenyanda yerləşən Kim İr Sen adına Universitetin məzunudur. Onun atası müəllim, anası isə həkimdir. Bəzi ehtimallara görə isə, o, hərbçi ailəsində dünyaya gəlib. O, İnçxon şəhərində keçirilən Yüngül atletika üzrə Asiya çempionatı zamanı Şimali Koreya nümayəndə heyətinə dəstək qrupunun tərkibində 2005-ci ildə Cənubi Koreyaya səfər edib. Kim Çen Inın onunla münasibətlərini 2009-cu ildə rəsmiləşdirdiyi güman edilir. KİV-də yayılmış məlumatlara əsasən, Kim Çen İrin təkidindən sonra 2010-cu ilin payız-qış aylarında, yaxud 2011-ci ilin qışında onların övladı dünyaya gəlib.
Radikal Sol Koalisiya
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Radikal Sol Koalisya
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Sol Tuzlov çayı
Tuzlov (Sol Tuzlov çayı; rus. Тузлов, (Левый Тузлов)) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Aksay çayının qoludur. Çayın uzunluğu 182 kilometrdir, hövzəsinin sahəsi 4680 km²-dir. Mənsəbi Novoçerkassk şəhəri ərafında yerləşir. Çay Ukraynanın Dones vilayəti ərazisindən başlayır. Tuzlov çayı əsasən düzən ərazidən axır. Relyef suyun axınına və sürətinə təsir göstərir. Yatağı lillidir. Bu səbəbdən meandrlıdır.
Sol ayağım (kitab)
Sol ayağım — Kristi Braunun 5 iyun 1932-ci ildə Dublində serebral iflic olmasından sonra 1954-cü ildə yazdığı avtobioqrafik əsər. Kristi Braun dünyaya beyin iflici qurbanı olaraq gəlmişdir. Lakin hərəkət edə bilməyən bəxtsiz körpədə gələcəkdə irland ədəbiyyatının nəhəngləri arasında öz yerini tutacaq yazıçının parlaq təxəyyül və həssaslığa malik ağılı gizlənirdi. Bu, Kristi Braunun həyat hekayəsidir. O, uşaqlıq illərinin oxumağı, yazmağı, rəsm çəkməyi və nəhayət, sol ayağının barmağı ilə çap etməyi öyrənmə mübarizəsini xatırlayır. Bu üslubda o, bestseller olan "Hər gün nisgil" romanını yazmışdır.
Sol əl qaydası
Sol əl qaydası-naqildən axan cərəyan, maqnit qüvvə xətləri, və cərəyanlı naqilə təsir edən qüvvə istiqamətləri arasındakı əlaqəni müəyyənləşdirir. Bu qaydaya görə maqnit qüvvə xərləri açılmış sol əlin içərisinə daxil olduqda dörd barmaq cərəyan istiqamətində yönəlirsə açılmış baş barmaq keçiriciyə təsir edən Amper qüvvəsinin istiqamətini göstərəcək.
Yaşıl Sol Partiya
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Yaşıl Sol Partiyası
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Sol Partiya (İsveç)