Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sorqo
Sorqo (lat. Sorghum) — qırtıckimilər ailəsindən olan birillik və çoxillik cinsləri olan ot bitkisi. Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avropa və Avstraliyada yayılmışdır. Sorqo şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabiliyyətinə məxsusdur. Bu üstün cəhətlər onu dağ və aran rayonlarında yetişdirib yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir. Sorqo qağıdalı, buğda, arpa, vələmir və s. bitkilərə nisbətən 2–3 dəfə az su tələb edir. O, çox qidalı bitkidir, tərkibində 70% nişasta, 12% zülal, 3,5% yağ vardır. Sorqo bitkisindən 800–900 sen yaşıl kütlə, 30–35 sen dən məhsulu almaq mümkündür. Qarışıq əkində məhsuldarlıq 20%-dan artıq olur.
Şorgöl
Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl.
Serqo Mindiaşvili
Serqo Mindiaşvili (2 iyul 1940, Sarabuk[d], Cənubi Osetiya Muxtar Vilayəti – 21 sentyabr 2011, Sxinval) — Osetiya və gürcü şairi, nasir, tərcüməçi, Cənubi Osetiya Respublikasının əməkdar mədəniyyət işçisi. == Bioqrafiyası == Cənubi Osetiyada yaşayıb işləyir. Əsərlərini osetin, gürcü və rus dillərində yazmışdır. Osetiya və gürcü dillərində bir çox şeir məcmuələrinin müəllifidir. İllər keçdikcə onun şeir məcmuələri nəşr olunur: "Qardaşı oğlunun vergisi" (oset. «Хæрæфырты хуын»), "Günəşlə söhbət" (oset. «Ныхас хуримæ»), "Gün duruşumun düşüncələri" 1981, "Atom yoxsa boru?" 1988, "Ekzotik Nağıl" 1989, "Ümid zəngi" 1990, "İkiqat bədbəxtlik" (oset. «Дывыдон арты») 2011 və s. Ölümündən sonra 2017-ci ildə "Səni Sevirəm" (oset. «Уарзын дæ») kolleksiyası hazırlanmışdır.
Serqo Orconikidze
Qriqori (Serqo) Konstantinoviç Orconikidze (12 (24) oktyabr 1886, Qareşa[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 18 fevral 1937[…], Moskva, RSFSR, SSRİ) — gürcü siyasi-ictimai xadimi, inqilabçı. == Həyatı == Serqo Orconikidze 1905-ci ildə Tiflisdə məktəbi bitirdikdən sonra artıq iki il əvvəl qoşulduğu RSDRP fraksiyasında fəaliyyətini davam etdirmişdir. Çoxsaylı təqiblərə məruz qalan Orconikidze 1909-cu ildə Bakıya qaçmış, RSDRP-nin Bakı komitəsinin qərarı ilə 1909-cu ilin payızında İrana inqilabi işi yaymaq üçün göndərilmişdir. Sonralar Stalinlə inqilabi işini davam etdirən Orconikidze dəfələrlə həbs olunmuşdur. 1912-ci ildə isə ona 3 il həbs cəzası verilmiş, 1915-ci ildə Sibirə sürgün edilmişdir. 1917-ci il inqilabında yaxından iştirak edən Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olmuşdur. Bundan sonra o müxtəlif rəhbər vəzifələr tutmuşdur. Stalinin çox yaxın adamı olan Orconikidze son illər onun köhnə bolşevikləri "aradan götürməsi" ilə razılaşmırdı və bəzən ona qarşı çıxırdı. Ona görə də onun ölümü indiyə qədər müəmmalı olaraq qalır. Rəsmi olaraq infaktdan öldüyü bildirilmiş, cənazəsi təntənəli şəkildə Kremlin divarında dəfn edilmişdir.
Serqo Vardosanidze
Serqo Vardosanidze(ing. Sergo Vardosanidze; 3 dekabr 1955)— gürcü tarixçi, professor və Gürcüstanın Müqəddəs Endryu Universitetinin rektorudur. Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib. Tarix və Etnologiya İnstitutunda, Gürcüstan Elmlər Akademiyasında Gürcüstan tarixi üzrə ixtisaslaşmışdır. Tarix elmləri doktoru, professor Serqo Vardosanidze İnstitutu bitirdikdən sonra 1 saylı eksperimental məktəbdə çalışdı. Tarix müəllimi, direktorun tədris işləri üzrə müavini kimi işləmişdir. Tbilisi Pedaqoji Universitetində Gürcüstan tarixi kafedrasının professoru, tarix fakültəsinin dekanı, elmi işlər üzrə prorektor idi; Tbilisi İlahiyyat Akademiyası və Seminariyasının müdiri vəzifəsində də çalışmışdır. == Kitabları == Kyrion II, His Holiness and Beatitude, Catholicos-Patriarch of all Georgia. Orthodox Cypsela Publishers (Greece), 1993, 30 pages Georgian Church (in English), Tbilisi, 1999, 14 pages Georgian Church (in German), Tbilisi, 1999, 15 pages Textbook of Georgian History, co-authors – Roin Metreveli|R.Meterveli, I.Antelava Methods of Teaching History (Course of lectures, co-authors – Z.Chimakadze, I.Tskitishvili) Leonid, His Holiness and Beatitude, Catholicos-Patriarch of all Georgia. Tbilisi, 2000, 45 pages Georgian Orthodox Apostolic Church in 1917–1952.
Serqo Zakariadze
Serqo Aleksandroviç Zakariadze (gürc. სერგო ზაქარიაძე; 18 iyun 1909, Bakı – 12 iyul 1971 və ya 13 aprel 1971, Tbilisi) — Sovet və gürcü aktyoru, SSRİ xalq artisti (1958). == Həyatı == Serqo Zakariadze 1 iyul 1909-cu ildə Bakıda anadan olmuşdur. Tbilisi Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1926-cı ildə yardımçı heyətin əməkdaşı kimi Rustaveli adına teatra daxil olur. 1928-1930-cu illərdə Kutaisidə K.A. Marcanişvilinin təşkil etdiyi teatrın aktyoru olur. 1930-cu ildə teatr kollektivi ilə birlikdə Tiflisə köçmüşdür. 1956-cı ildə isə o, yenə də Rustaveli adına teatra qayıdır. 1955-1960-cı illərdə Gürcüstan teatr institutunda səhnə danışığı mövzusunda pedaqoji iş aparmışdır. Serqo Zakariadze yaradıcılığında öz fikirlərini inadla və cəsarətlə həyata keçirirdi.
Sonqo-Mnara
Sonqo-Mnara — Tanzaniyanın cənubundakı Suahili sahilində yerləşən şəhər dağıntıları. Daş şəhərdə 14–16-cı əsrlərə qədər məskunlaşılmışdır. Sonqo-Mnara yaxınlıqdakı daş şəhər Kilva-Kisivani ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ümumilikdə, arxeoloqlar adada üç divarla əhatəli açıq sahə ilə birlikdə altı məscid, dörd qəbiristanlıq və bir çox ev bloku aşkarlamışlar. Sonqo-Mnara kobud mərcan daşları və tikinti qarışığı ilə tikilmişdir. Bu daş şəhər Hind okeanındakı bir çox ticarət şəhərlərindən biri olaraq inşa edilmişdir. == Suahili şəhərlərinin planı == Arxeoloqlar Suahili sahilindəki daş şəhərlərin düzülüşünü, İslam mədəniyyətindəki rolunu, xüsusi qəsəbələrin funksiyalarını və torpaq mülkiyyətinin mürəkkəb iqtisadi və ritual prosesini başa düşmək üçün əsasən məscidlərin və evlərin əlaqələrinə diqqət edərək təhlil edir. Şəhərlərdə açıq yerlər həm ictimai qurumlar, həm də funksional məqsədlər üçün istifadə olunurdu. Qəbiristanlıqlar şəhər divarlarının həm daxilində, həm də xaricində tapılmışdır. Sonqo-Mnaranın təşkili, divarlarının bənzərsiz bir xüsusiyyətə sahib olmasına baxmayaraq, Suahili sahili boyunca yerləşən daş şəhərlər üçün tipikdir.
Sorğu metodu
Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir. Sorğu metodunun özünəməxsusluğu ondan ibarətdir ki, məlumat mənbəyi burada fərdin şifahi məlumatları, mülahizələri kimi çıxış edir. Keçirilmə üsulu cəhətdən sorğu, bir tərəfdən, müəyyən sualları olan tədqiqatçıdan (o, bu suallara cavablardan onu maraqlandıran məlumatları əldə etməyə ümid bəsləyir), digər tərəfdən isə həmin suallara cavab verməli olan respondentdən ibarətdir. Tələb olunan məlumatın xarakterinə, onun alınması üsuluna və təfsir olunma tipinə görə sorğu aşağıdakı növlərə bölünür: 1) anket sorğusu, 2) müsahibə, 3) sosiometrik sorğu. Əsas toplunun əhatə edilməsi dərəcəsinə görə sorğular tam və seçkili olur. Tam sorğu aparılarkən sorğudan müşahidə vahidlərinin bütün məcmusu keçirilir, yəni rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayına bərabər olur. Seçkili sorğuda rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayının yalnız müəyyən bir hissəsini təşkil edir.
Sorğu simvolu
Sorğu simvolu – rabitə sistemlərində: verici qurğu tərəfindən göndərilən və qəbuledici qurğu onu aldıqda geriyə hər hansı cavab göndərməli və ya özünü tanıtmalı olduğu kod. ASCII kodunda ENQ simvolunun onluq qiyməti 5-dir (onaltılıq – 05h).
Şorgöl (Biləsuvar)
Şorgöl (fars. شورگل‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 650 nəfər yaşayır (126 ailə).
Şorgöl (Bünab)
Şorgöl (fars. شورگل‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 516 nəfər yaşayır (110 ailə).
Şorgöl (Meşkinşəhr)
Şorgöl (fars. شورگل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (38 ailə).
Yorqo Aloqoskufis
Yorqo Aloqoskufis (yun. Γιώργος Αλογοσκούφης; 17 oktyabr 1955, Afina) 1990-cı ildən Afina İqtisadiyyat və Biznes Universitetində fəaliyyət göstərən iqtisadiyyat professorudur. O, 1996-cı ildən 2009-cu ilin oktyabr ayınadək Yunanıstan parlamentinin üzvü olmuş və 2004-cü ilin mart ayından 2009-cu ilin yanvar ayınadək Yunanıstanın iqtisadiyyat və maliyyə naziri vəzifəsində işləmişdir. == Arxa plan, akademik və siyasi karyerası == Yorqo Aloqoskufis 17 oktyabr 1955-ci ildə Afinada anadan olmuşdur. Aloqoskufisin iqtisadiyyat və maliyyə naziri olduğu müddətdə çox populyar olmasa da, Yunanıstanın 2004-cü ildəki yüksək defisitini azaltmağa müvəffəq olan büdcə kəsirlərinə nəzarət etmək üçün bir sıra iqtisadi struktur islahatları və fiskal düzəlişlər həyata keçirmişdir. Eyni dövrdə Yunanıstanın ümumi daxili məhsul həcmi Avrozonada ən yüksək artım templərindən birində artmışdır. İşsizlik səviyyəsi də xeyli miqarda azalmışdır. 2004-2007-ci illər ərzində korporativlərin və fiziki şəxslərin gəlir vergiləri azaldılmışdır. O, özəl sektorla geniş bir formada işləmiş və 6 milyard avrodan çox dövlət aktivini satmışdır. Lakin aparmış olduğu bu islahatlar 2010-cu ildə baş vermiş Yunanıstanın xarici borc böhranının qarşısını almaq üçün kifayət etməmişdir.
Şoqo Kamo
Şoqo Kamo (12 dekabr 1915 - 14 sentyabr 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Şoqo Taniquçi
Şoqo Taniquçi (15 iyul 1991, Kumamoto) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Borgo di Terzo
Borgo di Terzo (it. Borgo di Terzo), İtaliyada, Lombardiya bölgəsindin Berqamo vilayətində olan kommunadır. Əhalisi 1096 nəfərdir (2008), əhalinin sıxlığı 589 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035.
Böyük depressiya sorğu vərəqi
Böyük depressiyanın sorğu vərəqəsi (BDSV) (ing. Major Depression Inventory) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işçi qrupu tərəfindən işlənib hazırlanmış depressiyanın özünüqiymətləndirə skrininq testidir. Bu sorğu vərəqəsi ÜST-in Beynəlxalq Xəstəliklər Təsnifatında, 10-cu baxış (BXT-10) qeyd olunmuş depressiv pozuntunun diaqnostik kriteriləri əsasında yaradılmışdır. Keçirilmiş tədqiqatlar BDSV-nın depressiyanın ilkin diaqnostikasında yüksək etibarlığını göstərmişdir.
Sen-Feliks-de-Sorq
Sen-Feliks-de-Sorq (fr. Saint-Félix-de-Sorgues, oks. Sant Faliç de Sòrgas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Afrik kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12222. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 65 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 117 yaşda (15-64 yaş arasında) 83 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.9%, 1999-cu ildə 70.7%).
Bonqo
Bonqo (lat. Tragelaphus eurycerus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü.
Borago
Göyzaban (lat. Borago) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
GONGO
QONQO (ing. GONGO) — ingilis dilində "Dövlətin təşkil etdiyi qeyri-hökumət təşkilatı" (ing. Government-Organized (və ya Operated) Non-Governmental Organization) ifadəsindən yaranmışdır. Nominal olaraq müstəqil, əslində isə dövlətin göstərişi, təşəbbüsü və/və ya iştirakı ilə yaradılmış və ölkə daxilində və xaricdə dövlətin mənafeləri üçün işləyən qeyri-hökumət təşkilatlarını işarələmək üçün istifadə olunan abbreviaturadır. Belə yalançı qeyri-hökumət təşkilatları adətən qeyri-demokratik hökumətlər tərəfindən yaradılır və maliyyələşdirilirlər və mövcud iqtidarın mövcudluğuna və hərəkətlərinə haqq qazandıran vətəndaş cəmiyyəti təmsilçiləri kimi istifadə olunurlar.. Yalançı qeyri-hökumət təşkilatları başqa dövlətlərin daxili siyasətlərinə müdaxiləyə haqq qazandırmaq üçün də istifadə oluna bilərlər.
Konqo
Ölkələr
Korgöz
Korgöz — Azərbaycanın Qaradağ rayonunda Qızıldaş qəsəbə inzibati ərazi vahidində qəsəbə. == Haqqında == Qəsəbə öz adını yaxınlığındakı eyniadlı vulkanın adından almışdır. Sovet hakimiyyəti illərində neft yataqlarının aşkar edilməsi ilə əlaqədar yaranmışdır. Adını Kərkəs dağından götürən qəsəbə əslində Kərkəs adlanmalıdı. Lakin sovet dövründə ad təhrif olunaraq Korgöz formasına düşüb. Neft çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar, 1932-1933-cü illərdə burada neftçilər üçün salınmış Azneftsənaye yaşayış massivinin qısaldılmış adı ilə bağlı AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz məntəqəsi Qızıldaş qəsəbəsinin tərkibində olmuşdur. Quş adı olan Kərkəsin adını daşıyan qəsəbə 1967-ci ildə qəsəbə statusu almış, əhalisi 2,2 min nəfərdir. Əhalisi əsasən sənaye sahələrində və özəl sektorlarda çalışır, sosial obyektləri fəaliyyət göstərir. Korgöz ASC (mişar daşının istehsalı) və s.
Koryö
Koryo (kor.- 고려) — X əsrdə Taebonq dövlətinin 4 general tərəfindən devrilməsindən sonra yaradılmış dövlətdir.918-ci ildə yaradılmış bir Koreya krallığı olub, 1392-ci ilə qədər hökm sürmüşdür.Goryeo Koreya tarixçiləri tərəfindən "əsl milli birləşmə" adlandırılmışdır. Koreya sözü Koryö-dən yaranmışdır. Koryo, ilk dəfə 5-ci əsrin əvvəllərində Goguryeo tərəfindən istifadə edilmişdir. İlk kralının adı Sejo adı ilə tanınan Wang Ryung olmuşdur. VII əsrin sonlarından etibarən Koreya yarımadasının çox hissəsini idarə edən Şila krallığı bir müddətdən sonra siyasət hadisələrin baş verməsi səbəbindən, IX əsrin sonlarında dağılmağa başlamış və asiya tarixdə tanınan Baekje və Koquryeo kimi qədim dövlətlərin dirçəlməsinə gətirib çıxarmışdır. Daha sonra Koquryeonun (həm də Taebong kimi tanınırdı), yerində Goryeonu quran Goguryeo nəslinin görkəmli generalı Wang Geon tərəfindən 918-ci ildə devrildi. 935-ci ildə Goryeo sülh yolu ilə Silla'ya qoşuldu və Koreya yarımadasını uğurla birləşdirərək, 936-cı ildə Baekje'ni fəth etdi. 993-cü ildən başlayaraq Goryeo , şimalda güclü köçəri imperiya olan Xitan Liao sülaləsi tərəfindən çox sayda işğallara məruz qalıb, 1019-cu ildə həlledici müharibədə Goryeo qələbə çalaraq qızıl dövrünə daxil olmuş, bu da bir əsrlik sülh və firavanlıq gətirmişdir.Bu dövrdə Koryo,Şərqi Asiyada Liao və Song arasındakı balansı qorumağı bacramışdır. == İqtisadiyyat == === Ticarət === Goryeo sülaləsi dövründə ticarət sürətli idi. Xanədanlığın əsas limanı Byeokrando idi.
Largo
Largo, Larqo, Larco (it. largo — geniş, çox asta, tamam, uzatmaq) — Musiqi xarakteri və tempi. Larqo Adajio ilə eyni hərəkətli olsa da bir qədər ciddidir. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) largo birinci yerdə gəlir.
Lorio
Viko fon Bülov ya Lorio, əsil adı: Bernqard Viktor Kristif-Karl fon Bülov, (fr. Bernhard Victor Christoph-Carl von Bülow; Vicco von Bülow; 12 noyabr 1923[…] – 22 avqust 2011[…]) — alman komik aktyoru, eynizamanda rejisor, yazıçı və rəssamı. Fransız dilindən götürülmüş “Lorio” ləqəbinin mənası “sarıköynək” deməkdir. Belə ki, sarıköynək Fon Bülovlar ailəsinin gerbində əks olunmuşdur. == Bioqrafiyası == Viko fon Bülov Prusiyada kübar bir ailədə dünyaya gəlmişdir. Onun atası Yohan-Albrext Vilhelm fon Bülov (1899–1972) zabiti olmuşdur. Yohan-Albrext Vilhelm fon Bülov 1927 ci ildə həyat yoldaşı Şarlotte Matilda Luis ilə boşandıqdan sonra Bülov özündən bir yaş kiçik qardaşı ilə Berlində nənə və ulunənəsinin yanında böyümüşdür. 1934 —1938 ci illərdə Şadov gimnaziyasında oxuyur, sonra isə Ştutqarta köçdüklərinə görə 1941 ci ildə Berhard Lüdviq gimnaziyasını bitirdikdən sonra, on yeddi yaşında ikən orduya çağrılır. III Tank diviziyası tərkibində şərg cəbhəsinə düşən Bülov ober-leytenent rütbəsi alaraq, 1943 cü ildə I və II dərəcəli Dəmir xaç ordeninə layiq görülür. Viko fon Bülovun NSAFPnın üzvü olması haqqında heç bir sübut tapılmamışdır.
QONQO
QONQO (ing. GONGO) — ingilis dilində "Dövlətin təşkil etdiyi qeyri-hökumət təşkilatı" (ing. Government-Organized (və ya Operated) Non-Governmental Organization) ifadəsindən yaranmışdır. Nominal olaraq müstəqil, əslində isə dövlətin göstərişi, təşəbbüsü və/və ya iştirakı ilə yaradılmış və ölkə daxilində və xaricdə dövlətin mənafeləri üçün işləyən qeyri-hökumət təşkilatlarını işarələmək üçün istifadə olunan abbreviaturadır. Belə yalançı qeyri-hökumət təşkilatları adətən qeyri-demokratik hökumətlər tərəfindən yaradılır və maliyyələşdirilirlər və mövcud iqtidarın mövcudluğuna və hərəkətlərinə haqq qazandıran vətəndaş cəmiyyəti təmsilçiləri kimi istifadə olunurlar.. Yalançı qeyri-hökumət təşkilatları başqa dövlətlərin daxili siyasətlərinə müdaxiləyə haqq qazandırmaq üçün də istifadə oluna bilərlər.