Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tanya Stupar-Trifunoviç
Tanya Stupar-Trifunoviç (serb. Тања Ступар Трифуновић; 20 avqust 1977, Zadar) — Bosniya serb yazıçısı. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı çap olunmuşdur. Şeir və nəsr sahələrində bir neçə Bosniya mükafatı laureatıdır. 1977-ci ildə Zadarda anadan olmuşdur. Banya Luka Universiteti fəlsəfə fakültəsinin serb dili və ədəbiyyatı şöbəsini bitirmişdir. Müharibə ilə əlaqədar olaraq Banya Lukaya köçmüşdür. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı nəşr olunmuşdur, şeirləri ingilis, alman, polyak, sloven, makedon, macar, danimarka, fransız və rus dillərinə tərcümə olunmuşdur. "Barbarlar səhər yeməyi zamanı nə düşünürlər" kitabı, Bosniya və Herseqovinada 2007-2008-ci illərin ən yaxşı kitabı olaraq CEE Literature Award mükafatına (Şərqi və Cənub-Şərqi Avropanın Ədəbi Mükafatı) namizəd olmuşdur, mükafat olaraq ona Vyanada ev verilmişdir. 2009-cu ildə "Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır" kitabı ən yaxşı şeir kitabı olaraq "Fra Qro Martiç" mükafatına layiq görülmüşdür, bosniya və xarici şeir toplularına daxil edilmişdir.
Stupor
Stupor (lat. stupor "keylik, uyuşuqluq") — tibbdə, xüsusilə psixatriyada hərəki pozğunluğun bir növü. Mutizm (səssizlik) hərəkətsizliyi, taqətsizlik, halsızlıq, qıcığa qarşı reaksiya sönüklüyü.
Stepan
Stepan — kişi adı.
Susay
Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır. Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər. Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı. Digər Tupak (Əbyəlil) — Rusiyada kənd.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Stepan Ablasad
Stepan Ablasad (erm. Ստեփանոս Աբլասադ) — alban əsilli işxan, Muxank knyazı. Babəkə kömək edən Yesai Əbu Musanun dayısı olmuşdur.
Stepan Ağacanyan
Stepan (Stepanos) Meliksetoviç Ağacanyan (erm. Ստեփան Աղաջանյան; 16 (28) dekabr 1863, Şuşa[…] – 13 dekabr 1940[…], İrəvan[…]) — erməni əsilli rəssam, müəllim və Ermənistan SSR xalq rəssamı (1938).. Stepan Ağacanyan 1863-cü ilin 16 dekabr tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasında Şuşa qəzasına daxil olan Şuşa şəhərində, dərzi Melikset Ağacanyanın ailəsində anadan olmuşdur. 1872–1881-ci illərdə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasına tabe olan Qazançetsots kafedralında ruhani təhsil almışdır. 1881–1884-cü illərdə Şuşada yerləşən rus məktəbində oxumuşdur. 1884-cü ildə Bakıya gələn rəssam iki il bu şəhərdə yaşadıqdan sonra 1886-cı ildə Fransaya yollanmışdır. Ağacanyanın peşəkar formada rəssamlıqla məşğul olması Fransanın cənub hissəsində yerləşən liman şəhəri Marseldə məskunlaşmasından sonra baş vermişdir. Belə ki, Stepan 1886–1890-cı illərdə Marseldə yerləşən Marsel Rəsm Studiyasında daha sonra isə Parisdəki Julian Akademiyasında təhsil almışdır. Parisdə oxuduğu 1897–1900-cı illər rəssamın ən məhsuldar yaradıcılıq dövrlərindən biri hesab olunmaqdadır. 1900-cu ildə rəssam Şuşa şəhərinə qayıtmış, 1902-1904-cü illərdə Bakıda rəssam kimi çalışmışdır.
Stepan Bandera
Stepan Andreyeviç Bandera (ukr. Степан Андрійович Бандера; 1 yanvar 1909, Starı Uqrinov, Qalisiya və Lodomeriya krallığı, Avstriya-Macarıstan — 15 oktyabr 1959, Münhen, Almaniya) — ukraynalı siyasətçi. Stepan Bandera 1909-cu ilin yanvarın birində Avstriya-Macarıstan imperiyasının Qalisiya bölgəsinin “Stari Uqrinov” kəndində anadan olub. Atası Andrey Mixayloviç Bandera katolik keşişi idi. Stepan 9 uşaqlı ailənin 3-cü övladı olaraq dünyaya gəlib. Bandera ailəsinin şəxsi evləri olmayıb onlar kilsəyə məxsus evdə yaşayıblar. Ata Bandera tam bir ukrayna milliyətçisi idi və uşaqlarınıda bu yöndə tərbiyə edirdi. Stepanın dünyaya göz açdığı evdə böyük bir kitabxana və milliyətçilik mövzusunda müzakirlər aparan qonaqlarla bol olub. Banderaların qonaqları Ukrayna Milliyətçi Təşkilatının liderləri – Pavel Qlodzinski, Yaroslav Vaselovski ( Avstrya-Macarıstan parlametninin vəkili) Mixayıl Qavrilko və başqaları olub. Bu ev Stepan üçün ilk məktəb kimi olub.
Stepan Burnaşov
Stepan Daniloviç Burnaşov (1743–1824) – diplomat, səyyah, general-mayor, senator, yazıçı və topoqraf. O, Krım xanlarının nəslindən idi və Rusiya dövlətinə xidmət edirdi. S. D. Burnaşov 1768–1774-cü və 1787–1791-ci illər rus-türk müharibələrinin iştirakçısı olmuşdur. S. D. Burnaşov 1783-cü ilin may ayında knyaz Q. A. Potyomkin Tavriçeski tərəfindən Kartli-Kaxetiyaya – II Iraklinin və I Solomonun sarayına Rusiya dövlətinin səlahiyyətli nümayəndəsi kimi göndərilmişdi. O, sarayda 1787-ci ilin oktyabr ayına qədər qulluq etmişdi. S. D. Burnaşov Kartli-Kaxetiya sarayında yalnız hərbi-diplomat işi ilə deyil, həm də Qafqaz ölkələri haqqında geniş məlumat toplamaqla da məşğul olmuşdur. Onun "Gürcüstanın xəritəsi", "Irandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" adlı əsərləri çapdan çıxmışdır. S. D. Burnaşovun Azərbaycanla bağlı olan əsəri Azərbaycan MEA-nın Tarix Institutunun Elmi Arxivində saxlanılır. Bundan başqa onun müxtəlif illərdə Sankt-Peterburqa göndərdiyi məktubları A. A. Çaqareli tərəfindən çap edilmişdir və monoqrafiyada həmin məktublardan istifadə olunmuşdur. S. D. Burnaşov "Irandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" adlı əsərində Azərbaycanın ayrı-ayrı xanlıqları, onların siyasi vəziyyəti, coğrafi mövqeyi, bəzi tayfa və xalqlar haqqında məlumat verir.
Stepan Erzya
Stepan Dmitriyeviç Erzya (Nefyodov) (rus. Степа́н Дми́триевич Э́рьзя (Нефёдов); 27 oktyabr (8 noyabr) 1876 – 24 noyabr 1959, Moskva) ― Rusiya və Argentinada yaşamış Mordva heykəltəraşı. Erzya öz təxəllüs adını yerli etnik qrup olan erzya mordvalarından ilhamlanıb seçmişdir. O, 27 oktyabr 1876-cı ildə Rusiya imperiyasının Simbirsk quberniyasının Alatır qəzasının Bayevo kəndində anadan olmuşdur. 1892-ci ildə ailəsi Alatıra köçdü; Stepan sənətə müxtəlif ikona çəkmə studiyalarında yiyələndi. 1893–1897-ci illərdə o, Kazanda yaşayırdı, orada ilk öncə dülgərlik emalatxanasında, sonra isə P. A. Kovalinskinin ikona çəkmə atelyesində işləmişdir. O dövrdə Erzya Volqa çayının sahilində yerləşən fərqli şəhər və kəndlərindəki kilsələri bəzəyirdi və Kazan İncəsənət Məktəbinə gedirdi. 1902–1906-cı illərdə Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbində oxudu, məktəbin tələbələrinin sərgilərində iştirak etdi. 1906–1914-cü illərdə İtaliyada və Fransada yaşadı. 1909-cu ildə Venesiya və Milanda və 1912-ci ildə Parisdə keçirilən sərgilərdə iştirak etmişdir.
Stepan Kuznetsov
Stepan Leonidoviç Kuznetsov 2 (14) yanvar 1879, Kişinyov, Bessarabiya quberniyası[d] – 18 aprel 1932, Moskva1879, Kişinyov, Bessarabiya quberniyası - 18 aprel 1932, Moskva) - rus və sovet teatr aktyoru, Kiyevdəki Solovtsov teatrının, Moskva İncəsənət teatrının və Malı teatrının artisti, Respublikanın xalq artisti (1929). Stepan Leonidoviç Kuznetsov keçmiş təhkimli kəndli ailəsində anadan olub – teatrların bufetində aşpaz işləyib. Daha sonra atası Odessada teatr sahibi oldu, lakin iki mövsümdən sonra müflis oldu. Stepan Kuznetsovun ailəsinin maddi durumu aşağı üçün təhsilini paroxial məktəbdə məhdudlaşdırıb, gənc yaşlarından kitab mağazalarında çalışıb. 1901-ci ildə Oreldə Kuznetsov ilk dəfə peşəkar səhnəyə çıxdı, lakin 1902-1906-cı illərdə hərbi xidmətdə olduğuna görə Mançuriyada Rus-Yapon müharibəsində iştirak etmişdir. Sonra yenidən səhnəyə qayıdıb və 1907-1908-ci illər də Kiyevin Solovtsov teatrında çıxış edib. Stepan Kuznetsov 1908-ci ildə Moskvaya köçdü və Moskva İncəsənət teatrının truppasına daxil oldu. 1910-cu ilə qədər teatrda fəaliyyət göstərmişdir. Stepan Kuznetsovun yaradıcılığının ən parlaq dövrü Solovtsov teatrındakı işlərlə bağlı idi (1912-1919, fasilələrlə). 1923-1925-ci illər də Moskva da MGSPS adına teatrda çalışmışdır.
Stepan Lianozov
Stepan Qeorqiyeviç Lianozov (erm.Ստեփան Գևորգի Լիանոսյան; 9 avqust 1872, Moskva – 10 avqust 1949, Paris) — Rusiya (Bakı) sənayeçisi, mesenat və siyasi xadim. Rusiyanın ən iri neftxudası. Atası S. M. Lianozov 1873 ildə Xəzər dənizinin cənub hissəsində balıq tutmaq üçün İran şahından konsessiya almışdır. Qimnaziyanı 1894 ildə bitirdikdən sonra Moskva universitetinin təbii elmlər fakültəsinə daxil olur. 1898 ildə onu bitirir. İki il Moskva məhkəmə palatasında vəkil kimi çalışır. 1901 ildə Bakıya köçür və neft işi ilə məşğul olmağa başlayır. 20 dən artıq neft və başqa şirkətlərin icraçı direktroru olur. 1907 ildə Peterburqda 2 mln. əsas kapitalı olan "Lianozov Q. M və oğulları"(tovarişestvo) yoldaşlığı yaradır.
Stepan Makarov
Stepan Osipoviç Makarov (1848–1904) — rus dənizçisi, okeanoqrafı və qütb tədqiqatçısıdır. Stepan Osipoviç Makarov rus okeanoqrafiyasının ən görkəmli nümayəndələrindən biri kimi coğrafiya tarixində özünə yer tapmış tədqiqatçılardan biri sayılır. Onun fəaliyyətinin çiçəklənmə dövrü XIX əsrin ikinci yarısında Rusiyada yelkənli gəmilərin buxar gəmiləri ilə əvəz olunmasının son ərəfəsinə düşür. Rus dəniz donanmasının texniki cəhətdən inkişafında böyük zəhməti olan Makarov birinci rus buzqıran "Ermak" gəmisinin konstrukturu olmuşdur. O, ilk dəfə "Abrek" gəmisində üzmüş, sonra isə "Boqatr" gəmisinə keçirilmişdir. 1881-ci ildə "Taman" hərbi gəmisində komandir olarkən Qara dənizlə Aralıq dənizi arasında gedən su mübadiləsini öyrənməklə onların elmi izahını vermişdir. O, həmçinin Qara dənizdə bütün axını sisteminin izahını vermişdir. Bu işlərinə görə Makarov Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1885-ci ildə Makarov "Vityaz" gəmisinə komandir təyin olunur. 1886-cı ilin avqust ayında "Vityaz" gəmisi dünya səyahətinə çıxır.
Stepan Maynaqaşev
Stepan Maynaqaşev (8 yanvar 1886 və ya 1886 – 29 aprel 1920 və ya 1920) — xakas mənşəli türkoloq. Rusiya imperiyasındakı etnoqraf xakas ədəbi dilinin yaradıcısıdır. Xakas əlifbasının banisi. Sosialist, populist siyasi fəal. 1886-cı ildə Aşıs Bozkır Bələdiyyəsi Məclisinə bağlı olan Iresov (Xakasça: İres aal) kəndində anadan olmuşdur. Xakas türkləri arasında sagay türklərinin bir etnik qrupu olan Tomlar tayfasındandır. 1906-1907-ci illər arasında Krasnoyarsk Ruhban məktəbində işləmiş; 1907-1910-cu illərdə Asxıs yerli məclisin üzvü olmuş; 1910-1911-ci illərdə Tomsk universitetində təhsil almışdır. Mərkəzi və Şərqi Asiya Tədqiqat Komitəsinin göstərişi ilə 1913-1914-cü illərdə Xakasiyada tədqiqatlar aparmışdır. Tədqiqatlarının məqsədi xakas ləhçələrini öyrənmək idi. Tədqiqatının nəticələri Mərkəzi və Şərqi Asiya üzrə Tədqiqat Komitəsi tərəfindən dərc edilmişdir.
Stepan Nəzəryan
Stepan Nəzəryan (erm. Ստեփանոս Նազարեան; rus. Степанос Исаевич Назарян; 15 (27) may 1812 və ya 27 may 1812, Tiflis, Gürcüstan quberniyası – 27 aprel (9 may) 1879 və ya 9 may 1879, Moskva) — erməni əsilli Rusiya naşiri, maarifçi, ədəbiyyat tarixçisi və şərqşünas. Stepan Nəzəryan 15 may 1812-ci ildə Tiflisdə (indiki Gürcüstan) keşiş ailəsində anadan olmuşdur. 1840 -cı ildə Tartu Universitetində fəlsəfə fakültəsini bitirmişdir. Nəzəryan 1849-cu ildə Moskvada yerləşən Lazarev adına Şərq Dilləri İnstitutunda fars və ərəb ədəbiyyatı professoru oldu. O, bir sıra elmi əsərlər nəşr etdirmiş və doktorluq dissertasiyasını Firdovsinin "Şahnamə" əsərini təhlil edərək qorumuşdur. Nəzəryan 1840-cı illərdəki Avropa maarifçilik hərəkatının və Rusiyada ictimai hərəkatın təsiri altında getdikcə feodal sistemə və ideologiyasına qarşı yazmağa başlamışdır. O, 1850-ci illərdə erməni maarifçilik hərəkatının lideri olmuşdur. Nəzəryan 1858–1864-cü illərdə Moskvada nüfuzlu "Hyusisapayl" jurnalını nəşr etdirmişdir.
Stepan Razin
Stepan Timofeyeviç Razin ( rus : Степа́н Тимофе́евич Ра́зин , tələffüz olunur : [sʲtʲɪˈpan tʲɪmɐˈfʲe(j)ɪvʲɪtɕ ˈrazʲɪn] ; 1630 – Razʲɪn] ; 1630 – 16 iyun [16 ] Stezinka kimi tanınır. [ˈsʲtʲenʲkə]), 1670–1671-ci illərdə Rusiyanın cənubunda zadəganlara və çar bürokratiyasına qarşı böyük üsyana rəhbərlik edən kazak lideri idi. Razinin atası Timofey Razya, guya, Voronej ətrafında, Rusiyanın çöl sərhədi yaxınlığında, Vəhşi tarlalar adlanan şəhərdən gəlmişdir . Razinin əmisi və nənəsi hələ 1667-ci ilə qədər Voronejdən 8 kilometr (5,0 mil) kənarda yerləşən Yeni Usman və ya Usman Sobakina kəndində yaşayırdılar. Razinin anasının kimliyi müzakirə olunur. Bir sənəddə Razinə "yarı qan" mənasını verən tuma kazak deyilirdi, bu da onun anasının əsir götürülmüş "türk" (turçanka) və ya Krım tatarı qadın olması fərziyyəsinə səbəb olur. Lakin bu termin " tərəfindən də istifadə edilmişdir.[ əlavə izahat tələb olunur ] mənşəyindən asılı olmayaraq bütün "aşağı kazaklara" qarşı alçaldıcı ləqəb kimi Başqa bir fərziyyə Razinin xaç anası Matrena Qovoruxa haqqında məlumatlara əsaslanır. Ənənəyə görə, xaç anası doğulan ana ilə qohum olmalıdır və Stenkanın xaç anası Ukraynanın Sloboda bölgəsindəki Tsarev-Borisov [ ru ] şəhərində yaşayırdı. Beləliklə, Stepanın anası da ukraynalı ola bilərdi. Tarixi mənbələrdə ilk dəfə Razinin adı 1652-ci ildə Ağ dənizdəki böyük Solovetski monastırına uzun məsafəli həcc ziyarətinə getmək üçün icazə istəyərkən çəkildi .
Stepan Rudniski
Stepan Rudniski (1877–1937) — Ukraynalı coğrafiyaşünas, kartoqraf, publisist, Ukrayna SSR Elmlər Akademiyasının akademiki (1929). Orta məktəb müəlliminin ailəsində anadan olub. Yazıçı Yulian Opilskinin qardaşıdır. Lvov Universitetini bitirmiş, Vyana və Berlində təhsil almışdır. 1901-ci ildə fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Coğrafiya və Geologiya İnstitutunun çöl ekspedisiyalarında iştirak etmişdir. 1899-cu ildən Lvov gimnaziyalarında dərs demiş, sonra Lvov Universitetində, Privatdozentdə müəllimlik etmişdir. 1908-ci ildən coğrafiya kafedrasının professoru olmuşdur. O, Ukraynada fiziki coğrafiya tədqiqatının banisi hesab olunur. Onun geomorfologiya, tarixi sosial-iqtisadi coğrafiya, kartoqrafiya, yerli tarix, ümumi coğrafiyaya dair elmi əsərləri vardır.
Stepan Rumovski
Stepan Rumovski (rus. Степан Яковлевич Румовский; 29 oktyabr (9 noyabr) 1734, Vladimir quberniyası[d] – 6 (18) iyul 1812, Sankt-Peterburq, Rusiya imperiyası) — Rusiya astronomu və riyaziyyatçısı, ilk rus akademiklərindən biri (1767-ci ildən). Stokholm Elmlər Akademiyasının xarici üzvü. Kazan Universitetinin açılışının təşəbbüskarı. Elmi əsərlər astronomiya, geodeziya, coğrafiya, riyaziyyat və fizika sahələrinə aiddir. O, rus alimlərinin ilk nəslini yetişdirmək üçün müəllimliyə çox səy sərf etdi. " Riyaziyyatın abbreviaturaları" (1760) dərsliyini yazmışdır. 6 cildlik (1789–1794) "Rusiya Akademiyasının lüğəti"nin ilk nəşrinin tərtibçilərindən biri. Stepan Yakovleviç Rumovski 1734-cü il oktyabrın 29-da (9 noyabr) Starıy Poqost kəndində (Vladimir quberniyası bəzi mənbələrinə görə) anadan olub. 1739-cu ildə ailəsi Sankt -Peterburaqa köçür.
Stepan Yemelyanov
Stepan Federoviç Yemelyanov (12 yanvar 1902 və ya 1902, Taşliyar[d], Minzələ qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 1988, Bakı) — Azərbaycan KP BK-nın Dzerjinsk rayon komitəsinin birinci katibi, Azərbaycan SSR xalq daxili işlər komissarı . 1902-ci il dekabrın 13-də Tatarıstan Respublikasının Takanış rayonunun Taşliyar kəndində anadan olmuşdur. Milliyyətcə rusdur. 1915-ci ildə kənd məktəbini bitirdikdən sonra təsərrüfat işləri ilə məşğul olan S. Yemelyanov 1919–1923-cü illərdə texniki məktəbdə təhsil almış, 1925-ci ildə "Azneft"in oksigen-karbit zavodunda işə qəbul olunmuşdur. 1928-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Xalq Komissarlığının məhkəmə aparatında çalışdıqdan sonra Bakı Birləşmiş Məhkəməsində xalq hakimi vəzifəsində işləmişdir. 1931–1936-cı illərdə Bakı Sənaye İnstitutunda təhsil almışdır. 1939-cu ilin fevralından 1953-cü il avqust ayınadək Azərbaycan SSR təhlükəsizlik orqanlarına rəhbərlik etmişdir. Daha sonra həbs olunmuş, 1956-cı ildə əmlakı müsadirə olunmaqla və cəzasını islah-əmək düşərgələrində çəkməklə 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1970-ci ilin may ayında əfv olunmuşdur.
Stepan Zelinski
Stepan Pavloviç Zelinski (rus. Степана Павловича Зелински İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuşdur. 1881-ci ildə «Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar» (SMOMPK) məcmuəsinin birinci sayında çap olunmuş «İrəvan şəhəri» (54 səhifə), «Dərəçiçək» (14 səhifə), «Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları» (19 səhifə) adlı məqalələrində İrəvan şəhərinə və çevrəsinə dair əhəmiyyətli məsələlər yer almışdır. S.P.Zelinskinin qeyd olunan məcmuənin 1882-ci ilə aid ikinci sayında verilmiş «İrandan köçürülüb İrəvan quberniyasının Naxçıvan qəzasında yerləşdirilmiş ermənilərin məişətindən etnoqrafik oçerklər» adlı zəngin informasiya tutumuna malik məqaləsi də qayəsi etibarilə İrəvan şəhəri və çevrəsi haqqında yazılanların davamı təsiri bağışlayır. «Гoрод Эривань» məqaləsi. (54 səhifə) 1881 «Dərəçiçək» (14 səhifə), «Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları» (19 səhifə) Экономический быт. гос.
Stepan Şalayev
Stepan Alekseyeviç Şalayev (rus. Степа́н Алексе́евич Шала́ев; 5 yanvar 1929, Mordovskaya Polyana[d], Orta Volqa diyarı – 18 yanvar 2022, Moskva) — SSRİ dövlət və partiya xadimi, həmkarlar ittifaqı rəhbəri. Stepan Alekseyeviç Şalayev 5 yanvar 1929-cu ildə SSRİ-də, Mordoviyada anadan olmuşdur. O, 1951-ci ildə Moskva Meşə Mühəndisliyi İnstitutunu meşə mühəndisi ixtisası üzrə bitirmişdir. Şalayev 1982–1990-cı illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının sədri olmuşdur. O, 1981–1982 Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1982–1990-cı illərdə isə oranın üzvü olmuşdur. Həmçinin, Şalayev 1982–1989-cu illərdə SSRİ Ali Sovetinin deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. üç "Qırmızı əmək bayrağı" ordeni iki “Şərəf nişanı” ordeni Государственная власть СССР. Высшие органы власти и управления и их руководители. 1923—1991 гг. Историко-биографический справочник / Сост.
Stepan Şaumyan
Stepan Georgiyeviç Şaumyan (1 (13) oktyabr 1878, Tiflis – 20 sentyabr 1918) — XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli kommunist inqilabçı və siyasi xadim, 1900-cü ildən Kommunist Partiyasının üzvü, 26 Bakı komissarının rəhbəri. Stepan Şaumyan 1878-ci il oktyabr ayının 13-də Tiflisdə işlər müdiri köməkçisinin ailəsində anadan olmuşdur. 1889–1898-ci illərdə Tiflis real məktəbində təhsil almışdır. 1899-cu ildə Cəlaloğlu kəndində ilk marksist dərnəyi olan "Göyqurşağı"nı təşkil etmiş, 1902-ci ildə orada sosial-demokrat birliyini yaratmışdır. 1901-ci ilin avqustunda Riqa Politexnik İnstitunda təhsil almağa başlamış, 1902-ci ilin martında inqilabi fəaliyyətinə görə qovulmuşdu. Tiflisə geri qayıdan Şaumyan 1902-ci ilin sonunda Almaniyaya mühacirət etmişdir. Berlin Humboldt Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Berlində olarkən Karl Kautski, Roza Lüksemburq və Karl Libknext kimi aktivistlərlə təmaslarda olmuşdur. İlk dəfə 1903-cü ilin yazında İsveçrədə Lenin ilə tanış olmuşdur. 1905-ci ildə təhsilini başa vurduqdan sonra Gürcüstana qayıtmışdır.
Stepan Tarabalka
Stepan Tarabalka (ukr. Тарабалка Степан Іванович) — 2022-ci il Rusiya-Ukrayna müharibəsi zamanı fərqlənmiş Ukrayna Silahlı Qüvvələrinin hərbi pilotu, Ukrayna Qəhrəmanı və Qızıl Ulduz ordeninin sahibi (ölümündən sonra). 9 yanvar 1993-cü ildə İvano-Frankovsk vilayətinin Korolevka kəndində anadan olub. O, kasıb kənd ailəsində böyüyüb. Valideynlər tez-tez Portuqaliyaya işləməyə gedirdilər. Ailə hərbi bazanın yaxınlığında yaşayırdı və oğlan kiçik yaşlarından pilot olmaq arzusunda idi. 13 yaşında Stepan Tarabalka Karpat Hərbi İdman Liseyinə daxil oldu, sonra isə 2014-cü ildə müvəffəqiyyətlə bitirdiyi İvan Kojeduba adına Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinə daxil olur. O, MiQ-29 təyyarəsinin pilotu olub. İlk döyüş təcrübəsi 2014-cü ildə Krımın ilhaqı ilə bağlı Rusiya-Ukrayna münaqişəsi və Ukraynanın şərqində LPR və DXR-in separatçı əraziləri ilə münaqişədə olub. Bunun sayəsində S. Taralbalka Donbass üzərində dəstək missiyaları ilə uçuş təcrübəsi qazanmışdır.
Stepan Mnatsakanyan
Stepan Mnatsakanian (erm. Ստեփան Մնացականյան; 5 (18) noyabr 1917, Kəvər – 1994, İrəvan) — SSRİ-Ermənistan memarı. O, 1983–1988-ci illərdə Ermənistan Elmlər Akademiyasının İncəsənət İnstitutunun Memarlıq şöbəsinə rəhbərlik etmişdir.