Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suk-Əhras
Suk-Əhras (ərəb. سوق أهراس‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Etimologiya == Toponim iki sözün birləşməsindən yaranmışdır. Ərəb dilində "suk" bazar, bərbər dilində "əhra" (cəmdə "əhras") şir deməkdir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Ores massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 699 metr yüksəklikdə yerləşir.Suk-Əhras ölkənin paytaxtı Əlcəzairdən təxminən 440 kilometr şərq-cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən əhalinin sayı 155,259 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Əhalinin etnik tərkibində bərbərlər üstünlük təşkil edir. == Nəqliyyat == Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Min Hye-suk
Min Hye-So (d. 15 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Min Hye-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. == Ailəsi == Min Hye-Sonun həyat yoldaşı həndbolçu Ço Çi-Hyodur.
Suk-əl-Həd
Suk-əl-Həd (ərəb. سوق الأحد‎, fr. Souk El Had) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 69 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 55 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 21 kilometr cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 6,181 idi.
Vu-Suk-Xvan
Vu-Suk-Xvan — veterinar elmlər üzrə alim, elmi saxtakarlığı ilə tanınıb. Seul Milli Universitetinin veterinar elmlər üzrə professoru Vu-Suk-Xvanın elmi saxtakarlığı onu çox məşhurlaşdırıb. O, insan hüceyrələrini klonlaşdırdığını bəyan edib. Ancaq sonradan məlum olub ki, bu, klonlaşdırılmış deyil, adi hüceyrə olub. Sonradan o, elmi saxtakarlıqda ittiham edilib.
Rük
Rük — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.Kəndin dəniz səviyyəsindən hündürlüyü təqribən 1620-1630 metrdir == Toponimikası == Rük oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim qədim türk dillərindəki uruq (ailə, tayfa; daya¬nacaq) sözünün təhrif olunmuş forması hesab edilir və “düşərgə, yaşayış məskəni” kimi izah olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 301 nəfər əhali yaşayır. Əhalisi tatlardır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Rük kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
SKU
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
SUV
Sport utility vehicle, SUV və ya yolsuzluq avtomobili (az: idman təyinatlı avtonəqliyyat) həm çəkmə qabiliyyətinə, həm də pikap yük avtomobili xüsusiyyətinə sahib bir avtonəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi həm mikroavtobus, həm də station wagon xüsusiyyətlərini özündə birləşdirir. Bundan əlavə, asfalt olmayan ərazilərdə də hərəkət edə bilər. Bəzi ölkələrdə bu vasitələrə “yolsuzluq avtomobili”, “dörd təkərdən çəkməli avtonəqliyyat” və ya “4WD” (4 Wheel Drive) deyilir. Bununla birlikdə, bütün SUV avtomobillərinin dörd təkərdən çəkmə qabiliyyəti olmadığı kimi, bütün 4WD avtonəqliyyat vasitələri də SUV deyil. Off-road nəqliyyat vasitələri tamamilə fərqli bir sinifdir və asfalt və ya asfalt yollardan başqa yollar üçün dizayn edilmişdir. Bəzi SUV avtomobillərinin yolsuzluq xüsusiyyətləri olsa da, bu xüsusiyyət əsasən bu cür nəqliyyat vasitələri üçün ikinci dərəcəli xüsusiyyətdir. Bir çoxunun 2WD, 4WD yüksək çəkmə və 4WD aşağı çəkmə qüvvəsinin birindən digərinə keçid imkanı yoxdur. SUV avtomobillərinin gövdəsi digər minik avtomobillərinə nisbətən daha yüksək və daha geniş görünür. Yüksək və geniş korpusun yaratdığı ağırlığı daşıya bilmək üçün SUV nəqliyyat vasitələrinin mühərrikləri daha yüksək həcmdə olur və daha çox yanacaq sərf edirlər.
Sui
Sui — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əhalisi təxm 120 min nəfərdir.İndus çayından 25 km uzaqlıqdadır
Suq
Suq — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,890 nəfər və 1,190 ailədən ibarət idi.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Sus
Sus (Laçın) — Laçın rayonunda kənd. Sus (Tunis) — Tunisdə şəhər. Sus — Qax rayonu ərazisində çay. == Həmçinin bax == Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Süd
Süd — qida məhsulu. == İnsan orqanizmi üçün südün əhəmiyyəti == Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Tük
Saç və ya tük — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Xuk
Xuk (fars. خوك‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Yük
Yük — daşınılan və nəql edilən əmtəə. Yüklər daşınma üsuluna görə ( dəniz, dəmir yolu, avtomobil, hava və s.), rejiminə görə (temperatur, rütubətlilik, və s. ), həmçinin qabaritlərə, gözlənilməz situasiya və s. görə fərqlənirlər. Həmçinin ballast da yük adlana bilər.
Şak
𐕐 (səslənməsi /ʃ/, transkripsiyası Ş, ş) — Alban əlifbasının 33-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Շաք (Şakʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə Ş səsini bildirir. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Şok
Şok (ing. shock zərbə deməkdir)- orqanizmin fövqaladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarı ilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla muahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir aldır. == Tarixcə == Şok halı ilk dəfə Hippokrat tərəfindən təsvir edilmişdir. Termin kimi isə şok ifadəsi 1731 ci ildə fransız cərrahı Henri Francosi Le Dran tərəfindən işlədilmişdir. XIX əsrin sonlarından etibarən şokun yaranma mexanizmi — patogenezi haqqında mülahizələr meydana çıxmışdır: damarları innervasiya edən sinirlərin iflici; vazomator mərkəzin süstləşməsi; sinir pozğunluğu; toksemiya; daxili sekresiya vəzilərinin funksiyalarının pozulması; dövr edən qanın miqdarının azalması; damar keçiriciliyi pozğunluğu, kapilyar stazı. === Şokun patogenezi === Sel Hansın stress nəzəriyyəsinə əsasən həddən ziyadə qıcıq təsiri orqanizmdə spesifik və qeyri spesifik reaksiyaların inkişafına səbəb olur. Spesifik reaksiyalar qıcığın xarakterindən asılıdır. Qeyri spesifik reaksiyalar qıcığın təsir qüvvəsindən asılıdır. Qeyri spesifik reaksiya ümumi adaptasiya sindromu kimi də adlandırılır. Bu üç mərhələdə cərəyan edir: səfərbərlik mərhələsi (həyəcan), ilk zədələnməyə qarşı reaksiya; müqavimət mərhələsi, qoruyucu mexanizmlərin həddsiz gərilməsi ilə xarakterizə olunur; tükənmə mərhələsi, adaptasiya mexanizmlərin pozulması ilə təzhür edir.
Sun
Sun — Azərbaycanda salfet, tualet kağızları, kağız dəsmal, qutu dəsmal, nəm dəsmal, cib dəsmal, horeca istehsalı ilə məşğul olan müəssisə. == Tarixi == "SUN" gigiyenik kağız markası 20 ildən artıq müddətdir ki, daxili bazarda lider məhsullardan birinə çevrilib. Bu marka tarixə ilk yerli gigiyenik kağız brendi kimi düşmüşdür. "SUN" markasının özəlliklərindən ən əsası onun hər bir ailə üzvü tərəfindən istifadə edilməsidir. Məhsulların müxtəlif ölçülərdə olması ev və iş yerləri üçün sərfəli salfetləri, kağız, qutu, cib dəsmalları illərdir ki, hər kəsin sağlamlığını qoruyur. == Məhsullar == Salfet SUN salfetləri hər növ çeşiddə, naxışlı, bəyaz olaraq, balaca və böyük qablaşdırmada təklif olunur. Bu salfetlər hər gün, hər evdə, hər cür zövqü oxşayan, hər süfrəyə bəzək verən məhsullardır. Tualet Kağızları SUN tualet kağızları şəxsi gigiyena anlayışında ilk yerdə durur. Yumşaq və ətirli tualet kağızları hər bir ailə üzvünün sağlamlığı üçün vacib rol oynayır. Kağız rütubətdən qoruyaraq, sonsuz iltihabların, çox xəstəliyin qarşısını almaqla, gələcəkdə yarana biləcək ciddi fəsadları delikat, yumşaq və xoş şəkildə əngəlləyir.
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. == Həyatı == Abdulla Sur 23 iyul 1883–cü ildə Gəncədə anadan olmuşdur. === Təhsili === İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. == Fəaliyyəti == İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Alan Kuk
Alan Kuk (23 mart 1966) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Alan Kuk Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Alan Kuk Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Anafilaktik şok
Anafilaktik şok (AŞ) (Termini yunan mənşəyli olub yun. ἀνά ana (qarşı) və yun. φύλαξις filaksis (qorunma) sözlərinin birləşməsindən əmələ gəlmişdir) – dərman, zəhər və yeməyə qarşı yaranan və həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması nəticəsində əmələ gəlir. == Epidemiologiya == Anafilaktik şok, əksərən allergik xəstəliklərdən əziyyət çəkən şəxslərdə inkişaf edir. Atopik xəstəlikləri olan şəxslərdə anafilaktik şokun inkişaf etmə tezliyi daha yüksəkdir. Anafilaktik şok hospitalizə olunmuş 3000 xəstədən 1-də qeydə alınır. Dərman mənşəli anafilaktik şokdan ölüm göstəricisi 25%-ə qədər çatır. İnsekt (arı sancması) anafilaksiyası səbəbindən ölüm göstəricisi 1 000 000 əhaliyə 0,4-2 hadisə təşkil edir.Anafilaksiya hər yaş qrupunda rast gəlir.
Ben-Şud
Ben-Şud (ərəb. بن شود‎ fr. Ben Choud) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 26 metr (85 ft) yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 93 kilometr (58 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 49 kilometr (30 mil) şərqdə yerləşir.
Bill Dük
Bill Dük (26 fevral 1943) — 26 fevral 1943-cü ildə Poukipzi şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Etel Luis və Uilyam Henri Dük (böyük) ailəsində anadan olub. Datçess Kommuniti kollecində aktyorluq və yazıçılıq üzrə təhsil alıb. Daha sonra aktyor sənətinin incəliklərini Boston Universitetində, ardınca Nyu-Yorkun Universiteti nəzdində Tiş ali məktəbində və Amerika Kino-İncəsənət İnstitutunda mənimsəyib. Xarizmatik xarici görünüş və ədaya malik aktyoru, rejissorlar başlıca olaraq döyüş filmlərinə çəkib. Çəkildiyi lentlərdə daha çox mənfi obrazlar yaradıb. 80-ci illərdə ABŞ teleməkanında bir sıra səs-küylü seriallara, o cümlədən "Hill-Strit blüzü" və "Mayami Polisi" seriallarına rejissorluq edib. Kinoda aktyor debütü 1976-cı ildə baş tutub. "Avtoyuyucu" adlı filmdə radikal müsəlman inqilabçı Əbdül Məhəmməd Əkbər roluna çəkilib. 1980-ci ildə "Amerikalı jiqolo" melodramında homoseksual sutenyor rolunu oynayıb.
Ceymi Kuk
Ceymi Robert Kuk (8 iyul 1985, Şeffild, Yorkşir və Hamber[d]) – İngiltərəli gitaraçı və bəstəkar. O indi-rok qrupu Arctic Monkeys-in üzvü kimi tanınır.
Ceyms Kuk
Ceyms Kuk (27 oktyabr 1728 – 14 fevral 1779[…]) — ingilis dəniz səyyahı. Bütün materiklərə ayaq basmış ilk insan. Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir. == Birinci ekspedisiya (1768–1771) == Ceyms Kukun birinci ekspedisiyasının (1768–1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq idi. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza C.Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qvineya adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi. == İkinci ekspedisiya (1772–1775) == İkinci ekspedisiya (1772–1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini keçmişdir. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun Cənub torpaqlarının olmadığı qənaətinə gəlir.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
141-сi şərq meridianı
Qrinviçin şərqindəki 141-ci şərq meridian— Şimal qütbündən Şimal Buzlu okeanı, Asiya, Sakit okean, Avstraliya, Hind okeanı, Cənub okeanı, Antarktidadan cənub qütbünə keçən və qərb uzunluğunun 39-cu meridianı ilə ortodromiya təşkil edən uzunluq xətti. 141-ci şərq meridian, 39-cu meridianın qərb ilə böyük bir dairə meydana gətirir. == Sərhəd == Yeni Qvineya adasında meridian, qərbdə İndoneziya ilə şərqdə Papua-Yeni Qvineya ilə arasındakı quru sərhədinin bir hissəsini təyin edir.Flay çayı 141-ci meridianın qərbindən axdığı ərazini təşkil edir. Flayın cənubu sərhədi meridianın şərqindən bir qədər,paralel olaraq uzanır (bax. İndoneziya - Papua Yeni Qvineya münasibətləri). Avstraliyada Cənubi Avstraliya əyalətinin şərq sərhədi, Kvinslend və Yeni Cənubi Uels ilə həmsərhəddir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.