Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qustav
Qustav (alm. Gustav‎; isv. Gustav) — ad.
Bertil Qustav
Şahzadə Bertil (28 fevral 1912-5 yanvar 1997) — 1912-ci il 28 fevralda səhərəyaxın saat 5:30 radələrində anadan olmuşdu. O anadan olanda öz anası tərəfindən əmizdirilmişdi, bununla o illik dayə ənənələrini pozmuşdu. == Həyatı == 16 yaşında Bertil Chrysler model bir maşın sürərkən dostları ilə birlikdə qəza törətdi, dostlarından biri vəfat etdi. Sürücülük vəsiqəsi olmayan şahzadə cərimə olundu. 1955–1964-cü illərdə Londonda hərbi attaşe olan Bertil orda Lilian Deyvis ilə sevgili oldu amma bu münasibətdən çox az adam xəbərdar idi. Lilian ilə evlənəndə şahzadəliyin bitəcəyini bilən Bertil onunla sadəcə sevgili oldu. Lakin qardaşının ölümündən sonra taxtın tək varisi olduğu üçün onun üçün istisna təşkil olundu. Yeni kral XVI Karl Qustav onların evliliyini qəbul etdi. Çünki özünün də övladı yox idi və bu halda vəliəhd şahzadə Bertil olurdu. Lakin XVI Karl daha sonra övlad sahibi oldu.
Gustav Mahler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
III Qustav
III Qustav (24 yanvar 1746[…] – 29 mart 1792[…]) — XVIII əsrdə (1771-ci ildən ölümünə qədər) İsveç kralı. == Həyatı == III Qustav kral Adolf Fredriklə Prussiya şahzadəsi Luiza Ulrikinin ailəsində dünyaya gəlmişdir.
Qustav Dadela
Qustav Dadela (7 mart 1995) — Polşalı peşəkar kişi BMX velosipedçisi. Qustav Dadela Polşanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Qustav Dadela 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 1:07.376 saniyəlik nəticəsi ilə 88-ci yeri tutdu.
Qustav Dore
Qüstav Dore (fr. Gustave Doré; 6 yanvar 1832[…], Strasburq[…] – 23 yanvar 1883[…], Paris[…]) — XIX əsrdə yaşamış fransız rəssam, illüstrator və memar. == Erkən həyatı == Qüstav Dore 1832-ci ilin yanvarın 6-da Strasburqda anadan olmuşdur. Anası Aleksandra Plüşar varlı burjua ailəsindən, atası Pyer-Lui Dore isə Vaterloo döyüşündə həlak olmuş fransız əsgərinin oğlu idi. Dore özü nə zaman rəsm çəkməyə başladığını xatırlamırdı. Dayəsi Fransuazanın sözlərinə görə, artıq 4 yaşında olan Qüstavı heç vaxt, hətta yatarkən belə, karandaşsız görmək mümkün deyildi. Qüstav tez-tez atasının dostlarından karandaşını itiləməyi xahiş edirmiş. Gənc istedad tərəfindən 6–7 yaşında yaradılmış ilk əsərlərdən biri "Pluton və Klit" adlanır. 1841-ci ildə Qüstav ailəsi ilə birgə mühəndis atasının işi ilə əlaqədar Bura köçür. Meşələrlə əhatə olunan, qədim binalara malik Bur şəhəri gənc rəssamın təxəyyülünə müsbət təsir edir.
Qustav Eyfel
Qüstav Eyfel (fr. Gustave Eiffel; 15 dekabr 1832[…], Dijon – 27 dekabr 1923[…], Paris) — fransız mühəndis, memar və metal strukturlar mütəxəssisi. == Həyatı == Qüstav Eyfel 1887-1889-cu illərdə inşa edilən və Fransanın simvolu sayılan Parisdəki Eyfel qülləsinin memarı olmuş, Amerika Birləşmiş Ştatlarının simvolu olan Nyu-Yorkdakı Azadlıq heykəlinin dəmirdən olan hissələrini və dayaqverici karkaslarını hazırlamışdır.
Qustav Kaybott
Qüstav Kaybott (fr. Gustave Caillebotte; 1848—1894) — fransız kolleksiyaçısı və rəssamı, impressionizm cərəyanının nümayəndəsi. "Filateliya atalarından" biridir. == Həyatı == Qüstav Kaybott 1848-ci il avqustun 18-də Parisdə, Paris cəmiyyətinin yuxarı siniflərinə aid bir ailədə anadan olmuşdur. Atası Marsial Kaybott (fr. Martial Caillebotte) (1799-1874) toxuculuq istehsalını miras almış, eyni zamanda Senat Ticarət Tribunalında hakim vəzifəsini icra etmişdir. Marsial Kaybott Qüstavın anası Seleste Dofrenlə (fr. Céleste Daufresne, 1819-1878) evlənmədən əvvəl iki ailə həyatı qurmuşdur. Qüstav ilə yanaşı, daha iki oğlu olub – Rene (1851-1876) və Marsial (1853-1910). Kaybott 1868-ci ildə Lui Yüksək Liseyində hüquq fakültəsini bitirmiş və 1870-ci ildə təcrübə üçün lisenziya almışdır.
Qustav Klimt
Qustav Klimt (alm. Gustav Klimt‎; 14 iyul 1862[…], Vyana, Avstriya-Macarıstan – 6 fevral 1918[…], Vyana, Avstriya-Macarıstan[…]) — avstriyalı simvolist rəssam və Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Klimtin yaradıcılığı rəsm əsərləri, monumental rəsm, eskiz və başqa incəsənət növləri ilə tanınır. Klimtin əsas mövzusu qadın bədəni idi. == Həyat və yaradıcılığı == Qustav Klimt 1862-ci ildə orta təbəqədən olan Moraviya əsilli ailədə anadan olmuşdur. Atası Ernst Klimt qravüraçı və zərgər idi və çox az qazanırdı. Rəssamın uşaqlığı kasıbçılıq içində keçmişdi və o, bütün həyatı boyu ailəsinə maddi kömək etməli idi. 1876-cı ildə Klimt Vyana İncəsənət və Sənətkarlıq Məktəbinə (Kunstgewerbeschule) qəbul olur və 1883-cü ilə kimi orada memar rəssamlıq təhsili alır. Klimt asanlıqla mühafizəkar təlim prinsiplərini qəbul elədi, yaradıcılığının erkən vaxtlarının işlərini akademik kimi səciyyələndirmək olar. 1877-ci ildə atası kimi qravüraçı olmaq istəyən qardaşı Ernst də məktəbə qəbul oldu.
Qustav Kurbe
Qüstav Kurbe (fr. Gustave Courbet; 10 iyun 1819[…] – 31 dekabr 1877[…], La-Tur-de-Peylts[d]) — fransız rəssam. O, XIX əsrdə Fransanı realizm cərəyanı ilə tanış etdi. Kurbe həyata baxışını belə açıqlayırdı: == Realizm == Kurbe realizm cərəyanının yaradıcısı və termini ədəbiyyata gətirən ilk rəssam olaraq şöhrət qazanmışdır. Bir sənətkar olaraq təbiət və dəniz mənzərələri, eləcə də məcazi kompozisiyalarla maraqlanırdı. O, həm də sosial mövzulara toxunurdu. Diqqəti kasıbların ağır iş şəraitinə çəkirdi. Onun əsərləri nə romantizm, nə də neoklassisizm cərəyanının içində özünə yer tapa bilmədi. Kurbe realist bir rəssamın vəzifəsinin sosial fərqləri və tarazlığın pozulmasını yox edib, həqiqəti ortaya çıxartmaq olduğuna inanırdı. Kurbe üçün realizm təkcə cizgi və formalarda mükəmməlliyi əldə etməkdən ibarət deyildi.
Qustav Maler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
Qustav Meyrink
Qustav Meyrink, əsl adı Qustav Mayer (19 yanvar 1868, Vyana, Avstriya – 4 dekabr 1932, Ştarnberq, Bavariya, Almaniya) - Avstriya yazıçısı, tərcüməçi, dramaturq. Ən məşhur əsəri "Qolem" romanıdır. Bu əsər XX əsrin ilk bestsellerlərindən hesab olunur. Meyrinkin yaradıcılığında mistisizm, kabbalistika, romantizm və okkultizm ünsürləri nəzərə çarpır.
Qustav Veyl
Qustav Veyl (alm. Gustav Weil‎; 25 aprel 1808, Zaltsburq — 29 avqust 1889, Frayburq) — yəhudi əsilli alman şərqşünası. == Həyatı == Qustav Veyl 25 aprel 1808-ci ildə Almaniyanın Beden əyalətinə bağlı Zaltsburq şəhərində doğulmuşdu. Yəhudi əsilli bir ailənin övladıdər. Kiçik yaşlarında ailəsi tərəfindən din adamı olması üçün yönləndirildi; İbranicə, Fransızca və Latınca dərslər aldı. On iki yaşında ikən bu gün Fransa sərhəd-sınırları içərisində olan Metz şəhərinə gedərək xaxam olan babasından Talmud öyrəndi. 1828-ci ildə Heydelberq Universitetinə qeyd oldu. 1830-cu ildə təhsilinə davam etmək üçün Parisə getdi. Burada Silvestre de Sacy, E. Quatremère və A. Perron kimi müəllimlərdən Ərəbcə və Aysorca öyrəndi. Fransızların Əlcəzayiri işğal etməsinə görə təhsilinə ara verib, "Augsburger Allgemeine Zeitung" qəzetinin müxbiri sifətiylə Əlcəzayirə getdi.
Qustav Vigeland
Adolf Qustav Vigelann (norv. Adolf Gustav Vigeland; 11 aprel 1869, Mandal — 12 mart 1943, Oslo) — Norveç heykəltaraşı, Norveçin ən məhsuldar heykəltaraşı, Oslodakı Vigelann heykəl parkının yaradıcısı, Nobel Sülh mükafatı medalının eskizinin müəllifi. == İlk illəri == Qustav Vigelann 1869-cu ilin 11 aprel tarixində Norveçin cənub sahillərində yerləşən Mandal şəhərində anadan olmuşdur. O, uşaqlıqdan incəsənətə, rəssamlığa, heykəltaraşlığa böyük maraq göstərirdi. Atası Elizeus Opshus Torsen xarrat idi. O, ailəsini taxta üzərində müxtəlif oyma naxışlar salmaqla dolandırırdı. Elizeus şəhərdə kifayət qədər tanınmış hörmətli usta idi. Anası Anna Vigelann isə evdar qadın idi. O, Mandalın Vigelann kəndindən idi. Qustav öz soyadını buradan götürmüşdür.
Qustav Vigelann
Adolf Qustav Vigelann (norv. Adolf Gustav Vigeland; 11 aprel 1869, Mandal — 12 mart 1943, Oslo) — Norveç heykəltaraşı, Norveçin ən məhsuldar heykəltaraşı, Oslodakı Vigelann heykəl parkının yaradıcısı, Nobel Sülh mükafatı medalının eskizinin müəllifi. == İlk illəri == Qustav Vigelann 1869-cu ilin 11 aprel tarixində Norveçin cənub sahillərində yerləşən Mandal şəhərində anadan olmuşdur. O, uşaqlıqdan incəsənətə, rəssamlığa, heykəltaraşlığa böyük maraq göstərirdi. Atası Elizeus Opshus Torsen xarrat idi. O, ailəsini taxta üzərində müxtəlif oyma naxışlar salmaqla dolandırırdı. Elizeus şəhərdə kifayət qədər tanınmış hörmətli usta idi. Anası Anna Vigelann isə evdar qadın idi. O, Mandalın Vigelann kəndindən idi. Qustav öz soyadını buradan götürmüşdür.
Qustav Yani
Qustav Yani (mac. Jány Gusztáv; d. 21 oktyabr 1883, Rayka — ö. 26 noyabr 1947, Budapeşt) — İkinci dünya müharibəsi ərzində baş verən Stalinqrad döyüşündə 2-ci Macar Ordusuna rəhbərlik etmiş macar hərbi xadim.
Qustav Ştrezeman
Qustav Ştrezeman(10 may 1878, Berlin-3 oktyabr 1929, Berlin, Almaniya) — Alman siyasətçi və dövlət xadimi. I Dünya Müharibəsindən sonra Almaniyanın beynəlxalq mövqeyinin yenidən qurulmasında əsas məsuliyyəti üzərinə götürən dövlət adamı, Veymar Respublikası Kansleri(1923) və Xarici İşlər Naziri(1923,1924-29), 1926-da Fransa Xarici İşlər Naziri Aristide Briandla birlikdə Nobel Sülh Mükafatını bölüşmüşdür. == İlk illəri == Berlinli hancı və pivə paylayan Ernest Ştrezemanın oğluydu. Təhsilinin hələ ilk illərində, xüsusuilə yenidövr tarixi sahəsində qeyri-adi bir qabiliyyət göstərdi, məşhur insanların həyatı ilə maraqlandı. Bunlar arasında xüsusilə Napoleon və Gotse onu həyatı boyu təsirləndirdi. Bir çox ədəbi işlərində mövzu mənbəyi oldu. 1897-1900-cu illər arasında Berlin və Leyptsiq universitetlərində təhsilini davam etdirən Ştrezeman ədəbiyyat və tarix təhsilinə başlamışkən böyük ehtimalla peşə təhsilini inkişaf etdirmək məqsədilə iqtisadiyyata yönəldi. 1900-cü ildə Berlindəki şişələnmiş pivə sənayesinin inkişafını mövzu götürən elmi işlə doktorantura təhsilini tamamladı. Nəhəng sənayelərin rəqabəti qarşısında kiçik müəssisələrin məhv olmasını hazırlayan bu çalışma daha sonra sağçı müxaliflər tərəfindən özünə qarşə istifadə olunacaqdı. Halbuki, Ştrezeman Prussiyalı liberal bir protestant olaraq Almaniya imperatorluğundakı suveren şovinist ruhun tipik bir təmsilçisi idi.
Qüstav Buassonad
Qüstav Emil Buassonad de Fontarabi (fr. Gustave Émile Boissonade de Fontarabie; 7 iyun 1825, Vensen – 27 iyun 1910, Antib) – Fransa hüquqşünası. O, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuş, Yaponiyanın mülki məcəlləsinin hazırlanmasında iştirak etmişdir. == Həyatı və karyerası == Qüstav Buassonad 1825-ci ildə Fransada doğulmuşdur. Paris Universitetində hüquq üzrə təhsil almış və doktorat dərəcəsi ilə məzun olmuşdur. Daha sonra Qrenobl Universitetində dərs deməyə başlamışdır. 1873-cü ildə Ədalət Nazirliyinin dəvəti ilə Yaponiyaya gəlmiş və 1895-ci ilə qədər Yaponiya hökuməti üçün işləmişdir.Buassonad Yaponiyada Xarici İşlər Nazirliyinin, Qenroin təşkilatının və İmperial Hakimiyyət Bürosunun məsləhətçisi kimi xidmət göstərmişdir. Ədalət Nazirliyinin Hüquq Məktəbinin təlimçisi kimi bir çox hüquqşünas yetişdirmişdir. O, Yaponiyanın cinayət məcəlləsinin və mülki məcəlləsinin tərtib olunmasında iştirak etmişdir.Buassonad Yaponiyada cinayət işi üzrə çarpaz sorğulama zamanı işgəncə metodunun ləğv olunması üçün petisiya ünvanlamış və uğurlu olmuşdur. Yaponiya hökuməti 1874-cü ildəki Tayvan ekspedisiyası zamanı onun beynəlxalq hüquq biliklərindən istifadə etmişdir.
Qüstav Flober
Qüstav Flober (12 dekabr 1821[…], Ruan – 8 may 1880[…]) — ən yaxşı roman müəlliflərindən biri sayılan Fransa yazıçısıdır. 1857-ci ildə yazılmış ilk romanı "Madam Bovari" ilə daha çox tanınır. == Həyatı == 1821-ci il 12 dekabrda cərrah ailəsində dünyaya gəmişdir. Kiçik yaşlarından əsərlər yazmağa başlamışdır. Doğma şəhərində təhsil almışdır. 1840-cı ildə Parisə getmiş və hüquq təhsili almışdır. Burada Viktor Hüqo ilə tanış olmuşdur. 1846-cı ildə Parisi tərk etmişdir. 1854-cü ildən doğma şəhərində anası ilə yaşamış və heç evlənməmişdir. Müxtəlif ölkələrə səyahət etmişdir.
Schwerer Gustav
Schwerer Gustav (az: ağır qustav) və Dora adlı iki nümunəsi istehsal edilmiş 80 sm K (E), Almanların İkinci Dünya Müharibəsi zamanı istifadə etdiyi 800 mm diametrlik lüləyə malik olan bir topudur. Sürüşdürmə dərəcəsi 48.5°, atış tezliyi 30-45 dəqiqədə 1 atış, gün ərzində 14 atış, mərninin çıxış sürəti 720 m/s (AP), 820 m/s (HE), effektiv mənzili və maksimum mənzili 48 km, istehsal xərci 7 Milyon Reichsmark olmuşdur. == Tarixi inkişafı == 1934-cü ildə Krupp şirkəti tərəfindən hazırlanan bu silah geniş sahəyə malik istehkam mövqelərini məhv etmək üçün hazırlanmışdır. Silah Alman mühəndisi Erich Müller tərəfindən dizayn edilmiş və hazırlanmışdır. Test mərhələsində top 250 atəş etmişdir. Təxminən 1350 ton ağırlığında idi və 48 km uzaqlıqdakı hədəfə 4800 kq mərmi göndərməyi bacarırdı. Heç bir motorlu nəqliyyat vasitəsi bu qədər ağır bir cismi hərəkət etdirə bilmədiyi üçün, dəmir yolunda daşınırdı. Topun hissələri 25 vaqonla daşınırdı. Topun hərəkət etməsi üçün 2500 nəfər dəmir yolu xəttini çəkməli idi. Əlavə olaraq silahı düzəltmək və atəşə hazır vəziyyətə gətirmək üçün 20-si mühəndis olmaqla 5.000 adama ehtiyac var idi.
VI Qustav
VI Qustav və yaxud tam adı ilə Oskar Fredrik Vilhelm Olaf Qustav Adolf (11 noyabr 1882 - 15 sentyabr 1973), idarəetmədə söz sahibi olan son İsveç kralıdır. == Həyatı == İsveç kralı V Qustavın oğlu idi. 1902-ci ildə orduya girdi, 1932-ci ildə generallığa yüksəldi. Uppsala Universitetində təhsil gördüyü illərdə başlayan arxeologiya marağı həyatı boyunca davam etdi. 1920-ci illərdə Yunanıstan, İtaliya və Kiprdə arxeoloji araşdırma gəzintilərinə qatıldı. İsveçdəki qədim abidələr haqda məqalələr yazdı. Dünyada Asiya qab-qacaqlarından ibarət olan ən böyük xüsusi kolleksiyalardan birinə sahib olan Qustav, Çin farforları mövzusunda mütəxəssis idi. 88 yaşında, İtaliyanın Akvarossa şəhərindəki Etrusk xarabalıqlarında davam etdirilən qazıntı işlərinə qoşuldu. == Ailəsi və hakimiyyət dövrü == 1920-ci ildə ölən ilk arvadı Connaught şahzadəsi Marqaretadan beş uşağı oldu. Ən böyük oğlu Vasterbotten hersoqu Qustav Adolfu varis elan etdi.
V Qustav
V Qustav (16 iyun 1858 – 29 oktyabr 1950) — İsveç Kralı II Oskar ilə Norveç Kraliçası Sofiya Nassaunun ən böyük oğludur. 1907-ci ildə taxta çıxmış və 29 oktyabr 1950-ci ildəki vəfatına qədər taxtda qalmışdır. == Xarakteri == İsveç idarəetməsinə birbaşa olaraq qarışan son kraldır. 1916-cı ildə müdafiə büdcəsi ilə əlaqədar anlaşmazlıq yaşamışdır. Kral mühafizəkar biri idi, lakin demokratik hərəkatı və fəhlə ödəniş hüquqlarını təsdiq etmişdi. Kral ayrıca son İsveç Baş komandiri olan kraldır (1907–1939). Birinci dünya müharibəsi boyu Almanpərəst bir siyasət yürütmüşdür. Birinci dünya müharibəsindəki siyasətinə Alman əsilli həyat yoldaşı təsir etmişdir. == İkinci dünya müharibəsi == Kral və nəvəsi şahzadə Adolf, İkinci dünya müharibəsindən əvvəl Nasist liderləri ilə birlikdə görülmüş olmaqlarına baxmayaraq bu böyük ehtimalla yalnız diplomatik məqsədli idi. Tarixçi Jörgen Weilbul'un qeydlərinə görə Macarıstanın insanlıq adına yəhudiləri qorumasını dəstəkləmişdi.
Qustav Kirxhof
Qustav Robert Kirxhof (alm. Gustav Robert Kirchhoff‎; 12 mart 1824[…], Köniqsberq – 17 oktyabr 1887[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya fiziki. O, Berlin Elmlər Akademiyasının üzvü (1840), London Kral Cəmiyyətinin xarici üzvü (1863), Sankt-Peterburq Elmlər Akademiyasının (1854) və Paris Elmlər Akademiyasının (1864) müxbir üzvü olmuşdur. == Həyatı == 1846-cı ildə Köniqsberq universitetini bitirmişdir. Breslau (1850) və Heydelberq (1854) universitetlərinin professoru olmuşdur. Riyaziyyat kafedrasına rəhbərlik etmişdir. 1875-ci ildən Berlin Universitetində fizika kafedrasına rəhbərlik etmişdir. Əsas elmi işləri optika, elektrodinamika və mexanikaya həsr olunmuşdur. O, 1847-ci ildə Kirxhof qanunları kimi tanınan geniş elektrik dövrəsində elektrik cərəyanlarının paylanması qanunlarını təyin etmişdir. Kondansatorun boşaldılması və elektrik induksiyası tədqiq edilmişdir.
Qustav Şpet
Q.Q.Şpet — rusiyalı filosof, psixoloq, pedaqoq, Rusiya İncəsənət Elmləri Akademiyasının həqiqi üzvü (1921) və vitse-prezidenti(1923—1929). == Həyatı == 30-cu illərə qədər şəxsiyyətin inkişafının, mədəniyyətinin rolunu inqilabaqədərki ənənələr üzərində davam etdirməyə çalışan istiqamət də var idi. Bu istiqamətin yaradıcısı Q.Q.Şpet (1879- 1937) idi. Onun yaratdığı istiqamət marksizmə alternativ kimi nəzərdə tutulmuşdu. Kiyev Gimnaziyasını bitirdikdən sonra Şpet 1898-ci ildə Kiyev Universitetinin fizika- riyaziyyat fakültəsinə daxil olur. Psixologiyaya olan marağı onu tarix-filologiya fakültəsinə keçməyə sövq edir. O, 1905-ci ildə universitet təhsilini başa vurur və Çelpanovun tələbəsi olur. Çelpanov Moskvaya köçdükdən sonra Şpeti də ora dəvət edir. O, əvvəlcə Ali Qadın kurslarında, Şanyav Universitetində, 1910-cu ildən sonra Moskva Universitetində dərs deyir. 1907-ci ildə Çelpanov və Trubetskoyun zəmanəti ilə Moskva Psixoloqlar Cəmiyyətinə həqiqi üzv seçilir.
Qustav Fexner
Qustav Teodor Fexner (alm. Gustav Theodor Fechner‎; 19 aprel 1801[…] – 18 noyabr 1887[…], Leypsiq, Saksoniya[…]) — alman psixoloqu, dünyada ilk eksperimental psixoloqlardan biri, psixofiziologiya və psixofizikanın banisi. Onun fikirləri XX əsrin bir çox alim və filosoflarına, o cümlədən: Ernst Max, Vilhelm Vundt, Ziqmund Freyd və s. təsir etmişdir. Fexner S = K log ⁡ I {\displaystyle S=K\log I} formulunun yaradıcısı hesab olunur ki, bu da orqanizmlə psixika arasında elmi əsaslandırılmış əlaqənin mövcudluğunu sübut edir. "Psixofizikanın elementləri" əsərində o, fiziki stimulun böyüklüyü ilə psixi proseslərin miqyası arasındakı əlaqəni izləmək üçün yol təklif edərək bunu "psixika-bədən" dualizmi probleminin həlli hesab etdi. == Həyatı == 19 aprel 1801-ci ildə Bad Muskau yaxınlığındakı Qross Zerxen şəhərində, Aşağı Lausitzdə anadan olmuşdur. Atası keşiş idi. Qustav dindar ailədə böyüməsinə baxmayaraq, sonradan ateist olmuşdur. O, Sorau və Drezdendə və Leypsiq Universitetində təhsil almış, burada Ernst Heinrix Veber ilə fiziologiya və Karl Brandan Mollveide ilə riyaziyyat üzrə təhsil alıb.