Ağa Sultanov
Ağa İsmayıl oğlu Sultanov (1901, Bakı – 12 iyun 1936, Axalsıx) — Azərbaycan inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maarif komissarı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Gürcüstan Kommunist Partiyası Axalsıx Rayon Komitəsinin birinci katibi.
== Həyatı ==
Ağa İsmayıl oğlu Sultanov 1901-ci ildə Bakı şəhərində neftçi fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsil almış, maddi səbəblərə görə dəmirçi emalatxanasında işləməyə başlamış, dəmirçi şagirdi olmuşdur. 1917-ci ildə inqilabi hərəkata qoşulmuş, Qriqori Petrovun döyüş dəstəsində xidmət etmişdir. 1919-cu ildə bolşeviklər partiyası sıralarına qəbul olunmuş və həmin ildən Azərbaycan dəmir yolunda işləyərək Bakı dəmiryolçularının həmkarlar ittifaqına başçılıq etmişdir. O, Bakı Partiya Komitəsinin tapşığı ilə dəmiryolçular arasında gizli təbliğat və təşviqat işi aparmışdır.1920-ci ilin fevral ayında Ağa Sultanov Bakı partiya təşkilatı tərəfindən Hacıqabula göndərilmiş və burada, eləcə də Kürdəmirdə və Yevlaxda həmkarlar ittifaqı təşkilatlarına başçılıq etmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ilk vaxtlar o, Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri, sonralar isə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Baş Milis İdarəsində komissar vəzifəsində və digər məsul işlərdə çalışmışdır. 1922–1924-cü Azərbaycan diviziyasında rəhbər partiya-siyasi vəzifədə çalışarkən Ağa SultanovAzərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri (1920–1933), Azərbaycan diviziyasında şobə rəisi və partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi təşkilat şobəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin katibi, AK(b)P MK-nın ikinci katibi vəzifələrində çalışıb.
1933-cü ildə Gürcüstana göndərilmiş və həyatının sonunadək burada Axalsıx Rayon Partiya Komitəsinin katibi (birinci katib) vəzifəsində çalışmışdır.Gürcüstan K(b)P MK və UİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin üzvü olub, Gürcüstan SSR və ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib.
Ağa Sultanov 12 iyun 1936-cı ildə Axalsıx şəhərində vəfat etmişdir.