Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saatsaz
Saatsaz — saatların təmiri və düzəldilməsi ilə məşğul olan şəxs.
Sarsaz (Şaran)
Sarsaz (başq. Һарыһаҙ, rus. Сарсаз) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 12 km, kənd sovetliyindən (Durtüylü): 11 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 27 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (60%), başqırdlar (39%) üstünlük təşkil edir.
Safsar
Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ. Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir. Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını, Şirvan şəhərini və Naxçıvanı əhatə edir.
Tatsat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Vatsap
WhatsApp (azərb. Votsap‎) — smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Müxtəlif platformalarda Android, BlackBerry OS, BlackBerry 10, iOS, Series 40, Symbian (S60) və Windows Phone. Messenceri yaratmış şirkət Yan Kum və Brayan Akton tərəfindən 2009-cu ildə əsası qoyulmuşdur. Şirkətin mərkəzi ofisi Santa-Klara, Kaliforniya ştatında yerləşir. WhatsApp-ın köməyi ilə hər gün 2 milyard mesaj (2012-ci il aprel ayında) göndərilirib. (cari ilin avqust ayında 10 milyarddan çox olmuşdur. 2015-ci ilin yanvar ayında isə bu rəqəm 30 milyardı ötmüşdü. İstifadəçilərin dəqiq miqdarı açılmır, amma Benedict Evans (Enders Analysis) analitikinin qiymətləndirilmələrinə görə oktyabrda (2012-ci il) 100 milyonu ötürdü.
Sapsan
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
Hatsan
Hatsan Arms Company (az. Hatsan Silah Şirkəti) — odlu və pnevmatik silahlar istehsal edən türk şirkətidir. Məhsullarını 90-dan çox ölkəyə ixrac edir. Şirkətin şüarı: «Serious, Solid, Impact» (Ciddi, Möhkəm, Təsirli).
Samsa
Samsa — Asiya və Afrikanın müxtəlif ölkələrində pişirilən peraşkisinin növü.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şatal
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Moşe Katsav
Moşe Katsav (ivr. ‏משה קצב‏‎), Musa Qəssab (fars. موسی قصاب‎; 5 dekabr 1945, Yəzd) — İsrailli siyasətçi. O, səkkizinci İsrail prezidenti kimi xidmət edib. Musa Qəssab adıyla İranın Yəzd şəhərində dünyaya gəlibdir.
Necati Şaşmaz
Məhəmməd Necati Şaşmaz (türk. Muhammed Necati Şaşmaz; 15 dekabr 1971, Elazığ) — Türkiyə aktyoru, ssenaristi, prodüseri və iş adamı. Qurdlar Vadisi seriasında canlandırdığı Polad Ələmdar personajı ilə tanındı. Zaza əsillidir. Əbdülqədir — Sahil Şaşmaz cütlüyünün oğludur. Raci Şaşmaz və Zübeyr Şaşmaz adında 2 qardaşı var. Əsl peşəsi turizmçilikdir, ibtidai və orta təhsilini tamamladı. Universitetə daxil ola bilməyincə, əvvəl Kanadaya, sonra ABŞ-yə getdi. Amerikada 6 il yaşadıqdan sonra, işləmə və daimi yaşama icazəsi verən qrin kart aldı. Hərbi xidmətini İzmit zəlzələsindən sonra ödənişli olaraq Kütahyada etdi.
Pinxos Sabsay
Sabsay Pinxos (Pyotr) Vladimiroviç (19 iyun (1 iyul) 1893 və ya 19 iyun 1893, Odessa, Xerson quberniyası – 25 aprel 1980, Bakı) — sovet heykəltəraşı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947), Azərbaycan SSR xalq rəssamı (1960), SSRİ xalq rəssamı (1973), 1-ci dərəcəli Stalin mükafatı laureatı. Pinxos Sabsay Odessa Rəssamlıq Texnikumunu və Peterburq Rəssamlıq Akademiyasını bitirib. 1917-ci ildə Odessa Təsviri İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayıb. 1918-ci ildə Vladimir İliç Leninin portret heykəllərini, "Əmək" monumental barelyefini yaradıb. 1928-ci ildən başlayaraq Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayıb. İki il sonra onun Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub. Bakıda monumental heykəllərlə yanaşı, həm də barelyeflərin üzərində işləyib. 1932-ci ildə Sabsay 55 fiqurdan ibarət olan 22 metr hündürlüyündə "İdmandan əməyə və müdafiəyə doğru" barelyefi yaradır. Bu əsər Bakıda İdman Sarayında qoyulub. 1933-cü ildə Bakı Fəhlə Teatrının foyesində onun müəllifi olduğu bir sıra barelyeflər yer alıb.
Raci Şaşmaz
Tayyar Raci Şaşmaz (d. 30 oktyabr 1973, Elazığ, Türkiyə) — Zaza kökənli Türkiyəli prodüser, ssenarist və aktyor. Zaza kökənlidir. Mərmərə Universiteti Radio və Televiziya fakültəsini bitirib. Rejissoru Osman Sınav olan Deli Yürek serialının ssenaristi oldu. 2001-ci ildə ilk filmi olan Deli Yürek: Bumerang Cehenneminin ssenarisini qələmə aldı. Ardından məşhur serial Qurdlar Vadisini yazmağa başladı. 2004-cü ildə öz istehsal şirkəti olan Pana Filmi quraraq, Qurdlar Vadisi serialının ssenaristliyi ilə birlikdə prodüserliyinidə üstləndi. Ekmek Teknesi, Eşref Saati, Qurdlar Vadisi Terror, Qurdlar Vadisi Pusqu serialları ilə yanaşı Muro, Qurdlar Vadisi İraq, Qurdlar Vadisi Qladio, Qurdlar Vadisi Fələstin filmlərinə imzasını atdı.
Salsal qalası
Salsal — Dərələyəz mahalında qədim qala. Bu qala Keşişkənd (Yeğeqnadzor) rayonunda Ələyəz, Hosdun, Həsənkənd, Erdərin, Horbadıq adlı kəndlərin əhatəsində, uca bir qayanın başında tikilmişdir. Strateji cəhətdən çox əhəmiyyətli yerdə tikilmiş bu qalanın içindən rayondakı kəndlərin, yolların, keçidlərin, aşırımların, gediş-gəliş cığırlarının əksəriyyətini nəzərdə saxlamaq, hücumların qarşısını almaq mümkündür. Qala çox uca və sıldırım qayanın başında tikildiyi üçün ona üç tərəfdən çıxmaq çox çətindir. Qalanın iki qapısı vardır. Əsas yolu isə şərq tərəfdəki (Ələyəz kəndi tərəfdəki) yalın üstündədir. İkinci qapısı isə Erdərin və Horbalıq kəndləri tərəfdəndir. Bu, əsas qapıya nisbətən bir qədər balacadır. Bundan başqa, qalanın qərb (günbatan) tərəfində, Hosdun və Həsəndkənd səmtində divarın özülündə çıxış üçün gizli bir kiçik qapı da vardır ki, bu, daş ilə hörülmüşdür. Bu qapını yalnız qalanın içindən açmaq olar.
Samsar dağı
Samsar dağı (gürc. სამსარი) — Samsar silsiləsində dağ.
Samsar silsiləsi
Samsar silsiləsi (gürc. სამსრის ქედი) — Gürcüstanda dağ silsiləsi. Dəlidağ — hündürlüyü 2929 m Samsar dağı — hündürlüyü 3284.7 m Qaraquzey dağı — hündürlüyü 2670.1 m Böyük Əbül dağı — hündürlüyü 3300.5 m Kiçik Əbül dağı — hündürlüyü 2799.8 Koroğlu dağı — hündürlüyü 2921 m İvantəpə — hündürlüyü 2933.4 m Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), Оглавление: Глава I. Топографическое описание поверхности. Горы: Горы Цихе-Джвари, стр.
Sansız (Tarım)
Sansız (az-əbcəd. سانسێز‎, fars. سانسیز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,074 nəfər yaşayır (327 ailə).
Seraya Şapşal
Seraya Şapşal (8 (20) may 1873 və ya 1873, Bağçasaray, Tavriya quberniyası[d] – 18 noyabr 1961 və ya 1961, Vilnüs) — Kəraim filoloqu, şərqşünası, filologiya elmləri doktoru, professor. Seraya Şapşal 1873-cü il mayın 20-də Baxçasaray şəhərində Mordexay Şapşal və Akbike Kazasın ailəsində anadan olub. Ailədə sonuncu 12-ci uşaq olub. 9 aylıq olanda anası Akbike Kazas dünyasını dəyişib. S. Pigitanın rəhbərliyi ilə Baxçasaray və Simferopolda keçirilən karaim midraşlarına qatılıb. 1884-cü ildə atasının qərarı ilə böyük qardaşı Moşe ilə birlikdə rus dilini öyrənmək üçün Sankt Peterburqa gedib. 1886-cı ilə qədər Oxtensk Peşə Məktəbində sonra isə Qureviçin gimnaziyasında təhsil alb. 1894-cü ildə gimnaziyanı bitirdikdən sonra Peterburq Universitetinə daxil olur. Burada Şərq dilləri fakültəsinə daxil olaraq ərəb, türk, fars və tatar dillərini öyrənir. 1896-cı ildə tələbə ikən "Krımda karaimlər və Çufut-Kale" adlı özünün ilk işini təqdim edib.
Nəcati Şaşmaz
Məhəmməd Necati Şaşmaz (türk. Muhammed Necati Şaşmaz; 15 dekabr 1971, Elazığ) — Türkiyə aktyoru, ssenaristi, prodüseri və iş adamı. Qurdlar Vadisi seriasında canlandırdığı Polad Ələmdar personajı ilə tanındı. Zaza əsillidir. Əbdülqədir — Sahil Şaşmaz cütlüyünün oğludur. Raci Şaşmaz və Zübeyr Şaşmaz adında 2 qardaşı var. Əsl peşəsi turizmçilikdir, ibtidai və orta təhsilini tamamladı. Universitetə daxil ola bilməyincə, əvvəl Kanadaya, sonra ABŞ-yə getdi. Amerikada 6 il yaşadıqdan sonra, işləmə və daimi yaşama icazəsi verən qrin kart aldı. Hərbi xidmətini İzmit zəlzələsindən sonra ödənişli olaraq Kütahyada etdi.
Sapsan (dəqiqləşdirmə)
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
Pleiarina safsaf
Salix mucronata (lat. Salix mucronata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Salix safsaf
Salix safsaf Forssk. ex Trautv. — Salix mucronata bitki növünün sinonimi. Salix safsaf Forssk. — Salix mucronata bitki növünün sinonimi.