Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cadi
Cadi (gürc. მჭადი) — ənənəvi olaraq lobio və pendirlə yeyilən ənənəvi gürcü qarğıdalı çörəyi.
Ladi
Ladi (rus. лади, ing.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
Tabi
Tabi (yap. 足袋) — Yaponların ənənəvi milli corabı. Ayaq biləyinə qədər hündürlüyə malik olan pambıq üzü və pambıq astarlı, klassik ağ rəngdə və də bağlamaq üçün dəmir sancaqlara malik bu corablar adət etdiyimiz corablardan həm də baş barmağının digər barmaqlardan ayrılması ilə fərqlənir. Bu formada olduqlarından onları kişi və qadınlar zori, geta və digər qayış və ya ipli ənənəvi ayaqqabılarla geyinə bilirlər. Tabi milli geyimləri — kimono (yap. 着物) və digər vafuku (yap. 和服 — Yaponiya geyimi) növlərini, eləcə də, orta əsrlərdə samuray paltarlarını bir növ tamamlayır. Tabinin daha geniş yayılmış forması ağ rəngdədir. Ağ tabilər rəsmi mərasimlərdə, məsələn, məşhur çay mərasimi zamanı geyinilir. Kişilər səfərlər zamanı bəzən qara və göy tabi geyinir.
Tali
Tali — Zəngilan rayonunun cənub-qərbində dağ. Araz çayının yaxınlığında yerləşir. Hündürlüyü 660 m. Talit variantında da qeydə alınmışdır. Oronim ərəb dilindəki tal sözündən və i(t) şəkilçisindən düzəlib, "çara, yüksəklik, baş, zirvə” deməkdir.
Todi
Todi (it. Todi) — İtaliyada kommuna - Ərazi bölgü vahidi. Umbriya regionunda yerləşir. Perudja ərazi mərkəzinə aiddir. Əhalinin sayı 2004-cü ilin məlumatlarına əsasən 17 075 nəfər, sahəsi isə 223 кm²-dir. Poçt indeksi 6059. Telefon kodu isə 075-dir. Yaşayış məntəqəsinin mühafizəkarı San Fartuna hesab edilir. 14 oktyabrda onun şərəfinə bayram keçirilir. Roma Papası Martin I burada doğulub.
Tаci
Taci (ərəb. التاجي‎)— İraqın mərkəzində, Bağdad mühafəzəsində şəhər. Tacinin təxminən 200.000 əhalisi var. Çoxları əkinçilik və kənd təsərrüfatı sektorunda çalışan sünni ərəb müsəlmanlardır.
Vadi
Vadi (rus. вади, ing. wadi — Şimali. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Kadi
Kadi — ad. Kadi (futbolçu) — Braziliyalı futbolçu. Yevdokiya Kadi — Kipr müğənnisi.
Tağı
Tağı — Azərbaycanlı kişi adı. Tağı Şahbazi Simurğ — yazıçı. Tağı Nağıyev — Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından. Tağı Tağıyev — Azərbaycan SSR xalq rəssamı.
Tafi
Tafi, bəzən Tafos ( q.yun. Τάφιος ) — yunan mifologiyasında Arqolida tsiklına aid personaj, tafililər tayfasının qəbiləsinin lideri, Tafos adasının eponimi. Mikena üzərində kral hakimiyyəti iddia etmişdir. Bir şəcərəyə görə, Tafinin atası Hippofoyun oğlu Pterelay olmuşdur.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Adı sənin, dadı mənim (film, 1980)
Adı sənin, dadı mənim tammetrajlı televiziya tamaşası rejissor Ələkbər Kazımovski tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Qəlyanalı, Qəmzə və Həmzə üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Televiziya tamaşasında əsas rolları Səyavuş Aslan, Nəsibə Zeynalova, Əzizağa Qasımov və Ofeliya Aslan ifa edirlər. == Məzmunu == Televiziya tamaşası Qəlyanalı (Səyavuş Aslan), Qəmzə (Nəsibə Zeynalova) və Həmzə (Əzizağa Qasımov) üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Qəlyanalı Qəmzənin malına, bağına görə onunla evlənmək istəyir. Həmzə isə Qəmzənin ayrıldığı keçmiş sevgilisidir. İş elə gətirir ki, Qəmzə Qəlyanalıya yox elə Həmzəyə ərə gedir. Qəlyanalının fırıldağı baş tutmur. Adı da Həmzənin olur, dadı da...
Evdokiya Kadi
Evdokiya Kadi (yun. Ευδοκία Καδή; 1981, Nikosiya) — Kipr müğənnisi. 2008-ci ildə Kipri "Fema Fetale" mahnısı ilə Avroviziya 2008 müsabiqəsində təmsil etmişdir. 22 mayda keçirilən yarımfinalda 15-ci yeri tutaraq finala çıxa bilməmişdir. Karyerasına 2001-ci ildə Kipr Universitetində başlamışdır. Bundan sonra o, Kiprdə və xaricdə müxtəlif yunan və kiprli müğənnilərin konsertlərində iştirak etmişdir. O həmçinin Kipr Yayın Korporasiyasının üzvüdür. Avroviziyadakı çıxışından sonra avqust ayında Yunanıstana gedərək Nikos Kourkoulis ilə "Poseydon" gecə klubunda çıxış etmişdir. 2008-ci ilin dekabrında isə ilk albomunu buraxmışdır.
Günəş tacı
Günəş tacı — Günəşdən 5 mln. km-dək məsafədə yerləşir. O, Günəşdən ətraf aləmə səpələnən yüklü hissəciklərdən, tozlardan, qaz kütlələrindən (onlara koronium deyilir) ibarətdir. Bu plazma axınları Günəş küləyi adlanır. Onların sürəti 300–400 km/san.-yə çatır. Günəşin ətrafa şüalandırdığı ümumi enerjinin miqdarı 4*10³³ erq/san-dir. Bu enerjinin 1/2.200.000.000 hissəsi Yer səthinə gəlib çatır. Adi müşahidə zamanı Günəş tacını ancaq tutulma əsnasında görmək olar. 1868-ci ilin 18 avqustunda müxtəlif ölkələrdən bir çox astronomlar tam Günəş tutulmasını müşahidə etmək üçün Hindistana getmişdilər. Bu zaman tacın və protuberansların spektrini öyrənməklə "helium qazı" kəşf edildi.
Hadi (xəlifə)
Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi. == Həyatı == Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir. O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir.
Hadi Atlasi
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] == Həyatı == Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. == Pedaqoq == Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.
Hadi Hicazifər
Hadi Hicazifər — İranlı Azərbaycan əsilli Aktyor və kinorejissordur.
Hadi Mirzəzadə
Hadı İsmayıl oğlu Mirzəzadə (1908 – 1965) — Azərbaycan dilçi alimi, türkoloq, filologiya elmləri doktoru (1960), professor (1961). == Həyatı == Hadi İsmayıl oğlu Mirzəzadə 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Bakı şəhərində alan Hadi Mirzəzadə 1925-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Darülfünunun (indiki BDU) Şərq fakültəsinə daxil olmuş, 1929-cu ildə həmin fakültənin dilçilik şöbəsini bitirmişdir. 1931-ci ildən respublikanın müxtəlif orta və ali məktəblərində dərs deməyə başlamış, Şamaxı və Naxçıvan pedaqoji məktəblərində, Azərbaycan Pedaqoji İnstitutunda, Qazax Pedaqoji İnstitutunda baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1950-ci ildən başlayaraq Hadi Mirzəzadə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ümumi dilçilik kafedrasının dosenti vəzifəsində çalışaraq öz dolğun, məzmunlu mühazirələri ilə müəllim və tələbələr arasında böyük hörmət qazanmışdır. 1953-1955-ci illərdə Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya universitetində müasir türk dilindən mühazirələr oxumuşdur. Azərbaycan dilinin tarixinin yaradıcılarından olan H.Mirzəzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya və şərqşünaslıq fakültələrində "Azərbaycan dilinin tarixi" kursundan mühazirələr oxumaqla yanaşı ciddi tədqiqatlarla məşğul olmuşdur. Elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidməti olmuşdur. Kiçik fasilələr nəzərə alınmazsa, onun bütün 30 illik elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. 1961-ci ildən həmin ali məktəbin "Ümumi dilçilik kafedrası"nın professoru seçilən H.Mirzəzadə ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
Hadi Rəcəbli
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. == Həyatı == Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Hadı Rəcəbli

Hadı Rəcəbov

Hadı Əliyev
Hadı Əliyev Bədəl oğlu (1900 – 1982) — coğrafiyaşünas alim, professor. == Həyatı == Hadı Əliyev 1900-cu ildə anadan olub. Orta təhsilini Bakının Maştağa kəndində Realnı məktəbində almışdır. Azərbaycanda Coğrafiya elminin və coğrafiya təhsilini qoyanlardan biridir. 1927-ci ildən Coğrafiya elminin tədrisi ilə məşğul olmuşdur. 1939-cu ildə coğrafiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmiş və Azərbaycanda ilk coğrafiyaşümas alimlərdən biri olmuşdur. XX əsrdə Azərbaycanda coğrafiyaçıların ilk milli müəllimi olnuşdur. == Elmi fəaliyyəti == O, 1939-cu ildə ADPU-nə müəlimliyə dəvət olunmuşdur. Bir müddət həmin institutun prorektoru vəzifələrində çalışmışdır. 1938-ci ildə keçmiş SSRİ EA-nın Azərbaycan filialında ilk iqtisadi coğrafiya şöbəsini təşkil edir və ona ictimai əsaslarla rəhbərlik edir.
Hakim Sadi
Hakim Sadi (14 noyabr 1992) — Əlcəzairli marafonçu. Hakim Sadi Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hakim Sadi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 26 dəqiqə 47 saniyəyə qət edərək 155 marafonçu sırasında 104-cü yeri tutdu.
Kadi (futbolçu)
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. == Həyatı == === Şəxsi həyatı === 2024-cü ilin iyun ayında həmyerlisi Samara Qonçalveşlə ailə həyatı qurub. == Karyerası == Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır. 2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir. 2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir.