Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Galeana
Galeana (lat. Galeana) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Galeana hastata La Llave Galeana pratensis (Kunth) Rydb.
Salgada
Kriptokariya (lat. Cryptocarya) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Salyana
Salyana — Qarabağ xanlığında vergi növü. Hərfi mənası farsca «illik» deməkdir. Bəzi müəlliflər qeyd edir ki, xanlıqlar dövründə xəzinənin xeyrinə toplanan malcəhət vergisi «salyana» adlanırdı. Verginin adına istinad etsək, bu verginin arpa və buğda şəklində illik yığılan vergi olduğunu aydınlaşdırmış olarıq.
Taliqan
Taliqan— İranın Əlburz ostanının şəhərlərindən və Taliqan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,281 nəfər və 988 ailədən ibarət idi.
Tatyana
Tatyana — ad. Tatyana Qubina — Qazaxıstanı təmsil edən su poloçusu. Tatyana Petrova — Rusiyanı təmsil edən su poloçusu. Tatyana Fyodorova — Azərbaycanı təmsil edən voleybolçu. Tatyana Omelçenko — Azərbaycanı təmsil edən qadın güləşçi. Tatyana Şinkarenko — Ukraynanı təmsil edən həndbolçu. Tatyana Xmırova — Rusiyanı təmsil edən həndbolçu. Tatyana Samoylova — Rusiyanın Xalq artisti. Tatyana Zatulovskaya — Tatyana Yosipoviç Tatyana Qorbunova — Rusiyanı təmsil edən bədii gimnast.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Calğan
Aşağı Calğan
Haqana
Haqana (ivr. ‏הַהֲגָנָה‏‎) — 1920–1948-ci illər arasında Britaniya Fələstinində yəhudi əhalisinin əsas sionist yarımhərbi təşkilatı. Bu, 1948-ci ildə ləğv edilmiş və İsrail Müdafiə Qüvvələrinin fundamentinə çevrilmişdir. Əvvəllər mövcud olan milislərdən yaradılan Haqananın ilkin məqsədi yəhudi yaşayış məntəqələrini ərəb hücumlarından qorumaq idi. Təşkilat Britaniya mandatı dövründə Fələstindəki yəhudi icmasına cavabdeh olan rəsmi dövlət orqanı olan Yəhudi Agentliyinin nəzarətində idi. İkinci Dünya müharibəsinin sonuna qədər Haqananın fəaliyyəti orta səviyyədə idi. Qrup Polşadan gizli hərbi dəstək almışdır. Haqana Ox dövlətlərinin Şimali Afrikadan Fələstinə hücum etməsi halında britaniyalılarla əməkdaşlıq etməyə çalışmışdır. İkinci Dünya müharibəsinin sona çatması və Birləşmiş Krallığın yəhudi immiqrasiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina etməsi ilə Haqana Britaniya hakimiyyətinə qarşı təxribatçı fəaliyyətə keçmişdir. Birləşmiş Millətlər Təşkilatı 1947-ci ildə Fələstinin bölünmə planını qəbul etdikdən sonra Haqana Fələstin yəhudiləri arasında ən böyük döyüş qüvvəsinə çevrilmiş və vətəndaş müharibəsi zamanı ərəb qüvvələri üzərində qələbə əldə etmişdir.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Talkan
Talkan (şirniyyat) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Toğana
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Tülqan
Tülqan — qəsəbə, Rusiyanın Orenburq vilayətinin Tülqan rayonunun mərkəzidir. Orenburq şəhərinin 130 km şimal-şərqində yerləşir. Tülqan qəsəbəsi Kiçik Nakas dağ silsiləsinin bir hissəsini tutur. 1940-cı illərdə Tülqan bölgəsinin ərazisində qonur kömür yatağı tapıldı, bu ərazidə 1953-cü ildə Tülqan qəsəbəsi quruldu. Qəsəbəyə buradan 4 km məsafədə yerləşən Tülqan xutorunun adı verilmişdir. Xutorun adı başqırd dilində tüylügen ("uçurtma") sözündən yaxud türkcə şəxs adı Tülegen sözündən gəlir . 1960-cı ildə Tülqan Troitsky rayonunun regional mərkəzi oldu. 1965-ci ildə Tülqan rayonu quruldu və Tülqan qəsəbəsi onun mərkəzi oldu. 1957–1999-cu illərdə Tülqan işçi qəsəbəsi statusu daşıyırdı. Qəsəbədəki sənaye Tülqan Maşınqayırma Zavodu MMC və Tülgan Elektromekanika Zavodu MMC kimi müəssisələrlə təmsil olunur.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Talan
Talan — kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Talan mənasında "poqrom" (rus. погром sözünün kökü rus. громить — dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) termin kimi ilk əvvələr əsasən Rus imperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar talan (poqrom) andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (bax: Sumqayıt poqromu) adlandırılmışdır.
Kristof Atanqana
Kristof Atanqana Assimba (fr. Christophe Atangana Assimba; 2 mart 2000, Duala) — Kamerun futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın qapıçısı. Kristof Atanqana karyerasına İspaniya "La Liqa" təmsilçisi " Atletik Bilbao"da başlamışdır. 2016-cı ildə o, İspaniyanın dördüncü divizionunda "Baskoniya"ya icarəyə göndərilmişdir. 2021-ci ildə Atanqana Azərbaycanda "Qəbələ" ilə müqavilə imzalamışdır. O, 10 dekabr 2021-ci ildə "Qəbələ"nin heyətində "MOİK" ilə 2:1 hesabı qələbə ilə nəticələnən oyunda debüt etmişdir.
Pentacalia jalcana
Pentacalia jalcana (lat. Pentacalia jalcana) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Tatyana Ananko
Tatyana Ananko (26 iyun 1984) — Belarusu təmsil edən bədii gimnast. Tatyana Ananko Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Tatyana Ağababayeva
Tatyana Ağababayeva — rəssam, batika ustası, Azərbaycan Rəssamlar İttifaqlarının üzvü. Tatyana Ödtəkin qızı Ağababayeva 1953-cü ildə Qazaxıstanın Almatı şəhərində peşəkar rəssamların ailəsində (anası Ağababayeva Valentina Alekseyevna) dünyaya gəlib. 1975-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib. 1982-ci ildə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbini (indiki Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye Akademiyası) qurtarıb. 1991-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqlarının üzvüdür. Ana tərəfdən babası Aleksey Nikolayeviç Şebaşev Qazaxıstanda çalışan hərbçilərdən idi, həvəskar rəssam idi. Ata tərəfdən babası İsgəndər Nəfisi dilmanc idi, rus dilindən Azərbaycan türkcəsinə tərcümə edərdi. Atası Odtəkin Ağababayev portret, anası Valentina Ağababayeva plakat rəssamı, oğulları Nikolay və Aleksey də batik rəssamlarıdır. 1976-cı ildən Ümumittifaq, Beynəlxalq və Respublika səviyyəsində təşkil olunan 10-dan çox sərginin, bir neçə beynəlxalq simpoziumun iştirakçısı, bir neçə müsabiqənin qalibidir. 1991, 2002, 2005 (iki dəfə), 2009-cu illərdə Bakıda fərdi sərgiləri baş tutub.
Tatyana Bakalçuk
Tatyana Bakalçuk (rus. Татьяна Владимировна Бакальчук 16 oktyabr 1975) — Rusiyalı sahibkar, Wildberries şirkətinin qurucusu və baş direktoru, paltar, ayaqqabı, ev əşyaları və digər malların satıldığı Rusiya beynəlxalq onlayn mağazanın sahibi. Forbesin məlumatına görə, 20 fevral 2020-ci il tarixindən etibarən Tatyana Bakalçuk Rusiyanın ən varlı qadını olmuşdur. 1.4 milyard dollar sərvəti ilə Elena Baturinanı qabaqlamışdır. Tatyana Bakalçuk koreya əsillidir. 1981-1992-ci illərdə oxuduğu Moskva yaxınlığındakı orta məktəbdə təhsil alır. Moskva Dövlət Regional Sosial və Humanitar İnstitutunda oxuyur. İngilis dili müəllimi diplomu alır. Bir müddət müəllim işləyir. 2004-cü ildə Tatyana uşaq dünyaya gətirir.
Tatyana Belan
Tatyana Belan (10 noyabr 1982) — Belarusu təmsil edən bədii gimnast. Tatyana Belan Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Tatyana Danilenko
Tatyana Danilenko (ukr. Тетяна Володимирівна Даниленко; 30 oktyabr 1983, Jitomir – Ukraynalı televiziya jurnalisti. 30 oktyabr 1983-cü ildə Ukrayna SSR-in Jitomir şəhərində Sovet, Ukrayna yazıçısı Vladimir Danilenkonun və ukrayna dili müəlliməsinin ailəsində anadan olmuşdur.. 16 yaşında "Ukrayna sözü" qəzetində nəşr olunmağa başlanır. 2001-ci ildə ailəsi ilə Kiyevə köçür və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika fakultəsinə jurnalist olaraq daxil olur. 2002-ci ildə, ikinci kursda oxuyarkən STB TV kanalında "Vikna-Stolitsya" proqramının müxbiri olaraq işə başlayır və burada 2004-cü ilə qədər qalır. 2004-cü ilin yazında Kanal 5-də parlament müxbiri olaraq işə başlayır. 2006-cı ildən bəri "Ças novin" proqramının aparıcısı olur və 2009-cu ildən bəri "Ças: pidsumki tıjnya" verilişini aparmağa başlayır. 2013-cü ildən bəri isə "Ças: pidsumki dnya" verilişinin aparıcısı olur. 23 - 25 avqust 2011-ci il tarixlərində Pavel Kuyev ilə birlikdə Kanal 5-də Ukraynanın müstəqilliyinin elan edilməsinin 20 illiyinə həsr olunmuş "Ukrayna Müstəqilliyi" telemarafonunu keçirir.
Tatyana Dekanoviç
Tatyana Dekanoviç (25 fevral 1997, Banya Luka) — Bosniya və Herseqovinalı atıcı. Tatyana Dekanoviç Bosniya və Herseqovinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Tatyana Dekanoviç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 410.8 xal toplayaraq 35-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Tatyana Deniskina
Tatyana Fyodorova
Tatyana Fyodorova (20 mart 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Tatyana Fyodorova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. Tatyana Fyodorova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Tatyana Jırkova
Tatyana Yorevna Jırkova — Rusiya Federasiyasının Yüngül atletika üzrə idmançısı. Tatyana Yorevna Jırkova 28 avqust 1970 ildə Tyonqyolyo kəndində anadan olmuşdur. Məktəbə qədər babasının yanında Tumul kəndində yaşamışdlr. İlk təhsilini isə Pavlov orta məktəbində almışdır. Beşinci sinifdə oxuyarkən məktəbin xizək üzrə bölməsinə yazılmışdır. Burada onun ilk müəllimi Anatoli Nikitiç Osipov olur. Tatyana məhz onu idman dünyasına gəlməsinin əsas səbəbkarı hesab edir. Tatyana 2002-ci ildə Belçikanın Torhaut şəhərində keçirilən 100 metr məsafəyə qaçışda birinci yeri tutur (7:37). Hollandiyanın Vinshoten şəhərində 2004-ci ildə keçirilən avropa çempionatında 7:10.31 (Avropa rekordu) vaxtla Avropa çempionu olur. 2008-ci ildə İtaliyanın Etrusk şəhərində 7:23.33, 2003-ci ildə isə Rusiyanın Çernoqolovka şəhərində keçirilən Avropa çempionatında 7:19.51 (Avropa rekordu) Avropa çempionu olur.