Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamartaş
Tamartaş — İrəvan quberniyasının Aleksandropol qəzasında köçün (elatın) yaşadığı qışlaq adı. Yerli tələffüz forması Dəmirdaş. == Toponimiyası == 1728-ci ilə aid türkcə mənbədə Şirakel nahiyəsində Tomardaş kənd adıdır. 1878-ci ildə qışlağın əhalisi qovulmuş və orada ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Vardakar adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Tumar Taş kimidir.Lakin həmin əsrə aid ermənicə mənbədə Tamir yazılmışdır. Yerli tələffüz forması Tomar=Daş. Türk dillərində tomar "otlaq bitkili sucaq yer" (belə yerlər, adətən, maldar ellərin yaylaq və qışlaqlarda düşərgə yerlərinə çevrilir), yaxud türkcə tomor-"torpaq sahəsi", "təpəcik"sözlərindən biri ilə bağlıdır. Toponimdəki taş "daş", "qaya" sözü göstərir ki, bu adda tomor "təpəcik" sözü vardır. Qazaxıstanda Kara-Tomar, Türkmənistanda Tomar-övliyə və Türkiyədə Van gölünün içərisində Ax-Tamar adasının adı ilə mənaca eynidir.
Tamarau
Tamarau (lat. Bubalus mindorensis) — Boşbuynuzlular fəsiləsinin Asiya camışları cinsinə aid növ.
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Tamerlan Kambolov
Tamerlan Kambolov (13 noyabr 1959) — Rus filoloq-osetinşunas alim və sosiolinqvist, filologiya elmləri doktoru (2002), Kosta Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin professoru (2011–2016), UNESCO-nun Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun multikultural və çoxdilli təhsil kafedrasının müdiri, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü (2012–2016), UNESCO-nun Rusiya Federasiyası Sədrləri Koordinasiya Komitəsinin üzvü. Şimali Osetiya-Alaniya Respublikasının Əməkdar Təhsil İşçisi. 2017-ci ilin iyulundan Şimali Osetiya-Alaniya Respublikası Başçısının milli və mədəni inkişaf məsələləri üzrə müşaviri. 2019-cu ilin noyabrından "Böyük Qafqaz və Qərbi Asiya makro bölgəsinin davamlı inkişaf perspektivləri və problemləri" Beynəlxalq Elmi Mərkəzinin direktoru. == Bioqrafiya == Şimali Osetiya Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin Fransız şöbəsini bitirib (1981), Əlcəzair Xalq Demokratik Respublikası istiqamətində çalışmışdır. 1984-cü ildə ŞODU-nİn Fransız dili kafedrasına müəllim olaraq qəbul edilir və tezliklə Xarici Dillər Fakültəsinin dekan müavini olur. 1987–88-ci illərdə universitetin tədris şöbəsinin müdiri işləmişdir. 1989–92-ci illərdə Sankt-Peterburq Dövlət Universitetində əyani aspiranturada təhsil almışdır. 1992-ci ilin iyununda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək ŞODU-nə qayıdır. 1993–2008-ci illərdə Xarici Dillər fakültəsinin dekanı və (1998-ci ildə təsis edilmiş) Beynəlxalq Münasibətlər Fakültəsinin dekanı olur.
Tamerlan Mahmudov
Tamerlan Fuad oğlu Mahmudov (21 mart 1995; Bakı, Azərbaycan – 18 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan, 1995-ci il martın 21-də Bakı şəhərində anadan olmuşdur. Bir bacısı var. 1998-ci ildə anasıyla birlikdə Sankt-Peterburq şəhərinə gedir. Bir müddət anası ilə burada yaşayır. Lakin səhhəti ilə bağlı orada çox qala bilmir. Və Bakıya sevimli nənəsinin və onu sevən xalalarının yanına yaşamağa gəlir. Buna baxmayaraq O, bayramlarda və tətillərdə anasıylada tez-tez görüşür.2002-2006-cı illərdə 107 saylı orta məktəbdə, daha sonra isə Milli qəhrəman Məzahir Rüstəmovun adını daşıyan 32 saylı orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından öz qeyri-adi istedadı, musiqiyə olan marağı ilə öz yaşıdlarından seçilirdi. Elə bu marağa görədə o təhsilini 2006-cı ildə Mərdəkan qəsəbəsində yerləşən 2 nömrəli İnternat məktəbində davam etdirməyi qərara alır.
Tamerlan Qarayev
Tamerlan Yelmar oğlu Qarayev (30 yanvar 1952, Qasımlı, Ağdam rayonu) — diplomat, hüquqşünas, Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki, Hindistandakı və İndoneziyadakı keçmiş səfiri. Hazırda Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Azərbaycan SSR-də Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978–1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992–1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən Tamerlan Qarayevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verildi. Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.
Tamerlan Süleymanov
Tamerlan Xankişi oğlu Süleymanov (1 mart 1992, Tikəband, Lerik rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan Süleymanov 1992-ci il martın 1-də Lerik rayonunun Tikəband kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Tamerlan Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tamerlan Süleymanov oktyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. O, Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Süleymanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tamerlan Səfərov
Tamerlan Cavad oğlu Səfərov (6 yanvar 2001; Quba, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tamerlan Səfərov 2001-ci il yanvarın 6-da Quba şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Tamerlan Səfərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Tamerlan Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Tamerlan Səfərov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Quba şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tamerlan Tadtayev
Tamerlan Tadtayev (5 iyul 1966, Sxinval, Cənubi Osetiya Muxtar Vilayəti, Gürcüstan SSR, SSRİ) — Osetin əsilli rus yazıçısı, publisist. Cənubi Osetiyanın "Vətən müdafiəçisi" medalı ilə təltif edilmişdir. == Bioqrafiyası == 5 iyul 1966-cı ildə Tsxinvali şəhərində fəhlə ailəsində anadan olmuşdur. Tsxinvalidə orta məktəbdə oxuyur. 1981-ci ildə ailəsi ilə Düşənbə şəhərinə köçür. 1983-cü ildə sənət məktəbinə daxil olur. 1986-cı ildə yenidən Tsxinvaliyə qayıdır. SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1989-1992, 2004, 2008-ci illər gürcü-osetin müharibələrinin iştirakçısı olur. Döyüşlərdə bir neçə dəfə yaralanır.
Tamerlan Əliyev
Tamerlan Əziz oğlu Əliyev (3 oktyabr 1921, Şahtaxtı, Naxçıvan MSSR – 7 aprel 1997, Bakı) — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor. == Həyatı == Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular. T. Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı. Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Həkim Əziz Əliyevin oğludur.
Tamerlan Soltanbəyli
Tamerlan Soltanbəyli (28 noyabr 1997, Tüntül, Qəbələ rayonu – 19 sentyabr 2023, Xocalı) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. == Həyatı == Soltanbəyli Tamerlan İmran oğlu 28 noyabr 1997-ci ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 2015-ci ildə Qəbələ rayon Tüntül kənd tam orta məktəbini bitirmişdir. Ailənin 2-ci övladı olan Tamerlan 19 sentyabr 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatında iştirak edərək Xocalıda şəhid olmuşdur. Heyvanları çox sevən Tamerlanın atlara qarşı da xüsusi sevgisi olmuşdur. Şəhidin doğum günü münasibətilə 28 noyabr 2023-cü ildə Qəbələ rayonunun Tüntül kəndində şəhidin atının ən ön sırada olduğu at yürüşü keçirilmişdir. == Hərbi xidməti == Soltanbəyli Tamerlan orta məktəbi bitrdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müvəqqəti hərbi xidmət keçmişdir. Hərbi xidmətini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində şücaətlə döyüşmüş, başından qəlpə yarası almışdır. Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Kamaran adası
Kamaran adası (ərəb. كمران‎) — Qırmızı dənizdə yerləşən Yəmənən məxsus olan ada. == Coğrafiyası == Kamaran adası Qırmızı dənizin cənub hissəsində, Ərəbistan yarımadasından cənub-qərbdə yerləşir. Ada mərcan rifləri ilə örtülüdür. Adanın dahəsi 108 km² təşkil edir. Onun uzunluğu 18 km, eni isə 7 km təşkil edir. Bəzi digər mənbələrdə ada ətrafında olan riflərin sahələrinin 181, 130, 57 km² olaraq göstərirlər. Britaniya hakimiyyəti dönəmində adanın sahədi 207 km² olaraq göstərilirdi == Tarixi == Ada strateji baxımdan əlverişli bölgədə yerləşir. Belə ki, Qırmızı dənizlə Hind okeanı arasında yerləşməsi onun imkanlarını artırır. Adaya ilk saahib olan avripslılar portuqallar olmuşdur.
İmperator Tamarin
İmperator Tamarin (Saguinus imperator) — olaraq bilinən bu növün adı, iddialara görə əslində Alman imperatoru II Vilhelm məsxərəyə qoymaq üçün qoyulmuşdur. Bəzi qaynaqlar isə bu adın Çin imperatorlarına göndərmə olaraq qoyulduğunu iləri sürürlər . Ancaq "imperator" kəliməsi, həqiqətən də növün elmi adı olaraq qeydlərə keçmişdir. == Yaşadığı ərazi == Peru'nun şərqində, Amazon bölgəsində yaşayan İmperator Tamarin'i Bolivya və Brazilya'nın bəzi əyalətlərində də görülmüşdür. Meşələrdə ağaclar üzərində yaşayaraq çeşidli bitkilər, bitki nektarları və böcəklərlə bəslənirlər. Pəncələri və əlləri cisimləri tutmaq və saxlamaq mövzusunda püxtələşəcək şəkildə təkamülləşmişlər. Məsələn pəncələri sayəsində bitki gövdələrini parçalayaraq içlərindən çıxan saqqızı yeyebilirlər . == Fiziki quruluşu == Normalda tükləri çoğunluqla bozdur, Sinəsinde ise sarı bənəklər görülə bilər. Əlləri və ayaqları qara, quyruğu isə qəhvəyidir. Onu maraqlı edən isə dişiləri çəkmək üçün istifadə etdiyi və olduqça maraqlı quruluşda olan "saqqal" ve "bığ"larıdır.
Böyük Tamara
Böyük Tamara (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib. Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi. Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb.
Nelumbium tamara
Fındıqcalı şanagüllə və ya Hind lotusu(lat. Nelumbo nucifera) — şanagüllə cinsinə aid bitki növü.
Tamara (rəqs)
Tamara — Azərbaycanın milli rəqsi. Təqribən 1916-1917-ci illərdə Bakıda yaranıb. Rəqsə bu ad toylarda Azərbaycan rəqslərini ifa edən məşhur Salyanlı rəqqasə Tamaranın şərəfinə verilmişdir. Lirik rəqsdir, əsasən qadınlar tərəfindən, çox hallarda həm də kişilər tərəfindən aram tempdə ifa olunur. Rəqs muğam oxunması ilə başlanır.
Tamara Abakeliya
Tamara Qriqoryevna Abakeliya (gürc. თამარ გრიგოლის ასული აბაკელია, 19 avqust (1 sentyabr) 1905, Xoni, İmereti – 14 may 1953, Tbilisi, SSRİ) — Gürcüstan-sovet heykəltəraşı, teatr rəssamı, qrafik rəssamı, qrafik dizayneri. Məşhur həkim və ictimai xadim İoseb Abakelianın (1882–1938) qardaşı qızıdır. == Həyatı == Tamara Abakeliya 19 avqust 1905-ci ildə Gürcüstanın qərbində, İmereti bölgəsində Xoni qəsəbəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almışdır. Sonra rəssamlıq təhsilini almaq üçün Tbilisiyə yollanmışdır. Tamara Abakeliya 1924–1929-cu illərdə N.P.Kandelaki, E.E.Lansere və Y.İ.Nikoladzenin də dərs verdiyi Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Teatr və dekorativ rəngkarlıq sahəsində K.A.Marcanişvilinin rəhbərliyi altında işləməyə başlayır. 1932–1934-cü illərdə Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrının rəssamı idi. 1942-ci ildən Sov.İKP üzvü olub.
Tamara Beruçaşvili
Tamara Beruçaşvili (gürc. თამარ ბერუჩაშვილი; 9 aprel 1961, Tbilisi) — Gürcüstan dövlət xadimi və diplomatı. 1998-2000-ci illərdə Gürcüstanın Ticarət və Xarici İqtisadi Əlaqələr naziri, 2004-cü ildə Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Naziri, 2014-2015-ci illərdə Gürcüstanın Xarici İşlər Naziri, 2016-cı ildən isə Gürcüstanın Böyük Britaniyadakı səfiridir. == Bioqrafiya == Beruçaşvili 1985-ci ildə Moskvanın Rusiya Xalqlar Dostluğu Universitetini bitirib, fizika-riyaziyyat və təbiət elmləri, eləcə də xarici dillər fakültələrində təhsil alıb. Təhsilinə görə - kimyaçı, fransız dilindən tərcüməçidir. 1986-1990-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Farmakologiya İnstitutunda baş laborant işləyib. 1990-1992-ci illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi olur. 1992-ci ildə UNESCO Beynəlxalq İdarəetmə Mərkəzini bitirib. 1992-1994-cü illərdə Gürcüstanın Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsində işləmiş, TACIS proqramının koordinasiya bürosunun inzibatçısı olmuşdur. 1994-1996-cı illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində çalışır, TACIS proqramının koordinasiya bürosunda icraçı direktor müavini vəzifəsini tutur.
Tamara Gözəlova
Tamara Gözəlova 14 fevral 1940, Bakı – 8 may 2020, Bakı) — Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi. == Həyatı == Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 1956–1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub. Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi İbad" adıyla məşhurlaşan "O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandırıb. Bir övladı olan Tamara Gözəlova 2020-ci il 8 may tarixində xərçəng xəstəliyindən vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.
Tamara Kokova
Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti. == Həyatı == Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur. Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır. == Filmoqrafiya == Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz.
Tamara Qaçeçiladze
Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983, Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır. Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Tamara Qəniyeva
Tamara Qəniyeva (başq. Тамара (Тимербикә) Әхмәтшәриф ҡыҙы Ғәниева 25 yanvar 1951, Kinzyabay[d], Başqırd MSSR) — Başqırd şairəsi, tərcüməçi və dramaturq. Başqırdıstanın xalq şairi (2019). Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi (1993). Rusiya Yazıçılar Birliyinin, BMSSR Yazıçılar Birliyinin üzvü (1986). R.Qaripov (1998), F. Kərim (2004), B. Bikbay (2013) adına mükafatı laureatı. Mahmud Kaşğari Beynəlxalq Hekayə Müsabiqəsinin (2014) laureatı. Başqırd dilinə ən yaxşı bədii tərcüməyə görə "Şöz bağlayan ip" Ümumrusiya ədəbi mükafatı laureatı (2016). Başqırdıstan Respublikasının 100 illiyinə həsr olunmuş "Şanlı Başqırdıstanım!" Şeir müsabiqəsinin laureatı (2018). == Bioqrafiyası == Tamara Qəniyeva 25 yanvar 1951-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialis Rerspublikasının Kumertau rayonunun Kinzyabay kəndində (indiki Başqırdıstan Respublikasının Kuyargazinski rayonu) anadan olmuşdur.
Tamara Sinyavskaya
Tamara İlyiniçna Sinyavskaya (rus. Тамара Ильинична Синявская; 6 iyul 1943, Moskva, SSRİ) — sovet və rus opera müğənnisi (mezzo-soprano) və müəllim.RSFSR xalq artisti və Azərbaycan Respublikasının xalq artisti. SSRİ xalq artisti (1982). Lenin komsomolu mükafatı (1980) qalibi. == Həyatı == Tamara Sinyavskaya 6 iyul 1943-cü ildə Moskvada anadan olub Altı yaşında o, Pionerlər Sarayındakı Mahnı və Rəqs Ansamblına rəqs qrupuna daxil oldu.Bir müddət sonra 1953-cü ildə yenidən Pionerlər Sarayında V. S. Loktevin rəhbərliyi altında Mahnı və Rəqs Ansamblında təhsili alıb. Orta məktəbi bitirdikdən sonra Moskva Konservatoriyasının nəzdindəki Musiqi Məktəbinə (L. M. Markovanın sinfi, sonra O. P. Pomerantseva) daxil olub. Məktəbdəki təhsilini Maly Teatrındakı işi ilə birləşdirdi - səhnə xorunda oxudu. 1970-ci ildə GİTİS-in musiqili komediya şöbəsini (D. B. Belyavskaya sinfi) bitirmişdir. 1964-cü ildə kolleci bitirdikdən sonra Dövlət Akademik Böyük Teatrında müsabiqədən keçərək kollektivə daxil olub. O, teatrda Q.Verdinin "Riqoletto"sunda Peyc rolunda debüt etdi.
Tamara Stanisiç
Tamara Stanisiç — 1998-ci ildə anadan olmuşdur. İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Tamara Stanisiç 1997-ci ildə anadan olmuşdur. == Karyerası == Tamara Stanisiç 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2015 və 2014-cü illərdə Dünya Çempionatında iştirak etmişdir.
Tamara Tansıkkujina
Tamara Tansıkkujina (tam adı: Tamara Tansıkkujina, başq. Танһыҡҡужина Тамара Михаил ҡыҙы; 11 dekabr 1978, Naberejnıye Çelnı, Tatarıstan MSSR) — Rusiyanın beynəlxalq dama oyunçusu, beynəlxalq qrosmeyster, Dünya Dama Federasiyasında qadın oyunçuların nümayəndəsi, Başqırdıstan Respublikası Dama Federasiyasının İcraiyyə Komitəsinin sədri. O, qadınlar arasında beşqat Dünya çempionu, ikiqat Avropa çempionudur. Həmçinin, Rusiyada 20 ən yaxşı oyunçudan (cinsindən asılı olmayaraq) biridir. Doğma Başqırdıstanda keçirilmiş festivalın fəxri qonağı olmuşdur. 2013 Dünya Dama Çempionatında B qrupunda 8-ci yeri tutmuşdur. Yar Çallı şahmat və dama klubunun yetirməsidir. Klubda məşqçiləri Sergey Oveçkin və M. Belkina olmuşdur, hazırda isə Yuri Çertok və Aleksey Çijovdur. Başqırdıstan İctimai Palatasının üzvü olub. == Həyatı == Dama ilə 8 yaşında pionerlər evində olarkən məşğul olmağa başlayıb.