Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tamartaş
Tamartaş — İrəvan quberniyasının Aleksandropol qəzasında köçün (elatın) yaşadığı qışlaq adı. Yerli tələffüz forması Dəmirdaş. 1728-ci ilə aid türkcə mənbədə Şirakel nahiyəsində Tomardaş kənd adıdır. 1878-ci ildə qışlağın əhalisi qovulmuş və orada ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Vardakar adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Tumar Taş kimidir.Lakin həmin əsrə aid ermənicə mənbədə Tamir yazılmışdır. Yerli tələffüz forması Tomar=Daş. Türk dillərində tomar "otlaq bitkili sucaq yer" (belə yerlər, adətən, maldar ellərin yaylaq və qışlaqlarda düşərgə yerlərinə çevrilir), yaxud türkcə tomor-"torpaq sahəsi", "təpəcik"sözlərindən biri ilə bağlıdır. Toponimdəki taş "daş", "qaya" sözü göstərir ki, bu adda tomor "təpəcik" sözü vardır. Qazaxıstanda Kara-Tomar, Türkmənistanda Tomar-övliyə və Türkiyədə Van gölünün içərisində Ax-Tamar adasının adı ilə mənaca eynidir.
Tamarau
Tamarau (lat. Bubalus mindorensis) — Boşbuynuzlular fəsiləsinin Asiya camışları cinsinə aid növ.
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Tamerlan Kambolov
Tamerlan Kambolov (13 noyabr 1959) — Rus filoloq-osetinşunas alim və sosiolinqvist, filologiya elmləri doktoru (2002), Kosta Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin professoru (2011–2016), UNESCO-nun Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun multikultural və çoxdilli təhsil kafedrasının müdiri, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü (2012–2016), UNESCO-nun Rusiya Federasiyası Sədrləri Koordinasiya Komitəsinin üzvü. Şimali Osetiya-Alaniya Respublikasının Əməkdar Təhsil İşçisi. 2017-ci ilin iyulundan Şimali Osetiya-Alaniya Respublikası Başçısının milli və mədəni inkişaf məsələləri üzrə müşaviri. 2019-cu ilin noyabrından "Böyük Qafqaz və Qərbi Asiya makro bölgəsinin davamlı inkişaf perspektivləri və problemləri" Beynəlxalq Elmi Mərkəzinin direktoru. Şimali Osetiya Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin Fransız şöbəsini bitirib (1981), Əlcəzair Xalq Demokratik Respublikası istiqamətində çalışmışdır. 1984-cü ildə ŞODU-nİn Fransız dili kafedrasına müəllim olaraq qəbul edilir və tezliklə Xarici Dillər Fakültəsinin dekan müavini olur. 1987–88-ci illərdə universitetin tədris şöbəsinin müdiri işləmişdir. 1989–92-ci illərdə Sankt-Peterburq Dövlət Universitetində əyani aspiranturada təhsil almışdır. 1992-ci ilin iyununda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək ŞODU-nə qayıdır. 1993–2008-ci illərdə Xarici Dillər fakültəsinin dekanı və (1998-ci ildə təsis edilmiş) Beynəlxalq Münasibətlər Fakültəsinin dekanı olur.
Tamerlan Mahmudov
Tamerlan Qarayev
Tamerlan Yelmar oğlu Qarayev (30 yanvar 1952, Qasımlı, Ağdam rayonu) — diplomat, hüquqşünas, Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki, Hindistandakı və İndoneziyadakı keçmiş səfiri. Hazırda Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri. Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Azərbaycan SSR-də Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978–1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992–1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən Tamerlan Qarayevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verildi. Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.
Tamerlan Süleymanov
Tamerlan Səfərov
Tamerlan Tadtayev
Tamerlan Tadtayev (5 iyul 1966, Sxinval, Cənubi Osetiya Muxtar Vilayəti, Gürcüstan SSR, SSRİ) — Osetin əsilli rus yazıçısı, publisist. Cənubi Osetiyanın "Vətən müdafiəçisi" medalı ilə təltif edilmişdir. 5 iyul 1966-cı ildə Tsxinvali şəhərində fəhlə ailəsində anadan olmuşdur. Tsxinvalidə orta məktəbdə oxuyur. 1981-ci ildə ailəsi ilə Düşənbə şəhərinə köçür. 1983-cü ildə sənət məktəbinə daxil olur. 1986-cı ildə yenidən Tsxinvaliyə qayıdır. SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1989-1992, 2004, 2008-ci illər gürcü-osetin müharibələrinin iştirakçısı olur. Döyüşlərdə bir neçə dəfə yaralanır.
Tamerlan Əliyev
Tamerlan Əziz oğlu Əliyev (3 oktyabr 1921, Şahtaxtı, Naxçıvan MSSR – 7 aprel 1997, Bakı) — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor. Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular. T. Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı. Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Həkim Əziz Əliyevin oğludur.
Tamerlan Soltanbəyli
Kamaran adası
Kamaran adası (ərəb. كمران‎) — Qırmızı dənizdə yerləşən Yəmənən məxsus olan ada. == Coğrafiyası == Kamaran adası Qırmızı dənizin cənub hissəsində, Ərəbistan yarımadasından cənub-qərbdə yerləşir. Ada mərcan rifləri ilə örtülüdür. Adanın dahəsi 108 km² təşkil edir. Onun uzunluğu 18 km, eni isə 7 km təşkil edir. Bəzi digər mənbələrdə ada ətrafında olan riflərin sahələrinin 181, 130, 57 km² olaraq göstərirlər. Britaniya hakimiyyəti dönəmində adanın sahədi 207 km² olaraq göstərilirdi == Tarixi == Ada strateji baxımdan əlverişli bölgədə yerləşir. Belə ki, Qırmızı dənizlə Hind okeanı arasında yerləşməsi onun imkanlarını artırır. Adaya ilk saahib olan avripslılar portuqallar olmuşdur.
İmperator Tamarin
İmperator Tamarin (Saguinus imperator) — olaraq bilinən bu növün adı, iddialara görə əslində Alman imperatoru II Vilhelm məsxərəyə qoymaq üçün qoyulmuşdur. Bəzi qaynaqlar isə bu adın Çin imperatorlarına göndərmə olaraq qoyulduğunu iləri sürürlər . Ancaq "imperator" kəliməsi, həqiqətən də növün elmi adı olaraq qeydlərə keçmişdir. Peru'nun şərqində, Amazon bölgəsində yaşayan İmperator Tamarin'i Bolivya və Brazilya'nın bəzi əyalətlərində də görülmüşdür. Meşələrdə ağaclar üzərində yaşayaraq çeşidli bitkilər, bitki nektarları və böcəklərlə bəslənirlər. Pəncələri və əlləri cisimləri tutmaq və saxlamaq mövzusunda püxtələşəcək şəkildə təkamülləşmişlər. Məsələn pəncələri sayəsində bitki gövdələrini parçalayaraq içlərindən çıxan saqqızı yeyebilirlər . Normalda tükləri çoğunluqla bozdur, Sinəsinde ise sarı bənəklər görülə bilər. Əlləri və ayaqları qara, quyruğu isə qəhvəyidir. Onu maraqlı edən isə dişiləri çəkmək üçün istifadə etdiyi və olduqça maraqlı quruluşda olan "saqqal" ve "bığ"larıdır.
Nelumbium tamara
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Tamara (rəqs)
Tamara — Azərbaycanın milli rəqsi. Təqribən 1916-1917-ci illərdə Bakıda yaranıb. Rəqsə bu ad toylarda Azərbaycan rəqslərini ifa edən məşhur Salyanlı rəqqasə Tamaranın şərəfinə verilmişdir. Lirik rəqsdir, əsasən qadınlar tərəfindən, çox hallarda həm də kişilər tərəfindən aram tempdə ifa olunur. Rəqs muğam oxunması ilə başlanır.
Tamara Abakeliya
Tamara Qriqoryevna Abakeliya (gürc. თამარ გრიგოლის ასული აბაკელია, 19 avqust (1 sentyabr) 1905, Xoni, İmereti – 14 may 1953, Tbilisi, SSRİ) — Gürcüstan-sovet heykəltəraşı, teatr rəssamı, qrafik rəssamı, qrafik dizayneri. Məşhur həkim və ictimai xadim İoseb Abakelianın (1882–1938) qardaşı qızıdır. Tamara Abakeliya 19 avqust 1905-ci ildə Gürcüstanın qərbində, İmereti bölgəsində Xoni qəsəbəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almışdır. Sonra rəssamlıq təhsilini almaq üçün Tbilisiyə yollanmışdır. Tamara Abakeliya 1924–1929-cu illərdə N.P.Kandelaki, E.E.Lansere və Y.İ.Nikoladzenin də dərs verdiyi Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Teatr və dekorativ rəngkarlıq sahəsində K.A.Marcanişvilinin rəhbərliyi altında işləməyə başlayır. 1932–1934-cü illərdə Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrının rəssamı idi. 1942-ci ildən Sov.İKP üzvü olub.
Tamara Beruçaşvili
Tamara Beruçaşvili (gürc. თამარ ბერუჩაშვილი; 9 aprel 1961, Tbilisi) — Gürcüstan dövlət xadimi və diplomatı. 1998-2000-ci illərdə Gürcüstanın Ticarət və Xarici İqtisadi Əlaqələr naziri, 2004-cü ildə Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Naziri, 2014-2015-ci illərdə Gürcüstanın Xarici İşlər Naziri, 2016-cı ildən isə Gürcüstanın Böyük Britaniyadakı səfiridir. Beruçaşvili 1985-ci ildə Moskvanın Rusiya Xalqlar Dostluğu Universitetini bitirib, fizika-riyaziyyat və təbiət elmləri, eləcə də xarici dillər fakültələrində təhsil alıb. Təhsilinə görə - kimyaçı, fransız dilindən tərcüməçidir. 1986-1990-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Farmakologiya İnstitutunda baş laborant işləyib. 1990-1992-ci illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi olur. 1992-ci ildə UNESCO Beynəlxalq İdarəetmə Mərkəzini bitirib. 1992-1994-cü illərdə Gürcüstanın Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsində işləmiş, TACIS proqramının koordinasiya bürosunun inzibatçısı olmuşdur. 1994-1996-cı illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində çalışır, TACIS proqramının koordinasiya bürosunda icraçı direktor müavini vəzifəsini tutur.
Tamara Gözəlova
Tamara Gözəlova 14 fevral 1940, Bakı – 8 may 2020, Bakı) — Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi. Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 1956–1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub. Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi İbad" adıyla məşhurlaşan "O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandırıb. Bir övladı olan Tamara Gözəlova 2020-ci il 8 may tarixində xərçəng xəstəliyindən vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.
Tamara Kokova
Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti. Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur. Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır. Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz.
Tamara Qaçeçiladze
Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983, Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır. Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Tamara Qəniyeva
Tamara Qəniyeva (başq. Тамара (Тимербикә) Әхмәтшәриф ҡыҙы Ғәниева 25 yanvar 1951, Kinzyabay[d], Başqırd MSSR) — Başqırd şairəsi, tərcüməçi və dramaturq. Başqırdıstanın xalq şairi (2019). Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi (1993). Rusiya Yazıçılar Birliyinin, BMSSR Yazıçılar Birliyinin üzvü (1986). R.Qaripov (1998), F. Kərim (2004), B. Bikbay (2013) adına mükafatı laureatı. Mahmud Kaşğari Beynəlxalq Hekayə Müsabiqəsinin (2014) laureatı. Başqırd dilinə ən yaxşı bədii tərcüməyə görə "Şöz bağlayan ip" Ümumrusiya ədəbi mükafatı laureatı (2016). Başqırdıstan Respublikasının 100 illiyinə həsr olunmuş "Şanlı Başqırdıstanım!" Şeir müsabiqəsinin laureatı (2018). Tamara Qəniyeva 25 yanvar 1951-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialis Rerspublikasının Kumertau rayonunun Kinzyabay kəndində (indiki Başqırdıstan Respublikasının Kuyargazinski rayonu) anadan olmuşdur.
Tamara Duda
Tamara Anatolyevna Duda (ukr. Тамара Анатоліївна Дуда), Tamara Oroxovoye Zyornışko təxəllüsü ilə də tanınır (ukr. Тамара Горіха Зерня; 5 yanvar 1976, Kiyev) — Ukrayna yazıçısı. O, 2022-ci il Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı olmuş, 2019-cu ildə yazdığı "Qız" romanı "BBC" tərəfindən "İlin kitabı" seçilmişdir. Tamara Duda könüllü fəaliyyəti ilə tanınır. Tamara Anatolyevna Duda Kiyevdə anadan olmuşdur. 1992-ci ildə Ukrayna Humanitar Liseyini bitirmişdir. 1993-cü ildə Kiyev Universitetinin Jurnalistika İnstitutuna daxil olmuş, 1998-ci ildə diplomunu müdafiə etmişdir. 2003–-2005-ci illərdə Kiyev Beynəlxalq Universitetində təhsil almışdır. O, 20 ildən artıqdır ki, ingilis dilindən iqtisadiyyat haqqında mətnləri ukrayn dilinə tərcümə edir.
Tamara Eydelman
Tamara Eydelman (rus. Тама́ра Ната́новна Эйдельма́н; 15 dekabr 1959, Moskva) — Rusiya tarixçisi, pedaqoq, yazıçı, tərcüməçi, radio aparıcısı və bloqer. Rusiya Federasiyasının əməkdar müəllimi (2003). Tarix və pedaqoqika üzrə çoxsaylı məqalələrin müəllifi, regionlararası ictimai təşkilat olan "Tarix Müəllimləri Birliyi"nin idarə heyətinin üzvüdür. Эйдельман – как устроена диктатура / How dictatorship works // вДудь. 17 марта 2022. Тамара Эйдельман и Лев Шлосберг: «Чему учит история» / Люди мира // ГражданинЪ TV. 15 марта 2023.
Tamara (bitki)
Şanagüllə (lat. Nelumbo) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Cyamus Sm. === Heterotipik sinonimləri === Nelumbium Juss. Tamara (bitki) Roxb. ex Steud. == Növləri == Nelumbo lutea (Willd.) Pers.
Tamara hemisphaerica
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.