HƏRƏM

HƏRƏM1

ə. 1) Misirdə qədim zamanlardan qalmış ehramlardan hər biri; 2) həndəsədə: piramida.

HƏRƏM2

ə. 1) qadağan olunmuş yer; 2) bax hərəmxanə; 3) ərli qadın; 4) müqəddəs yer; ziyarətgah; 5) ətrafı divarla əhatə olunmuş həyət. Hərəmi-şərif «şərafətli hərəm» Kəbə və onun ətrafı.

HƏRƏKƏT
HƏRƏMEYN
OBASTAN VİKİ
Hərəm
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Hərəm (serial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Hərəm (teleserial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Hərəm (teleserial, 2012)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Böyük Hərəmi
Böyük Hərəmi - Azərbaycan Respublikasında Hacıqabul rayonu ərazisinda palçıq vulkanı. Pirsaatçayın sağ sahilində, eyniadlı silsilənin qərb hissəsindədir. Vulkanın krater çölündə, əsas etibarilə iki paralel xətt üzrə yerləşmiş çoxlu sopka və qrifon var. Fəaliyyətdə olan bütün sopka və qrifonlardan intensiv surətdə qaz, su, palçıq və neft pərdələri ayrılır. Böyük Hərəmi tektonik cəhətdən eyniadlı qırışığın tağına uyğun gəlir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, IV cild, Bakı,2011, səh.455.
Hərəmxana
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Kiçik Hərəmi palçıq vulkanı
Kiçik hərəmi palçıq vulkanı- eyni adlı tirənin cənub-şərq qurtaracağında yaranmış yəhərvari alçalamada yerləşir. == Ümumi məlumat == 440 m mütləq yüksəkliyə malik olan bu vulkan Hacıqabul şəhərindən şimalda dəniz səthindən 395-400 m ucalır. Bu vulkan Kiçik hərəmi braxiantiklinalının Məhsuldarqat çöküntülərinin üzə çıxdığı, eləcədə eninə və uzununa istiqamətdə keçən sınmaların kəsişdiyi yerdə yaranmışdır. Vulkanın ətraf hissələrində Məhsuldarqatdan başqa Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da intişar tapmışdır (Ə.Ə.Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971). Hazırda palçıq vulkanının kraterində bir neçə təpəcik və qrifonlar vardır. Onlardan zəif də olsa bulanıq su və palçıq ayrılır. Kiçik hərəmi palçıq vulkanının ümumi geomorfoloji quruluşunda, ancaq bu vulkana xas olan bir cəhət vardır. Bu vulkan brekçiyalarının ana süxurlardan təşkil olunmuş dik yamacların arası ilə axaraq sıxılması, qatı brekçiyanın qabarması, qədim brekçiyalardan qismən hündür pillələrdə ayrılması və nəhayət onlara dərinliyi 15-20 m bəzən daha artıq olan yarğanların kəsilməsidir. Kiçik hərəmin palçıq vulkanının krater sahəsində brekçiyalardan əlavə ana süxurlar da üzə çıxdığından onun səthi cavan quruluşlu yastanı xatırladır. Krater sahəsi zəif parçalanmışdır.
İngilis hərəmi
İngilis hərəmi — Yeni Zelandiya yazıçısı Entoni Makkartenin (Anthony McCarten) 2005 ci ildə qələmə aldığı, məhəbbət, mədəniyyətlərarası tolerantlıq haqqında romanı. Roman bir neçə insanın taleyindən bəhs edir: iranlı Saman Səhər və onun üç arvadı - fars Firuzə, fransız İvett və ingilis Treys. Saman İranın şah dövrünün varlı qəssab ailəsində dünyaya gəlmiş, Böyük Britaniyaya oxumaq üçün göndərilmișdir. İrana qayıdarkən onun hamuger dən zəhərləndikdən sonra ət yeməklərindən imtina etməsi onun aləsini çox təəcübləndirir. Tehranda vegeterian yməkxanası açan Saman İslam İnqilabından sonra ölkəsini tərk etməli olur və o vətəninə geri dönə bilmir. Saman İngiltərəyə qaçan Saman bu ölkəyə məftundur, çoxlu dostlar qazanır elit cəmiyyətin bir üzvünə çevrilir. Burada o, İran mətbəxi əsnaasında vegetarian yeməkxanalar șəbəkəsi yaradıb çalıṣır. O, əsil ingilispərəstə çevrilir. Onu hətta sadəcə Sem deyə çaĝırırlar. Amma öz keçmișindən yaxa qurtara bilmir.

Значение слова в других словарях

замаринова́ть лишь бы то́лько лубени́ть моде́мный отводи́ться сме́лый ве́шание десталиниза́ция диаметра́льный засти́чь кома́ндовать морга́ть стерво́зный фина́л гимга biofacies Cannes drop-and-check descent live out priced science-based skin-deep воюющий спортсменка хамса