Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həftə
Həftə (fars. هـفـت‎ — "yeddi") — yeddi gündən ibarət vaxt dövrü. == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Təft
Təft- İranın Yəzd ostanının şəhərlərindən və Təft şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,329 nəfər və 4,265 ailədən ibarət idi.
Rəftə (Soyuqbulaq)
Rəftə (fars. رفته‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (9 ailə).
Təft şəhristanı
Təft şəhristanı— İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Təft şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 45,357 nəfər və 13,747 ailədən ibarət idi.
Həfte Tir terroru
28 iyun 1981-ci il tarixində (İran təqviminə görə 7 Tir 1360 (Haft-i Tir - هفت تیر)) İranın İslam Respublikası Partiyasının (İCP) liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən çox güclü bir partlayış baş verdi. Görkəmli partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və Ayətullah Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən Ayətullah Məhəmməd Behişti də həmin hücum zamanı vəfat etmişdi. Hücuma görə məsuliyyətin İran Xalq Mücahidləri Təşkilatının üzərində olduğu düşünülür. İran İslam Respublikası hücuma görə əvvəlcə SAVAK və İraq rejimini günahlandırır, iki gün sonra isə Ayətullah Ruhullah Xomeyni tərəfindən bu hadisənin İran Xalq Mücahidləri Təşkilatı tərəfindən həyata keçirilirdiyi bildirilmişdir. == Arxa plan == İran İnqilabından sonra Ayətullah Xomeyninin başçılıq etdiyi yeni qurulmuş teokratik hökumət, digər müxalif qrupları bir-bir ləğv edərək bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı (XMT) kimi İslam sosialist təşkilatları da aradan qaldırılmağa çalışılan qruplar arasında idi. Ayətullah Ruhullah Xomeyni XMT-ni ”eklektik”, “Qərb heyranı”, ”ikiüzlü” və “kafir” adı ilə günahlandırırdı. 1980-ci ilin fevral ayında Hizbullah yaraqlıları tərəfindən XMT tərəfdarlarına və digər solçu kitab mağazalarına, görüş yerlərinə və s. yerlərə güclü bir hücum başladıldı. Bu hücumlar nəticəsində İranın solçu təşkilatları yer altına çəkildi.
Həftə içi (qəzet)
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsi ilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Həftə İçi qəzeti
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsi ilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Tefta Taşko-Koko
Tefta Taşko-Koko (alb. Tefta Tashko Koço) — Albaniya opera müğənnisi; == Həyatı == Tefta Taşko 1910-cu il noyabrın 2-də Misirin Əl-Fəyyum şəhərində anadan olmuşdur. Onun valideynləri bura 19-cu əsrdə Albaniyadan köçüb gəlmişdilər. Atasının ölümündən sonra Tefta 11 yaşında olarkən ailəsi yenidən vətənə-Korça şəhərinə qayıdır. 1927-ci ildə ailə yenidən köçməli olur. Bu dəfə isə onlar Fransanın Monpelye şəhərində yaşamağa başlayırlar. Burada Tefta, musiqi məktəbini bitirir. Hələ təhsil aldığı müddətdə Tefta, artıq müəllimlərinin diqqətini çəkmişdi. Ailənin çətin vəziyyətdə olmasına baxmayaraq o, 1932-1935-ci illərdə təhsil aldığı Paris Milli Konservatoriyasında təqaüd alırdı. Burada o Jana Sere və Leo Bermandi kimi pedaqoqlardan təhsil almışdır.
4 ay 3 həftə 2 gün (film, 2007)
4 Ay, 3 Həftə, 2 Gün (film, 2007)
4 ay 3 həftə 2 gün (rum. 4 luni, 3 săptămâni și 2 zile) — 2007-ci il Rumıniya istehsalı olan film. Rejissoru Christian Mungiu olan film 2007-ci il Kann kinofestivalında Qızıl Palma Budağı mükafatını qazanmışdır. == Məzmun == Kommunizmin son nəfəslərini verdiyi 1980-ci illərin Rumıniyasında keçən film Otilia və Gabita adındakı iki universitet tələbəsi gənc qızın çətin keçən bir gününü bəs etməkdədir. Evlilik xarici cinsi əlaqədən hamilə qalan Gabita abort olmaq istəməkdədir, lakin Çavuşesku, ölkənin iş gücünə ehtiyac duyduğu üçün o illərdə abortu qadağan etmişdir. Buna görə Gabita körpəsini yox etmək üçün qeyri-qanuni yola müraciət edir. Gabita, bu müddətdə Otilianın dəstəyinə də ehtiyac duyur və bu mövzularda onu tək buraxmamasını istəyir. Gabitanın utancaqlığından ötəri bütün işləri Otilia edir. Bebe deyilən adamla görüşür və onu otel otağına gətirir. Dostlarından aldıqları məlumatlarla müəyyən miqdarda pul ilə nəticələndirəcəklərini düşündükləri abort işini, Bebenin istəkləriylə gözləmədikləri nəticəyə gətirirlər.
Dəfnə
Dəfnə ağacı (lat. Laurus) — dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl ağaclardırdır. Arxeoloji qazıntılardan məlum olur ki, dəfnə ağacı əvvəllər Aralıq dənizi ətrafında və Afrikanın şimalında mövcud olmuşdur. Hazırda Aralıq dənizi ətrafında, Kanar adalarında və qərbi Zaqafqaziyada rast gəlinir. == Növləri == Laurus azorica (Seub.) Franco Laurus chinensis Blume Nəcib dəfnə ağacı (Laurus nobilis L.) == İstinadlar == Dəfnə:The Plant List saytında takson barədə məlumat.
Dəftər
Dəftər — ərəbcə əsli yunanca bir-birinə bərkidilmiş ağ vərəqlərdən ibarət informasiya daşıyıcısı, qeydlər üçün əşya, yazı üçün predmet. Dəftər vərəqləri ağ, düz xətli, perpendikulyar xətlərin kəsişməsindən əmələ gələn xırda çərçivəli və bucaq altında çərçivəli ola bilərlər. Məktəb dəftərlərinin kənarı da xətli ola bilər. Dəftərləri daha çox orta və ali məktəb şagird və tələbələri istifadə edirlər. Dəftərlər elmi qeydlər üçün də istifadə edilir. Ancaq bu ağ kağız topluları laborator jurnalları adlanır. Tibbdə isə onlara xəstəlik kartları deyilr.
Dəstə
Dəstə (taksonomik kateqoriya)
Gefle
Gefle IF — 1882-ci ildə yaradılan İsveç futbol klubu. 2004-cü ildə birinci divizionda ikinci olan 130 yaşlı komanda 2005-ci ildən yüksək liqada çıxış edir. "Gefle"nin ölkə miqyasında ən böyük uğuru 2006-cı ildə İsveç kubokunun finalına yüksəlməsidir. Ev oyunlarını "Strömvallen" stadionunda keçirən klub əsasən göy və ağ rəngli formalardan istifadə edir. Stadion 7,302 min tamaşaçı tutumuna malikdir. == Avrokuboklar == "Gefle" Avrokuboklarda ilk dəfə 2006/2007 mövsümündə iştirak edib. Avroliqanın I təsnifat mərhələsində Uelsin "Llanelli" klubu ilə qarşılaşan "Gefle" ümumi hesabda rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. 2010/2011 mövsümündə Farer adalarının "Runavik" klubunu 2:1, 2:0 hesabları ilə keçən İsveç təmsilçisi II təsnifat mərhələdə Gürcüstanın Dinamo Tbilisi klubu ilə bacarmır. Hər iki oyunda 1:2 hesabı ilə məğlub olan "Gefle" mübarizəni dayandırır. Bu mövsüm ilk duelində "Trans Narva" klubu ilə qarşılaşan "Gefle" rəqibini çox rahatlıqla keçir.
Küftə
Küftə — Azərbaycan mətbəxinin önəmli yeməklərindən biridir. Çəkilmiş ətin qarışıq tərkiblə bişirilmiş halıdır və çox növləri vardır. Ən çox məşhur olanları Küftə-bozbaş, Təbriz küftəsi, Rizə küftə və Tava küftəsidir.
Leyte
Leyte adası (ing. Leyte) — Filippin arxipelaqının mərkəzində, Mindanao adası adasından şimalda yerləşir. Əhalisi — 2 188 295 nəfərdir (2010). == Coğrafiya == Adanın uzunluğu (şimaldan cənuba) — 183 km, sahəsi — 7367,6 km² təşkil edir. Mərkəzdə və qərbdə alçaq dağlar yerləşir. Burada vulkan məşəlli Lobi dağı vardır (1349 m). Subekvatorial iqlimə malik olaraq, il ərzində 2000 mm yağıntı düşür. Ərazidə Musson meşələri geniş yayılmışdır. Maxaqnao-Volkano və Kuipnit-Balinsasayo parkları vardır. == Tarixi == Ada yaxınlığında dünya tarixində İkinci Dünya müharibəsinin Yaponiya və ABŞ hərbi donanmaları arasında ən qanlı dəniz döyüşü baş vermişdir.
Məqtə
Məqtə — klassik poeziyada qəzəlin və qəsidənin son beyti. Məqtənin səciyyəvi xüsusiyyəti burada müəllifin adının, yaxud təxəllüsünün verilməsidir: == Həmçinin bax == Qəzəl Qəsidə Beyt Mətlə == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Teatr
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. == Tarixi == Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Tefteli
Tefteli - çəkilmiş ətdən kürəciklər şəklində hazırlanan yeməkdir, dünyanın bir çox xalqlarının mətbəxində müəyyən adlarla adlandırılır. Məsələn, İsveçdə bu yemək ölkənin mülli yeməklərindən biri hesab olunur və İsveç frikadelki adlandırılır.
Teide
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.
Telqte
Telqte (alm. Telgte‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 90.6 km2, əhalisi 19522 nəfərdir (2006).
Təhlə
Təhlə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Təhlə (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd.
Təklə
Təklə (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Təklə (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Təklə (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Təklə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Təklə (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Təklə (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Ağtəklə — Gürcüstanda kənd.
Təkyə
Təkyə (Şabran)
Təqti
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Köftə
Küftə — Azərbaycan mətbəxinin önəmli yeməklərindən biridir. Çəkilmiş ətin qarışıq tərkiblə bişirilmiş halıdır və çox növləri vardır. Ən çox məşhur olanları Küftə-bozbaş, Təbriz küftəsi, Rizə küftə və Tava küftəsidir.