Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Tan
Tan Şanyü (v. 124) — hunların ən uzunömürlü hökmdarlarındandır. Fenhu ilə müharibə etməməyə çalışan Tan əsasən sülh və əmin-amanlığı bərpa etməyə çalışırdı. 118-ci ildə Fenhu aclıq və xalqın dəstəyini əsirgəməyini görüb Çinə köçdü və şanyülüyə olan iddiasından əl çəkərək Çin vətəndaşı oldu. Tan Şanyü dövründə ölkənin rifah səviyyəsində dəyişiklik olmasa da müharibələrin sayı sıfıra endirildi. 124-cü ildə ölən Tanın yerinə Ba keçdi.
Akan dili
Akan dili – akanların dillərindən biridir. Mərkəzi və Cənubi Qanada yayılmışdır. Bu dildə 7 milyondan artıq adam danışır. Akan Dili kva dillərinin tano qolunun mərkəzi qrupuna aiddir və qohum abron dili ilə birlikdə akan yarımqrupunu təşkil edir. Daha geniş mənada "Akan" termini elmi ədəbiyyatda tano qolunun ümumi adı kimi işlədilmişdir və bu, hazırda akan xalqlarının adında saxlanılmaqdadır. Bu termindən çvi birliyinin adı kimi də istifadə olunmuşdur. Akan Dilindəki sait səslərə yüksəkliyinə görə çarpazlaşmış tipli ahəngdarlıq xasdır. Arxa damaq samitinin olmaması və ön palatal samitlərin (ky, gy, hy) dodaqlanan cütlüklərlə (tw, dw, hw) mövcud- luğu bu dil üçün səciyyəvidir. Akan Dilində qrammatik və leksik əhəmiyyətli 2 yumşaq ahəng var. Adlar tək və cəm kateqoriyalara ayrılır.
Akan qalası
Akan qalası – Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. == Təsviri == Saxlanmış divar qalıqlarından görünür ki, böyük ərazini əhatə edən Akan qalası ərazinin müdafiə sistemində mühüm rol oynamışdır. Qala, Həsənriz kəndindən şimal-şərqdə, böyük dağın ətəyində, Akan çayının sahilində, iki tərəfdən dərin yamaclarla əhatə olunmuş əlçatmaz ərazidə yerləşir. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. Qalanın şimal-şərq hissəsində yerlşən gizli yeraltı yol, çayın kənarında kərpicdən tikilmiş dörd zallı hamam binasına aparır. Hamamın divarlarında üfüqi yerləşdirilmiş keramik borulaq qalmışdır. Onlardan biri 11, digəri 7 sm diametrə, ümumilikdə 36 sm uzunluğa malikdir. Ehtimal ki, borular istixanadan su verilməsi üçün istifadə olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989 Бархударян, С. Свод армянских надписей, вып.
Kabin təkan
Kabin təzyiqi — yüksək hündürlükdə insanlar üçün təhlükəsiz və rahat bir mühit yaratmaq üçün havanın bir təyyarənin və ya kosmik gəminin kabinəsinə vurulduğu bir prosesdir. Təyyarələrdə hava ümumiyyətlə işləyən qaz turbinli mühərrikin bir kompressorundan alınır, bir kosmik gəmi üçün hava sıxılmış və ya mayeləşdirilmiş formada gətirilir. == Gücləndirmə ehtiyaclığı == Təhlükəsiz (hava təzyiqi ilə) 4 km-dən az yüksəklik hesab olunur. 4 km-dən çox bir hündürlüyə hər hansı bir dırmaşma müxtəlif həyat dəstək sistemlərinin istifadəsini tələb edir. 3 km-dən çox bir hündürlüyə qalxmaqla, bir insan oksigen aclığının əlamətlərini göstərir (yatmaq istəyirsən). 9 km-dən çox yüksəkliklərdə qaz baloncukları (aeroembolism) bədən mayesindən azad ola bilər. 19 km-dən çox yüksəkliklərdə dərialtı maye qaynayır. 11 km-dən yuxarı havanın temperaturu −60 °C-ə çata bilər. Həyat üçün belə əlverişsiz şəraitdə bir təyyarədə uçmaq üçün hava ilə həyat təminetmə sistemlərinin yaradılması tələb olunurdu. == Aviasiya == İnsanlarda oksigen aclığının əlamətləri bir çox amillərdən asılıdır (bax Hypoxia).
Lüdmila Tukan
Lüdmila Tukan (rum. Ludmila Tukan 21 iyun 1982, Çadır-Lunqa, Qaqauziya) — Qaqauz müğənnisi, bəstəkar mahnılarının ifaçısıdır. 2013 Türkviziya Mahnı Müsabiqəsinin iştirakçısı. == Bioqrafiyası == Lüdmila Tukan 21 iyun 1982-ci ildə Moldova Respublikası, Qaqauziyanın Çadır-Lunqa şəhərində anadan olmuşdur. Uşaqlığını və gəncliyini Qaqauziyanın Bağırçı kəndində keçirmişdir. Müğənni kimi karyerasına 1998-ci ildə başlayır. 2008-ci ildə "Qagauziyanın gümüş səsi" yarışmasında Lüdmila ilk qran-prini qazanır. Üç ilə yaxın, o, popular pop üslubunda doğma qaqauz dilində, eləcə də rus və moldavan dillərində mahnılardan ibarət olan "Sana, mamu" ("Sənə, ana") adlı ilk albomunun qurulması üzərində işləmişdir. Müğənni ilk diskini sevimli anasına həsr edir. 2011-ci il müğənni üçün karyerasında bir dönüş nöqtəsi olur.
Okan Buruk
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Buruq
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Yeşilot
Okan Yeşilot (1971, Giresun) — Tarixçidir. 1971, 9 iyulda anadan olan Okan Yeşilot, İbtidai məktəbi Gökcəalıda, orta məktəbi Samsun Ladıq Akpınar Müəllim Liseyində almışdır. Sonradan Mərmərə Universitetinə daxil olmuşdur. Hal-hazırda Mərmərə Universiteti, Tarix fakültəsində çalışır. Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsi Tarix müəllimliyi ixtisasından 1992-ci ildə məzun olmuşdur. 1999-cu ildə magistr təhsilini Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnistitutunda "Hacı Zeynalabidin Tağıyevin həyatı və fəaliyyətləri" adlı tezis yazaraq bitirmişdir. Doktarantura pilləsini, İstanbul Universiteti Sosial Elmlər İnistitutu Ümumi Türk Tarixi bölümündə, "Həsən Məlik Zərdabinin həyatı və fəaliyyətləri" mövzusunda müdafiə etmişdir. 1997-1998-ci illərdə Beynəlxalq Türk-Kazak Əhmət Yasəvi Universitetinin Çimkənd bölümündə təhsil sahəsində çalışdı. Bundan əvvəl isə 1995-1996-cı illər müddətində Bakı Dövlət Universitetində tədqiqatçı kimi çalışmışdır. Xüsusən çarlıq dövrü Azərbaycan tarixi ilə məşğul olan Okan Yeşilot, həmçinin 1991-cii il və ondan sonrakı dövr Azərbaycan tarixi ilə də məşğul olmuşdur.
Okan xan
Okan Xan - türk və altay mifologiyasında sülh ilahı. Ukan Xan və ya Okon Xan olaraq da bilinər. Qan davalarına qarşı çıxan, oba və oymaqlar arasında dolanışıqsızlıqlarda, vasitəçilik edən tanrı. Tanrının kiçik oğludur və cəzalandırılınca yer üzünə göndərilmişdir. (Ok/Oğ/Og/Uğ/Ug) kökündən törəmişdir. Yaratmaq və sülh mənaları daşıyır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Ostin Tran
Tarık Akan
Tarık Akan (13 oktyabr 1949, İstanbul – 16 sentyabr 2016[…], İstanbul) — Türk kino aktyoru. Əsl adı Tarık Tahsin Üregül olan aktyor 13 oktyabr 1949-cu ildə anadan olmuşdur. Aktyor karyerası boyu 111 film və 4 serialda rol almışdır. İlk dəfə 1971-ci ildə "Solan bir yarpaq kimi" filmində çəkilmişdir. Daha sonra aktyor "Yeşilçam"ın ən yaraşıqlı aktyoru kimi məşhurlaşmışdır. "Mavi Boncuk", "Sev Kardeşim" və "Hababam sinfi" kimi filmlərdə canlandırdığı rolları ilə türk filminin unudulmaz adlarından biri olub. Tarık Akan 1970-ci ildə "Ses" jurnalının seçmələrinə qatılır və birinci yerə çıxır. Yaradıcılığının ilk illərində Fatma Girik, Filiz Akın, Türkan Şoray, Hülya Koçyiğit kimi aktirisalarla filmlərə çəkilir. Tarık Akanın meşhur rejissor Ertem Eğilmezlə tanışlığı onun həyatında yeni səhifə olur. 1971-ci ildə Hülya Koçyiğitlə oynadığı "Beyoğlu gözəli" filmi Tarık Akanın Ertem Eğilmezlə ilk filmi olur.
Tukan (bürc)
Tukan (lat. Tucana) - göyün cənub yarımkürəsində bürc.
Tvan Börx
Tvan Börx (nid. Twan Burg; doğ. 2 aprel 1990) — Niderland şahmatçısı, qrosmeyster (2015). Tvan Börx 2016-cı ilin sentyabr ayında azərbaycanlı beynəlxalq qrosmeyster (qadınlar arasında) Nərgiz Umudova ilə ailə həyatı qurub. FIDE Chess profili Twan Burg. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.) Twan Burg. Chessgames.com (ing.) Twan Burg.
Tyan-Şan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Təkan (Çaroymaq)
Təkan (fars. تكان‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (7 ailə).
Zlata Tkaç
Zlata Moizeyevna Tkaç (tam adı: Zlata Tkaç, mold. Zlata Tcaci; idiş זלאַטע טקאַטש‎‎; rus. Злата Моисеевна Ткач; 16 may 1928 və ya 1928 – 1 yanvar 2006 və ya 2006, Kişinyov, Moldova) — Moldova bəstəkarı və musiqi müəllimi. O, Moldovada peşəkar bəstəkar olan ilk qadındır. Zlote Beyriman Lozovonun Bessarabiya kəndində Moizey Bentsiyonoviç Beyriman və onun həyat yoldaşı Frida Mendelevna Koyfmanın ailəsində dünyaya göz açmışdır. Zlata hələ uşaq olarkən ailəsi Kişinyova köçmüşdür. O, burada qızlar üçün rumın ibtidai məktəbinə getmiş, həmçinin atasından skripka dərsləri almışdır. İkinci Dünya müharibəsi zamanı Zlota anası ilə Mərkəzi Asiyaya təxliyə edilmişdir. Lakin səfər zamanı anasından ayrı düşmüş və yatalaq və qarın yatalağı xəstəliyinin yayıldığı Özbəkistanın Nəməngan şəhərinə aparılmışdır. Zlota daha sonra Droqobıç uşaq evində qalmış və orta məktəbə getmişdi.
İosif Tkaç
Aktyor İ.Tkaç 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. 1997-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb. Rolların arasında: Traktirşik (A.Ostrovski "Krasaves-mujçina"), Qulaməli (Hidayət "Mənzil"), Fuşe ("Napoleon I " F.Brukner), Selzdon (M.Freyn "Teatr"), Professor Əliquluzadə (Elçin "Poçt şöbəsində möcüzələr"), Yeger (Q.Qorin "Kral oyunları"), Padşax (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi rolları qeyd etmək olar.
Akan dilləri
Akan dilləri — Akan xalqının dilləri. Kva dil qrupunun bir hissəsidir. Mərkəzi və cənub Qanada yayılmışdır. Natiqlərin sayı 8 milyona yaxındır (1995-ci ilin məlumatı). Əvvəllər "akan" termini elmi ədəbiyyatda və daha geniş mənada indiki akan xalqlarının adında qorunan kva linqvistik icmasının tano (Volta-Komoe) qolunu təyin etmək üçün istifadə olunurdu. Digər tərəfdən, "akan" termini də "çvi" icmasını, "çvi" isə əksinə, bütün çvi-fanti klasterini təyin etmək üçün istifadə edilmişdir. == Əlavə ədəbiyyat == Christaller J. A grammar of the Asante and Fante language called Tshi. Basel, 1875; Попов В. А. Язык чви (тви) в современной Гане // Народы Азии и Африки. 1983, № 6; Dakubu K.M.E., Esther M. (eds.) The Languages of Ghana. New York, 1988; Dolphyne F.A. The Akan (Twi-Fante) Language.
Okan Konuralp
Okan Konuralp (1973, Sakarya ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Okan Konuralp 1973-cü ildə Sakarya ilinin Adapazarı ilçəsində anadan olub. ODTÜ Sosiologiya bölməsindən məzun olub. 1998-ci ildə Uğur Mumcu Araşdırmaçı Jurnalistlər Vəqfini bitirib. Müxtəlif media qurumlarında jurnalist olaraq çalışıb. 2004–2015-ci illərdə "Hürriyet" qəzetində silsilə məqalələri dərc olub. 2020–2023-cü illər arasında Radio və Televiziya Ali Şurası (RTÜK) üzvü vəzifəsində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2015–2020-ci illərdə Cümhuriyyət Xalq Partiyası sədrinin Media üzrə Koordinatoru vəzifəsində çalışıb. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Kan (rayon)
Kan (fr. Caen) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Er və Luar. Suprefektura — Kan. Rayon əhalisi 2006-cı ildə 126 176 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 84 nəf / km². Rayon ərazisi — 1501 km².
Kan Yuvey
Kan Yuvey (çin dili|康有為|康有为|Kāng Yǒuwéi; 19 mart 1858[…] – 31 mart 1927 və ya 28 fevral 1927, Sindao) — Çin filosofu, Tzin dövrünün islahatçısı , kalliqraf.
Kan çayı
Kan çayı —Yenisey çayının sağ qolu. == Əsas göstəriciləri == Rusiya Federasiyası Krasnoyarsk əyalətində yerləşir. Çayın uzunluğu 629 km, su hövzəsinin sahəsi isə 36,9 min km²-dir. Kan çayı dağlıq Aqul gölünü keçərək, Aqul çayına tökülür.
Liu Kan
Liu Kan atasının ölümündən sonra taxta gəlmişdi. Oğlunu vəliəhd elan etmişdi. Qaynatası general Yin Çunə bütün dövlət işlərini tapşıran onun məsləhəti ilə qardaşları Ji, Çenq, Maini öldürdü. Yin Çun ən böyük təhlükələrin sovuşduğunu görəndən sonra paytaxta yürüş edərək imperatoru və bütün ailəsini öldürdü. Yin şərq Cin sülaləsi imperatoru Yuana xəbər göndərərək, ordunu göndərməsini xahiş etdi. Lakin bu vaxt Şi Le və Liu Yaonun ordularının arasında qaldı. Liu Yao özünü imperator elan edərək onun bütün nəslini qırdı.