Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tuman
Teoman xan (çin. - 頭曼 ; e. ə. III əsr) — Hunların bilinən ilk hökmdarı. Mete xaqanın atasıdır. E.ə. III əsr ərəfələrində yaşayan Teoman ilk böyük Hun hökmdarıdır. Fərqli Türk boyları arasında birliyi təmin edərək, mərkəzi bir idarə qurmuş və beləcə e.ə. 220-ci ildə ilk Hun xaqanı olaraq iş başına keçmişdir. Türk boyları o zamana qədər ən yaxınlıqdakı Çin İmperatorluğuna bir çox axın reallaşdırmışdı, hər nə qədər bu axınlar Çinlilər üçün təhdid kimi görünsə də, Türk boyları heç bir zaman birlikdə hərəkət etmədikləri üçün böyük bir Hun axını olmamışdı.
Çit tuman
Çit tuman — Azərbaycanın milli rəqsi. Çit tuman qrup halında ifa olunan mahnı və rəqsdir. Onu qadınlardan, çox vaxt cavan qadınlardan ibarət olan bir qrup oynajır. Rəqsin qəti müəyyənləşdirilmiş quruluş və ya şəkili olmayıb, hərə öz bacarığına görə oynamağa çalışıb, lakin hərəkətlərin xarakteri hamıda təqribən eyni olub. Rəqs XX əsrin ikinci yarısında Naxçıvanda yaranıb və yaxın vaxtlara qədər burada ifa edilib. İndi bu rəqs barəsində yalnız arabir eşitmək olur.
Duman
Duman, çən və ya sis — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, -10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur.
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 190 nəfərdir. == Toponimiyası == Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Tufan
Tufan(və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. Əsl turanlılar Turun nəslindən gələn Türk bir qəbilədir. Turanın adı buranın ilk xaqanı olan Tur Kağanın adı ilə bağlı ola bilər (Tur xan-x=Turan) Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olur. Tarixi İran-Turan müharibələrində Əfrasiyab (Alpərtonqa) Turan imperatoru (xaqanı) olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. == İstinadlar == == Mənbə == "Qırğız tarixi. Ensiklоpediya" Bişkek 2003 "Mаmlekettik til cаnа entsiklоpediya bоrbоru" "İ.Аrаbаev аtındаğı Kırgız mаmlekettik Pedаgоgikаlık universiteti" "Bаşkı red.
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Uman
Uman (ukr. Умань) — Ukraynanın Çerkassi vilayətində şəhər. == Qardaş şəhərlər == İsrail, Aşkelon Rumıniya, Botoşani Polşa, Qnezno, Kurnik, Lansut == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Uman informational portal (ukr.) Evening Uman. Uman informational portal and newspaper (ukr.) Uman photos. Uman biggest photos collection portal (ukr.) Uman videos.
Advektiv duman
Advektiv duman – ilıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumandır. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Arda Turan
Arda Turan (türk. Arda Turan; 30 yanvar 1987, Fateh) — keçmiş türk futbolçu. == Həyatı == == Karyerası == === Klub karyerası === ==== Qalatasaray ==== Arda 12 yaşından Qalatasaray futbol məktəbinin üzvüdür. O, Qalatasaray PAF komandandasında dalbadal 4 il forma geyinmiş, 56 oyunda 11 qol vurmuşdur. George Hacinin məşqçiliyi dövründə 2004–2005 mövsümündə Türkiyə milli futbol komandasının heyətinə cəlb olunmuşdur, amma bu dövrdə uğurlu oyun nümayiş etdirə bilməmiş və təcrübə qazanması üçün Manisaspora icarəyə verilmişdir. Manisasporda keçirdiyi yarım mövsümdə əla oyun mümayiş etdirmiş, 2006–2007-ci il futbol mövsümündə yenidən Qalatasarayın heyətində çıxış etmişdir. Erik Geretsin başçılıq etdiyi klubun əsas heyətinə düşərək UEFA Çempionlar Liqasının 3-cü seçmə mərhələsində Mlada Boleslav klubuna qarşı oyunda iştirak etmiş, iki qola imza etmiş və bir məhsuldar ötürmə vermişdir. O dövrdən etibarən Qalatasaray heyətində yerini möhkəmlətmişdir. 2007–2008 futbol mövsümündə Karl-Heinz Feldkampın məşqçisi olduğu klubun əsas heyətində çıxış etmişdir. UEFA Çempionlar Liqasında Bordo və Liverpul klublarına qarşı keçirilən oyunlarda oynamış və UEFA tərəfindən bu oyunların ən yaxşı oyunçusu kimi dəyərləndirilmişdir.
Ayşin Turan
Ayça Ayşin Turan — Türk aktrisa. == Həyatı == Ayça Ayşin Turan 1992-ci il oktyabr ayının 25-də İstanbulda dünyaya göz açmışdır. Kiçik yaşlarından aktyorluğa olan xüsusi marağı onu Türkiyənin məşhur seriallarına qədər gətirib çıxarmışdır. Hazırda tələbədir. 2011-ci ildə yayımlanan və yayımlandığı müddətdə izlənmə rekordu qıran, məşhur türk serialı "Dinlə Sevgili"də Gülfəm rolunu canladıran Ayça Ayşin Turan bu rolu ilə məşhurlaşmışdır. 2013-cü ildə "Qaragül" serialında Türkiyənin məşhur aktyorları və o cümlədən böyük sənətçi Özcan Dəniz ilə bir araya gələrək daha da şöhrət qazanmış və izləyicilərin sevimlisinə çevrilmişdir. == Mənbə == Ayşin Turan kimdir?
Azər Turan
Azər Turan (Əbilov Azər İmamverdi oğlu; 16 sentyabr 1963, Neftçala rayonu) — tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru (2010), Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ədəbiyyat qəzetinin baş redaktoru (2015-ci ildən). == Həyatı == Azər Turan 16 sentyabr 1963-cü ildə Neftçalada anadan olub. Neftçalada 1 saylı orta məktəbdə təhsil alıb (1970–1980). Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib (1984). Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. "Yeni Azərbaycan" qəzetində humanitar şöbənin müdiri, "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olub (2001–2003). "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini (2004), baş redaktor əvəzi (2014) vəzifələrində çalışıb. "Ədəbiyyat qəzeti"nin baş redaktorudur (yanvar 2015). Filologiya üzrə fəlsəfə doktorudur (2010).
Böyük duman
London sakinləri üçün ən dəhşətli duman 1952-ci ilin dekabrında baş vermişdi. Dumanda mədənlərdən çıxan turş kömür hisi qarışmışdı. Hava bozarırdı, görüntü get-gedə pisləşirdi. Gözlənilmədən, yüzlərlə insan zəhərlənmişdi. Xəstəxanalar dolurdu, lakin qurbanları sayı bitmək bilmirdi. Ən qəribəsi isə o idi ki, həkimlər xəstələrə demək olar ki, heç nə ilə kömək edə bilmirdilər. 8 Dekabrda dumanın qurbanı olan körpə uşaqlar, qocalar və nəfəs xəstəliklərindən əziyyət çəkənlərin sayı dörd minə çatdı. Yüz mindən çox insan xəstələnmişdi. Son araşdırmalar göstərir ki, ümumi dünyasını dəyişənlərin sayı 12.000dən artıq idi Duman o qədər qatı idi ki, avtomobillər hərəkət edə bilmirdi, evlərindən çıxan insanlar geri dönə bilmirdilər. İnsanlar yalnız yaxın evlərdən tutaraq hərəkət edirdilər.
Cemil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Cəmil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Dağ Tumas
Dağtumas — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.Tanınmış müəllimi: Rasta Hüseynova == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Dağ Tumas oyk, mür. Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Tumas olmuşdur. Sonralar bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur r-nları), Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək məqsədilə dağ yamacında yerləşən bu kənd Dağ Tumas adlandırılmışdır. Cəbrayılın ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m).
Feyzavər Turan
Feyzavər Turan (türk. Feyzaver Alpsar Turan; 31 dekabr 1919 – 25 aprel 2020, İstanbul) — Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi Səlim Turanın bacısı və sənət qalereyası sahibi. == Həyatı == Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə anadan olmuşdur. O, Türkiyə Respublikasında uzun müddət rəsmi vəzifələrdə çalışmış Əli Alpsarla ailə həyatı qurmuşdur. === Təhsili === Üsküdardakı Qızlar İnistitutunu bitirdikdən sonra təhsilinə İstanbuldakı Memar Sinan adına Gözəl Sənətlər Universitetində davam etdirib. === Vəfatı === 25 aprel 2020-ci ildə vəfat etmişdir. Türkiyə Respublikasının İstanbul şəhərindəki Zəncirliquyu qəbiristanlığında dəfn edilib. == Fəaliyyəti == Təhsilini bitirdikdən sonra İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açmışdır. Feyzavər Alpsar Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Ə.Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş "Həyat" qəzetini Azərbaycan hökumətinə hədiyyə edib. Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa edilib.
Franyo Tucman
Franyo Tucman (14 may 1922[…], Veliko-Trqovişçe[d], Zaqreb diyarı[d], Serblər, xorvatlar və slovenlər krallığı[d] – 10 dekabr 1999, Zaqreb) — Xorvatiyanın 1-ci prezidenti. Müstəqil Xorvatiyanın marşalı, xorvat millətçisi, antiyuqoslavist, Xorvat Demokratik İttifaqının banisi və sədri kimim tanınan Tucman, yuqoslav dövründə kommunist, hərbi və elm xadimi idi.
Guman Xocayev
Guman Xocayev (Tam adı: Guman Əvəz oğlu Xocayev (Qocayev); d.1942, Cəmilli - ö.20 fevral 1991, Şuşa) — Şəhid == Həyatı == Guman Xocayev 2 iyun 1942-ci ildə Cəmilli rayonunda anadan olmuşdur. 1965-ci ildə ailə həyatı qurmuş və Xankəndinə köçmüşdür. 1961–1965-ci ildə isə hərbi xidmətdə olmuşdur. === Ailəsi === 1965-ci ildə Ulduzə Valeh qızı Xocayeva ilə ailə həyatı quran Guman Qocayev 6 övlad sahibi olmuşdur. Saidə Xocayeva; Səbirə Xocayeva; Elşən Xocayev; Nizami Xocayev; Şəfəq Xocayeva; Sevda Xocayeva.Güman Xocayev və 15 yaşlı oğlu Elşən Xocayev 1990-cı ildə erməni terrorçuları tərəfindən qurğu qurularaq girov götürülmüş və Xankəndi həbsxanasında həbs olunmuş, 10 gündən sonra Xalq Cəbhəsi tərəfindən geri qaytarılmışdır. == Şəhidliyi == 1991-ci il fevral ayının 20-də 《KamAz 5511》 markalı 25-31 AQT nömrəli avtomaşın Stepanakert Şuşa yolunda - 《Zərin bağı》 deyilən yerdə partladılmış, nəticədə Guman Xocayev(Qocayev) ölmüş, sürücü İlham Allahverdiyev isə çox ağır yaralanaraq xəstəxanaya aparlımışdır. Ayın 21-də İlham Allahverdiyev xəstəxanada dünyasını dəyişərək şəhid olmuşdur. Azərbaycandan olan SSRİ xalq deputatları- V.H.Cəfərov, Y.İ.Abbasov, H.R.İbrahimov, M.N.Hacıyev, O.Ə.Əhmədov, M.R.Məmmədov, L.V.Baruşeva, P.Ə.Əzizova fevralın 22-də SSRİ Ali Sovetinin sessiyasında bəyanat vermişlər. Bəyanatda deyilir: == Xatirəsi == Ana Harayı Abidəsində adı yazılmışdır.
Gülər ​​Duman
Gülər ​​Duman (30 iyun 1967, İstanbul) — Türkiyə xalq musiqisi sənətkarı. Müğənni, mahnı yazarı, bəstəkar, teleaparıcı və musiqi müəllimi. İlk albomunu 1980-ci ildə buraxdı. 1980-ci illərdə doqquz albom buraxdı. Öz albomlarından başqa kollektiv albomlarda da meydana çıxdı. 1990-cı illərin əvvəllərində dörd albom çıxdı. İlk musiqi videosunu 1991-ci ildə yayımladı. 1994-cü ildə ən çox satılan albomlarından biri olan Gülər ​​Duman'94'ü buraxdı. 1995-ci ildə Bu Devran albomunu buraxdı. 1997-ci ildə Öl Deseydin Ölmez miydim?
Güman (1989)
== Məzmun == Film Azərbaycanın internat-məktəblərində və uşaq evlərində təhsil alan yeniyetmələrdən bəhs edir. Filmdə ata ocağından, ana qayğısıdan məhrum olmuş yetim uşaqların ağır taleyindən, habelə doğma ev-eşiklərindən ayrı düşmüş didərgin balalarının faciəli həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Harri Truman
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Kani Tumar (Bükan)
Kani Tumar (fars. كاني طومار‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (56 ailə).