Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pachyptila turtur
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Streptopelia turtur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Burdur
Burdur — Türkiyənin Burdur ilinin inzibati mərkəzi.
Düstur
Düstur və ya beynəlxalq aləmdə Formul (lat.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Qurqur
Qurqur (lat. Streptopelia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan cinsi.
Tartus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Turdus
Qaratoyuq (lat. Turdus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinə aid heyvan cinsi.
Turtkul
Turtkul (özb. To‘rtko‘l, Тўрткўл, qaraq. Tórtkúl, Төрткүл, Petro-Aleksandrovsk) — Qaraqalpaqıstanda (Özbəkistan) şəhər, Turtkul rayonunun inzibati mərkəzi (tuman). Amudərya çayının sağ sahilində yerləşir. 1873-cü ildə Amudərya çayının sağ sahilinin Xivə xanlığından Rusiyaya keçməsi ilə, Xivə qalasının yerində Turtkul, Rusiya imperiyasının Sırdərya bölgəsinin bir hissəsi olaraq Petro-Aleksandrovsk şəhəri (əslində-Petro-Aleksandrovskoye istehkamı) meydana gəldi. Petro-Aleksandrovsk istehkamı, Türkistan Hərbi Dairəsinin Amudərya şöbəsi rəisinin iqamətgahı oldu. Şöbənin rəisi Amudəryanın Xiva tərəfində araq istehsalının qadağan edilməsi və Rusiya tərəfinə qaçaqmalçılığı, habelə soyğunçuluq, mal-qara oğurluğu üçün çayı keçən quldurların axtarılması və cəzalandırılması kimi məsələlərdə Xivə xanı ilə yazışmalar aparırdı. Petro-Aleksandrovsk rayon şəhərinin gerbi, 21 aprel 1909-cu ildə, Sırdərya bölgəsinin digər gerbləri ilə birlikdə təsdiq edildi. "Qara zəmidə qırmızı qalxanın üstündə 3 üzüm salxımı ilə müşayiət olunan 3 qülləsi və açıq qapıları olan gümüş qala divarı var. Kəhar hissədə Sırdərya bölgəsinin emblemi var.
Tüntül
Tüntül — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Oykonimin türk dillərindəki "ocaq, tüstü, ev" mənalı tüntü sözündən olması güman edilir. Kənddə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə qəhrəman əsgər heykəli ucaldılmışdır. Kənd Dəmiraparançayın sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 10 km. aralıda yerləşir. Şimal tərəfdən Nohurqışlaq, cənub tərəfdən Yengicə kəndləri ilə əhatələnmişdir. Şərqindən Vəndamçay, qərbindən isə Dəmiraparançay axır. Kənddə mülayim iqlim hakimdir. Yaşı 300-ü keçmiş çinar ağacı ilə yanaşı adları Azərbaycanın "Qırmızı Kitabı"na düşmüş bir çox ağac və bitki növləri vardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2618 nəfər əhali yaşayır.
Tərtus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Tərtər
Tərtər (əvvəlki adı: Mirbəşir) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati mərkəzi. 1949-cu ildə rayon tabeli şəhər statusu almışdır.. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonunun Mirbəşir şəhəri Tərtər şəhəri adlandırılmışdır. Tərtər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edilir. Orta əsrlərdə Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. IX–XIII əsrlərdə cənubi rus çöllərində və Şimali Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280–1323-cü illərdə Bulqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur[mənbə göstərin].
Kültür
Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər. "Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" — "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə. Mədəniyyət sözü, həmçinin, ərəbcə "Mədinə" sözündədir və mənası "şəhərsalma" anlamına gəlir. Məşhur rus dilşünası Vladimir Dal özünün "İzahatlı lüğət"ində yazır: "Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır". Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiə" adını vermişdir. Mədəniyyət — təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır. Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.
Turqut
Turqut — ad. Turqut Özal — Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri Turqut Zeynalov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Turqut Xəlilbəyli — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti Turqut Alp — ilk Osmanlı sultanı Osman Qazinin və Orxan Qazinin ən yaxın silahdaşlarından biri. Turqut Özatay — aktyor, Türkiyə ermənisi. Turqut Rəis — Osmanlı admiralı, Əlcəzair bəyi Turqut Özakman — Türk bürokrat, yazar və vəkil.
Sürtük
Sürtük — Azərbaycan dilində şəxslərə qarşı istifadə edilən alçaldıcı ifadə, slenq. Bu ifadə azərbaycancada əsasən qadınlara qarşı cinsi mənada istifadə olunur. Bununla yanaşı, "sırtıq", "həyasız" və "abırsız" kimi mənaları da ifadə edir. Kişilər üçün "kişi qəhbəsi" ifadəsindən də istifadə olunur. Qadınlara qarşı təhqir olaraq istifadə olunan ifadədən çox vaxt onların cəmiyyətdə alçaldılmaları, pis hiss etmələri və peşmançılıq hissi keçirmələri üçün istifadə olunur. İfadə türk dilində də eyni mənaya gəlir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gəzi parkı etirazları zamanı bu ifadədən şəxslərə qarşı istifadə etmişdir. Hüquqçu, təqaüdçü məhkəmə hakimi və Türkiyə Hakimlər Birliyinin İdarə Heyətinin keçmiş üzvü İbrahim Fikri Talman bunun açıq-aşkar təhqir olduğunu bildirmiş və qeyd etmişdir ki, o, hətta bu ifadəyə görə məhkəməyə belə verilə və buna görə qadınlar tərəfindən ona qarşı təzminat işi də açıla bilər. İngilis dilində qarşılığı "slut" olan bu ifadə həmin dildə də eyni mənalarda istifadə olunur.
Artur
Artur — Dünyada çox işlədilən ad və soyad. == Ədəbiyyatda == Kral Artur == Bu adı olan tanınmış insanlar == Artur Bleyk — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. Artur Braziliano Maya — Braziliya futbolçusu Artur Cefri — avstraliyalı şərqşünas Artur Con Robin Qorell Milner — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. Artur de Qobino — Fransız yazıçı və diplomat. Artur Dryuri — FİFA prezidenti Artur Henderson — İngiltərənin Xarici İşlər Naziri Artur Keli — İngilis riyaziyyatçısı Artur Klark — İngilis fantastı, yazıçı Artur Konan Doyl — ingilis yazıçı, Artur Kostler — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. Artur Qayton — Amerika fizioloqu Artur Leist — alman yazıçısı. Artur Lenk — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Artur Lyuis —iqtisadçı. Artur Makdonald — Kanadalı astrofizik. Artur Mas — Kataloniya əyalətinin 129-cu prezidenti. Artur Miller — ABŞ dramaturqu.
Murtu
Murtu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi Ermənistanın İcevan rayonunda) kənd adı. XIX əsrdə Yelizavetpol qəzasında Mürut, İndi Ağsu rayonunda Murtı kənd adları ilə mənşəcə eynidir. XIX əsrin II yarısında Mil- Qarabağ düzlərində yaşamış Təklə tayfasının Murtulu qolunun adı ilə eynidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Tartu
Tartu (est. Tartu, alm. Dorpat, Dörpt‎; 1030—1224 və 1893—1918-ci illərdə Юрьев, в 1224-1893-ci ildə Дерпт) — Estoniyanın şəhəridir. Emayıgi çayının sahilində yerləşir. Tallindən sonra Estoniyanın 2-ci böyük şəhəridir. Tartu şəhəri hələ b.e. V əsrindən «Tarbatu» (est. tarvas — «tur, ibtidai buğa və ya öküz») adında estlərin yaşayış məntəqəsi kimi tanınırdı. Şəhər tarix boyunca Qədim Rus dövlətinin, Novqorod respublikasının, Livoniya ordeninin, Reç Pospolitanın, İsveç Krallığının, Rusiya imperiyasının və SSRİ-nin tərkibində olmuşdu, buna görə də şəhərin bir çox variantda adı var. Кай Крашевски.
Turku
Turku (keçmiş adı Abo, fin Turku, isv. Åbo) — Finlandiyanın cənub-qərbində Aurayokinin Arxipelaq dənizinə tökülən yerdə şəhər və port.Varsinays-Suomi vilayətinin inzibati mərkəzidir. 31 avqust 2013-cü il tarixinə əsasən əhali sayı 181 569 nəfərdir.
Turut
Turut düzü — Şəki rayonu ərazisində düz. Turut (İran) — İranda kənd.
Turşu
Turşu — metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddə. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən dissosiasiya zamanı kation kimi yalnız hidrogen ionu əmələ gətirən elektrolitlərə turşu deyilir. Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif edilir. Tərkibinə görə turşular iki qrupa bölünür: oksigensiz və oksigenli. Oksigensiz turşular: HF, HCl, HBr, H2S, HCN və s. Dövri sistemin VI və VII qrup qeyri-metallarının hidrogenli birləşmələrinin suda məhlulları oksigensiz turşuların nümayəndələridir. Oksigenli turşular: HNO3, H2SO4, H3PO4 və s. Turşuların tərkibindəki metalla əvəz oluna bilən hidrogen atomlarının sayı turşuların əsaslığını və turşu qalığının valentliyini göstərir. Əsaslığına görə turşular birəsaslı (HF, HCl, HNO3, HCOOH və s.), ikiəsaslı (H2SO4, H2S, H2C2O4 və s.), üçəsaslı (H3BO2, H3PO4 və s.) və dördəsaslı (H4P2O4 və s.) olur. Turşuların qüvvətliliyi onların su məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı, yəni dissosiasiya dərəcəsi ilə müəyyən edilir.
Tüstü
Tüstü
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Şütür
Şütür — Azərbaycanın erkən şəhərlərindən biri. Goranboy bölgəsində yerləşirdi. Qədim mənbələrdən məlum olur ki, Şütür V – VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şütür şəhərini yerlə yeksan etmişlər. Şütür şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi "qala yeri", yaxınlıqdakı kənd isə "sevinc, şənlik, səadət" mənasında Şadlı adlanır. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi. Şütür şəhəri qədim mənbələrdə Xanagahi-Şütür də adlanırdı. Bu da Şütür xanagahı deməkdir. Araz sahilindən Gəncəyə kimi olan 34 fərsənglik yol Xaar, Qark, Lənbəran, Bazarcıq, Bərdə, Cuqbuq, Dih-Isfahan, Xanəgah-Şütür kimi ticarət mərkəzləri və yaşayış məskənlərindən keçirdi.
Evoğlu (Tərtər)
Evoğlu — Azərbaycan Respublikasının Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Qarabağ düzündədir. Etnotoponimdir. Səlcuq oğuzlarının ivə/yivə tayfa adından və etnonim yaradıcılığında iştirak edən oğlu (nəsli) komponentindən ibarətdir. 1823-cu ilə aid bir sənəddə yalnız Ağdam rayonundakı Evoğlu kəndinin adı çəkilir və bildirilir ki, bu nəsil Qaradağlı tayfasına mənsubdur. Qaradağlılar isə kəngərlilərin qaraxanlı tayfasının bir qoludur. Bu sənədə əsasən məlum olur ki, Tərtər rayonundakı Evoğlu kəndini sonralar Ağdamın eyniadlı kəndindən köçmüş ailələr salmışlar. Vaxtilə qızılbaşlar, sonralar isə Şahsevən tayfa birləşməsinə daxil olan evoğlular Səfəvilər dövlətinin siyasi və ictimai həyatında müəyyən rol oynamışlar. Odur ki, hazırda Cənubi Azərbaycanın Xoy Şəhristanında 32 kəndi əhatə edən Evoğlu dehistanı mövcuddur.. Evoğlu adının yaranması barədə müxtəlif fərziyələr var.