Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emeret adası
Emerald adası (ing. Emerald Island) — Avstraliyadan cənubda Sakit okeanın sularında (Cənub okeanı) yerləşmiş kabus adası. Ada ilk dəfə 1821-ci ildə kəşf edilmişdir. Bir müddət sonra isə ada aşkarlanmamışdır. == Açılış tarixi == Bir çox mənbələrdə adanın Antarktida və Avstraliya arasında, Makkuori adasından cənubda yerləşirdi. Adanın müşahidəsi 1821-ci ildə «Emerald» (Emerald) gəmisindən aparılmışdır. Emerald adasından aparılan müşahidədə adanın elədə böyük olmamasına baxmayaraq hündür olması qeyd edilirdi 57°30′ c. e. 162°00′ ş. u..
Aleks Meret
Aleks Meret (22 mart 1997, Udine) — İtaliyalı peşəkar futbolçu, "Napoli" klubunun və İtaliya millisinin qapıçısı. Futbol üzrə 2020-ci il Avropa çempionatının qalibi. == Karyerası == === Klub === Aleks "Udineze" klubunun yetirməsidir. O, 2012-ci ildə "Udineze" klubunun uşaq komandasının sıralarına qoşulur. 2015-ci ildə "Udineze"nin əsas komandasının məşqçilərinin diqqətini çəkir və əsas komanda dəvət edilir. Udine klubunun heyətində debütu, 2015-ci il fevralın 12-də Atalanta ilə ölkə kuboku oyununda baş tutur.2016-cı ilin yayında Aleks, İtaliya B Seriyasına mübarizə aparan "SPAL" klubuna icarəyə verilir.5 iyul 2018-ci ildə Aleks Meret 22 milyon avroya "Udineze"dən "Napoli"yə keçir. Futbolçunun "Napoli" klubu ilə bağladığı müqavilə beş illik olur. === Milli komanda === 2013-cü ildə İtaliyanın 17 yaşadək futbolçulardan ibarət komandasının tərkibində on üç oyun keçirərək debüt etdi. İtaliyanın 19 yaşadək gənclərdən ibarət komandasının tərkibində 2016-cı ildə Avropa Gənclər Çempionatında çıxış edib. Aleks italyanların əsas qapıçısı olub və milli komanda ilə yarışın finalına kimi yüksəlir.2017-ci ilin martında Aleks İtaliyanın əsas millisinə ilk dəvətini alır.
Usenet
Usenet yaxud User Network (azərb. İstifadəçi şəbəkəsi‎) — Ünsiyyət və faylları dərc etmək üçün istifadə olunan kompüter şəbəkəsi. Usenet istifadəçilərin də göndərə bildiyi xəbər qruplarından ibarətdir. Məlumatlar serverlərdə saxlanılır və onlar bu məlumatları öz aralarında mübadilə edirlər. Usenet müasir veb-mədəniyyətin inkişafına böyük təsir göstərib: ayama (NICKNAME), smaylik (SMILEY), imza (SIGNATURE), moderator, trollinq (TROLLING), flud (FLOOD), fleym (FLAME), BAN, FAQ və SPAM kimi anlayışların geniş yayılmasına təkan verib. Usenet bu gün də geniş istifadə olunan “qocaman” şəbəkələrdəndir. O, geniş ictimaiyyətin İnternetə çıxışının olmadığı vaxtda – 1980-ci ildə meydana çıxıb. Sistem Duke Universitetində işlənib hazırlanıb. Hazırda Usenet ayrıca şəbəkə olmayıb, İnternetin bir hissəsidir. Praktiki olaraq Usenet-trafikin hamısı İnternet üzərindən ötürülür, məlumatların formatı və onların ötürülmə üsulu elektron poçta çox bənzəyir.
İmarət
İmarət stadionu — Ağdam şəhərində yerləşən stadion. İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. İmarət qəbiristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. İmarət Tayfa İmarət (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. İmarət (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
İmereti
İmereti diyarı (gürc. იმერეთის მხარე), Qərbi Gürcüstanda tarixi bölgə və Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Azərbaycan mənbələrində Başaçıq adıyla tanınırdı. Ölkənin inzibati mərkəzi Kutaisi (Qutayıs) şəhəridir. == İnzibati-ərazi bölgüsü == İmereti ölkəsi on iki bələdiyyəyə bölünür: Kutaisi şəhəri Bağdati bələdiyyəsi Çiatura bələdiyyəsi Xaraqauli bələdiyyəsi (Sovet vaxtında Orconikidze adıyla tanınırdı) Xoni bələdiyyəsi Saçxere bələdiyyəsi Samtredia bələdiyyəsi Tercola bələdiyyəsi Tkibuli bələdiyyəsi Tsxaltubo bələdiyyəsi Vani bələdiyyəsi Zestafoni bələdiyyəsi == Coğrafiyası == Rioni çayının hövzəsində yerləşən İmereti əsasən aqrar bölgədir. Burada çoxlu sayda ağ tut və üzüm yetişdirilir. == Tarixi == Qədimdə İmereti laz Eqrisi (yunanca Lazika kimi tanınan) dövlətinin tərkibində olmuşdur. Eqrisi hökmdarı 524-cü ildə məsihiliyi dövlətin rəsmi dini elan etmişdir. Dini birlik dövləti getdikcə Gürcüstanla yaxınlaşdıraraq nəticədə X əsrin sonunda Eqrisinin Gürcüstan çarlığına qatılmağına səbəb olmuşdur. Teymurləngin ölkəyə basqını gürcü feodalların birliyinə ağır zədə vurmuşdur.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
"İmarət" stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
Mərfət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. == Döyüşlərdə iştirakı == İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Santa Muerte
Santa Muerte (ispancadan – "Müqəddəs ölüm") — əsasən Meksika və ABŞ-də yayılmış, xalq katolisizmində və Meksika neopaqanizmində idol və ilahə. O, ölümün təcəssümüdür və onun fədailəri onu sağalma, qoruma və axirətə təhlükəsiz çatdırılma ilə əlaqələndirirlər. Katolik kilsəsinin və yevangelist hərəkatların liderləri tərəfindən qınanılmasına baxmayaraq, onun kultu XXI əsrin əvvəlindən bəri getdikcə artır. == Təşkilat == Kultun bəzi nümayəndələrini "Meksika və ABŞ-nin ənənəvi Katolik kilsəsi" adlanan kilsə birləşdirir. Təsisçisi David Romodur. Bu təşkilatın ilk kilsəsi 1999-cu ildə meydana çıxmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Chesnut, R. Andrew. Devoted to Death: Santa Muerte, the Skeleton Saint (Second). New York: Oxford University Press. 2018 [2012].
İlmi Ümerov
İlmi Ümerov (krımtat. İlmi Rustem oğlu Ümerov; 3 avqust 1957, Fərqanə vilayəti) — Ukraynalı dövlət xadimi, 2015-ci ildən bəri Krım Tatar Milli Məclisi sədrinin müavini, 2002–2005-ci illərdə Krım Ali Şurası sədrinin müavini, 2005–2014-cü illərdə Baxçasaray rayonu dövlət idarəsinin başçısı. == Bioqrafiyası == 1980-ci ildə Əndican Dövlət Tibb İnstitutunun tibb fakültəsini bitirmişdir. 1980–1981-ci illərdə Fərqanə şəhər doğum evinin həkimi olur. 1981–1984 — Fərqanə vilayəti, Marqilan şəhər xəstəxanasının mama-ginekoloqu olur. 1984-cü ildə Marqilan İpək Fabrikinin tibbi hissəsinin anestezioloq-reanimatoloqu olur. 1986–1988-ci illərdə Krasnodar vilayəti Krımsk şəhəri Krım Rayon Xəstəxanasının anestezioloq-reanimatoloqu işləyir. 1990–1992-ci illər arasında Krım, Baxçasaray rayonu Dostluq Kooperativinin Satınalma Mühəndisi olur. 1992–1994-cü illərdə isə Elmaz MMC-nin direktoru olur. 1993-cü ilin payızında Milli Firqə Krım Tatar partiyasının yenidən qurulmasını müdafiə edir.
İmarət (Germi)
İmarət (fars. عمارت‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (49 ailə).
İmarət (Xudafərin)
İmarət (fars. عمارت‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (37 ailə).
İmarət Qərvənd
İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. == Tarixi == İmarət Qərvənd kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. İmarət Qərvənd kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Ağdaban çayının sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
İmarət Tayfa
İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadionunda (beynəlxalq oyunlar) klublarına müxtəlif bəstələr, xareoqrafiya və şüarlarla dəstək olurlar. == Tarixi == ''İmarət Tayfa'' azarkeş qrupunun adı Qarabağ futbol klubunun Ağdam yerləşən ilk stadionu olan İmarət stadionundan gəlir. İmarət stadionunun inşasına 1950-ci ildə başlanılıb, 1951-ci ildə isifadəyə verilib. Həmin stadion tikiləndən sonra Qarabağ futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı “Məhsul” olub. “İmarət” tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. “İmarət” təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub.“İmarət tayfa” azad azarkeş qrupu 2009-cu ildə yarandı. “Qarabağ”ın tribunasında onsuz da, azarkeşlər vardı. Ancaq “Qarabağ”a yaraşan ideologiya ilə azarkeş topluluğunun yaranmasına ehtiyac var idi.
İmarət qəbiristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. == Haqqında == XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
İmarət stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
İmereti diyarı
İmereti diyarı (gürc. იმერეთის მხარე), Qərbi Gürcüstanda tarixi bölgə və Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Azərbaycan mənbələrində Başaçıq adıyla tanınırdı. Ölkənin inzibati mərkəzi Kutaisi (Qutayıs) şəhəridir. == İnzibati-ərazi bölgüsü == İmereti ölkəsi on iki bələdiyyəyə bölünür: Kutaisi şəhəri Bağdati bələdiyyəsi Çiatura bələdiyyəsi Xaraqauli bələdiyyəsi (Sovet vaxtında Orconikidze adıyla tanınırdı) Xoni bələdiyyəsi Saçxere bələdiyyəsi Samtredia bələdiyyəsi Tercola bələdiyyəsi Tkibuli bələdiyyəsi Tsxaltubo bələdiyyəsi Vani bələdiyyəsi Zestafoni bələdiyyəsi == Coğrafiyası == Rioni çayının hövzəsində yerləşən İmereti əsasən aqrar bölgədir. Burada çoxlu sayda ağ tut və üzüm yetişdirilir. == Tarixi == Qədimdə İmereti laz Eqrisi (yunanca Lazika kimi tanınan) dövlətinin tərkibində olmuşdur. Eqrisi hökmdarı 524-cü ildə məsihiliyi dövlətin rəsmi dini elan etmişdir. Dini birlik dövləti getdikcə Gürcüstanla yaxınlaşdıraraq nəticədə X əsrin sonunda Eqrisinin Gürcüstan çarlığına qatılmağına səbəb olmuşdur. Teymurləngin ölkəyə basqını gürcü feodalların birliyinə ağır zədə vurmuşdur.
İmereti ləhcəsi
İmereti ləhcəsi — Gürcü dilinin ləhcələrindən biridir. Gürcüstanın İmereti mxaresində danışılan gürcü dili ləhcəsidir. Özlüyündə bir çox şivələrdən ibarətdir.
İmereti mxaresi
İmereti diyarı (gürc. იმერეთის მხარე), Qərbi Gürcüstanda tarixi bölgə və Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Azərbaycan mənbələrində Başaçıq adıyla tanınırdı. Ölkənin inzibati mərkəzi Kutaisi (Qutayıs) şəhəridir. == İnzibati-ərazi bölgüsü == İmereti ölkəsi on iki bələdiyyəyə bölünür: Kutaisi şəhəri Bağdati bələdiyyəsi Çiatura bələdiyyəsi Xaraqauli bələdiyyəsi (Sovet vaxtında Orconikidze adıyla tanınırdı) Xoni bələdiyyəsi Saçxere bələdiyyəsi Samtredia bələdiyyəsi Tercola bələdiyyəsi Tkibuli bələdiyyəsi Tsxaltubo bələdiyyəsi Vani bələdiyyəsi Zestafoni bələdiyyəsi == Coğrafiyası == Rioni çayının hövzəsində yerləşən İmereti əsasən aqrar bölgədir. Burada çoxlu sayda ağ tut və üzüm yetişdirilir. == Tarixi == Qədimdə İmereti laz Eqrisi (yunanca Lazika kimi tanınan) dövlətinin tərkibində olmuşdur. Eqrisi hökmdarı 524-cü ildə məsihiliyi dövlətin rəsmi dini elan etmişdir. Dini birlik dövləti getdikcə Gürcüstanla yaxınlaşdıraraq nəticədə X əsrin sonunda Eqrisinin Gürcüstan çarlığına qatılmağına səbəb olmuşdur. Teymurləngin ölkəyə basqını gürcü feodalların birliyinə ağır zədə vurmuşdur.
İmereti çarlığı
İmereti çarlığı (gürc. იმერეთის სამეფო) — XV əsrin sonunda yaranan Kartli və Kaxeti ilə birlikdə Gürcüstanın üç müstəqil feodal krallıqlarından biri. Paytaxtı Kutaisi idi. XVI əsrin sonlarında İmereti çarlığı yalnız İmereti ərazisi ilə məhdudlaşırdı. 1555-ci ildə imzalanan Amasya sülh müqaviləsinə görə İmereti çarlığı Osmanlı Dövlətinə tabe oldu və vergi ödəməli oldu. İmereti çarlığının tarixi davamlı feodal iğtişaşları və qul ticarətinin çiçəklənməsi ilə əlamətdardır. Feodal daxili müharibələri xüsusilə XVII əsrdə gücləndi. Yalnız I Solomon (1752–84-cü illərdə hökmranlıq etmişdir) çar hakimiyyətini gücləndirə bilmişdir. O, qul ticarətini qadağan etmişdir, eyni zamanda qərbi Gürcüstanı birləşdirməyə çalışırdı. I Solomonun türklərlə uzun müddətli müharibəsi 1757-ci ildə Xresil zəfəri ilə bitdi və 1758-ci ildə Kartli çarı II İrakli ilə hərbi ittifaq ilə qeyd edildi.
Əkərət mahalı
Əkərət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Göyçay, İsmayıllı və Saatlı rayonlarının ərazisində ərazisində mövcud olmuşdur. Mahalın naibi Məlik Kərim idi. == Əhalisi == 1821-ci ildə 7 kənddə (İncə, Kürdmaşı, Yekəxana, Qaraməryəmli, Qarabaqqal Qaraman, Saatlı, Seyidlər) 160 ailə yaşayırdı. == İqtisadiyyatı == Əkərət mahalının sakinləri əkinçilik, bağçılıq, pambıqçılıq, məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Ümrə
Ümrə, Həcc mövsümü xaricində Kəbəni ziyarət edən müsəlmanlara aiddir. Ümrə ziyarət deməkdir. Fiqhi tərifi, həcc vaxtından asılı olmayaraq ehrama girərək Kəbəni təvaf, sə'y etmək və taraş olmaq deməkdir. Quran və hədisdə ümrə sözü qeyd edilmişdir. Quranda: "Allah üçün həcc və ümrə edin" ifadəsi hədisdə: "İki ümrə arasındakı kiçik günahların kəffarəsidir" formasındadır. Ümrə Hənəfi və Maliki məzhəblərində sünnə, Şafi və Həmbəli məzhəblərində fərzdir. Həyatın istənilən vaxtında edilə bilər. Bir-birinin ardınca həcc və ümrə etmək tövsiyə olunur. == Anlayışları == Cinayət: Həccdə və ya ümrədə edilməli olan ibadəti tərk etmək, vaxtında etməmək, ehram halında olarkən haram işlər görmək. Xalq: ehramdan çıxış üçün saçları dibdən kəsmək.
Amerə (Komican)
Amerə (fars. امره‎; azərb. Amara‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 104 ailədə 114 nəfəri kişilər və 167 nəfəri qadınlar olmaqla cəmi 281 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.