Mərət qalmaq şəklində qərb dialektində işlədilir, mərət “dəhşətli, ölü” mənasında işlədilir. “Avesta”da mərəta, hind dilində mrəts formalarında mövcuddur. Bizə, güman ki, ərəb dilindən keçib. Söz qədim hind dilinə məxsusdur, “ölmüş” mənasında işlədilir. Rus dilindəki морг (ölüxana) və мертвый (ölü) sözləri də mərətlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)