Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fayton
Fayton — minik məqsədilə hazırlanmış cütatlı qədim nəqliyyat vasitəsidir. XIX əsrdə fayton müasir minik avtomobillərini əvəz edirdi. Rahat nəqliyyat növü olduğu üçün Azərbaycanda ondan son zamanlara qədər istifadə olunmuşdur. Şəhər nəqliyyatı hesab olunan fayton bir çox rütbəli adamlar tərəfindən kənd yerlərində işədilmişdir. XIX əsrin axırlarında Bakıdan müxtəlif istiqamətlərə işləyən 418 fayton qeyd alınmışdı. Qatarların gəldiyi vaxt Bakı dəmir yolunun vağzalının qarşısındakı meydanda sərnişinləri daşımaq üçün faytonlar növbəyə dururdu. Bu dövrdə faytonlarda gediş haqqını göstərən xüsusi qiymət cədəvəli də olurdu. Dəmir lövhə üzərinə yazılmış cədvəl faytonun açıq görünən tərəfində bərkidilirdi. Hər bir fatonda faytonçudan başqa 3-4 adam otura bilirdi. Faytonun xarici görkəmini gözə çarpdırmaq üçün fayton sahibləri çalıdşırdılar ki, qoşqu üçün xüsusi seçilmişdi.
Faytut Mauassa
Krist-Emmanuel Faytut Mauassa (6 iyul 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Renn klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Nansi === Mauassa Nansi akademiyası vasitəsilə inkişaf etmişdir. Mauassa Liqa 2-də debütünü 3 avqust 2015-ci ildə Nansi klubu ilə Tur klubuna qarşı oyunda etmişdir. === Renn === 16 iyun 2017-ci ildə Mauassa Nansi klubundan ayrıldıqdan sonra Liqa 1 təmsilçilərindən olan Renn klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Mauassa Fransada anadan olmuşdur. Valideynləri isə Konqo vətəndaşlarıdır. Mauassa hal-hazırda Fransanın U-19 gənclər yığmasında çıxış edir.
Aytun Çıray
Aytun Çıray (1957, Bayındır, İzmir ili) — TBMM XXIV, XXV, XXVI, XXVII çağırış millət vəkili, İYİ Partiyanın baş katibi, Türkiyə səhiyyə nazirinin müşaviri, həkim və siyasətçi. == Həyatı == Aytun Çıray 1957-ci ildə anadan olmuşdur. Egey Universiteti Tibb fakültəsini bitirib. Daxili xəstəliklər üzrə rezidentura təhsili almışdır. 1989-cu ildə başhəkim olmuşdur. Fransızca bilir. == Siyasi fəaliyyəti == Aytun Çıray müəyyən dövrlərdə səhiyyə nazirinin müşaviri, baş nazirin müşaviri, PETKİM, ERDEMİR və İSDEMİR İdarə Heyətlərinin üzvü olmuşdur. ERENCO şirkətinin İdarə Heyətinin sədri olmuşdur. Dünya Bankı 2. Səhiyyə Layihəsi Krediti Müqaviləsi danışıqlarına Türkiyə adından rəhbərlik edib.
Baysun
Baysun(özb. Boysun/Бойсун) — Özbəkistanın Surxandərya vilayətində şəhər. Baysun rayonunun mərkəzi. Şəhər ətrafının UNESCO-nun Ümumdünya irsi siyahısına salınması təklif olunub.. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Fayruz
Feyruz (ərəb. فيروز‎, əsl adı Nühad Vədi Həddad ərəb. نهاد وديع حداد‎; d. 21 noyabr 1935) — livanlı müğənni, ərəb dünyasının yaşayan müğənniləri arasında ən sevilən və hörmətlisidir. Onun mahnıları bütün regionda populyardır.O, ilk olaraq 1957-ci ildə Bəəlbək Beynəlxalq Festivalının "Livan gecələri" bölməsində ifa etdiyi mahnılarla yaddaşlarda qalmış və məşhurluq qazanmışdır. Feyruz "Ulduzların səfiri", "Ayın qonşusu" (Maşğara Ayı haqqındakı mahnısına görə) və "Livanın cəvahiratı" adları ilə tanınır. == Həyatı == Nühad Həddadın atası Türkiyənin Mardin əyalətindən olan və Süryani pravoslavlığına etiqad edən, lakin sonradan maruniliyi qəbul edən kitab çapçısı Vədi Həddad, anası isə maruni xristian Liza əl-Bustanidir. 1935-ci ildə onlar Beyruta köçürlər. Ailədə 4 uşaq idilər: Nühad, Yusif, Huda və Amal. Nühad utancaq uşaq idi və məktəbdə çox dostu yox idi.
Tayfun
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Taytan
Taytan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km cənub-şərqdə, Vedibasar çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində "kiçik dağ", "təpə" mənasında işlənən tay (tey) sözü ilə türk dilində "dərə, dar dərin dərə", "təpə" mənasında işlənən tan (q) < //ton) (q) sözünün birləşməsindən əmələ gəlmişdir. "Tay" coğrafi termin kimi "tərəf, sahil" mənasında da işlənir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 177 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 262 nəfər, 1914-cü ildə 288 nəfər, 1916-cı ildə 366 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə azərbaycanlıları ermənilər öz doğma ocaqlırından qovmuşlar. Xaricdən (İran və Türkiyədən) gələn ermənilər bu kənddə yerləşdirilmişdir.
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Zeytun
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Şantun
Şantun (q.türk Şantuŋ, çin. 山东 / 山東; pinyin: Shāndōng; Wade-Giles: Shan-tung) — Çinin şərq sahilində bir vilayyətdir. Şantun Çincə "dağın şərqi" anlamına gəlir. Bölgə bu adı Tayhan dağlarının (太行山) şərqində yer alması səbəbi ilə almıştır. Şantun 92 milyonluq əhalisi ilə Çinin Henan vilayyətindən sonra ən kütləvi ikinci vilayyətidir. Kon Fun Çyının məmləkəti Çufu bu bölgədə yerləşir.
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Aykun
Aytən
Aytən — Qadın adı.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həmdə Dalarna bölgəsinin qərargahıdır.Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir. Şəhərdə hər zaman İskandinav qış idmanı qarşılamaları olsa da, şəhər dünya çempionlarında ev sahibliyi şansını bir-neçə dəfə qaçırıb.
Fatuş
Fatuş (ərəb. فتوش‎: həmçinin fəttuş, fətuş, və fattuş) — Levant mətbəxində çörək salat. Qızarmış və ya qovrulmuş pita çörəyi (Xubz Ərəbi) ilə birlikdə yarpaqlı tərəvəz və digər tərəvəzlərin qarışıqından hazırlanır..
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. == Etimologiyası == İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Armudu zeytun
Armudu zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Hündürlüyü 7,0 m-ə çatır. Çətirin diametri 7,5 m-dir. Dağınıq çətirə malikdir. Budaqları bir qədər yuxarı qalxmış vəziyyətdədir. Yarpaqları tünd yaşıl rəngdədir. Yaıpağm orta ölçüsü (sm); saplağm uzunluğu 0,6; eni 1,1. Meyvələri tünd bənövşəyi rənglidir. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir.
Artur Qayton
Artur Qayton (ing. Arthur Guyton; 8 sentyabr 1919 – 3 aprel 2003, Missisipi ştatı) Mississippi Tibb Məktəbi Universitetinin Dekanı olmuş Amerika fizioloqu idi. == Həyatı == Artur Qayton 600-dən çox məqalənin, 40-dan çox kitabın müəllifidir. Elmi araşdırmalarına görə 80-dan cox mükafat alıb. Əsas elmi araşdırmaları ürək-damar sisteminin fizyologiyasina aiddir. Qayton, əsasən, Tibbi Fiziologiyanın Kitabı adlı əsəri ilə məşhurlaşıb. Kitab 15 dilə tərcümə edilib.
Baba zeytun
Baba zeytun - Nardaran kəndində Abşeron yarımadasında ən qoca zeytun ağacı. Bəzi ehtimallara görə bu ağacın 500 yaşı var.
Ceytun mədəniyyəti
Ceytun — Aşqabaddan (Türkmənistan) 25 km. şimal-qərbdə Neolit dövrünə aid məskən (e.ə. VI minilliyin əvvəlləri) və onun materialları əsasında Cənubi Türkmənistan və şimal-şərqi İranda müəyyənləşdirilmiş erkən əkinçilik mədəniyyəti (e.ə. VI minillik). Ceytun yaşayış məskəni 1940-cı illərdə A.A.Maruşşenko tərəfindən aşkar edilmiş, qazıntılar V.A.Kuftin (1952), V.M.Masson (1955–1959), (1962–1963), sovet-ingilis arxeoloji ekspedisiyası (V.M.Masson, D.Harris; 1989–1992) tərəfindən aparılmışdır. Ərazidə 150–200 nəfərin yaşaya biləcəyi 30 ev yeri aşkar edilmişdi. == Antropologiyası == Türkmənistanın cənubundakı Ceytun mədəniyyətinə aid ilk əkinçilər irqi nöqteyi-nəzərdən Ön Asiya və Şərqi Aralıq dənizi əhalisinə yaxındır. == Səciyyəvi xüsusiyyətləri və əsas mərhələləri == Ceytun arxeoloji abidəsi təqribən 1 hektar ərazini əhatə edir və 5 inşaat təbəqəsindən (3,5 metr) ibarətdir. Samanlı kərpicdən tikilmiş birotaqlı evlər səciyyəvidir; evlərin interyeri standartdır: təsərrüfat bölməsi evə girişin sağ tərəfində, böyük "buxarı" sağ divarın ortasında, çıxıntılı taxça isə qarşı tərəfdə yerləşir, döşəmə ağ gəclə suvanır və çox vaxt qırmızı boya ilə rənglənir, yaxud həsirlə örtülürdü. Evlərin ətrafında yardımçı binalar və bir neçə paralel divardan ibarət tikililərin (ehtimal ki, taxıl anbarları) olduğu həyətlər yerləşirdi.
Daysun xan
Daysun xan(1422-52) — 1439-cu ildən oyrat (Qərbi Monqolustan) xanı. == Həyatı == Onun hakimiyyəti illərində bütün monqol torpaqları qısa müddətə oyrat xanının idarəçiliyi altında birləşdirildi. Bu işdə Daysun xanın baş vəziri Esenin mühüm rolu olmuşdur. Vəliəhdlik və Çinə qarşı yürüdülən siyasət məsələsində Daysun xan ilə Esen arasındakı ziddiyyətlər səbəbindən baş vermiş silahlı münaqişə nəticəsində Daysun xan öldürülmüş, Esen isə özünü "böyük xan" elan etmişdi.
Faeton (planet)
Faeton (və ya Phaetton, daha az Phaethon) — Mars və Yupiterin orbitləri arasında var olduğu fərz edilən hipotetik planetdir və təxribatı, yəqin ki, asteroid qurşağının meydana gəlməsinə səbəb olmuşdur. Xəyali planet, Yunan mifologiyasında günəş tanrısı Heliosun oğlu və atasının günəş avtomobilini dağıdıcı nəticələr doğuran bir günə aparmağa çalışan və nəticədə Zeus tərəfindən yox edilən Phaethon'dan seçildi. 3200 Phaethon, bəzən Phaeton'u səhv yazmış olan asteroid, qeyri-adi xüsusiyyətlərə sahib bir Mercury, Venera, Dünya və Mars orbit keçişi edən Apollon asteroididir. Titius-Bode qanununa görə Mars ilə Yupiter arasında bir planetin var olduğuna inanılırdı. Johann Elert Bode, Alman astronom və professor Johann Daniel Titius (1729–1796) tərəfindən edilən kəşflərin sonra beşinci planeti araşdırmaya çağırdı. Asteroid qurşağındakı asteroid ən böyüyü olan Ceres 1801-ci ildə İtalyan Giuseppe Piazzi tərəfindən təəccüblü bir şəkildə kəşf edildi və beşinci planetin təxmin etdiyi mövqeyə uyğun gəldiyi təsbit edilincə çoxu itkin planetə inandı. Bununla birlikdə, 1802-ci ildə astronomu Heinrich Wilhelm Matthäus Olbers, Ceres'le eyni ümumi orbitdəki başqa bir cisim kəşf etdi və adını Asteroid Pallas olaraq nəşr etdi. Olbers, bu yeni kəşflərin, daha əvvəl Güneş'i orbitdə buraxmış olan parçalanmış bir planetin parçacıqları olduğunu təklif etmişdi. Ayrıca, bu parçalardan daha çoxunun tapılacağını nəzərdə tutdu. Olbers tərəfindən Karl Lüdviq Harding və Vesta'nın meteorit Juno kəşfi, Olbers fərziyyəsini izlədi.
Fartuun Adan
Fartuun Adan (somali Fartuun Aadan, ərəb. فارتوون عدن‎; 1969, Moqadişo) — somalili ictimai fəal. == Həyatı == Somalidə anadan olmuşdur. == Ailəsi == Elman Əli Əhməd ilə evli idi. Bu evlilikdən onların Almas, İlvad və İman adlı övladları olmuşdur.
Faylın adı
Faylın adı (ing. filename) — faylı başqa fayllardan fərqləndirmək üçün ona mənimsədilən hərflər, rəqəmlər və başqa yolverilən simvollar yığını. Faylın adı, adətən, onun tipini və ya təyinatını geniş təsvir edən uzantı (EXTENSİON) ilə müşayət olunur. MS-DOS əməliyyat sistemində faylın adı səkkiz simvoldan artıq ola bilməz, həm də faylın adında hərf və rəqəmlərlə yanaşı, defis və altcizgi simvolları kimi, bəzi durğu simvollarından da istifadə etmək olar. Mas OS əməliyyat sistemində faylın adı 31 simvoladək ola bilər və onların arasında ikinöqtədən (:) başqa istənilən simvol ola bilər (: simvolundan yolun (PATHNAME) elementlərini bir-birindən ayırmaq üçün istifadə olunur). OS/2 sisteminin HPFS fayl altsistemində fayların adlarının uzunluğu 254 simvoladək ola bilər, ancaq disksürənin hərfindən, yoldan və faylın adından ibarət olan kombinasiyanın uzunluğu 259 simvolu aşa bilməz. NTFS fayl sisteminin istifadə olunduğu Windows NT əməliyyat sistemində faylın adı 255 simvoladək ola bilər. HPFS və NTFS sistemlərində faylın adında boşluq simvolundan istifadə etməyə icazə verilir. Bir çox nəşriyyatlar bitişik deyil, “file name” yazılışına üstünlük verir.
Faylın sonu
Faylın sonu – bəzən proqram tərəfindən faylın axırıncı baytında yerləşdirən kod. EOF simvolu əməliyyat sisteminə verilənlərin sonunu bildirən nişandır. Bu gərəksiz görsənə bilər, ancaq EOF simvolu faylın gerçək sonluğunu göstərdiyindən, çox zaman faydalı olur: çünki fayl üçün tam sayda klaster ayrıldığından, faylın həqiqi sonluğu klasterin ortasına düşdükdə, həmin sonluq faylın fiziki sonluğu (faylın axırıncı klasterinin axırıncı baytı) ilə üst-üstə düşməyəcək. ASCII kodunda EOF simvolu onluq 26 (onaltılıq 1Ah) qiyməti ilə və ya Control+Z idarəedici simvolu ilə göstərilib.