Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Familiya
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Discovery Familia
Discovery Familia — "Discovery Communications"a məxsus təhsil və ailə yönümlü ispandilli Amerika peyk və kabel televiziyası kanalı.
Saqrada Familia
Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi == Tarixi == İspaniyanın Barselona şəhərində yerləşən bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranmışdır. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlamışdı. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir. 1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşmış, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılmışdır. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlmişdir. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.
Pater familias
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır.Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Faminin
Faminin və ya Pambıqlı — İranın Həmədan ostanında yerləşən şəhər, Faminin şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 14019 nəfər və 3634 ailədən ibarət idi. Bu şəhərin köhnə adı "Pambıqlı" olub. Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar .
Emilia
Emilia (lat. Emilia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Famil
Famil — ad. Famil Ağaşov — Vətən müharibəsi şəhidi.
Amiliya (dairə)
Amiliya (ing. Amelia County) — ABŞ-nin Virciniya ştatında yerləşən dairə. 2010-cu ildə əhalinin sayı 12 690 nəfər təşkil edirdi. 1735-ci ildə quruldu, adını britaniya şahzadəsi Ameliya şərəfinə almışdır. == Coğrafiyası == Birləşmiş Ştatların siyahıyaalma bürosunun məlumatına görə, dairənin ümumi sahəsi 930 km²-dir, onlardan 920 km² quru, 8,5 km² və ya 0,9 % su obyektləridir. === Qonşu dairələr === Pouxeten (Virciniya) — şimal Çesterfild (Virciniya) — şimal-şərq Dinuiddi (Virciniya) — cənub-şərq Nottovey (Virciniya) — cənub Prins-Eduard (Virciniya) — cənub-qərb Kamberlend (Virciniya) — qərb == Demoqrafiyası == 2000-ci il siyahıyaalınmasına əsasən, dairənin 4.440 ev və 3.175 ailədən ibarət 11.400 sakini var. Əhalinin sıxlığı km2-ə 12 nəfərdir. Rayonda bina sıxlığı km per-ə 5 bina olan 4 609 yaşayış binası var. Əhalinin irqi tərkibi: ağlar - 70,57%, Afrika Amerikalıları - 28,05%, Yerli Amerikalılar (Hindistanlılar) - 0,28%, Asiyalılar - 0,17%, Havaylar - 0,02%, digər irqlərin nümayəndələri - 0,25 %, iki və ya daha çox yarışın nümayəndələri - 0,67%. İspan və Latino, irqindən asılı olmayaraq əhalinin 0.80% -ni təşkil etdi.
Faminin şəhristanı
Faminin şəhristanı (farsca: شهرستان فامنین) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. Mərkəzi Faminin (Pambıqlı) şəhəridir. == Ərazi == Şəhristan 1362 km² ərazini əhatə edir. == Əhali == 2006-cı ilin siyahıya alınmasına əsasən, Faminin şəhristanının əhalisi toplam 40,541 nəfərdən ibarətdir. === Şəhristanın bəxşlərinin əhalisi === ==== Mərkəzi (Faminin) bəxşi ==== Əhali (toplam): 36,214 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Faminin şəhəri): 14,019 nəfər (2006 s.a.) — Kənd əhalisi : 22,195 nəfər (2006 s.a.) ==== Pişxor bəxşi ==== Əhali (şəhərləri yoxdur, əhalisi tamamiylə kəndlərdə yaşayır): 4,327 nəfər (2006 s.a.) === Milli tərkib === Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kamilla Klodel
Kamilla Klodel (fr. Camille Claudel, 8 dekabr 1864[…] – 19 oktyabr 1943[…]) — Fransa heykəltaraşı, fransız şair və diplomat Pol Klodelin bacısıdır. == Həyatı == Kamilla Klodel Şimali Fransada Aisnedə, Louise Athanaïse Cécile Cerveaux ilə Louis Prosperin ikinci uşağı olaraq doğulub. Ailə Kamilla uşaq ikən Vilnyöv-Syur-Ferə köçür. Qardaşı Pol 1868-ci ildə doğulub. 1870-ci ildə ailə Bar-le-Duc-ə, 1876-cı ildə Nogent-sur-Seine-ə və 1879-cu ildə Wassy-sur-Blaise-ə köçür. Kamilla anası və digər uşaqlar ilə birgə 1881-ci ildə Parisin Montparnasse bölgəsində məskunlaşır. Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi. Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi.
Kamilla Patrisia
Kamilla Patrisia (d. 4 noyabr 1994) — İtaliyanı təmsil edən bədii gimnast. Kamilla Patrisia 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi; Patrisia həmdə Dünya Çempionatlarının 1 qızıl və 4 gümüş medalını qazanıb. == Karyerası == Kamilla Patrisia 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Alessia Maurelli və Marta Pacnini ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Kamilla Pfeffer
Kamilla Pfeffer (d. 24 yanvar 1993) — Almaniyanı təmsil edən bədii gimnast. Kamilla Pfeffer 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kamilla Pfeffer 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Tamilla Abbasova
Tamilla Abbasova (rus. Тами́лла Раши́довна Аба́сова; azərb. Tamilla Rəşid qızı Abbasova‎; 9 dekabr 1982, Moskva) — Rusiyanın tanınmış velosipedçisi, Rusiyanın əməkdar idman ustası. == Həyatı == Tamilla Abbasova 1982-ci il dekabrın 9-da Moskvada anadan olub. Velosiped sprinti üzrə 2004-cü il Yay Olimpiya Oyunlarının və 2005-ci il Dünya Çemionatının gümüş mükafatçısıdır. Dəfələrlə Avropa çempionu olan Abbasova Rusiyanın əməkdar idman ustasıdır.Azərbaycanlı idmançı dini inanc baxımından baptistdir.
Tamilla Abdullayeva
Tamilla (Tamella) İslam qızı Abdullayeva (10 dekabr 1943, Tovuz) — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007). == Həyatı == Tamilla Abdullayeva 10 dekabr 1943-cü ildə Tovuzda anadan olmuşdur. Orta məktəbi Tovuz rayonunda oxumuş, 1961–1965-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almışdır.Tamilla Abdullayeva səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlamış, 1965–1967-ci illərdə bu teatrda aktrisa işləmişdir. 1967-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı uzun fasilədən sonra bərpa olunan zaman həmin teatrda fəaliyyət göstərməyə başlamışdır. 1988-ci ildə teatrın köçməsi ilə əlaqədar olaraq fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında davam edərək 1995-ci ilədək burada işləmiş, 1995–1999-cu illərdə isə "Bəşir" Miniatür Teatrında fəaliyyət göstərmişdir. 1999-cu ildə isə yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləməyə başlamışdır. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 noyabr 1978 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 oktyabr 2007 "Teatr Xadimi" qızıl medalı — 2007 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Tamilla Ağamirova
Tamilla Mirsüca qızı Ağamirova (rus. Тамила Суджаевна Агамирова; 21 may 1928, Bakı – 31 avqust 2021, Nikolina Qora[d]) — Azərbaycan-rus teatr və kino aktrisası, RSFSR xalq artisti (1988), Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və indiyədək aktiv ictimai fəaliyyətlə məşğul olur. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistridir. Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.
Tamilla Bunyatova
Tamilla Faiq qızı Bunyatova (8 fevral 1950, Bakı) — A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Tamilla Faiq qızı Bunyatova 8 fevral 1950-ci ildə Bakı şəhərində doğulub. Orta təhsilini 190 saylı məktəbdə alıb. Beş il müxtəlif sahələrdə işləyib. 1973–1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakultəsində təhsil alıb. Tamilla Faiq qızı Bunyatova 01 dekabr 1976-cı ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışır. Teatrda debütü "Cırtdan" tamaşasında Arıq roludur. 1988-ci ildə rejissor Namiq Ağayevin quruluş verdiyi Ədbürrəhimbəy Haqverdiyevin "Pəri cadu" tamaşasında oynadığı Hafizə obrazı "Ən yaxşı qadın rolu" mükafatı ilə təltiflənib. 1995-ci ildən aparıcı səhnə ustasıdır. Aktrisa bir sıra Beynəlxalq Teatr festivallarında iştirak etmiş və xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.
Tamilla Haşımova
Tamilla Haşımova (d. 7 noyabr 1939 - 17 oktyabr, 2021, Moskva, RF) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı laureatı. == Haqqında == T.Haşımova Bakı şəhərində, görkəmli teatr rejissoru, Xalq artisti Məhərrəm Haşımovla Xalq artisti Rahilə Ginzburqun ailəsində anadan olub. Tamilla Haşımova uzun illər Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. Televiziyanın “Dostluq” baş redaksiyasına rəhbərlik edib, onlarla maraqlı verilişin, proqramların və sənədli filmlərin ərsəyə gəlməsində iştirak edib. O, həmçinin gənc rejissor və redaktorlar nəslinin yetişməsinə əhəmiyyətli töhfə verib. Hazırda onun yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkə telekanallarında da uğurla fəaliyyət göstərirlər.Azərbaycan televiziyasının inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən Tamilla Haşımova Prezidentin fərdi təqaüdçüsü idi. T.Haşımova musiqi və musiqiçilər haqqında sənədli filmlər çəkmiş, televiziya verilişləri hazırlamışdır. Bakıda anadan olmuş görkəmli violançelist və dirijor Mstislav Rastropoviçə həsr edilmiş "Slavanın beş günü", "Ustad sinfi” filmləri, ABŞ-da yaşayan digər həmyerlimiz, pianoçu Bella Davidoviç və onun oğlu skripkaçı, dirijor Dmitri Sitkovetski haqqında çəkilmiş "Darıxdığım şəhər" filmi, dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovdan "Estradanın əlifbası", Qara Qarayev musiqisinin İrlandiya orkestrinin ifasından bəhs edən "Qara Qarayev ilə Balfast görüşü", həmçinin görkəmli xoreoqraf İqor Moiseyevə həsr edilmiş qısametrajlı "Ömrə bərabər qostrol” filmləri onun yaradıcılıq uğurlarıdır. T.Haşımova həmçinin keçmiş Sovetlər İttifaqının "Dostluq" konsert studiyasında aparıcı estrada ifaçılarından Alla Puqaçova, keçmiş bakılı Larisa Dolina, İrina Ponarovskaya, Nani Briqvadze və başqaları haqqında silsilə verilişlər hazırlamışdır.
Tamilla Həsənova
Tamilla Xavərən qızı Həsənova — Azərbaycan alimi. == Həyatı == Tamilla Həsənova 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur.1976-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1991- f-r.e.n. “Исследование некоторых линейных операторов в весовыхпространствах целых функций многих переменных” 1992- dosent Riyazi analiz ixtisası üzrə 1970-ci ildə Biləcəri qəsəbəsi Kənd sovetində kargüzarlıq vəzifəsində çalışmışdır. Daha sonra BDU “Diferensial və inteqral tənliklər” kafedrasında metodist işləyib. 1973- cü ildən h/h kimi AMEA RMİ baş laborant, böy.e.i, 1981-ci ildən isə elmi katib vəzifəsində çalışır. Elmi rütbəsi- dosent ixtisasın adı- Riyazi analiz Namizədlik dissertasiyasının mövzusu: Исследование некоторых линейных операторов в весовых пространствах целых функций многих переменных Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı- 60 xaricdə çıxmış elmi əsərlərinin sayı- 18 Əsas elmi nailiyyətləri-Funksiyalar nəzəriyyəsi sahəsinin mütəxəssisidir. Çoxdəyişənli funksiyaların çəkili fəzalarında funksiyanın indikator diaqramı terminində Bernşteyn və Nikolski tipli çəkili bərabərsizliklər təyin etmişdir. Ümumiləşmiş çoxhədlilərdə analitik funksiyaların yaxınlaşmasını öyrənmişdir. Bir çox beynəlxalq və respublika konfranslarda iştirak edib.
Tamilla Kazımova
Tamilla Həsən qızı Kazımova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Tamilla Həsən qızı Kazımova 1939-cu il iyunun 16-da Kürdəmir rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Kürdəmir rayon orta məktəbinin birinci sinfinə daxil olmuş, sonra 3 saylı Naxçıvan şəhər məktəbində oxumuş və 1956-cı ildə Bakı şəhərində orta təhsilinu başa vurmuşdur. Həmin ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş, 1961-ci ildə isə oranı bitirmişdir. Təyinat ilə Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutuna göndərilmişdir. Əmək fəaliyyətinə akademik Y.Məmmədəliyevin laboratoriyasında başlamışdır. Onun şəxsi rəhbərliyi altında diplom işini yerinə yetirmişdir. == Elmi fəaliyyəti == 1962-1965-ci illərdə NKPİ-nin aspirantı olmuş, 1967-ci ildə “Heksaxlortsiklopentadienin sis-D-tsikloheksen-1,2-dikarbon turşularının anhidridləri ilə dien kondensləşməsi törəmələri və alınmış birləşmələrin çevrilmələri sahəsində tədqiqatlar” mövzusunda namizədlik, 1992-ci ildə isə “Allil- və proparqil efirlərinin polihalogentsiklopentadienlərlə tsiklobirləşmə reaksiyaları” mövzusunda “Üzvi kimya” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. T.H.Kazımova Dils-Alder reaksiyaları ilə polihalogentsiklodienlər əsasında geniş spektrdə tərkibində polihalogensaxlayan yeni norbornen birləşmələri sintez etmiş və onların tətbiq sahələrini aşkar etmişdir. Apardığı tədqiqatlardan məlum olmuşdur ki, həmin maddələr polimer materiallarında antipiren, rezinin vulkanlaşdırılmasında ləngidici, hermetikləşdirici, yapışqan kompozisiyasında antipiren, sürtkü yağlarında yeyilmə aşqarı, bakterisid və digər xassələr daşıyırlar.
Tamilla Mahmudova
Tamilla Zahid qızı Mahmudova (21 aprel 1931, Bakı – 12 sentyabr 2014, Moskva) — Azərbaycan pianoçusu, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru, Azərbaycan SSR xalq artisti (1974), Rusiyan Federasiyasının əməkdar artisti (1994), "Şöhrət" ordeni laureatı (2002). == Həyatı == Tamilla Mahmudova Azərbaycanda doğulub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K.Səfərəliyevanın sinfində alıb. 1954-cü ildə Moskva konservatoriyasını və 1957-ci ildə professor Y.Zakın sinfində aspiranturanı bitirib. 1947-ci ildən Azərbaycan Radio Komitəsində solist olmuşdur. 1954-cü ildən Moskonsertin solisti idiRepertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q.Qarayev, F.Əmirov, C.Hacıyev və A.Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olmuşdur. 3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat etmişdir.
Tamilla Maqsudova
Tamilla Maqsudova — kimya elmləri doktoru. == Həyatı == Tamilla Maqsudova 25 noyabr 1956-cü ildə Bakı şəhərində anadan olmuşdur. == Elmi fəaliyyəti == == Elmi istiqaməti == == Elmi əsərləri == == Kitablar == == Elmi məqaləri == Tamilla Maqsudovanın məqalələrinin bir qismi aşağıdakılardır: •6. Mаксудова Т.Ф., Аждарова Д.С., Алиев О.М. Выращивание монокристаллов соеди¬нения YbSbS3 // Материалы VI Междунар. Конф. Кристаллофизика и деформационное поведение перспектив-ных материалов. Москва. 2015. С.202. •O.M.Aliev, D.S Ajdarova, T.F.Maksudova, V.M.Ragimova. ”Phase equilibria in systems Cu2S- PbCuBiS3 and CuSbS2-Pb5Sb4S11”.
Tamilla Musayeva
Tamilla Həşim qızı Musayeva (31 dekabr 1931, Bakı – 26 yanvar 2019, Bakı) — Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan mədəniyyəti tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi (2005), Dövlət mükafatı laureatı (1984). == Həyatı == Tamilla Həşim qızı Musayeva 1931-ci il dekabrın 31-də Bakıda anadan olmuş, 1939–1949-cu illərdə Bakı şəhərində 46 saylı məktəbdə təhsil almışdır. Həmin ildə məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1954-cü ildə oranı fərqlənmə diplomu ilə qurtarmışdır. Həmin vaxtdan vəfatına qədər Tarix İnstitutunda elmi tədqiqat işi ilə məşğul olmuşdur. Tamilla Musayeva Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin baş elmi işçisi vəzifəsində çalışmışdır. Vəfat etdikdə "Azərbaycan mədəniyyəti tarixi" şöbəsinin müdiri vəzifəsində çalışırdı. === Elmi dərəcəsi və elmi adı === Tamilla Musayeva 100-dən artıq elmi əsərin, o cümlədən dörd monoqrafiyanın müəllifidir. O, 1962-ci ildə "Birinci beşillik illərində Azərbaycanda xalq təhsilinin inkişafı uğrunda mübarizə (1928–1932-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1980-ci ilin dekabrında isə doktorluq dissertasiyasını başa vurmuşdur. Onun 1980-ci ilin martında nəşr olunmuş "İnqilab və Azərbaycanda xalq təhsili (1920–1940-cı illərdə Azərbaycanda xalq təhsilinin inkişafı tarixinin oçerkləri)" monoqrafiyası dissertasiya kimi müdafiəyə təqdim olunmuşdur.
Tamilla Nəsirova
Tamilla Hilal qızı Nəsirova (20 oktyabr 1936, Nəvai – 12 aprel 2023, Bakı) — riyaziyyat elmləri doktoru, Azərbaycanın ilk qadın riyaziyyatçı professoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. == Həyatı == Tamilla Nəsirova 20 oktyabr 1936-cı ildə Hacıqabul rayonun Navahi kəndində doğulub. Navahı kənd orta məktəbində beş il oxuduqdan sonra 1948-ci ildə Bakıya gəlir. Burada o, 1953-cü ildə 176 saylı orta məktəbi qızıl medalla bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olur. Tamilla xanım 1958-ci ildə universiteti bitirdikdən sonra AMEA-nın Kibernetika İnstitutuna təyinatla işə götürülmüşdür. Həmin il aspiranturaya daxil olub, Ukrayna EA-nın Riyaziyyat İnstitutuna, oradan isə Moskva Dövlət Universitetinə göndərilir. Tamilla Nəsirova 1964-cü ildə Daşkənd Dövlət Universitetində akademik B. V. Qnedenkonun rəhbərliyi altında "Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1980-ci ildə isə BDU-nun tətbiqi riyaziyyat kafedrasına dosent vəzifəsinə seçilmişdir. Elmi axtarışlar, riyaziyyatın fundamental sahələrindən biri sayılan ehtimal nəzəriyyəsində aldığı nəticələr T. Nəsirovanı elm yollarında irəliyə aparmışdır. 1984-cü ildə "Elm" nəşriyyatında çapdan çıxmış "Yarımmarkov dolaşma prosesləri" (rus dilində) monoqrafiyası alimin sonrakı yaradıcılığında əsaslı dönüş yaratmışdır.
Tamilla Quliyeva
Tamilla Quliyeva — Aktrisa == Həyatı == Tamilla Quliyeva-Karantinaki 1967-ci ildə Bakıda anadan olmuş, Rusiyanın paytaxtı Moskva şəhərində böyümüşdür. Müxtəlif illərdə Azərbaycanda və Rusiyada yaşayan Tamilla Quliyeva 1992-ci ildə ailə qurub Yunanıstana köçərək teatr və kino fəaliyyətini orada davam etdirmişdir. == Filmoqrafiya == Tələ (film, 1990) Vasiliki (film, 1997) Şəhər kənarı (film, 1998) (səsləndirən) Sabah daha bir gündür (film, 2001) Bir ümman uzaq (film, 2003) Alındı!