Tamilla Şirəliyeva
Tamilla Xudadat qızı Şirəliyeva — Azərbaycanın balet artisti, Azərbaycan SSR xalq artisti (10.01.1978), SSRİ Dövlət mükafatı laureatı (1980), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri.
Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1964). Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyalarıdır. 1977-ci ildən pedaqoji fəaliyyət göstərir.