Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fauna
Fauna (mifologiya) — Qədim Roma mifologiyasında heyvandarlıq ilahəsi. Fauna (zoologiya) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.
Fauna (mifologiya)
Fauna — Qədim Roma mifologiyasında heyvandarlıq ilahəsi.
Fauna (zoologiya)
Fauna (lat. Fauna — meşə və çöl ilahəsi, heyvanların himayədarı) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu. Süxurların və ya çöküntü qatlarının arasında olan orqanizm qalıqlarının kompleksi də fauna adlanır. Bu və ya digər rayonun faunası müxtəlif heyvan qruplarından (faunistik kompleksdən) ibarətdir. Tundra, meşə, çöl, yarımsəhra, səhra faunistik kompleksləri olur. fauna termini müxtəlif istematik kateqoriyadan olan heyvanlara müəyyən ərazidə (quşların faunası, böcəklərin faunası) aid edilə bilər. Yerin çoxəsrlik tarixində bir çox faunalar biri digərini əvəz etmişdir. Bu, bir tərəfdən yeni növlərin yayılmasına, digər tərəfdənsə sayın azalmasına və əvvəllər dominant olmuş bir sıra növlərin məhvinə səbəb olmuşdur. Fauna termini həm müxtəlif sistematik qruplara aid heyvanlara, həm həyat tərzi və yaşayış şəraitinin oxşar olmasına görə birləşdirilmiş heyvan qruplarına, həm də insan üçün əhəmiyyəti olan heyvanlara aid edilir. == Fauna analizi == Fauna analizi – hər hansı əraziyə və ya müəyyən biosenozun tərkibinə daxil olan heyvanların tam növ tərkibi.
Sauna
Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır. Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır.
Faina Kunqurova
Faina Kunqurova (doğum adı: Fəridə Mehman qızı Tağıyeva; 18 oktyabr 1974 – 18 noyabr 2007) — azərbaycanlı siyasi fəal. Faina Kunqurova siyasi fəaliyyəti səbəbindən 2002-ci və 2007-ci illərdə həbs olunub, siyasi məhbus həyatı yaşayıb. 18 noyabr 2007-ci ildə Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Avropa Şurası tərəfindən Azərbaycan üzrə siyasi məhbuslar siyahısında adı daxil edilən birinci qadın olub. == Erkən illəri == Faina Kunqurova 10 fevral 1974-cü ildə Bakı şəhərində anadan olub. Atası Mehman Tağıyev azərbaycanlı, anası Larisa Anatolevna Kunqurova isə rus-yəhudi idi. Faina Kunqurova 1980–1990-cı illərdə 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli və bir qız anası idi. == Siyasi fəaliyyəti == === 2002-ci ildəki həbsi === 2001-ci il martın 26-da Səbail Rayon Prokurorluğunda Faina Kunqurovaya qarşı Cinayət Məcəlləsinin 132-ci (adam döymə) maddəsi ilə cinayət işi açıldı. Buna səbəb Kunqurovanın qonşusu Zöhrə Əliyevanın, onu döydüyünü, nalayiq söyüşlər söylədiyini, bıçaqla hədələndiyini və yüngül bədən xəsarətləri yetirdiyini iddia eləməsi olub.
Faina Ranevskaya
Faina Ranevskaya (Фаина Георгиевна Раневская) (15 (27) avqust 1896, Taqanroq, Don Voysko vilayəti[d] – 19 iyul 1984, Moskva) —Sovet teatr və kinosunun görkəmli aktrisası. "XX əsrin ən böyük rus aktrisalarından biri" və "ikinci planın kraliçası" == Həyatı == Faina Ranevskaya 1896-cı il avqustun 27-də Rostov vilayətinin Taqanroq şəhərində yəhudi ailəsində anadan olub. Onun atası Feldman Qirşi quru boya istehsal edən fabrikin, tikinti materialları mağazası və "Saint Nicholas" gəmisinin sahibi idi. Anası Feldman Milka isə evdar qadın olub. Onların ailəsində Fainadan başqa iki qardaş və Fainadan yaşca böyük İzabella adlı bacısı vardı. Fainanın 5 yaşı olanda onun balaca qardaşı dünyasını dəyişir. Faina öz həmyaşıdları ilə dostluqdan qaçır, heç kimlə yaxınlıq etmir, dərslərini çox pis oxuyurdu. Buna baxmayaraq o, zəngin tacir ailəsində böyüdüyündən evdə onun üçün xüsusi olaraq keçilən musiqi və xarici dil dərslərini səylə mənimsəməyə çalışırdı. 1913-cü ildə Faina il dəfə Moskva Bədii Teatrının səhnəsində Çexovun "Albalı bağı" pyesi əsasında hazırlanmış tamaşaya baxır. Həmin tamaşadan sonra o, tetar vurğununa çevrilir.
Mauna Kea
Mauna Kea — (hav. ˈmɔunə ˈkea — белая гора; ing. Mauna Kea) Havay adalarında vulkan. Dəniz səviyyəsindən 13.803 fut (4,207 m) dayanan zirvəsi, ABŞ-nin Havay əyalətinin ən yüksək nöqtəsi. Mauna Keanın yaşı təxminən bir milyon ildir ki, onun fəaliyyətinin ən fəal dövrü yüz minlərlə il əvvəl idi. Vulkanın son püskürməsi qonşu vulkanlara nisbətən daha qüvvətli olmuşdur. Son püskürməsi təxminən 4500 il əvvəl baş vermişdir. İndi isə vulkan qeyri-aktivdir. Havay dilində Mauna-Kea "Ağ dağ" deməkdir. Onu qəbiləsinin yüksək rütbəli rəhbərləri ziyarət edə bilərlər.
Taxus fuana
Taxus fuana (lat. Taxus fuana) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı — Azərbaycanın qədim fauna və flora qəbiristanlığı Binəqədi IV dövr flora və fauna qəbiristanlığının tarixi təxminən 200 min il bundan əvvələ aiddir. Həmin dövrdə indiki Binəqədi qəsəbəsinin böyük bir hissəsi qırlı göldən ibarət olmuşdur. İçməli su kimi görünsə də həmin göl qədim, habelə nəsli kəsilmiş heyvanlar üçün ölüm yuvası olmuşdur.Çünki, qıra yapışmış heyvanlar asan yem kimi digərlərini də gölə cəlb edirmiş. Nəticədə həmin ərazidə qurbanların sayı daim artmışdır. Daha sonralar isə qırlı göl elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilmişdir. Müasir dövrdə ərazinin əksər hissəsində tikinti işlərinin aparılması səbəbindən, yalnız 1938-ci ildə onun kiçik bir sahəsi aşkarlanmış və elm üçün zəngin sərvət kimi qiymətləndirilmişdir. == Mənbə == “Natural History” Azərbaycanın təbiətindən yazır.
Afina
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Asuna
Asüna – keçmiş Kanada avtomobil markası. Asuna Kaqurazaka – "Negima! Magister Negi Magi" manqa seriyasının baş qəhrəmanlarından biri. Asuna (Sword Art Online) – "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Asuna – "Pokemon" personajı.
Batna
Batna vilayəti — Əlcəzairdə vilayət. Batna (şəhər) — Əlcəzairin şimal-şərqində şəhər, Batna vilayətinin inzibati mərkəzi.
Camna
Camna, Yamuna və ya Cumna — Hindistanda ümumi uzunluğu 1376 km olan çay. Qanqın ən uzun və ən yüksək suyu (ildə 110 km³). Mərkəzi Himalayın cənub yamaclarında başlayır, Yamunotri buzlağından (Zaskar silsiləsi) 3255 m yüksəklikdə axır. Hindistanın Haryana və Uttar Pradeş ştatlarından, həmçinin paytaxt Dehlidən axır. Dehlidən əlavə Mathura və Aqra şəhərləri də Camna üzərində yerləşir. Yamunanaqar şəhərinin yaxınlığında, cənuba dönür, Hind-Qanq düzənliyinə baxır və Allahabad şəhərinin yaxınlığında hindular üçün müqəddəs Sanqam təşkil edərək Qanqa axır.
Camuna
Camuna (benq. যমুনা) — Banqladeşdə yerləşən əsas çaylardan biri, ağaca yaxın olan Braxmaputra çayının əsas qolu. Çay, Qanqa Deltasındakı Padma çayı ilə birləşərək cənubdan axır. 1998-ci ildən bəri, paytaxt Dakanı Banqladeşin şimal-şərq hissələri ilə birləşdirən Jamun Körpüsü (inşası haqqında qərar 1966-cı ildə qəbul edilmişdir) çaydan keçir. Mənbənin hündürlüyü dəniz səviyyəsindən 16 m yüksəkdir. Gətiricilər: Tista, Torsa.. == İstiqamət == Banqladeşdə Braxmaputra, ən böyük qollarından biri olan Teesta çayı (və ya Tista) ilə birləşir. Daha əvvəl Teesta üç kanalda, yəni şərqdə Karatoya, qərbdə Punarbhaba və mərkəzdə Atraydan Calpaigurinin cənubundan qaçdı. Üç kanal, bəlkə də Trestrota "üç axın sahibi" olduğu üçün çayın adını Teesta qısaldılmış və korlamışlar. Bu üç nəfərdən Punarbhaba Mahanandaya qatıldı.
Daura
Daura – Mərkəzi Sudanda (indiki Nigeriya və Niger ərazisində) dövlət, hausaların əfsanəvi vətəni. == Tarixi == Eramızın 2-ci minilliyinin əvvəllərində meydana gəlmişdir. Ovçuluq ilahəsi və əfsanəvi hökmdar qadın Dauranın adı ilə adlandırılmışdır. “Yeddi hausa” adlı etnogenetik rəvayət Dauranın tarixi ilə bağlıdır. Rəvayətə görə, hausaların yeddi iri şəhər və dövlətlərinin baniləri Daura və Bağdad şahzadəsi Abayacidin (Bəyacid) övladları və nəvələridir. Ehtimal ki, Abayacid Əbu Yezid (10-cu əsrdə Şimali Afrikada yaşayan bərbərlərin Fatimilərə qarşı üsyanının başçısı) adının təhrif edilmiş formasıdır. Daura Böyük Səhranın ticarət mərkəzlərindən biri olsa da, Katsina və Kano kimi siyasi və hərbi nüfuza malik deyildi. === Siyasi quruluşu === 1805-ci ildə Osmandan Fodionun cihadı zamanı fulbelər tərəfindən istila edilmiş Daura dövləti üç hissəyə parçalandı: fulbelər Daurası, zanqolar Daurası və baurelər Daurası 1907-ci ildə Mərkəzi Sudanın İngiltərə və Fransa arasında bölüşdürülməsindən sonra Fransa baurelər Daurası və zanqolar Daurasının bir hissəsini Nigerin tərkibinə qatdı, Dauranın qalan hissəsi isə İngiltərənin nəzarətində olan Şimali Nigeriya protektoratına qatıldı. Britaniya müstəmləkə orqanları orada fulbe sülaləsinin hüquqlarını ləğv edərək zanqoların hakimiyyətini bərpa etdi.
FATCA
FATCA (ing. Foreign Account Tax Compliance Act — Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) — xarici bank hesablarının vergiyə cəlb olunması ilə bağlı amerikan qanunudur. ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu ildə qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Əsas məqsəd digər ölkələrdə işləyən və yaşayan Amerika vətəndaşlarının vergidən yayınmasının qarşısını almaqdır. Qanun ABŞ Vergi xidmətinin (İRS) qeydiyyatında olan fiziki şəxslər barədə banklardan və digər maliyyə qurumlarından məlumatların verilməsini tələb edir. FATCA ilə bağlı Azərbaycanda Nazirlər Kabinetinin 22 aprel 2014-cü il 103 saylı sərəncamı var.
Fabula
Fabula — hərəkətin təqlid olunması, başqa sözlə desək, müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığıdır. == Növləri == Fabulalar sadə və dolaşıq olmaqla, iki növə ayrılır. Belə növlərə bölünmə, əsasən, fabulaların təqlid etdiyi hərəkətlərlə bağlıdır. Aristotel sadə fabula dedikdə, elə fasiləsiz və tamamlanmamış hərəkəti nəzərdə tuturdu ki, onun ərzində taleyin dəyişməsi peripetiyalarsız və tanımalarsız olsun. Dolaşıq fabula dedikdə isə taleyin dəyişməsi tanıma və ya peripetiya ilə, yaxud hər ikisinin bahəm iştirakı ilə yaranan hərəkət başa düşülürdü. Bütün bunlar, öz növbəsində, fabulanın tərkibinə aiddir, yəni müəyyən bir hadisə zərurət və ehtimala əsasən əvvəl baş vermiş hadisənin nəyinsə nəticəsində baş verməsi ilə nədənsə sonra baş verməsi arasında böyük fərq vardır. Peripetiya, deyildiyi kimi, hadisələrin öz əksinə dönməsidir ki, bu da, ehtimal və zərurət qanunları üzrə olur. Məsələn, “Edip” əsərində Edipi sevindirmək və onu anası qarşısında xofdan azad etmək üçün gələn qasid ona kim olduğunu bildirməklə, hadisənin öz əksinə dönməsinə nail olur, həmçini “Linkey” əsərində də birini ölümə aparır, Danay isə onların dalınca gedir ki, onu öldürsün, lakin hadisənin gedişi nəticəsində özü ölməli olur, birincisi isə xilas olur. Tanıma isə, adından da göründüyü kimi, bilməzlikdən bilməyə keçid deməkdir ki, bu da taleyi xoşbəxtlik, yaxus bədbəxtlik olan şəxsləri ya dostluğa, ya da düşmənçiliyə aparır. Tanımanın şəkilləri arasında ən çox istifadə ediləni bədii cəhətdən ən zəifi və qabiliyyət çatışmazlığı səbəbindən ən çox istifadə olunanı - zahiri əlamətlər vasitəsilə tanımadır.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həm də Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Fanta
Fanta — The Coca-Cola Company tərəfindən istehsal olunan meyvə dadlı sərinləşdirici qazlı içki. Dünyada 200-dən çox müxtəlif dad və çeşiddə mövcuddur. Fanta 1941-ci ildə Nasist Almaniyasında ABŞ ilə ticarət embarqosu zamanı Koka-Kola içkisinin əvəzedicisi olaraq yaradılmışdır. Portağal dadlı Fanta isə 1955-ci ildə İtaliyada hazırlanmışdır. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Fatma
Fatma — XIX əsr qadın aşıqlarındandır. == Həyatı == Bəzi mənbələrdə onun XIX əsrdə yaşadığına və şirvanlı olduğuna dair məlumatlar var. Nəqşibəndi təriqətinə mənsub olan Fatmanın cəmi bir qoşması günümüzə gəlib çatmışdır. == İstinadlar == == Mənbə == Azərbaycanın Aşıq və Şair Qadınları, Bakı, 1978, s. 105-106.
Faurea
Faurea (lat. Faurea) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Trichostachys Welw.
Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Vəhşi fauna və flora və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Bern Konvensiyası
Avropada vəhşi fauna və floranın və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Konvensiya (ing. Convention on the Conservation of European Wildlife and Natural Habitats), və ya Bern Konvensiyası (The Bern Convention) — Avropada vəhşi fauna və floranın və təbii yaşayış mühitinin mühafizəsi üzrə beynəlxalq müqavilə. Konvensiya həm yaşayış mühitinin, həm də mühafizə edilməli olan flora və fauna növlərinin mühafizəsi, qadağan edilməli olan ov üsulları və balıq ovu vasitələri ilə bağlı müddəaları ehtiva edir. Bern Konvensiyası Avropa Şurası tərəfindən hazırlanmışdır. Konsepsiyanın yaradılması haqqında qərar 1976-cı ildə Avropa Şurası Nazirlər Şurasının qərarı ilə qəbul edilib. Konvensiya 1979-cu il sentyabrın 19-da Berndə keçirilən Ətraf Mühit Nazirlərinin 3-cü Avropa Konfransında imzalanmaq üçün açılmışdır. 1982-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qərargahı Strasburqda (Fransa) yerləşir. İndi konvensiyanı Avropa Şurasının üzvü olan 40 dövlət, həmçinin Avropa İttifaqı, Burkina Faso, Mərakeş, Tunis və Seneqal imzalayıb. Əlcəzair, San Marino, Kabo-Verde, Vatikan və Rusiya konvensiyanı imzalamamış və onun icraiyyə komitəsinin iclaslarında müşahidəçi statusuna malik ölkələrdir.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Avena fatua subsp. fatua
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Avena fatua var. fatua
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Entoni Dauns
Entoni Dauns (21 noyabr 1930[…] – 2 oktyabr 2021, Betesda, Merilend) – Amerika iqtisadçısı və politoloqu, doktorluq dərəcəsini Stanford Universitetində (1956) almışdır. == Həyatı == Karlton kollecini (Minnesota ştatı) bitirmişdir. Çikaqo Universitetinin professoru (1959–62) olmuş, 1977-ci ildən Vaşinqtondakı Brukinqs Mərkəzində böyük tədqiqatçı vəzifəsində çalışır. == Fəaliyyəti == Səmərəli seçim nəzəriyyəsinin müəllifidir. İqtisadi model və konsepsiyaları sırf siyasi problemlərin təhlilində, bürokratiyanın tədqiqində istifadə edərək, əsas iştirakçıları məqsədlərinin maksimallaşdırılmasına can atan "səmərə aktorları" (partiyalar, siyasətçilər, seçicilər) olan demokratik siyasət konsepsiyasını işləyib hazırlamış, "hakimiyyət itkisi" tezisini formulə etmişdir. Dauns bürokratik strukturda qeyri-çevikliyin (fəaliyyətsizliyin) artması səbəbini onun mərkəzləşdirmə, daxili ixtisaslaşma və yeni tənzimləmə qaydalarının tətbiqi yolu ilə "hakimiyyət itkisi"ni kompensasiya etmək cəhdində görürdü. Dauns yanaşması siyasi proseslərin modelləşdirilməsində geniş istifadə olunur. === Əsərləri === An economic theory of democracy. N. Y., 1957; Inside bureaucracy. Boston, 1967; Dohousing allowances work (K. L. Bredberi ilə birlikdə).
Estoniya faunası
Estoniya faunası – Estoniya qarışıq iynəyarpaqlı meşə ərazisində və Baltik dənizi sahilində yerləşən kiçik bir ölkədir. Meşə sahələri Estoniya ərazisinin 52 faizini əhatə edir. Meşələrin əksəriyyəti ölkənin şərq hissəsində - mərkəzi və cənub Estoniyada yerləşir. Bu meşələrin əsas hissəsini qarışıq və qarışıq geniş yarpaqlı ağaclar təşkil edir. Şam ağacları cənub-şərq hissədə, çəmən bitkiləri isə şimal-qərb və şimal hissələrdə geniş yayılmışdır. Qərb hissəsini qeyri adi landşaft tutur, hansı ki çəmənliklə meşə bitki örtüyü sahələrini birləşdirir. Estoniyanın seyrək əhalisi var və böyük əraziləri müxtəlif heyvan növləri ilə zəngin meşələr əhatə edir. Hazırda Estoniya meşələrində yaşayan məməlilərin 65 növü mövcuddur. Bura, adi vaşaq, çöldonuzu, qonur ayı, sığın kimi vəhşi heyvanların məskunlaşdığı ərazilərdir. Estoniya nadir dəniz quşları olan kiçik qaqa (Polysticta stelleri), ağqaş qaz(Anser erythropus), böyük oxcüllüt(Limosa limosa), bataqlıq quşları ortaboy tənbəlcüllüt (Gallinago media), quru çöl quşları adi çivdimdik (Crex crex), dra-dra göycəqarğa (Coracias garrulus) və iri yırtıcı quş olan böyük xallı qartal (Aquila clanga) ilə xarakterizə olunur.
Farra Fouset
Farra Fouset (d. 2 fevral 1947 - ö. 25 iyun 2009) ABŞ aktrisadır. Məşhur Hollivud ulduzu Farra Fouset Santa-Moniki xəstəxanasında (Los-Anceles, Kaliforniya) 25 iyun 2009-cu ildə 62 yaşında vəfat edib. Aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib. Ən yaxşı filmlərindən biri "Top nüvəsi qaçışı" filmidir. Dəfələrlə "Emmi" və "Qızıl qlobus" mükafatlarına layiq görülən Hollivud ulduzu 1976-cı ildə "Çarlinin mələkləri" filmində aldığı roldan sonra dünya şöhrəti tapıb. == Həyatı == 1965-ci ildə liseyi bitirdi. 1969-cu ildə bir Hollivud jurnalistinin, bir fotoşəkilini görməsiylə "kəşf edildi". 1970lərin başlarında taraş kremi, diş pastası, şampun reklamlarında oynamağa başladı.