Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Binalud
Binalud dağı- 3211 m hündürlükdə İranın Rəzəvi Xorasan ostanında Məşhəd və Nişapur arasında yerləşən dağdır.Binalud, Əlburz dağlarının bir hissəsi kimidir.
Hinaldağ
Hinaldağ — Azərbaycan Respublikası Daşkəsən rayonu ərazisində yerləşən dağ, Tanrıyoxuş aşırımından qərbdə, Levçay, Şəmkir və Gəncə çaylarının mənbə hissəsindədir. Kiçik Qafqazın şərq hissəsində keçən Şahdağ silsiləsinin baş zirvəsidi. Hündürlüyü 3367 metrdir. Alp və subalp çəmənləri var.
Xınalıq
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur. Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir.
Xınalıq və Xınalıq yolu
Xınalıq və Xınalıq yolu — 2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin çəkdiyi sənədli film. Filmdə Xınalıq kəndinin tarixi barədə məlumat verilir. İki minə yaxın sakini olan bu kəndin öz dili — Xınalıq dili var.
Mahmud Xınaluqi
Mahmud Xınaluqi (XIV əsr) — Xınalıqlı alim, tarixçi == Həyatı == XIV əsrin sonlarında dünyaya göz açmış Mahmud Xınaluqinin son illərə qədər ev kitabxanası və kitabları haqqında da heç bir məlumat yox idi. Hələlik keçdiyi həyat yolu, bir kitabının əlyazma nüsxəsinin sığınacaq tapdığı (dustaq olduğu) mənbə, onun tədqiqatçısı və nəşr yeri məlumdur. Bu kitabın adı "XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri"dir. Dövrün siyasi, sosial-iqtisadi və diplomatiya tarixini əks etdirən bu əsər XV əsr Azərbaycan tarixinin və kitab xəzinələrinin nadir incilərindəndir. O, oxuna-oxuna, əldən-ələ keçə-keçə Qaytaq usmiliyinin (iri feodal hökmdarlığı) əlyazmaları, sənədləri ilə birlikdə Dərbənddə qıfıllanmış sandıqda saxlanılmasaydı, bu gün ondan söz açmaq xeyli çətin olardı. A.P. Berje Dağıstanın bir sıra yaşayış məntəqələrini (Dərbənd, Teymurxanşura, Xunzax, Qunib, Kumuk və s.) gəzib (1860) şəxsi kitabxanalardan, idarə və müəssisə arxivlərindən əldə etdiyi ərəbcə, farsca, azərbaycanca-türkcə çoxsaylı əlyazmalar haqqında 1862-ci ildə "Kavkaz" qəzetinin yanvar saylarında "Kratkiy oçerk puteşestviye po Daqestanu" sərlövhəsi ilə silsilə yazı çap etdirmişdi. Səfər zamanı onun topladığı orijinal və tərcümə mətnləri içəirsində M. Xınaluqinin 1456-cı ildə üzü köçürülmüş kitabı da olmuşdur. Nədənsə bu maraqlı məlumat XX əsrin sonuna qədər alimlərimizin, kitab və mətbuat tədqiqatçılarının diqqətindən yayınmışdır. Burada daha bir maraqlı məlumatın da üzərində dayanmaq lazım gəlir. 1868-ci ildə Tiflisdə parlaq ağ kağızda və tünd şabalıdı dəri cilddə, ağırlığı təqribən 10 kq olan Qafqaz Arxeoqrafiya Komissiyası Aktlarının (QAKA, rus.
Məhəmməd Xinaluqi
Məhəmməd Xinaluqi — XV əsrdə yaşamış xınalıqlı tarixçi-alim. 1456-cı ildə Məhəmməd Xinaluqi Şirvanın, Dərbəndin və bir sıra ləzgi kəndlərinin tarixinə aid əsər yazmışdır. Lakin həmin kitabın əsli günümüzə qədər gəlib çatmamışdır. Bu kitabın ərəbcə nüsxəsi akademik A. Berje tərəfindən Rusiyanın İmperator kitabxanasına təqdim edilmişdir. Hazırda həmin nüsxə kitabxanada saxlanılır.
Xınalıq (dəqiqləşdirmə)
Xınalıq — Azərbaycanın Quba rayonunda kənd. Xınalıq dili — Xınalıqlılar danışdığı dil. Xınalıqlılar — Azərbaycanın milli etnik nümayəndələri. Xınalıq — Azərbaycanın Quba rayonunda dağ. Xınalıq — qəzet.
Xınalıq bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xınalıq dağı
Xınalıq dağı — Azərbaycan Respublikasının Quba rayonunda, Baş Qafqaz silsiləsində dağ. Baş Qafqaz silsiləsindən şimal istiqamətində ayrılan qolun zirvəsidir. Qudyal çayı və onun sağ qolu Ağçayın mənbə hissəsi buradadır. Hündürlüyü 3730 metrdir. Yura dövrünün gilli şistləri və qumdaşılarından təşkil olunmuşdur. Dağ adını ərazidəki eyniadlı yaşayış məntəqəsindən - Xınalıq kəndindən almışdır.
Xınalıq dili
Xınalıq dili (xın. kətşi mi) — Xınalıqlıların danışdığı dil. Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir. Əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yanlış informasiya vermir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır. O 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc edib.
Xınalıq kurqanları
Xınalıq kurqanları — Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Xınalıq kəndinə aid ərazisində aşkarlanmış kurqanlar. Xınalıq kurqanları 2011-ci ilin iyul ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Xınalıq kəndinə aid ərazisində aşkarlanmışdır. Burada aşkarlanan iri kurqanların sayı 5 ədəddir. Bu iri kurqanların e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev və institutun digər əməkdaşları Xınalıq kəndinə ezam olunub və əraziyə baxış keçiriblər. "Kurqanların qədim Tunc dövrünə, e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanlardan birini sel suları yuduğundan onun üst hissəsi dağılıb" deyə Qəhrəman Ağayev bildirmişdir. Onun sözlərinə görə, kurqanların tədqiqindən sonra Xınalıq kəndilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər.
Xınalıq kəndi
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur. Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir.
Xınalıq mahalı
Xınalıq mahalı — Quba xanlığında mahal. Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq mahalının mərkəzi Xınalıq kəndi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar. F.F.Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi, Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Bu kəndlərdə 950-yə qədər təsərrüfat mövcud idi. P.Q.Butkov da Buduq və Xınalıq mahallarını birlikdə "Quba Dağıstanı" adlandırır və bildirir ki, Buduq mahalı 13 kəndi əhatə edir və həmin kəndlərdə 387 təsərrüfat vardır.
Xınalıq pendiri
Xınalıq pendiri — Xınalıqlıların Xınalıqda istehsal etdiyi pendir növü; Azərbaycanda ən məşhur pendirlərdən biri. Xınalıq pendirinin kütləvi istehsalı Xınalıq kəndində yaradılan süd emalı sexində həyata keçirilir.
Xınalıq ədəbiyyatı
Xınalıq əlifbası
Xınalıq əlifbası — Xınalıqlı şair-müəllim Rəhim Alxas tərəfindən Xınalıq dili üçün tərtib olunmuş əlifba. 2013-cü ilə qədər Xınalıq dilində yazılan bütün yazılı sənədlər xınalıq kiril əlifbası ilə yazılırdı. Xınalıq kiril əlifbası xınalıqlı şair-müəllim Rəhim Alxas tərəfindən tərtib olunmuşdur (Xınalıq və Xınalıqlılar. Rəhim Alxas. Bakı, Şirvannəşr 2003). Hal-hazırda isə Xınalıq dilində yazılan bütün yazılı sənədlər Xınalıq latın əlifbası əsasında hazırlanır. Xınalıq latın əlifbası 2013-cü ildə Məmmədov Elnur tərəfindən tərtib olunmuşdur. 2013-cü ilin may ayında Xınalıq kənd tam orta məktəbində keçirilmiş toplantıda Xınalıq latın əlifbası məktəb kollektivi və xınalıq kənd ictimaiyyəti tərəfindən qəbul olunmuşdur. Məmmədov Elnur tərəfindən Xınalıq əlifbasının kompüter klaviatura proqramı hazırlanmışdır. Hazırda Xınalıq əlifbası üzərində işlər davam edir.
Xınalıq və Xınalıq yolu (film, 2006)
Xınalıq və Xınalıq yolu — 2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin çəkdiyi sənədli film. Filmdə Xınalıq kəndinin tarixi barədə məlumat verilir. İki minə yaxın sakini olan bu kəndin öz dili — Xınalıq dili var.
Quba-Xınalıq yolu
Quba–Xınalıq yolu — Azərbaycan Respublikasının Quba rayonunda Quba şəhərindən Xınalıq kəndinə gedən yol. Bu yol Azərbaycanın əsas turizm marşrutlarından biridir. Ucqar dağ kəndi olan Xınalığa gediş-gəliş tarixən at arabaları vasitəsilə olmuşdur. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilmişdir. Həmin yolun uzunluğu 70 km idi. Sərt hava şəraiti səbəbindən qış aylarında yol bağlı olurdu və əhali piyada hərəkət etmək məcburiyyətində qalırdı. Yol açıq olduqda isə avtonəqliyyat vasitəsi kimi yalnız yük avtomobillərindən – "QAZ-66", "Kamaz", "Zil", "Ural" və s., minik avtomobillərindən isə "Niva" əhalinin köməyinə çatırdı. 1988-1989-cu illərdə yolun istiqamətini dəyişərək Qudyalçay boyunca çəkmişlər. Bu yol da qışda çox vaxt bağlı olurdu. Nəhayət, 2006-cı ildə həmin istiqamətdə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilmişdir.
Quba–Xınalıq yolu

Xınalıq Etüdləri (1974)
Film Quba rayonunun dağlıq hissəsində yerləşən nadir Xınalıq kəndi və onun sakinləri haqqındadır.
Xınalıq haqqında filmlər
İbn Həkim Xinaluqi
İbn-Həkim Əl-Xinaluqi və ya Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi — XII əsrin ən məşhur xınalıqlı tanınmış müsəlman qanunşünası, hüquqşünası, müəllimi və alimi; şafi məzhəbinə mənsub fəqih idi. Əslən indiki Quba rayonunun Xınalıq kəndindən olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı. Xınalıqlıların və bütün şahdağlıların fəxr etdiyi İbn-Həkim Əl-Xinaluqi XI əsrdə Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, İmam Müvəffəq ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdır. Bir çox hədisçidən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Uzun müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi olmuşdur. Böyük Şərq alimlərindən (X. Təbrizi, əl-Qəzali və b.) dərs almış, hüquq, hədis, dini və dünyəvi mədəniyyət bilicisi kimi şöhrət qazanmışdı. Buxarada müəllim işləmiş və yüzlərlə gəncin elmi, fikri oyanışında misilsiz rol oynamışdır. Quba qəzasının əhatəsindəki üç qədim yaşayış bölgəsinin (Qrız, Xınalıq, Dərbənd) adını təxəllüsündə birləşdirən Qubalı alimin yaradıcılığı Cənubi Dağıstan və Şimali Azərbaycanla daha çox bağlı olmuşdur. O, görkəmli alim İbrahim Qrızinin oğludur. 1144-cü ildə vəfat etmişdir.
Xınalıq Etüdləri (film, 1974)
Film Quba rayonunun dağlıq hissəsində yerləşən nadir Xınalıq kəndi və onun sakinləri haqqındadır.
Xınalıq tarix-etnoqrafiya muzeyi
Xınalıq tarix-etnoqrafiya muzeyi — 2001-ci ildə Azərbaycan Respublikası, Quba rayonunun Xınalıq kəndində yaradılmış muzey. Xınalıqın köklü və nəcib ailələrindən gələn Xəlilrəhman Cabbarovun rəhbərliyi altında yerli əhalinin köməyi ilə kəndə qurduqları muzeydə çox maraqlı əsərlər nümayiş etdirilir. Xınalığın qədim dövrlərindən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar Xınalığa gələnlərə burada vaxtı ilə mövcud olmuş yüksək bir mədəniyyətdən xəbər verir. 160 kvadratmetrlik iki zaldan ibarət olan bu muzey, sanki "Muzey içərisində muzey"dir. Muzeydə diqqət çəkən ən önəmli bölmə əlyazma kitabların olduğu hissədir. XV əsrdən XX əsrin əvvəllərinə qədər tarixləşən bu kitablar sovet dövrünün qorxusundan damlarda, qəbirlərdə saxlanılmış və müstəqillik dövründə ortaya çıxarılmış qiymətli əlyazma əsərlərdir. Burada olan kitablardan aydın olur ki, kəndin keçmişi elmlə sıx bağlı olub, vaxtı ilə Xınalığın mühüm bir elmi mərkəz olduğundan xəbər verir. Tarix, dil, məntiq, riyaziyyat, təbabət kimi elmlərə aid olanlar ilə birlikdə fiqh, kəlam, təfsir, hədis kimi dini elmlərlə əlaqəli yüksək səviyyəli kitabların varlığı bunu sübut edir. Bu qiymətli əsərlərin tədqiq edilərək kataloqunun hazırlanması ve nadir nüsxələrin surətlərinin çıxarılması təcili görülməli işlərdir. Kənd ağsaqqallarının deyiminə görə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çox sayda kitablar gətirilirmiş.
İbn-Həkim Əl-Xinaluqi