rauf-

F s. hinauf, herauf
Rauchwaren
Raufbold
OBASTAN VİKİ
Rauf
Rauf — kişi adı. Rauf Əliyev (futbolçu) — azərbaycanlı futbolçu Rauf Hacıyev — SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1960). Rauf Vəliyev — "Əməkdar mühəndis" Rauf Denktaş — Şimali Kipr Türk Respublikasının qurucusu və I prezidenti (1975–2005). Rauf Arifoğlu — Azərbaycan jurnalisti Rauf Abdullayev — dirijor, professor, Azərbaycanın xalq artisti (1982) Rauf Əhmədov — Azərbaycanlı müğənni Rauf Adıgözəlov — Azərbaycanlı skripkaçı, müğənni, professor, Əməkdar incəsənət xadimi (1991) Rauf Əliyev (siyasətçi) — Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı. Rauf Əliyev (bəstəkar) — bəstəkar Rauf Məmmədov (bəstəkar) — bəstəkar. Rauf Məmmədov (rejissor) — azərbaycan rejissoru, rəssam. Rauf Məmmədov (şahmatçı) — azərbaycan şahmatçısı. Rauf Məmmədov (tarixçi) — tarixçi, alim. Rauf Məmmədov (hüquqşünas) — hüquqşünas. Rauf Talışinski — Azərbaycan jurnalisti Rauf Hüseynov (aktyor) — Azərbaycan aktyoru.
Rauf Hüseynli
Rauf Hüseynli (25 yanvar 2000, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın və 21 yaşadək Azərbaycan milli futbol komandasının müdafiəçisi. Rauf Hüseynli 1 fevral 2020-ci ildə Azərbaycan Premyer Liqasında "Zirə"nin heyətində "Sabah" ilə oyunda debüt etmişdir.
Rauf Hüseynov
Rauf Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Rauf Hüseynov (tarixçi) (Əlişir oğlu) — Azərbaycan tarixçisı, tarix elmləri doktoru, professor. Rauf Hüseynov (fizik) (Rüstəm oğlu) — Azərbaycan fiziki, AMEA-nın müxbir üzvü (2014). Rauf Hüseynov (riyaziyyatçı) (Vəli oğlu) — Azərbaycan riyaziyyatçısı, AMEA-nın müxbir üzvü (2007).
Rauf Həbibov
Rauf Həbibov (1 aprel 1965, Lənkəran) — Quba Rayon İcra Hakimiyyətinin başçısı (1 oktyabr 2007–2 mart 2012); 2012-ci ildəki Quba üsyanının əsas səbəbkarı. Rauf Xeyrulla oğlu Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, "Günəş" kiçik müəssisəsinin direktoru, "Müstəqil Balbelan" müəssisəsinin direktor müavini vəzifələrində işləyib. 1 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 2012-ci ilin fevral ayının sonlarında Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq mart ayının 1-də Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib. 2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.
Rauf Kazımovski
Rauf Mirmahmud oğlu Kazımovski (31 dekabr 1928 – 2 mart 1976) — Azərbaycan kinorejissoru. Rauf Kazımovski 1952-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycanda ilk radio və televiziya rejissoru olan Rauf Kazımovski 1952-ci ildən Azərbaycan radiosunda redaktor-rejissor, 1956-cı ildən ömrünün sonunadək televiziyada quruluşçu rejissor işləmişdir. Onun һazırladığı "O olmasın, bu olsun" tamaşası radionun qızıl fonduna daxildir. Televiziya üçün 1958-ci ildə "Leyli və Məcnun" tamaşasını һazırlamışdır. R.Kazımovski Cəlil Məmmədquluzadənin ""Ölülər" tragikomediyasının radio-tamaşasının və "Poçt qutusu" hekayəsi əsasında çəkilmiş televiziya filminin rejissoru olmuşdur. "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 Şamdan bəy (film, 1956) Korun mahnısı (film, 1961) Körpə (film, 1962) Yun şal (film, 1965) Poçt qutusu (film, 1967) Bəşir Səfəroğlu (film, 1969) General (film, 1970) Aktrisanın təbəssümü (film, 1974) Aldanmış kəvakib (film, 1974) Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 41.
Rauf Mehdiyev
Rauf Mehdiyev (17 oktyabr 1976, Bakı, Azərbaycan SSR) — keçmiş azərbaycanlı futbolçu, Azərbaycan milli futbol komandasının sabiq qapıçısı. Simurqda aşağı yaş qrupları və əvəzedici heyətin məşqçisi. Azərbaycan milli futbol komandasının sabiq qapıçısı 20 illik oyunçu karyerası ərzində yalnız yerli klublarda çıxış edib. O, 1992-ci ildən etibarən İnşaatçı Sabirabad, Tərəqqi, Azəri Bakı, Neftçi Bakı, Fərid Bakı, OİK, Şəmkir, Qarabağ, Bakı, Olimpik və Karvanın formasını geyinib. Neftçinin heyətində 3, Şəmkirdə isə 2 dəfə çempionluq sevinci yaşayıb. 2012-ci il avqustun 1-də flaqmanın İsraildə Hapoel (Kiryat-Şmona) ilə keçirdiyi oyunda 0:4 hesablı məğlubiyyətində günahkarlardan biri sayılıb. Nəticədə Mehdiyev müdafiəçilər Rail Məlikov və İqor Mitreski ilə birgə heyətdən kənarlaşdırılıb. 37 yaşlı qapıçı yeni komanda tapa bilməyib. O, fevralın 18-də futbolçu karyerasını başa vuraraq, Simurqda aşağı yaş qrupları və əvəzedici heyətin məşqçisi təyin olunub. Təcrübəli qapıçı millimizin heyətində 5 oyuna çıxıb və 4 qol buraxıb.
Rauf Mehdizadə
Mehdizadə Rauf Nurəddin oğlu — texniki elmləri üzrə, elmlər doktoru. 1967-ci ildə Moskva Energetika İnstitunun, Azərbaycanda "Yüksək gərginliklərin" (yaradıcısı) banisi akademik Ç.M. Cuvarlının rəhbərlik etdiyi "Yüksək gərginliklər fizikası və texnikası" laboratoriyasına qəbul olunmuşdu. Həmin labaratoriyanın mühəndis vəzifəsindən aparıcı elmi işçiyə qədər, yüksəlmişdir. Ailəlidir 1 övladı var. Mehdizadə R.N. yüksək elektrik sahələrinin və elektrik boşalmalarının materiallara təsirini, vakum aralığının, maye və bərk elektrik izolyasiyalarının elektrik deşilməsi proseslərinin mexanizminin öyrənilməsi və onların elektroenergetika, elektrotexnika və xüsusi təyinatlı cihaz və qurğularda tətbiq edilməsi ilə məşğul olmuşdur. 1981-ci ildə Mehdizadə R.N. Leninqrad politexnik İnstitunda namizədlik dissertasiyasını müdafiə etmiş. 1988-ci ildə Cuvarlı Ç.M. və Qorin Y.V. ilə birlikdə "Elektromənfi qazlarda tacvari boşalma" adlı monoqrafiya dərc etdirmişdir. 2002-ci ildən əvvəlcə "Yüksək gərginliklərin Fizikası və texnikası", sonradan isə "tətbiqi elektrodinamikanın müasir metodları" labaratoriyalarına rəhbərlik etmişdir. 2010-cu ildə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Mehdizadə R.N. 160-dan çox elmi məqalə və 15 müəlliflik şəhadətnaməsi-potentin müəllifidir.
Rauf Mirqədirov
Rauf Mirqədirov (15 iyun 1961, Bakı) — Azərbaycan jurnalisti, redaktoru, "Əməkdar jurnalist" (2005), "Demokratik Azərbaycan" qəzetinin keçmiş baş redaktoru, Ermənistana casusluq etməklə ittiham olunan şəxs. Rauf Mirqədirov 1961-ci il iyunun 15-də Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət həmin universitetdə baş laborant vəzifəsində çalışıb, sonra "Azərnəşr"də kiçik redaktor, redaktor işləyib. 1991-ci ildə "Zerkalo" qəzetinin müxbiri təyin edilib. 1992-ci ildə həmin qəzetdə daxili informasiya şöbəsinin müdiri, 1992–1995-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat mərkəzinə rəhbərlik edib. 1996-cı ildən "Zerkalo" qəzetində şöbə müdiri işləyib. 1998–1999-cu illərdə "Demokratik Azərbaycan" qəzetinin baş redaktoru olub. 1999–2000-ci illərdə "Bu gün" qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb. 2000–2001-ci illərdə "Millət" qəzetinin baş redaktor müavini vəzifəsini tutub.
Rauf Mirzəyev
Rauf Munçayev
Rauf Məhəmməd oğlu Munçayev (23 sentyabr 1928, Zaqatala, Azərbaycan SSR, SSRİ – 4 iyul 2021, Moskva) — tarixçi-alim, 2000-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, Qafqaz və Yaxın Şərqin qədim mədəniyyəti və tarixi, arxeologiyası üzrə mütəxəssis, 1991–2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru, Rusiya EA-nın müşaviri, tarix elmləri doktoru, professor. 1928-ci il 23 sentyabr tarixində Zaqatala şəhərində anadan olub. 1953–1955-ci illərdə SSRİ EA-nın Dağıstan filialının Ədəbiyyat, Dil və Tarix İnstitutunda işləyib. 1960–1964-cü illərdə "Sovet Arxeologiyası" jurnalının məsul katibi olub. 1968–1991-ci illərdə SSRİ EA-nın Arxeologiya İnstitutunun əməkdaşı kimi kiçik elmi işçi, böyük elmi işçi və direktor müavini vəzifələrini icra edib. 1971-ci ildən tarix elmləri doktorudur. 1985–1999-cu illərdə tarix elmləri üzrə AAK-nın ekspert şurasının üzvü olub. 1985-ci ildən Alman Arxeoloji İnstitutunun müxbir üzvüdür. 1986-cı ildə professor elmi adını almışdır. 1987–1999-cu illərdə tarixə qədərki dövrün tarixçilərin beynəlxalq ittifaqının icraedici komitəsinin və daimi şurasının üzvüdür.
Rauf Məmmədov
Rauf Məmmədov (bəstəkar) — bəstəkar. Rauf Məmmədov (rejissor) — azərbaycan rejissoru, rəssam. Rauf Məmmədov (şahmatçı) — azərbaycan şahmatçısı. Rauf Məmmədov (tarixçi) — tarixçi, alim. Rauf Məmmədov (hüquqşünas) — hüquqşünas.
Rauf Məsimov
Rauf Qafar oğlu Məsimov (22 iyul 1992; Çatax, Tovuz rayonu — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rauf Məsimov 1992-ci il iyulun 22-də Tovuz rayonunun Çatax kəndində anadan olub. 1998–2009-cu illərdə X. Cəfərov adına Çatax kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Rauf Məsimov 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rauf Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rauf Məsimov noyabrın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Çatax kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məsimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məsimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Rauf Nağıyev
Rauf Nağıyev — azərbaycanlı rejissor, ssenarist, rejissor assistenti. Rauf Nağıyev bir çox televiziya filmlərinin müəllifidir. Ağ atlı oğlan haqqında nağıl (film, 1986) (qısametrajlı sənədli film) Ağlar-güləyən (film, 1988) Azərbaycan kauçuku (film, 1983) Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (film, 1977) Bakı sovet Azərbaycanının paytaxtıdır (film, 1987) Bakıda "Mosfilm" günləri (film, 1981) Bədbəxtliyin astanasında (film, 1977) Bu torpağın nemətləri (film, 1979) Etibarlı əllər (film, 1973) Foto "Fantaziya" (film, 1970) Fövqəladə vəziyyət (film, 1990) Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979) Həmid Sultanov (film, 1973) Heyvanlarda bruselyoz və vərəmlə mübarizə (film, 1980) Xəzərin sərt kilometrləri (film, 1979) Qanun naminə (film, 1968) Qəribə adam (film, 1979) Qəsd (film, 1990) Qorki və Azərbaycan (film, 1984) Maestro Niyazi (film, 1975) Maestro Niyazi (film, 1983) Məişət elektrik cihazlarından yanğın baş verməsi (film, 1986) Mən fəhləyəm (film, 1975) Mən sərhədçiyəm (film, 1976) Müqəddəs borc (film, 1974) Ölü zona (film, 1988) Ömrün səhifələri (film, 1972) Pambıq sovkası ilə mübarizə (film, 1974) Səadət naminə (film, 1974) Səadət təranələri (film, 1980) Səmaya pilləkən (film, 1978) Taxıl istehsalının ehtiyat mənbələri (film, 1978) Torpağın sahibi (film, 1976) Uşaqlar ittiham edir (film, 1989) Zirvəyə yol (film, 1980) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Xamis Muradov.
Rauf Nərimanbəyli
Rauf Cəmil oğlu Nərimanbəyli (1929) — Musiqi akademiyasının professoru. Rauf Cəmil oğlu Nərimanbəyli 1929-cu ildə, Bakıda anadan olmuşdur. 1954-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildən dosent, 1994-cü ildən professor adı almışdır. Pedaqoji fəaliyyətinə kamera-ansamblı sinfində konsertmeyster kimi başlamışdır. 1961-ci ildən kafedranın müəllimidir. 1967–71-ci illərdə konservatoriyada ifaçılıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1976-cı ildən 1993-cü ilədək kamera ansamblı kafedrasının müdiri, 1993–1999-cu illərdə orkestr şö’bəsinin dekanı olmuşdur. 1999-cu ildən kamera ansamblı kafedrasının müdiridir. Məzunlarının sayı 250-yə yaxındır.
Rauf Orbay
Hüseyn Rauf Orbay (27 iyul 1881, Konstantinopol – 16 iyul 1964, İstanbul), türk əsgəri, siyasətçidir. Osmanlı İmperatorluğunun son dövrdə qurtuluş müharibəsində və Türkiyə Cümhuriyyəti dövrlərində mühüm işlərdə rol oynamışdır. İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində göstərdiyi uğur səbəbindən "Həmidiyə qəhrəmanı" kimi tanınmışdır. 1918-ci ilin oktyabr ayında Osmanlı İmperiyasının Dəniz Qüvvələri naziri kimi xidmət göstərməyə başlamışdır. I. Balkan Müharibəsi sırasında Yunan donanması Çanaqqalanı mühasirəyə almışdı. Rauf Bəyin idarəsindəki Həmidiyə gəmisi mühasirədən çıxmağı bacararaq Aralıq dənizinə açıldı. Tarixdə ilk pirat kreyser əməliyyatlarını gerçəkləşdirdi. 7 ay 24 gün süren hərəkat bütün Aralıq dənizini, bəzən isə Qırmızı dənizi də əhatə edirdi. Hərəkat boyunca Həmidiyə Serbiyada hərbi təsisləri bombaladı, düşmənin donanma ve ticarət gəmilərini batırdı, Çanaqqala ağzındaki Yunan təzyiqini azaltdı. Bütün dünya mediasının günbə-gün izlədiyi hərəkat Osmanlı İmperiyası cəhətdən böyük bir təbliğat nailiyyəti qazandırdı.
Rauf Pənahov
Rauf Əli oğlu Pənahov (5 iyun 1937, Bakı – 20 iyul 2017, Bakı) — Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini, Dövlət qulluğunun baş müşaviri (2001–2017). Rauf Pənahov 1937-ci il iyunun 5-də Bakı şəhərində anadan olub. 1952–1956-cı illərdə Bakı Neft Texnologiyası Texnikomunu bitirib. 1956-cı ildə "Azneftmaş"ın Kirov adına Mexaniki Təmir zavodunda texnik, çilingər, usta vəzifəsində işləməklə ilk əmək fəaliyyətinə başlamışdır. Zavodda işləməklə yanaşı istehsalatla əlaqədar olaraq, 156 saylı məktəbdə şagirdlərə əmək fənnini tədris etmişdir. 1960–1963-cü illərdə Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1963–1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunu maşınqayırma texnoloqiyası fakültəsini bitirmişdir. İnstitutda oxumaqla bərabər istehsalatdan da ayrılmamış əmək fəaliyyətini Bakı Yod Zavodunda davam etdirmişdir. Zavodda baş mexanik, sex rəisi, əsaslı tikinti şöbəsinin rəisi vəzifələrində çalışaraq, 1971-ci ilə kimi əmək fəaliyyətini davam etdirmişdir. 1971-ci ildə Tikilməkdə olan Qeyri-Filiz Materialları Müəssisəsində baş mühəndis vəzifəsində çalışmışdır.
Rauf Qardaşov
Rauf Qardaşov (Qardaşov Rauf Hacı oğlu; 3 yanvar 1956, Zaqatala) — AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, böyük elmi işçi, İstanbul Universitetinin professoru (1993–2007). Rauf Qardaşov 3 yanvar 1956-cı ildə Zaqatalada anadan olmuşdur. 1983-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 2000-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 2014-ci ildə isə AMEA-nm müxbir üzvü seçilmişdir. R. Qardaşov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının "Kaspi" elmi mərkəzində baş laborant vəzifəsində başlamış, keçmiş SSRİ EA-nın Okeanologiya İnstitutunda stajor-tədqiqatçı, aspirant, Azərbaycan EA-nın Təbii Sərvətlərin Kosmik Tədqiqi İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi, Riyaziyyat və Mexanika İnstitutunda aparıcı elmi işçi, laboratoriya müdiri, şöbə müdiri vəzifə-lərində işləmişdir. 1993–2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsində professor vəzifəsində işləmişdir. 2008–2017-ci illərdə AMEA-nm akademik H. Əliyev adına Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 2017-ci ildən həmin İnstitutun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiridir. R. Qardaşov okean və dənizlərin aerokosmik metodlarla tədqiqi sahəsində tanınmış alimdir. Onun əsas elmi nəticələri dalğalı dəniz səthində Günəş parıl-tılarının ölçülərinin paylanma qanununun tapılması; dəniz səthinin şüalanma qabiliyyətinin daha dəqiq qiymətinin hesablanması; dəniz səthindən Günəş və lazer şüalarının əks olunması probleminin həlli üçün "güzgü əksi nöqtələr metodu"nun işlənməsi; Günəş parıltılarının statistik xarakteristikalarına görə dalğanın və küləyin xarakteristikalarını təyin edən məsafədən zondlama metodunun yaradılması; geostasionar orbitdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerinin təyini metodunun işlənməsi; neft təbəqələrinin dənizin radiasion balansına təsirinin hesablanmasıdır.
Rauf Qasımov
Rauf Qasımov (azərb. Qasımov Rauf Cabbar oğlu; d. 5 mart, 1943-cü il, Azərbaycan Respublikasının Tovuz rayonunun Qoşakəndi) - Tibb elmləri doktoru, professor. Professor A.L.Polenov adına Rusiya Elmi‑Tədqiqat Neyrocərrahiyyə İnstitutunun şöbə müdiri. Qasımov Rauf Cabbar oğlu 1943-cü il martın 5-də Azərbaycan Respublikasının Tovuz rayonunun Qoşa kəndində anadan olub. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Dövlət Tibb Universiteti) fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Səhiyyə Nazirliyinin təyinatı ilə professor A.L.Polenov adına Leninqrad Neyrocərrahiyyə İnstitutunun (ölkənin qocaman elmi müəssisəsi və dünyada ilk elmi-praktiki neyrocərrahiyyə institutu 1926-cı ildə yaradılıb; hazırda professor A.L.Polenov adına Rusiya Elmi-Tədqiqat Neyrocərrahiyyə İnstitutu adlanır, 2015-ci ildən Şimal-Qərb Federal Tibbi Tədqiqat Mərkəzinin filialıdır) ordinatura və aspiranturasına göndərilib. 1973-cü ildə R.Qasımov ağır kəllə-beyin zədəsi ilə beyin oksidləşdirmə-reduksiya proseslərinin pozuntusuna həsr edilmiş namizədlik dissertasiyası müdafiə edib. Əldə edilmiş məlumatlar əsasında, o, bu pozuntuların medikamentoz korreksiyası metodlarını işləyib hazırlayıb. Dağılmış beyin ocaqlarının mövcudluğu ilə ağır kəllə-beyin zədələrinin diaqnostikası və müalicəsinə həsr olunan doktorluq dissertasiyasını R.Qasımov 1989-cu ildə müdafiə edib.
Rauf Quliyev
Quliyev Rauf Ələkbər oğlu (5 yanvar 1938, Kirovabad – 11 oktyabr 2023) — BDU-nun "Genetika və darvinizm" kafedrasının müdiri, Professor. 5 yanvar 1938-ci ildə Gəncə şəhərində anadan olmuşdur.1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirib.1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Genetika və Seleksiya Elmi Tədqiqat İnstitutuna kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur. 1967-ci ildə müsabiqə əsasında Bakı Dövlət Universitetin Genetika və darvinizm kafedrasına assistent vəzifəsinə seçilmişdir. 1967-ci ildən bu kafedrada assistent, baş müəllim, dosent, professor vəzifəsində çalışır. 1988-ci ildən BDU-nun Genetika və darvinizm kafedrasına müdir seçilmiş və bu günədək həmin kafedraya rəhbərlik edir. Apardığı dərslər: Genetika; Təkamül təlimi; Bitkilərin genetikası; Bitkilərin seleksiyası. 97 məqalə, 1 monoqrafiya, 2 kitab və 1 müəlliflik şəadətnaməsinin müəllifidir. 1 doktor və 5 elmlər namizədi hazırlayıb. 6 pambıq sortunun müəllifidir — bunlardan biri "Ağdaş-3" 1982-ci ildən bu günədək Respublikanın pambıq sahələrində əsas yer tutur. 1981-ci və 1987-ci illərdə keçmiş SSRİ Xalq Təsərrüfatı Sərqisinin iştirakçısı kimi Baş Komitənin bürünc və gümüş medalları ilə təltif edilmişdir.
Rauf Qurbanov
Rauf Qurbanov (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Rauf Qurbanov (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq sədr müavini.
Rauf Qurbanəliyev
Rauf Qurbanəliyev (2 aprel 1988, Krasnoyarsk) — Azərbaycan kinooperatoru. Rauf Qurbanəliyev 2 aprel 1988-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olub. 1990-cı ildə Bakı şəhərində məskunlaşıb. İlk təhsilini 1995–2006-cı illərdə Bakı şəhər N. Nərimanov rayonu 82 saylı orta pilot məktəbində alıb. 2006–2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinooperatorluq fakültəsini bitirib. 2011–2012-ci illərdə film şirkətində çalışmışdır. 2010–2011-ci illərdə Naxçıvan M/R–da Hərbi xidmətdə olmuşdur. 2011–2012-ci illərdə Azerbaijan İnternational Filming (AİF-company) Kino şirkətində Quruluşçu Operator vəzifəsində çalışmışdır. "Ən yaxşı gənc operator" — "Paradoks" filminə görə — 2013. Günaydın, mələyim!
Rauf Rəcəbov
Rauf Süleyman
Mirzəyev Rauf Süleyman Həsən oglu (1944, Bakı) — rejissor. Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasında hədsiz bir maraqla böyüyən Rauf Süleyman, orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub. Təhsil almaqla yanaşı, 1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə bütün ömrünü televiziyaya bağlayıb. Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib. Bu dövürdə Rauf Süleyman Mirzəyev Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında – "Ədəbi-dram verilişləri" baş redaksiyası, "Gənclik" redaksiyasında rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla - "İdrak", "Zəriflik", "Evrika", "Tələbə dünyası", "Dünyaya sevinc gərək", "Yeddi sual, yeddi cavab", "Ev sizin, sirr bizim", "Qurama" folklor toplusu, "İlham pərisi" kimi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan verilişlər hazırlayıb. Sırada "Xoşbəxt adam", "Ömür ağacı", "Dostun evi könüllərdir", "Ədalət naminə", "Tariximiz", "Bəxtiyar Vahabzadə", dörd hissəli "Türk Dünyası – Qitədən-Qitəyə" televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla araya-ərsəyə gətirib. Bunula yanaşı "Səslər muzeyi", "Ömrün axarı" kimi silsilə proqramlar efirin yaraşıqı olub. Rauf-Süleyman Mirzəyevin hazırladığı Azərbaycan Televiziyasında ən uzun ömürlü proqramlardan biri olan həftəlik "Turan" verilişinin rejissorudur. Rejissor Ramiz Həsənoğlunun qardaşıdır.
Rauf Süleymanov
Rauf Allahverdi oğlu Süleymanov (29 may 1987, Abasallı, Neftçala rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Rauf Süleymanov 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. 1994–2005-ci illərdə Abasallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Rauf Süleymanov 2005–2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Süleymanov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunun Abasallı kəndində dəfn olunub.
Rauf Səlimov
Rauf Səlimov (d.23 avqust 1964, Bakı, Azərbaycan SSR) — Dövlət Statistika Komitəsinin sədr müavini. 1964-cü il avqust ayının 23-də Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirmişdir. İqtisad elmləri namizədidir. 1985-ci ildən 1989-cu ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, 1989-cu ildən 2007-ci ilədək Dövlətstatkomun Aparatında sektor müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. 2007-ci ilin mart ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavinidir.