Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pinin
Pinyin (pīnyīn) — çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi. 1958-ci ildə qəbul edilmişdir, 1979-cu ildən isə bütün dünyada Çin yer və şəxs adlarının rəsmi latın transkripsiyası kimi istifadə olunur. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bəyənilmişdir. Pinyində V hərfindən başqa bütün latın hərfləri, hətta Ü hərfi belə işlədilir.
Minin şxeri
Minin şxeri — şxerlərdən ibarət olan arxipelaq. Kiçik adalar qrupu Kara dənizi ərazisində, Taymır yarımadasından bir qədər aralıda, Pyasin çayının mənsəbində yerləşir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Adalar 1740-cı ildə kəşf edilmişdir. Minin isə adaları «Kamennıe» adlandır. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxildir. Şxerlər tundra ilə örtülüdür. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir.
Nikolay Zinin
Zinin Nikolay Nikolayeviç (13 (25) avqust 1812, Şuşa – 6 (18) fevral 1880, Sankt-Peterburq) – rus kimyaçısı (üzvi kimya). == Həyatı == 25 avqust 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Peterburq Elmlər Akademiyasınin akademiki (1865), Paris Elmlər Akademiyasının üzvü (1873). Kazan universitetini bitirdikdən (1833) sonra Almaniya, Fransa və İngiltərədə ixtisasını artırmış, 1841–48 illərdə Kazan universitetinin, 1848–64 illərdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının professoru olmuşdur. O, 1842 ildə ammonium sulfidlə təsir etmək yolu ilə aromatik nitrobirləşmələrin aromatik aminlərə reduksiya reaksiyasını (Zinin reaksiyasını) kəşf etmiş, sonralar bu üsulla anilin, α -naftilamin, metafenilendiamin (1844) və metaaminbenzoy turşusu (1845) almışdır. Zininin təklif etdiyi həmin sintez üsulu əsasında Rusiyada sintetik boya, partlayıcı maddə və əczaçılıq sənayeləri yaradılmışdır. 3. 1867–68 illərdə Rus Kimya Cəmiyyətinin (D.İ.Mendeleyev ad. Ümumittifaq Kimya Cəmiyyəti) yaradılmasında fəal iştirak etmiş və həmin cəmiyyətin ilk prezidenti (1868–78) olmuşdur. Zinin müasiri A. A. Voskresenski ilə birlikdə böyük kimyaçılar məktəbi (A.M.Butlerov, N.N.Beketov, A.P.Borodin, L.N.Şişkov və o.) yaratmışdır.
Çinin florası
Çinin florası müxtəlifdir. Yer üzündə başqa heç bir yerdə tapılmayan minlərlə insan da daxil olmaqla, dünyanın ümumi bitki növlərinin təqribən səkkizdə birini təmsil edən 30.000-dən çox bitki növü yerli Çindir. Çində bir çox meşə növü var. Həm şimal-qərbdə həm də şimal-qərbdə dağlar və soyuq iynəyarpaqlı meşələr var, heyvan növlərini dəstəkləyən heyvan növləri və Asiya qara ayısı ilə yanaşı 120 növ quş var. Nəmli iynəyarpaq meşələrində, ardıç və yevin daha yüksək dağlıq dayaqlarında rhododendrons ilə əvəzlənmiş, alt qat kimi bambuk cəngəllikləri ola bilər. Mərkəzi və Cənubi Çinə hakim olan subtropik meşələr heyrətləndirici 146.000 flora növünü dəstəkləyir. Tropik yağış meşələri və mövsümi yağış meşələri, Yunnan və Hainan Adası ilə məhdudlaşsa da, Çində olan bütün bitki və heyvan növlərinin dörddə birini əhatə edir. Çin florasında həm taksonun təsvirini, həm də taksonomisini verən bir onlayn məlumat bazası var. Cənubi Çin, şiddətli yağış və uzun yaş fəsillərini yaşayır, bu da iqlimi bambuk və düyü böyüməsi üçün ideal edir. Şimali Çin əksinə, məhdud yağış və cənubdan sonra daha az növ şaxələndirilməsini yaşayır (Kressey, George, 1930).
Çinin iqlimi
Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasının sahəsi 9,6 mln. km² (Rusiya və Kanadadan sonra dünyada 3-cü yer). Çin şimaldan cənuba və şərqdən qərbə doğru təxminən 5000 km uzanır. Böyük bir ərazini əhatə etməsi, fərqli relyefə malik olması, eləcədə böyük məsafədə (14 500 km) Sakit okean boyu uzanması ölkədə fərqli iqlim tiplərinin meydana gəlməsinə səbəb olmuş. == Ümumi məlumat == Çinin ərazisi üç iqlim qurşağı (mülayim, subtropik və tropik) hüdudlarında yerləşir. Ölkənin qış iqlimini müəyyən dərəcədə Asiya qış antisiklonu formalaşdırır. Mülayim və subtropik qurşaqlarda anomal soyuq qış səciyyəvidir. == Mülayim qurşaq == Mülayim qurşaq hüdudlarında kontitnental (Şimali Çin və Şimal Qərbi Çinin plato və dağları) və musson (Şimal Şərq dağlıq ölkəsi, Böyük Çin düzənliyinin şimal hissəsi) iqlim vilayətləri ayrılır; orta illik temperatur –5°C-dən (Urumçi) 14°C-dək (Şandunya) dəyişir. Temperaturun illik amplitudu 70°C-dək çatır (Turfan çökəkliyi). Qışı soyuq və uzunmüddətlidir, çox vaxt güclü şaxtalar və küləklər olur, qar az düşür; yanvarın orta tempru şimal-şərqdə –16-dan –25°C-dək (bəzən 40°C-yə çatır), Şərqi Çində –6 - 4°C-dəkdir.
Şeymas Hini
Şeymas Hini (ing. Seamus Heaney; 13 aprel 1939[…], Kastledavson[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 30 avqust 2013[…], Dublin) — irland yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1995). == Həyatı == Şeymas Jastin Hini irland şairi, nasir və tərcüməçidir. Şimali İrlandiyanın Derri qraflığında, doqquz uşaqlı ailənin birinci övladı kimi doğulmuşdur. 1957–1961-ci illərdə Bel-fast universitetində ingilis filologiyası üzrə təhsil almışdır. Hazırda Dublində yaşayan müəllif ötən əsrin 60-cı illərindən başlayaraq indiyə qədər ədəbi yaradıcılığı ilə bir sırada pedaqoji fəaliyyətini də davam etdirir. Müxtəlif vaxtlarda Şeymas Hini Dublindəki Kerisfort-Kollecin, Belfast Kraliça universitetinin, habelə Berkli (Kaliforniya, ABŞ) və Harvard universitetlərinin professoru olmuşdur. Bir müddət Oksford universitetində müasir poeziyadan mühazirələr oxumuşdur. Yaradıcılığa nisbətən gec, ali təhsilini başa vurduqdan sonra başlamışdır. "Naturalistin ölümü" (1966), "Zülmətə qapı" (1969), "Qışın sonu" (1972), "Çöl işləri" (1979) adlı kitablarında toplanan şeir və poemalar Şeymas Hinini müasir irland poeziyasında öz yeri və dəsti-xətti olan şair kimi tanıtmışdır.
Qay Yuli Higin
Qay Yuli Higin (lat. Gaius Julius Hyginus) Qədim Roma yazıçısı. (* e.ə. 64 İspaniya ya İsgəndəriyyə – † b.e 17) Aleksandr Pologistorun şagirdi. İmperator Oktavian Avqust tərəfindən azadlıq verilmiş qul, Palatin kitabxanasının başçısı. Bir çox əsərlərin: lat. "De viris Claris", "Exempla", "Genealogiae", "De situ urbium Italicarum", "De agricultura" müəllifi. Günümüzə yalnız iki seçməsi: lat. "Fabulae", ""De Astronomia gəlib çatmışdır. Onun şərəfinə Ay planetinin kraterlərindən biri Higinus adlandırılmışdır.
Çinin Aya ekspedisiyaları
Çinin Aya ekspedisiya proqramı - Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025-2030-cu illərdə baş verə bilər.
Çinin Aya ekspedisiyası
Çinin Aya ekspedisiya proqramı - Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025-2030-cu illərdə baş verə bilər.
Çinin dövlət quruluşu
Çinin dövlət quruluşu - 1982-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Çin kommunist sisteminin idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan Çin Xalq Respublikasının yaradılmasının bəyan edilməsi (1949) 1 oktyabrda qeyd olunur. Ölkə Konstitusiyası 1982-ci il 4 dekabrda qəbul edilmişdir. == İnzibati ərazi bölgüsü == 1982-ci il 4 dekabrda qəbul edilmiş və 1993-cü ildə düzəliş edilmiş dördüncü Konstitusiyaya əsasən Çin - ərazisinin miqyasına baxmayaraq unitar dövlətdir. Ölkə inzibati məqsədlə 22 əyalətə, Tibet də daxil olmaqla 5 muxtar vilayətə və dörd bələdiyyəyə bölünür. Hər bir əyalət yerli əhalinin seçkili Konqresinin və yerli Hökumətinin vasitəçiliyi ilə müəyyən sahələrdə öz siyasətini həyata keçirir. == Dövlət başçısı == Çin qanunvericiliyinə görə hakimiyyət xalqa məxsusdur. Xalq öz hakimiyyətini Ümumçin Xalq Nümayəndələri Yığıncağı və yerli Xalq Nümayəndələri Yığıncaqları vasitəsilə həyata keçirir. Dövlət hakimiyyətinin ali orqanı: Ümumçin Xalq Nümayəndələri Yığıncağı - dövlətin qanunvericiliyini həyata keçirir; ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir, dövlət aparatının yüksək vəzifələrinə namizədləri təsdiq edir və seçir, Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi üzvlərini seçir; Çin Xalq Respublikasının sədrini və onun müavinlərini seçir; Dövlət Şurasının sədrini və Şuranın digər üzvlərini təsdiq edir; Mərkəzi Hərbi Şuranın sədrini seçir və Mərkəzi Hərbi Şuranının digər üzvlərini təsdiq edir; Ali Xalq Məhkəməsinin sədrini seçir; Ali Xalq Prokurorluğunun Baş Prokurorunu seçir.
Çinin kosmik proqramı
Çinin kosmik proqramı – Çin Xalq Demokratik Respublikasının kökü 1950-ci illərə qədər gedən və 2003-cü ildə Yanq Liveyin Şenzou 5 gəmisi ilə ilk həqiqi uğurunu qazanan proqramdır. 2003-cü il ekspedisiyası ilə Çin Amerika Birləşmiş Ştatları və Sovet Sosialist Respublikaları İttifaqı ( süqut etdi ) dövlətlərindən sonra fəzaya insan göndərən üçüncü dövlət oldu. Bu proqramın planlarına həmçinin 2020-ci ildə Çin Kosmik Stansiyası və Aya və Marsa ekspedisiyalar daxildir. 2013-cü ildə çinli alimlər “Çan-e 3” tədqiqat aparatını Ayın səthinə endiriblər. Əməliyyat zamanı aparatın yumşaq şəkildə eniş etməsi isə son 40 ildə kosmik səfərlər tarixində ilk belə təcrübə olub. Çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər.2019-cu ilin iyun ayında Çin Sarı dənizdəki ərazi sularından ilk dəfə olaraq kosmosa raket buraxılışını həyata keçirib. Çinin kosmos sənayesində yeni mərhələnin başlanğıcı hesab olunan raket buraxılışı “Long March 11” daşıyıcı raketi ilə dənizdəki mobil məntəqədən buraxılıb. Raketin missiyası 6 peyki Yer səthindən 600 kilometr yüksəklikdə orbitə qaldırmaqdır. Bu, həm də dünyada son beş ildə dənizdən ilk raket buraxılışıdır.
Çinin kosmos proqramı
Çinin kosmik proqramı – Çin Xalq Demokratik Respublikasının kökü 1950-ci illərə qədər gedən və 2003-cü ildə Yanq Liveyin Şenzou 5 gəmisi ilə ilk həqiqi uğurunu qazanan proqramdır. 2003-cü il ekspedisiyası ilə Çin Amerika Birləşmiş Ştatları və Sovet Sosialist Respublikaları İttifaqı ( süqut etdi ) dövlətlərindən sonra fəzaya insan göndərən üçüncü dövlət oldu. Bu proqramın planlarına həmçinin 2020-ci ildə Çin Kosmik Stansiyası və Aya və Marsa ekspedisiyalar daxildir. 2013-cü ildə çinli alimlər “Çan-e 3” tədqiqat aparatını Ayın səthinə endiriblər. Əməliyyat zamanı aparatın yumşaq şəkildə eniş etməsi isə son 40 ildə kosmik səfərlər tarixində ilk belə təcrübə olub. Çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər.2019-cu ilin iyun ayında Çin Sarı dənizdəki ərazi sularından ilk dəfə olaraq kosmosa raket buraxılışını həyata keçirib. Çinin kosmos sənayesində yeni mərhələnin başlanğıcı hesab olunan raket buraxılışı “Long March 11” daşıyıcı raketi ilə dənizdəki mobil məntəqədən buraxılıb. Raketin missiyası 6 peyki Yer səthindən 600 kilometr yüksəklikdə orbitə qaldırmaqdır. Bu, həm də dünyada son beş ildə dənizdən ilk raket buraxılışıdır.
Çinin ətraf mühiti
Çinin ətraf mühiti (Çin: 中国 的 环境) müxtəlif biotalar, iqlim və geologiyadan ibarətdir. Sürətli sənayeləşmə, əhali artımı və ətraf mühitin zəif nəzarəti bir çox ekoloji problemə və genişmiqyaslı çirklənməyə səbəb olmuşdur. == Geologiya == Çin ərazilərinə görə 4-cü böyük ölkədir, buna görə geoloji cəhətdən müxtəlif bir ölkədir. Çin geologiyası bir neçə hissəyə bölünə bilər, loess platosu, allüvial Şərqi Çin düzənlikləri, Yangzi çayının cənubundakı dağlıq bölgələr və s. == Biota == === Vəhşi təbiət === Çin vəhşi təbiətin müxtəlif mənzərəsinə ev sahibliyi edir. Dünyanın zəngin təbiətə malik ölkələrindən biri hesab olunur. Bir çox heyvan növü Çin üçün endemikdir. === Flora === Çin, 30.000-dən çox bitki növü ilə yerli olan müxtəlif bir floraya malikdir. == İqlim == Çin hökumətinin iqlim dəyişikliyi ilə bağlı mövqeyi mübahisəlidir. Çin Kioto Protokolunu təsdiqlədi, lakin saziş şərtlərinə görə istixana qazı emissiyalarını məhdudlaşdırması tələb olunmur.
Quan İnin Metodu
Quan İnin Metodu — Cənub-Şərqi Asiyada, xüsusilə də Tayvanda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu dini hərəkat əslən Vyetnamdan olan və özü özünü Ali Usta adlandıran Çinq Hay tərəfindən təsis edilmişdir. Quan İnin davamçıları Tanrının varlığını dərk etmək üçün daxili işığa və daxili səsə əsaslanan meditasiyaları təcrübədən keçirirlər. Onlar öz fəaliyyətlərini dünyada ən böyük vegetarian biznesi sayılan “Loving Hut” beynəlxalq restoranlar şəbəkəsi ilə pərdələyirlər. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13.
Çinin Aya ekspedisiya proqramı
Çinin Aya ekspedisiya proqramı - Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025-2030-cu illərdə baş verə bilər.
Çinin ailə planlaşdırma siyasətləri
Çinin ailə planlaşdırma siyasətlərinə (çin. 计划生育 政策) xüsusi doğuş kvotaları (üç uşaq siyasəti, iki uşaq siyasəti və bir uşaq siyasəti) və bu kimi kvotaların sərt tətbiqi daxil edilmişdir. Bu elementlər birlikdə Çin Xalq Respublikasının əhali planlaşdırma proqramını təşkil edir.Çinin proqramı, digər ölkələrdə qurulan və valideynləri istədikləri uşaq sayına sahib olmağa təşviq etmək üçün hazırlanmış ailə planlaması proqramları ilə qarışdırılmamalıdır. Çində ailə planlaması proqramları ilə kontrasepsiya təmin edilməsi, doğum planlaşdırma proqramına tabedir, hökumət əhalinin sayına nəzarət etmək üçün neçə doğum edə biləcəyini təyin edir.Mao Tszedun dövründə Çin hökuməti, xüsusilə Böyük sıçrayış dövründə ailə planlaşdırmasına qarşı birmənalı və dəyişkən münasibətdə idi. Ailə planlaşdırması ilk dəfə 1950-ci illərdə "tövsiyə" olaraq tətbiq olundu, lakin Çinin Səhiyyə Nazirliyinin Hərbi Nəzarət Komissiyası kontraseptivlərin pulsuz veriləcəyini açıqladığı və Zhou Enlai əhalinin artım hədəflərini qəbul etdiyi 1970-ci ilə qədər qətiliklə tətbiq olunmamışdı. Maltusçuluq narahatlıqları davam etdi, 1970-ci illərin əvvəllərində daha sonra daha az sayda proqrama əsasən iki uşaq məhdudiyyətləri başladı. Mao 1976-cı ildə vəfat etdikdən sonra, 1979-cu ildə tək uşaq siyasətinə keçildi. Ancaq tək uşaq siyasəti bir çox istisnalara icazə verdi və etnik azlıqlar bu siyasətdən azad edildi. 2015-ci ilin sonlarında bir uşaq məhdudiyyətləri aradan qaldırıldı və 1970-ci illər ərzində mövcud olduğu kimi iki uşaq məhdudiyyətinə keçid aldı. 2021-ci ilin mayında Çin hökuməti rəsmi olaraq iki uşaq siyasətinin əvəzinə üç uşaq siyasətini tətbiq etdi.
Çinin xüsusi inzibati bölgələri
Xüsusi inzibati bölgə (Çincə: 特別行政區 / 特别行政区), Çinin inzibati bölgü vahidlərindən biridir. Hal-hazırda iki ədəd xüsusi inzibati region mövcuddur: Hong Kong və Makao; hər ikisi hökumət başçısı olaraq öz baş icraçılarına (“Chief Executive”) malikdirlər. Xüsusi inzibati bölgələr Çin Konstitusiyasının 31 maddəsinə görə idarə edilir. Bu maddə Çin Milli Xalq Məclisinə xüsusi inzibati region yaratmaq və buna öz konstitusiyası, böyük miqyasda muxtariyyət və öz iqtisadi və siyasi sistemlərini qurmaq səlahiyyətini verir. Xüsusi inzibati regionların izlədikləri “Bir ölkə, iki sistem” prinsipi Deng Xiaoping tərəfindən izah edilmişdir. Honkonqlulara verdiyi bir bəyanat ilə bu prinsipi müəyyənləşdirmişdir. Burada bir ölkə Çin Xalq Respublikasını göstərir və xüsusi inzibati regionlar Çin Xalq Respublikasının hakimiyyəti altında olan yerli hökumətlər olaraq hesab edilirlər.
Çinin xüsusi inzibati regionları
Xüsusi inzibati bölgə (Çincə: 特別行政區 / 特别行政区), Çinin inzibati bölgü vahidlərindən biridir. Hal-hazırda iki ədəd xüsusi inzibati region mövcuddur: Hong Kong və Makao; hər ikisi hökumət başçısı olaraq öz baş icraçılarına (“Chief Executive”) malikdirlər. Xüsusi inzibati bölgələr Çin Konstitusiyasının 31 maddəsinə görə idarə edilir. Bu maddə Çin Milli Xalq Məclisinə xüsusi inzibati region yaratmaq və buna öz konstitusiyası, böyük miqyasda muxtariyyət və öz iqtisadi və siyasi sistemlərini qurmaq səlahiyyətini verir. Xüsusi inzibati regionların izlədikləri “Bir ölkə, iki sistem” prinsipi Deng Xiaoping tərəfindən izah edilmişdir. Honkonqlulara verdiyi bir bəyanat ilə bu prinsipi müəyyənləşdirmişdir. Burada bir ölkə Çin Xalq Respublikasını göstərir və xüsusi inzibati regionlar Çin Xalq Respublikasının hakimiyyəti altında olan yerli hökumətlər olaraq hesab edilirlər.
Çinin xüsusi iqtisadi zonaları
Çin ərazisindəki xüsusi iqtisadi zonalar (XİZ) planlı iqtisadiyyata nisbətən Çin hökuməti tərəfindən daha sərbəst bazar yönümlü iqtisadi siyasət və çevik hökumət tədbirləri tətbiq edilir. Bu, XİZ-lərə xarici və yerli biznes üçün daha cəlbedici olan iqtisadi idarəetmədən istifadə etməyə imkan verir. == Tarixi == 1970-ci illərin sonlarında və xüsusən 1978-ci ilin dekabrında Çin Kommunist Partiyası 11-ci Mərkəzi Komitəsinin 3-cü Plenar iclasında Çin hökuməti islahat və açılış siyasətinə başladı. Mao'nun iqtisadi inkişaf edə bilməyən iqtisadi siyasətin uğursuzluğuna cavab olaraq, Çinin yalnız qərbdəki sənayeləşmiş ölkələrə deyil, həm də artan regional güclərə qarşı rəqabət aparmasına imkan verəcəkdi Bu ərazilərə Yaponiya, Koreya, Sinqapur, Tayvan və Honkonq daxil idi. Partiya Katibi Xi Zhongxunun rəhbərlik etdiyi Guangdong əyalətindəki səlahiyyətlilər, Honkonq mərkəzli Çin Ticarət Qrumu adından Yuan Geng tərəfindən hazırlanan investisiya layihəsindən başlayaraq təşəbbüsü ələ aldılar. Başlanğıcda gəmi düzəldən müəssisə olan bu layihə, 31 yanvar 1979-cu ildə Li Xiannian tərəfindən təsdiqləndi. 1979-cu ilin aprelində Xi Zhongxun və digər Guangdong rəsmiləri Pekində xarici ölkələri cəlb etmək üçün Guangdong və Fucyen sahil əyalətlərinə daha geniş azadlıq vermək təklifini verdilər. Dörd şəhərdə, yəni Mirvari Çayı deltası bölgəsindəki Shenzhen, Guangdong'daki Zhuhai və Shantou və Fucyen əyalətindəki Xiamen (Amoy) üçün əlavə azadolmalarla investisiya tətbiq olundu. Bunun üçün Çin Paramount lideri Deng Xiaoping, Çin Vətəndaş müharibəsi dövründə bu bölgələrə istinad edərək "xüsusi bölgələr" adını verdi. Təklif 15 İyulda təsdiqləndi və 26 Avqust 1979-cu ildə dörd xüsusi zona rəsmi olaraq quruldu.1984-cü ildə Çin xarici sərmayələrə 14 sahil şəhəri açdı: Dalian, Qinhuangdao, Tianjin, Yantai, Qingdao, Lianyungang, Nantong, Şanxay , Ningbo, Wenzhou, Fuzhou, Guangzhou, Zhanjiang və Beihai.
Niderland Ost-Hindin yapon işğalı
Yaponiya İmperiyası İkinci Dünya müharibəsi zamanı 1942-ci ilin martından 1945-ci ilin sentyabrın sonuna qədər davam edən indiki İndoneziya olan Niderland Ost-Hindini işğal etdi. Bu dövr İndoneziya tarixində ən böyük böhranlardan biri idi. Niderland Ost-Hindi 1819-cu ildən Hollandiya koloniyası olmuşdur, lakin Hollandiyanın özü 1940-cı ildə Almaniya tərəfindən işğal edilmişdi və bu səbəbdən Yapon İmperator Ordusuna qarşı öz koloniyasını müdafiə etmək imkanları az idi və üç aydan az Borneoda ilk hücumlardan sonra Yapon donanması və ordusu holland və müttəfiq qüvvələrini ələ keçirdi. Başlanğıcda indoneziyalıların əksəriyyəti Hollandiya müstəmləkə ustalarından yaponları xilaskar kimi qarşıladı. İndoneziyalılar Yapon müharibəsi səyləri üçün daha çox çətinliyə düçar olması gözlənildiyini anladılar. 1944–1945-ci illərdə Müttəfiq birliklər əsasən İndoneziyanın Yava və Sumatra kimi ən sıx hissələrinə irəliləyə bilmirdilər. Beləliklə, İndoneziyanın əksər ərazisi hələ 1945-ci ilin avqustunda təslim olduğunda Yapon işğalı altında idi. Xüsusilə Yava və daha az dərəcədə Sumatrada yapon təhsilli bir çox gənc indoneziyalıları öyrədib, silahlandırıb və millətçi liderlərinə siyasi dəstək verdi. Beləliklə, Hollandiya müstəmləkə rejimi məhv edilməsi və İndoneziya millətçiliyinin asanlaşdırılması ilə yapon işğalı Sakit okean bölgəsində Yaponiyanın təslim olunduğu günlər ərzində İndoneziya müstəqilliyinin elan edilməsi üçün şərait yaratdı, lakin Hollandiyalılar Ost-Hindi (indiki İndoneziya) geri almağa çalışdılar və beş il davam edən diplomatik, hərbi və ictimai mübarizənin nəticəsi olaraq, Hollandiyada 1949-cu ilin dekabrında İndoneziya suverenliyini tanıdılar. İşğal İndoneziyada Hollandiya üçün ilk ciddi problem idi və Hollandiya müstəmləkə hakimiyyətini sona çatdırdı və sonunda, dəyişikliklər son dərəcə çox və qeyri-adi idi ki, sonrakı mərhələ İndoneziya Milli İnqilabı mümkün olmayan bir şəkildə yalnız üç il içərisində Hollandiyadan fərqli olaraq yaponlar indoneziyalıların kənd səviyyəsinə qədər siyasiləşdirilməsinə kömək etdi.
Şi Şinin şirləri yeməsi haqda hekayə
Şi Şi şi şi şi (çin. ənən. 施氏食獅史, sadə. 施氏食狮史, pinyin: Shī Shì shí shī shǐ, hərfi mənası: "Şi Şinin şirləri yeməsi haqda hekayə") — XX əsr məşhur Çin-amerikan linqvisti Çjao Yuanjen (赵元任 Zhào Yuánrèn) tərəfindən klassik Çin dilində zarafatla yazılmış şeir. Şeir 4 müxtəlif tonda tələffüz edilən və 94 dəfə təkrarlanan "şi" hecasından ibarətdir.Klassik Çin dilində yazılmış şeirin mətni əksər savadlı çinlilərə aydın olsa da, bu, tələffüz zamanı deyil, yalnız heroqlifik yazı versiyasında mümkündür. Çin dilinin 2500 illik inkişaf tarixi ərzində klassik Çin dilində formalaşan omofoniya səbəbindən Pekin dialektində tələffüz edildikdə və ya fonetik sistemdə yazıldıqda şeirin mətni tamamilə anlaşılmaz hala düşür. == Şeirin mətni == == İstinadlar == == Xarici keçidlər == 對聯:30.
Banin
Əsədullayeva Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı (Banin); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. == Həyatı == Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır.
Benin
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir. == Tarix == === Ən qədim dövrlərdən XIX əsrin sonlarınadək === Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar.
Dinan
Dinan (fr. Dinan, bret. Dinan) — Bretan regionun Rans çayı üzərində Kot-d'Armor departamentində yerləşən şəhər. Eyni departamentin inzibati mərkəzi . Əhalisi — 11,235 nəfər (2006). == Tarixi == XI əsrdən bəri tanınır. 1283-cü ildə Bretonun I Dük Jan Dinan şəhərinin ilk qəsrlərini inşa etdi. XIX əsrdə dəmir yolunun inkişafı ilə Dinan ticarət əhəmiyyətini itirmiş və xüsusilə ingilislər arasında məşhur olan bir istirahət güşəsinə çevrilmişdir. == Əhalisi == Dinanın şəhərinin sakinləri "Dinan" və "Dinarna" adlanır.
Qınıq
Qınıq boyu
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Hənif
Hənif (ərəb. حنيفية‎) — İslamdan əvvəlki Ərəbistanda yaranmış dini monoteizm formalarından biri. Hənifilik həm yəhudilik, həm də xristianlıqdan təsirlənmişdir. Hənifilik ardıcıllarına həniflər deyilir. == İbrahim == Quranda İbrahim peyğəmbərin adı Hənifdir. Mədinə surələrində hənif müsəlman termini ilə sinonimdir. İslam ehkamına görə, Məhəmməd peyğəmbər İbrahim peyğəmbərin həqiqi tövhidini dirçəltmişdir. == Tarix == Quran insanlara çatmazdan əvvəl tövhidə inanan insanlara ərəbcə hənif deyilirdi. Bu insanların İbrahim peyğəmbərin yolu ilə getdiyinə inanılırdı. Həniflər tövhidi qəbul edir və ritual təmizliyə riayət edirdilər.
Cenin
Cenin (ərəb. جنين‎) — Fələstin Muxtariyyətinin İordan çayının qərb sahilində yerləşən şəhəri, Fələstin Milli Administrasiyasının (PNA) eyni adlı vilayətinin inzibati mərkəzi. == Tarixi == Roma dövründə qəsəbə samariyalı Ginae kəndi kimi tanınırdı. 12-ci əsrdə Yakut əl-Həməvi Cenini "çoxlu bulaqlar olan kiçik gözəl şəhər" kimi təsvir etmişdir. Osmanlı imperiyası dövründə Cenin eyniadlı naxiyanın (nahiyənin) mərkəzi idi, 1596-cı il siyahıyaalınmasına görə burada 8 təsərrüfat var idi. 1882-ci ildə əhalisi 3 minə yaxın idi, 2 ailə xristian, qalanları müsəlman idi. 1922-ci ildə əhalinin sayı 2637 nəfər idi, onlardan 7 yəhudi, 108 xristian, 215 hindu və sikx, qalanları isə müsəlman idi. Şəhər 1930-cu illərdə Fələstinin İngiltərənin nəzarəti altında olduğu zaman şöhrət qazanmışdı. 1938-ci ilin yayında yerli ərəb Cenində ingilis müstəmləkəçi məmurunu öldürdü. Qətldə şübhəli bilinən yaraqlı qaçmaq istəyərkən tutularaq güllələnib.
Benin Respublikası
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir. == Tarix == === Ən qədim dövrlərdən XIX əsrin sonlarınadək === Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar.
Benin bayrağı
Benin bayrağı — Beninin Dövlət bayrağı
Benin himni
L'Aube Nouvelle (azərb. Yeni günün sübhü‎) — Benin dövlət himni. == Fransız dilində himnin sözləri == Jadis à son appel, nos aïeux sans faiblesse Ont su avec courage, ardeur, pleins d'allégresse Livrer au prix du sang des combats éclatants. Accourez vous aussi, bâtisseurs du présent, Plus forts dans l'unité, chaqu'jour à la tâche, Pour la postérité, construisez sans relâche. Xor: Enfants du Bénin, debout ! La liberté d'un cri sonore Chante aux premiers feux de l'aurore; Enfants du Bénin, debout !Quand partout souffle un vent de colère et de haine. Béninois, sois fier, et d'une âme sereine, Confiant dans l'avenir, regarde ton drapeau ! Dans le vert tu liras l'espor du renouveau, De tes aïeux le rouge évoque le courage; Des plus riches trésors le jaune est le présage. XorTes monts ensoleillés, tes palmiers, ta verdure, Cher Bénin, partout font ta vive parure. Ton sol offre à chacun la richesse des fruits.
Benin İmperiyası
Benin Krallığı indiki Nigeriya ərazisində qurulmuş bir krallıqdır. Eramızın 600-cü ildə Ogiso sülaləsi tərəfindən qurulan krallıq, 1897-ci ilə qədər hökmranlığını və müstəqilliyini davam etdirdi. Benin Krallığı tarixən müstəmləkəçilikdən əvvəlki Qərbi Afrika regionunda bu gün ən çox sənədləşdirilmiş ölkələrdən biridir.Bugünkü Benin Respublikasının krallıqla heç bir tarixi əlaqəsi olmasa da, Benin adından istifadə edir.