HƏZİN

sif. [ ər. ] Hüzn gətirən, hüzn doğuran, hüznlü, kədərli, yanıqlı. Musiqinin həzin təranələri.
– Bu həzin bulaq şırıltısı Kazımın qulaqlarında … ağır bir həyat faciəsi kimi təsirli idi. M.İbrahimov.
Həzin nəğmə deyir indi bağça, bağ; Yadıma yaxınlar, uzaqlar düşür. N.Xəzri.

// Hüzn, kədər ifadə edən. Həzin bir çöhrə. Həzin bir baxış.
[Səttar] qapını açmaq istəyirdi ki, qulağına həzin və ürəkyandırıcı bir səs gəldi. P.Makulu.

Синонимы

  • HƏZİN HƏZİN (hüzn gətirən) Kamançanın həzin səsləri ilə qarışıq bir qadın səsi də gəlirdi (M.S.Ordubadi); HÜZNLÜ Şamonun duma bulağı cığırında onunla qarşıl
  • HƏZİN qəmli — kədərli — yanıqlı — iniltili — acınacaqlı

Антонимы

  • HƏZİN HƏZİN – ÜRƏKAÇAN Nə həzin sədan gəlir, ey sevimli bulağım (S.S.Axundov); Mərdanəlik cəvahiri günəş kimi işıq saçar; Xoş ülfətin ürəkaçan, uca qəlbin a

Этимология

  • HƏZİN Ərəbcədir, hüzn sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HƏZƏRAT
HƏZİN-HƏZİN
OBASTAN VİKİ
Şeyx Məhəmmədəli Həzin
Şeyx Məhəmmədəli Həzin (1692, İsfahan, -1766) — İran şairi və ensiklopediyaçı-alimi. == Həyatı == Şeyx Məhəmmədəli Həzin Hindistanda fars ədəbiyyatının yayılmasında mühüm rol oynamışdı. Dehli şəhərində yaşamışdı. == Əsərləri == Куллияте Хазин, Лакноу, 1292 с. г. х. (1913); Тарихе Хазин, Исфахан, 1332 с. г. х. (1953); Тазкере-йе Хазин..., 2 изд., Исфахан, 1334 с.

Значение слова в других словарях