Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
CTO
Baş texnologiya direktoru (ing. chief technology officer), qısaca CTO — informasiya texnologiyalarından cavabdeh olan rəhbər.
Ak-To
Ak-To (ing. Ahch-To) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet xəritələnməyib, əkiz ulduzların orbitindədir və bir peyki var. Planetin nəfəs ala bilinəcək atmosferi və mülayim, lakin dəyişkən iqlimi var. Planetin səthi sadəcə dərin okeanlardan ibarət, lakin burada, yaşıl ağaclarla və otluqlarla örtülmüş qayalı ada arxipelaqları var. Adaların qayalıqlarında mamır, ot və qıjı da bitir. İlk ceday məbədi Məbəd adası adlanan adada inşa edilmişdir. Film ilk dəfə "Gücün oyanması" (2015), sonradan isə "Sonuncu ceday" (2017) və "Skayvolkerin yüksəlişi" (2019) filmlərində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Exegol — Vukipediya saytında.
Ato, Kaz və Nik
Ato, Kaz və Nik və ya Sferiklər – 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş futbol üzrə dünya çempionatının rəsmi talismanları. == Tarix == Ato, Kaz və Nik kompüter animasiyası ilə yaradılmış ilk talismanlar idi və onların dünya çempionatına futuristik hava qatmaları gözlənilirdi. Əvvəlki dünya çempionatlarının sevimli talismanlarından fərqli olaraq onlar daha "qorxunc" görkəmə malik idilər. Hətta FİFA balaca uşaqların onlardan qorxa biləcəyini etiraf etmişdir. Talismanlar 1999-cu ilin dekabrında tanıdılsalar da, adları 2001-ci ilin aprelində Seulda açıqlanmışdır. Adlar üçün Yaponiya və Cənubi Koreyadakı internet istifadəçiləri, eləcə də, McDonald's müştəriləri arasında sorğu keçirilmiş və sorğuda 980 mindən çox səs qeydə alınmışdır. == Təsvir == Ato, Kaz və Nik, müvafiq olaraq, narıncı, bənövşəyi və göy rəngdə olan personajlardır. Onlar Sferiklər adlı xəyali ailənin tikanbaşlı üzvləridir. Göyün yuxarı qatında yerləşən Atmozona adlı yerdə yaşayırlar və atmobol adlı futbol növünü oynayırlar. Ato məşqçidir, Kaz və Nik isə onun oyunçularıdır.
Dieqo Kao
Dieqo Kan (port. Diogo Cão) - Portuqaliyalı dəniz səyyahlarından biri. 1480-cı ildə Qərbi Afrika sahillərini kəşf etmişdir. Dieqo Kan uzun müddət Portuqaliyanın müstəmləkəsində qalmış Anqolanın tabe edilməsində xüsusi fərqlənmişdir. == Həyatı və fəaliyyəti == Dieqo Kanın harada və neçənci ildə doğulması barədə dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda Portuqaliya krallığında Villa Real şəhərində 1452 -ci ildə Alvaro Fernandes və Qonzales Kaonun nikahdan kənar övladı olaraq doğulduğu göstərilmişdir. Portuqaliyalı dəniz səyyahlarının müxtəlif ərazilərə səfərlər təşkil etdiyi dövrdə, səfərlərə qatılmışdır. Dieqo Kanın ilk səfəri Afrika qitəsinin cənub istiqamətində başlamışdır. Gəmiçi Henrinin 1460-cı ildə vəfat etməsində sonra durğunluq dövrünü yaşayan Çoğrafi kəşflər Portuqaliya krallığının yeni kralı II İohanın taxta çıxmasından sonra yenidən canlanır. II İohanın əmri ilə Dieqo Kao Afrika qitəsinə səfərlərinə yenidən başlayır.
Kao Day
Kao adası
Kao (tonqa Kao) — Haapay adalarına daxil olan adalardan biri. Tofua adasından 5 km şimal-şərqdə, Tonqatapu adasından isə 160 km şimalda yerləşir. == Coğrafiya == Ada simmetrik konusvari formaya malikdir. Kao adasının hündürlüyü 1046 metrdir (Bu Tonqa Krallığının ən hündür zirvəsidir). Vulkanın kraterində kiçik şirinsulu göl vardır. Adanın sahəsi 11,6 km²-dir. == Tarixi == Kao adası 1774-cü ildə ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmişdir.
Cunya İto
Cunya İto (9 mart 1993, Yokosuka[d], Kanaqava prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 2 qol vurub.
Kanako İto
Naoci İto
Naoci İto (1 iyul 1959, Mie prefekturası) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Oto Nemsadze
Oto Nemsadze (gürc. ოთო ნემსაძე; 18 iyun 1989, Qori) — Gürcüstan müğənnisi. O, "Sul tsin iare" mahnısı ilə Gürcüstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Nemsadze Gürcüstanda əsasən 2010-cu ildə Geostar yarışmasının qalibi kimi tanınır. O 2013-cü ildə Ukraynanın Holos Krainy (ukr. Голос країни) səs yarışmasında iştirak edərək, nəticədə ikinci yeri qazanmışdır. 2017-ci ildə isə Nemsadze "Dear God" mahnısı ilə Limbo qrupunun üzvü kimi Gürcüstanın Avroviziya milli seçim turunda iştirak etmişdir.
Teruyoşi İto
Teruyoşi İto (d. 31 avqust 1974) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 27 oyun keçirib.
Masatoşi İto
Masatoşi İto (伊藤 雅俊, İto Masatoşi, 30 aprel 1924, Tokio – 10 mart 2023) – Yaponiya biznesmeni. ABŞ-nin "7-Eleven" mağazalar şəbəkəsini Yaponiyada tanıtmış və bir çox filialını açdıraraq Yaponiyada öz pərakəndə satış imperiyasını qurmuşdur. "Seven & I" pərakəndə satış şirkətinin qurucusudur. == İlk illəri == Masatoşi İto 30 aprel 1924-cü ildə Yaponiyanın Tokio şəhərində Senzo və Yuki İto cütlüyünün ailəsində doğulmuşdur. Ailəsi "Yokado" adlı quru mallar dükkanı işlədirdi. 1944-cü ildə liseydən məzun olduqdan sonra qısa müddət Yaponiya ordusunda xidmət göstərmişdir. Daha sonra "Yokado"ya qoşulmuş, 1956-cı ildə böyük qardaşının ölümündən sonra mağazanın sahibi olmuşdur. == Karyerası == 1958-ci ildə "Ito-Yokado" mağazalar şəbəkəsini qurmuşdur. 1961-ci ildə ABŞ-yə səyahət etmiş və Amerikanın istehlak mədəniyyətindən təsirlənmişdir. ABŞ-yə mütəmadi ziyarətlər etməyə davam etmişdir.
Eto Şimpey
Eto Şinpey (江藤 新平, 18 mart 1834, Saqa hanı[d], Saqa prefekturası – 13 aprel 1874, Saqa) – Meyci dövrünün əvvəllərində aktiv olmuş Yaponiya siyasətçisi. 1874-cü ildə Saqa üsyanının rəhbərlərindən biri olmuşdur. == Həyatı == Eto Şinpey 1834-cü ildə Saqa hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. 1862-ci ildə Kiotoya gələrək digər samuraylarla birləşərək Tokuqava şoqunluğunu devirmək hərəkatında iştirak etmişdir. İcazəsiz səyahətinə görə Saqa məmurları tərəfindən ev həbsi cəzası almışdır. 1868-ci ildə başlayan Boşin müharibəsi zamanı imperator ordusunun hərbi nəzarətçisi təyin olunmuş, Meyci islahatından sonra Böyük Dövlət Şurasında kiçik bir vəzifəyə təyin olunmuşdur. Paytaxtın Kiotodan Tokioya köçürülməsini dəstəkləmişdir. Tezliklə təhsil nazirinin köməkçisi və Solçular Palatasının vitse-prezidenti olmuşdur. 1871-ci ildə han sisteminin ləğvini və prefektura sisteminin yaradılmasını dəstəkləyən komitənin üzvü idi. Hüquq sahəsindəki bilikləri səbəbilə 1872-ci ildə ədliyyə naziri təyin olunmuşdur.
Eto Şinpey
Eto Şinpey (江藤 新平, 18 mart 1834, Saqa hanı[d], Saqa prefekturası – 13 aprel 1874, Saqa) – Meyci dövrünün əvvəllərində aktiv olmuş Yaponiya siyasətçisi. 1874-cü ildə Saqa üsyanının rəhbərlərindən biri olmuşdur. == Həyatı == Eto Şinpey 1834-cü ildə Saqa hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. 1862-ci ildə Kiotoya gələrək digər samuraylarla birləşərək Tokuqava şoqunluğunu devirmək hərəkatında iştirak etmişdir. İcazəsiz səyahətinə görə Saqa məmurları tərəfindən ev həbsi cəzası almışdır. 1868-ci ildə başlayan Boşin müharibəsi zamanı imperator ordusunun hərbi nəzarətçisi təyin olunmuş, Meyci islahatından sonra Böyük Dövlət Şurasında kiçik bir vəzifəyə təyin olunmuşdur. Paytaxtın Kiotodan Tokioya köçürülməsini dəstəkləmişdir. Tezliklə təhsil nazirinin köməkçisi və Solçular Palatasının vitse-prezidenti olmuşdur. 1871-ci ildə han sisteminin ləğvini və prefektura sisteminin yaradılmasını dəstəkləyən komitənin üzvü idi. Hüquq sahəsindəki bilikləri səbəbilə 1872-ci ildə ədliyyə naziri təyin olunmuşdur.
Ito hirobumi
Ito hirobumi (ing. 伊藤博文) — Yaponiya-nin dövlət xadimi. komandanı, Yaponiya-nin ilk Baş nazir.
.to
.to — Tonqa krallığı üçün təyin olunmuş coğrafi domen. == Xarici keçidlər == Registration of .
To
Թ, թ — (Səslənməsi: to, erm. թո) — erməni əlifbasının doqquzuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Vladimir Kitayev
Vladimir Nikolayeviç Kitayev (rus. Владимир Николаевич Китаев; 22 fevral (6 mart) 1855, Ryazan quberniyası[d] – 3 yanvar 1920, Naqasaki) – Rusiya general-mayoru. Vladimir Kitayev 22 fevral 1855-ci ildə Rusiya imperiyasının Ryazan quberniyasında fəxri vətəndaşların ailəsində doğulmuşdur. Hərbi xidmətə 1873-cü ildə başlamışdır. 1876-cı ildə Sankt-Peterburqda yerləşən Dəniz Akademiyasını bitirmişdir. 1 may 1876-cı ildə Qara dəniz donanmasının qardemarini və 2-ci Qara dəniz ekipajının üzvü olmuşdur. 30 avqust 1877-ci ildə miçman rütbəsinə yüksəlmişdir. 1881–1882-ci illərdə "Tuapse" gəmisinin səyahətlərində iştirak etmişdir. 1 yanvar 1882-ci ildə leytenant rütbəsinə yüksəlmişdir. Daha sonra Rusiya Könüllülər Donanmasında xidmət göstərmişdir.
Kao Hao-Ven
Kao Hao-Ven (17 mart 1995) — Çin Taybeyini təmsil edən oxatan. Kao Hao-Ven Çin Taybeyini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kao Hao-Ven birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində İspaniyanın nümayəndəsi Antonio Fernandez ilə üz-üzə gəldi. Həmin görüşdə Kao Hao-Ven rəqibinə 0:6 hesabı ilə uduzdu.
Nquyen Kao Ki
Nquyen Kao Ki (vyet. Nguyễn Cao Kỳ, tı-nom 阮高祺) (8 sentyabr 1930[…] – 23 iyul 2011[…], Kuala Lumpur) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, aviasiya marşalı. Nquyen Kao Ki 8 sentyabr 1930-cu ildə anadan olmuşdur. O, Fransada uçuş təlimlərini bitirmiş və 1954-cü ildə Vyetnama qayıtmışdır. Ki Vyetnam Respublikası Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələrdə çalışaraq sıravi pilotdan komandir və aviasiya marşalına qədər yüksəlmişdir. O, təxribat qruplarına zərbə endirmək üçün şəxsən Şimali Vyetnam üzərində uçmuşdur və həmçinin 1965-ci ilin fevralında VDR-yə ilk hava reydlərindən birində iştirak etdi. Ki siyasi karyerasına 1965-ci ildə mülki hökumətin könüllü istefa verməsindən sonra Vyetnam Respublikasının Baş naziri təyin edilməsilə başlamışdır. Nquyen Van Thieu Kinin çətin münasibət qurduğu prezident olmuşdu. O, vəzifəsi dövründə korrupsiyaya qarşı nümayişkaranə mübarizəsi ilə yadda qalmışdır. O, 1967-ci il prezident seçkilərində Thieyi dəstəkləmiş və seçildikdən sonra vitse-prezident təyin edilmişdir.
Kao Van Vyen
Kao Van Vyen (vyet. Cao Văn Viên; 21 dekabr 1921, Vyentyan – 22 yanvar 2008, Annandeyl[d], Virciniya) — Cənubi Vyetnam hərbçisi. O, Çan Thyen Khyem ilə birlikdə Vyetnam müharibəsi zamanı Vyetnam Respublikası Ordusunun tarixində yalnız iki dördulduzlu ordu generalından biri idi olmuşdur. Kao Cənubi Vyetnam Birləşmiş Baş Qərargahının sədri vəzifəsinə qədər yüksəlmişdir. Cənubi Vyetnamın hərbi liderlərinin "ən istedadlılarından" biri hesab edilmişdir. O, əvvəllər ABŞ-də "mütləq əsas fiqur" və "ən mühüm Vyetnam hərbi liderlərindən" biri adlanırdı. Vyetnam müharibəsi zamanı döyüşlərə rəhbərlik etmişdir.
Samuel Eto'o
Samuel Eto’o Fils (10 mart 1981[…], Duala) ― futbolçu, Sampdoria və Kamerun yığma komandasının hücumçusu. 2021 -ci ilin sentyabr ayında Samuel Eto'o Kamerun Futbol Federasiyasının (Fecafoot) prezidentliyinə namizədliyini açıqladı.
Kanako İto (futbolçu)
Kanako İto (d. 20 iyul 1983) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 13 oyun keçirib, 3 qol vurub.
Uto-Aztek dilləri
Uto-Aztek dilləri— Mərkəzi Meksikadan ABŞ-ın qərb hissələrinə qədər uzanan geniş coğrafiyada danışılan böyük bir dil ailəsidir. Bu dil ailəsi adını iki əsas qolundan alır: Ute dilləri(ABŞ-ın cənub-qərbində danışılan) və Aztek dilləri(Meksika bölgəsində danışılan). Uto-Aztek dilləri tarixi cəhətdən həm Şimali, həm də Mərkəzi Amerikada çox geniş yayıldığı üçün bu bölgələrin ən vacib dil ailələrindən biri sayılır. == Coğrafi yayılma == Uto-Aztek dil ailəsi iki əsas coğrafi bölgüyə bölünür: Şimali qolu- ABŞ-ın qərbində (Nevada, Kaliforniya, Arizona, Utah, Vyominq) və Meksikanın şimalında danışılan dilləri əhatə edir. Cənub qolu- Meksikanın mərkəzində və cənubunda danışılan dillərdir. === Şimali qolu === Ute- ABŞ-ın Kolorado və Utah ərazilərində danışılan yerli dil. Hopi- ABŞ-ın Arizona ştatında yaşayan Hopi xalqının danışdığı dil. Şoşoni- ABŞ-ın Nevada, Utah və Vyominq bölgələrində danışılır. Paiute- Nevada və Koliforniya bölgələrində danışılır. === Cənubi qolu === Nahuatl- Aztek imperiyasının rəsmi dili və Uto-Aztek dillərinin ən məşhur nümunəsidir.
Fiber to the x
Fiber to the x və ya FTTx (ing. fiber to the x — X nöqtəsinə optik lif) — son mil telekommunikasiya üçün istifadə edilən lokal halqanın hamısını və ya bir hissəsini təmin etmək üçün fiber-optikdən istifadə edən hər hansı genişzolaqlı şəbəkə arxitekturası üçün ümumi termin. Fiber-optik kabellər mis kabellərə nisbətən, xüsusən də uzun məsafələrə daha çox məlumat daşıya bildiyinə görə XX əsrdə qurulmuş mis telefon şəbəkələri liflə əvəz olunur. FTTX iki qrupa bölünmüş bir neçə lif yerləşdirmə konfiqurasiyası üçün ümumiləşdirmədir: FTTP/FTTH/FTTB və FTTC/N. Artıq balanslaşdırılmış cüt paylama zavodunun xidmət etdiyi yaşayış sahələri xərc və tutum arasında uyğunlaşma tələb edir. Fiber başlığı nə qədər yaxın olarsa, tikinti xərcləri bir o qədər yüksəkdir və kanalın tutumu da bir o qədər yüksəkdir. Metal qurğuların xidmət göstərmədiyi yerlərdə evə lif verilməməsi xərcin azalmasına gətirib çıxarır. "Fiber to the x" yeni nəsil girişi (NGA) idarə etmək üçün istifadə olunan əsas üsuldur. Burada xidmətin sürətində və keyfiyyətində addım dəyişikliyi etməklə mövcud genişzolaqlı şəbəkəyə əhəmiyyətli təkmilləşdirmə nəzərdə tutulur. Bu adətən 24 Mbit/s-dən çox yükləmə sürəti ilə asimmetrik hesab edilir. "Ofcom" super sürətli genişzolaqlı interneti "24 Mbit/s-dən çox maksimum yükləmə sürətini təmin edən genişzolaqlı məhsullar" kimi müəyyən etmişdir.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
«Кара-коюнлу» (ковёр)
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Dül-i Alan (Sərdəşt)
Dül-i Alan (fars. دول الان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşaış yoxdur.
Dülə-i Gərm (Sərdəşt)
Dülə-i Gərm (fars. دوله گرم‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 392 nəfər yaşayır (89 ailə).
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: == İştirakçılar == Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: == Zəfər Qurultayı == Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.
Dünya Ticarət Mərkəzi 7
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu (ing. 7 World Trade Center, abr. 7 WTC) — əvvəllər ABŞ-nin Nyu-York şəhərinin Aşağı Manhetten səmtində, "Qraund-Ziro"da yerləşən iki bina. Hal-hazırda burada yerləşən struktur Dünya Ticarət Mərkəzi Kompleksində həmin adı və adresi daşıyan ikinci binadır. Orijinal Dünya Ticarət Mərkəzinin bir parçası olan orijinal strukturun inşa edilməsi 1987-ci ildə tamamlanmış, 11 sentyabr terror aktlarında isə məhv edilmişdir. İndiki binanın açılış mərasimi 2006-cı ilin may ayında keçirilmişdir. Binaların ikisi də Larri Silverstayn tərəfindən tikilmişdi. O, binanın olduğu yeri Nyu-York və Nyu-Cersi Liman İdarəsindən 1980-ci ildə icarəyə götürmüşdür. Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu 47 mərtəbəli idi. Bina qırmızı kərpiclə hörülmüşdü və sahəsi trapesiyaşəkilli bir görünüşə malik idi.
Dünyanın 7 möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzənin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır. Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. == Haqqında == Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir.
Dəlayir-i Süfla (Xudabəndə)
Dəlayir-i Süfla (fars. دلايرسفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (129 ailə).
Dəlayir-i Ülya (Xudabəndə)
Dəlayir-i Ülya (fars. دلايرعليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
E.ə. 717
== Hadisələr == == Doğumlar == == Vəfatlar == Rem və Romul — Qədim Romanın ilk çarı.
E.ə. 718
== Hadisələr == Mannada Aza (e.ə.718-716) hakimiyyətə gəldi.
E.ə. 719
== Hadisələr == Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi hökmdar İranzuya qarşı üsyan qaldırdılar. Assuriya hökmdarı II Sarqon (e.ə.722-706) Manna ilə ittifaqa sadiq qalaraq bu üsyanı yatırdı. == Doğumlar == == Vəfatlar == İranzu - Manna hökmdarı.
E.ə. 72
== Hadisələr ==
E.ə. 722
== Hadisələr == Assuriyada II Sarqon (e.ə.722–706) hakimiyyətə gəldi.
E.ə. 727
== Hadisələr == == Doğumlar == == Vəfatlar == III Tiqlatpalasar (? — E.ə.
E.ə. 728
== Hadisələr == Midiya, Mada və ya Maday (yun. Μηδία) — e.ə. 728-ci ildən e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya.
E.ə. 731
== Hadisələr ==
E.ə. 735
== Hadisələr == == Doğumlar == == Vəfatlar == II Sarduri — Urartu hökmdarı (E.ə. 764 – 735) I Argiştinin oğlu.
E.ə. 738
== Hadisələr ==
E.ə. 74
== Hadisələr == Romada Spartakın başçılığı ilə qullar üsyanı (e.ə.74-71) baş verdi.
E.ə. 740
== Hadisələr == Mannada İranzu (e.ə.740–719) hakimiyyətə gəldi.
E.ə. 743
== Hadisələr == Yeni Babilistan hökmdarı Nabonasarın hakimiyyəti sona çatmışdır.
E.ə. 745
== Hadisələr == Yeni Babilistan hökmdarı Nabonasar hakimiyyətə gəlmişdir. Urartu hökmdarı II Sarduri Mannanın cənub torpaqlarına basqın etdi. Mannanın bir hissəsini işğal edə bildi. Assuriya ilə Urartu arasındakı mübarizədən istifadə edən mannalılar işğal olunmuş torpaqlar uğrunda mübarizəyə qalxdılar.
E.ə. 750
== Hadisələr == Urartu hökmdarı II Sarduri Mannaya basqın etdi. Bütün ölkə ərazisindən keçib 45 şəhər, 21 qala ələ keçirdi.